Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə11/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

Qarşılıqlı  təsirin  xarakterinə  görə  sosial  sistemlər  açıq  və  qapalı  ola  bilərlər.  Tam  qapalı  sistemlər  adətən 
olmur, digər konkret sistemlərlə məhdud şəkildə qarşılıqlı təsirlər özünü göstərir. Məsələn, dövlətdə islah (penitensiar) 
müəssisələr sistemi bu qəbildəndir. Açıq sistemlər xarici şəraitin təsirinə məruz qalır, özləri də həmin şəraitə müqabil 
təsir göstərirlər (məsələn, beynəlxalq idman assosiasiyaları). 
Sosial sistemləri öz qanunauyğunluqlarının xarakterinə görə ehtimal edilən və determinasiya olunan sistemlərə 
ayırmaq  olar.  Ehtimal  olunan  sistemlərdə  onların  komponentləri  naməlum  sayda  variantlann  (məsələn,  cəmiyyət 
mümkün müharibə vəziyyətində) qarşılıqlı təsirinə məruz qalır. Determinasiya olunmuş sistemlər qarşılıqlı təsirlərin 
(məsələn, hüquqi, qanunverici və s. sistemlər) dəqiq məlum olan nəticələrini nəzərdə tutur. 
Sosial  sistemlərin  başlıca  funksiyaları  nizamı  və  inkişafı  təmin  etməklə  bağlıdır.  Lakin  elə  sosioloji 
nəzəriyyələr vardır ki, onlar sistemin potensiyalarını, yəni imkanlarını ön plana çəkir və müvafiq anlayışlan formula 
edirlər. Bu halda [39 a 40] sistemin aşağıdakı imkanları qeyd olunur: 
-
 
tənzimləyici (bu, fərdlərin və qrupların davranışının tənzimlənməsini təmin edir); 
-
 
ekstraktiv (bu, resursların cəlb olunmasını nəzərdə tutur); 
-
 
atributiv (bu, cəmiyyətdə müdafiənin təmin olunmasını nəzərdə tutur); 
-
 
distributiv (bu, status mövqelərinin və maddi nemətlərin bölgüsünü nəzərdə tutur). 
Beləliklə, sosial sistem çoxölçülü və çoxaspektli təşəkkül olub, mürəkkəb tərkibə, tipologiya və funksiyalara 
malikdir.  Cəmiyyət  sosial  sistemlərin  bütün  xarakteristikalarım  əks  etdirir,  ona  görə  də  cəmiyyət  ən  mürəkkəb  və 
ümumi sosial sistem hesab olunur. 
2.
 
Cəmiyyətin strukturu 
Cəmiyyətin sosial sistem kimi sosioloji təhlilinin səmərəli üsullarından biri ona makrososioloji yanaşmadır. 
Belə yanaşmanı Amerika sosioloqu E. Şilz təklif etmişdir. Onun fikrincə, cəmiyyət üç başlıca ünsürdən ibarət olan 
makrostruktur kimi təsəvvür oluna bilər: 
a)
 
sosial birlik - fərdlər çoxluğunun qarşılıqlı əlaqəsidir; 
b)
 
sosial təşkilat - məlum sistem hüdudlarında fərdlərin sosial statuslarının (mövqelərinin) və sosial rollannm 
(funksiyalarının) məcmusudur; 
c)
 
mədəniyyət  -  fərdlərin  davranışını  və  fəaliyyətini  müəyyən  edən  dəyərlərin  və  sosial  normaların 
məcmusudur. 
Sosial  birliklər  bəşəriyyətin  tarixi  inkişafı  prosesində  meydana  gəlir  və  öz  növlərinin,  formalarının 
rəngarəngliyi ilə səciyyələnir. Ən əhəmiyyətli birliklər sırasına bunlan aid etmək olar: sosial-ərazi birlikləri (şəhər, 
kənd, region və s ); sosial-demoqrafık birliklər (ailə, yaş qrupları və s.); sosial-etnik birliklər (millətlər, xalqlar, etnik 
qruplar); sosial-əmək  |40  -  41]  birlikləri (əmək kollektivlərinin müxtəlif tipləri). Sosial birliklərdə insanlar arasında 
qarşılıqlı  təsir  formaları  da  müxtəlifdir:  fərd-fərd;  fərd-sosial  qrup;  fərd-cəmiyyət.  İnsanların  praktik  fəaliyyətində 
formalaşan həmin birliklər fərdin və ya fərdlər qrupunun bütövlükdə sosial birliyin inkişafı üçün əhəmiyyətli olan 
davranışını  şərtləndirir.  Müxtəlif  subyektlər  arasındakı  sosial  qarşılıqlı  təsir  insanlar  arasında,  onlarla  xarici  mühit 
arasında sosial əlaqələri müəyyən edir. Həmin sosial əlaqələrin məcmusu isə cəmiyyətdə sosial münasibətlərin əsasını 
təşkil  edir.  İstənilən  sosial  birlik,  cəmiyyətin  həyat  fəaliyyətinin  istənilən  sferası  insanlar  arasında  münasibətlərin 
tənzimlənməsini nəzərdə tutur. Cəmiyyət öz tarixi təkamülü prosesində ictimai həyatın təşkilinin, tənzimlənməsinin 
spesifik sistemini işləyib hazırlamışdır: bu, sosial institutlardır. Sosial institutlar əhalinin müxtəlif qruplarının ümumi 
mənafelərini  əlaqələndirmək,  stabil  inkişafi  təmin  etmək  mexanizmləridir.  Münaqişəli  situasiyalann  çoxluğu, 
dərinləşməsi  sosial  institutlann  səmərəli  işləmədiyini  göstərir,  onların  yeniləşməsini  və  ictimai  tələbatlara 
uyğunlaşdınimasmı zərurətə çevirir. 
Sosial təşkilatlar cəmiyyətin çox mühüm ünsürü olub, ictimai inkişafda müəyyən məqsədlərə nail olmaq üçün 
fərdlərin, sosial qrupların fəaliyyətini nizamlamağm etibarlı üsulu kimi çıxış edirlər. Başqa sözlə, sosial təşkilatlar 
müəyyən sosial sistem hüdudlarmda fərdlərin, sosial birliklərin, qruplarm, təbəqələrin fəaliyyətini inteqrasiya etmək 
mexanizmləridir. Sosial təşkilatlarm çox mühüm xüsusiyyəti onlann ünsürləri arasında iyeıarxik əlaqələrin olmasıdır; 
bu təşkilatlar məqsədli təyinatı olan piıamidayabənzər sosial sistemlərdir. Onlann fəaliyyəti əsasında sosial məqsədlər, 
sosial  statuslar  və  rollar  zəminində  rəhbərlik  -  tabelikdə  olanlar  arasında  spesifik  münasibətlər  qərarlaşır.  Sosial 
təşkilatlarda  ayn-a}m  fərdlərin,  qruplarm  spesifik  xüsusiyyətlərə  malik  olan  fəaliyyətinin  sinxron,  eyniistiqamətli 
olması müəyyən məqsəd və vəzifələrin reallaşdınimasmı təmin edir. [41 - 42] 
Aydm məsələdir ki, sosial təşkilatlar hüdudunda müəyyən idarəedici orqan olmalıdır ki, sosial statuslann və 
rollann bölgüsü, fərdlərin, qruplann birgə fəaliyyəti təmin edilsin. Taşkilati-hakimiyyət strukturlan kollektivin daxili 
həyatma və əlaqələrinə dair ən müxtəlif məsələləri həll etməli olurlar. Sosial təşkilatın sosial statuslan və rollan nəzərdə 
tutan  formal  strukturu  rəhbərlər  -  tabelikdə  olanlar  xətti  üzrə  əmək  bölgüsünü  həyata  keçirir,  işçilərin  fəaliyyətini 
optimallaşdırmağa  səy  göstərir.  Lakin  ən  sərt  təşkilati  münasibətlər  şəraitində  də  şəxsiyyətləıarası  və  qruplararası 
münasibətlərin müəyyən spesifikası təzahür edir; belə münasibətlərin əsasını 
19 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə