Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə72/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   68   69   70   71   72   73   74   75   ...   142

Qüdsə getmişdir. Onlar Qüdsdəki qədim Sü-
leyman məscidinə daxil olmuş, orada
Məhəmməd peyğəmbər keçmişdə yaşamış
peyğəmbərlə görüşmüş, onlarla birlikdə
namaz qılmışdır. Sonra Məhəmməd peyğəm-
bər o məscidin xarabalığından göylərə yük-
səlmişdir. Göyün birinci qatında Adəmlə,
ikincisində Yəhya və İsa ilə, üçüncüsündə
Yusiflə, dördüncüsündə İdrislə, beşincisində
Harunla, altıncısında Musa ilə, yeddin-
cisində isə İbrahimlə görüşmüşdür. Onların
hamısı onu salamlayaraq peyğəmbərliyini
təsdiq etmişdirlər. Bundan sonra Cəbrayıl
Məhəmməd peyğəmbəri sidrətül-mütəhaya
aparmışdır. Orada o, Allahdan Quranın
“Bəqərə” surəsinin son ayələrini, Allahın bir-
liyini tanıyan bütün müsəlmanların cənnətə
girəcəkləri müjdəsini və gündə beş kərə
namaz qılmaq buyruğunu almışdır. 
İslam 
qaynaqlarında Məhəmməd
peyğəmbərin merac zamanı Allahla
görüşməsi haqqında birmənalı məlumat yox-
dur. Bəzi rəvayətlərə görə Meracda peyğəm-
bərə cənnət və cəhənnəm göstərilmişdir.
Məkkəyə dönəndən sonra Məhəmməd
peyğəmbər bu hadisələri sahəbələrinə
danışmışdır. Müsəlmanlar onun dediklərinə
inanmış,  qureyşlilərin
çoxu isə inan-
mamışdırlar. Müsəlmanlar İsra və Merac
hadisəsini peyğəmbərin ən böyük
möcüzələrindən biri kimi dəyərləndirirlər.
İSRAFİL –  ən böyük dörd mələkdən
birinin adıdır.  Qiyamət gününə yaxın za-
manda o “sur”a üfürəcəkdir. Bundan sonra
dünyada qiyamət başlayacaqdır. Sonra bütün
həlak olmuş insanlar yenidən dirilib Allahın
hüzuruna gələcəklər. Qurana (39: 68) görə
Allah  İsrafilə  iki kərə boruya üfürmək
imkanı verəcəkdir. Birincidən sonra bütün
canlılar məhv ediləcək və yer üzü yenisi ilə
əvəz olunacaqdır. İkinci üfürmədən sonra isə
bütün insanlar məzarlardan qalxacaq və on-
ların həyatda etdikləri əməllər tərəziyə qoyu-
lacaqdır. 
İSRAİL OĞULLARI – bax: BƏNİ İS-
RAİL.
İSRAİLİYYAT – Quran ayələrini təsdiq
etmək üçün Tövrat, İncil, Zəbur kimi
Yəhudi və Xristian kitablarından gətirilən
dəlillərdir. İsraillilər ilk İslam qaynaqlarında
İsrail oğulları adlanırlar. İsrail adı isə İsrail
oğullarının 12 qolunun ulu babası olmuş
Yaqub peyğəmbərin
adlarından biridir
(Quran, 3: 93). 
İslam ilahiyyatçıları israillilərin rə-
vayətlərini birmənalı qarşılamamışdırlar. On-
ları tam inkar etməmiş, müəyyən şərtlərlə bu
rəvayətlərdən istifadə etmişdilər. İslam
ilahiyyatında israiliyyətin istifadə
edilməsinin başlıca şərti onun İslamın ilk
qaynaqlarına (Qurana və hədislərə) zidd ol-
mamasıdır. Hicrətin birinci əsrində İslamı
qəbul etmiş xristianlar və yəhudilər Quran
ayələrini Tövrat, Zəbur, İncillərlə təfsir etmə
metodundan geniş istifadə edirdilər. Ancaq
sonra israiliyyətdən gələn çoxlu şübhəli rə-
vayətlər ortaya çıxmışdır. Buna görə də,
İslam ilahiyyatçıları bu kimi rəvayətlərə
ehtiyatla yanaşmışdırlar. Onları əsas deyil,
ikinci dərəcəli dəlil kimi istifadə edilməsinə
yol vermişdirlər.
İSTİBRA  –  kişilərin sidik yolundan
sidik qalığının çıxarılmasıdır. Bu da kişi
bədəninin  nəcasətdən təmizlənməsi üçün
vacibdir. Sidik axıb qurtarandan sonra kişi
sol əli ilə sidik yolunda qalan sidiyin qalığını
sıxıb çıxarmalıdır. Sidik ifraz olunduqdan
sonra isə oranı su ilə yuyub təmizləmək
lazımdır. Sidiyin qalığının bədənə və ya pal-
tara düşməməsi üçün kişilərə məsləhət
görülür ki, sidiyə oturaq vəziyyətdə getsinlər.
Ancaq kişi geyiminin bulanmayacağı üçün
tədbir görərsə, onda sidiyə ayaqüstü də gedə
bilər. Qadınlar üçün isə istibra vacib deyildir.
Onlar yalnız sidiyin ifraz olunduğu yeri
yuyub təmizləməlidirlər. 
145
İSTİBRA 


Kölə qadınla cinsi əlaqəyə girməzdən
öncə  iddə müddətinə də istibra deyilir. Bu
müddət onun öncəki kişidən hamilə olub-ol-
mamağını müəyyən etmək üçün vacibdir. Bu
müddət qadının birinci heyzi ilə tamamlanır. 
İSTİHAZƏ – qadınlarda üç gündən az
və ya on gündən çox müddətdə axan qan bu
adla ifadə edilir. Bir çox hallarda istihazə
qanının axması qadında hər hansı bir
xəstəliyin olmasını göstərir. Doqquz yaşdan
kiçik qızlardan axan qan istihazə hesab edilir.
50 yaşdan yuxarı olan qadından axan qan da
bu qəbildəndir. Ancaq, bu məsələ barəsində
İslam məzhəblərində fərqli hökmlər vardır.
Bəzi alimlərə görə hamilə qadından axan qan
da  istihazə hesab edilir. Digərləri isə onu
heyz qanı hesab edirlər. İstihazə qanı digər
orqanlardan axan qandan fərqlənmir. İstihazə
halında olan qadınla cinsi əlaqəyə girmək
mümkündür. Ancaq, istihazə dəstəmazı
pozur.
İSTİHSAN – lüğətdə “gözəl saymaq və
ya hər hansı bir şeyi gözəl görmək” mə-
nalarına gəlir. İstihsan fiqh üsulunda müc-
təhidin daha qüvvətli qəbul etdiyi bir dəlildir.
Fiqhdə hər hansı bir hüquqi problem qiyasla
həll edilmədikdə, bəzi məzhəblər bu metoda
müraciət edir və bunu Quranın 2: 185 ayəsi
ilə əsaslandırırdılar. Bilindiyi kimi Quran və
hədislərdən hər hansı bir problem üzrə
hüquqi hökm çıxarmaq mümkün olmayanda
qiyasdan istifadə edilir. Açıq qiyasla həll
edilən problem Quran və hədislərin açıq-
aydın dəlilləri ilə əsaslandırılmalıdır. Ancaq,
bəzi hallarda bu kimi problemlərin həlli
qiyasla mümkün olmur. Buna görə də, bu
zaman nisbi qiyasa müraciət edilir ki, onunla
məsələ həll olunur. Bu metod isə istihsan ad-
lanır. Bu baxımdan istihsan müctəhidin açıq
qiyasa nisbətən, üstünlük verdiyi nisbi qiyasa
üz tutmasıdır. Bu metoda isə ehtiyac halında
müraciət edilir. Xüsusi bir termin kimi istih-
sanı ilk dəfə İslam fiqhində Əbu Hənifə 
onun tələbəsi Əbu Yusif, Məhəmməd ibn
Həsən, eləcə də bir çox digər alimlər istifadə
etmişdirlər. Ancaq, bu metodun onlardan
əvvəl mövcud olduğu haqqında fikirlər
vardır. Günümüzdə istihsan Hənəfi
məzhəbində istifadə edilir. Başqa
məzhəblərdə isə bu metod ümumiyyətlə isti-
fadə edilməməkdədir. Bildiyimiz kimi yırtıcı
heyvanların, eləcə də qartal kimi yırtıcı
quşların əti yeyilmir. Qiyasa əsasən bu hey-
vanların içdikləri qabdan su içmək də olmaz.
Çünki, onların ağzının suyu o suya qarışır.
Bununla belə burada istihsan da istifadə edilə
bilər. Bu metoda görə isə yırtıcı quşların
dimdikləri qabdakı suyu korlamır. Çünki,
onlar o suyu yalnız öz dimdiklərinə yığır,
sonra isə dimdiklərindəki suyu daxilə qəbul
edirlər. Buna baxmayaraq yenə də belə suyun
içilməsindən çəkinmək lazımdır.
İSTİXARƏ – müsəlmanın hər hansı bir
işi görməzdən əvvəl, bu işin onun üçün
xeyirli olub-olmamağını öyrənmək məqsədi
ilə iki rükətli istixarə namazını qılıb, dualar
oxuyub, Allahın ona yuxuda ən doğru yolu
göstərməsi niyyəti ilə yatmasıdır. İslam
fiqhində istixarəyə icazə verilir. Şərt yalnız
ondan ibarətdir ki, istək obyekti şəriətə
uyğun olmalıdır. Haram şeylərə istixarə edilə
bilməz. 
İSTİNCA –  bədəndən sidik və nəcis
ayrıldıqdan sonra bulaşmış yerlərin təmi-
zlənməsidir. Təmizlik üçün ən üstün vasitə
su hesab edilir. Kişi sidiyi ifraz etdikdən
sonra istibra etməli və o yeri su ilə yumalıdır.
Su sağ əllə su tökülür, sol əllə isə bədən üzvü
təmizlənir. 
Su olmayanda başqa təmizləyici vasitələr
istifadə olunmalıdır (kağız və ya daş). Ancaq,
su əldə edildikdən sonra ifrazat yerlərini su
146
İSTİHAZƏ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə