Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə13/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

Cəmiyyətin  əlamətləri  sırasında  ən  əvvəl  ərazinin  olmasını  [47  -  481  qeyd  etmək  olar.  Sosial  əlaqələrin 
konsolidasiyası məhz məlum ərazidə baş verir. Ərazi sosial məkanın əsasıdır: fərdlər arasındakı münasibətlər, qarşılıqlı 
təsirlər burada təşəkkül tapır və inkişaf edir. Təbii landşaftların, flora və faunanın, iqlim şəraitinin və s. rəngarəngliyi
zənginliyi insanların həyati tələbatlarım ödəməyə imkan verir, onlann həyat fəaliyyətinə təkrarolunmaz xüsusiyyətlər 
bəxş edir. 
Sosial  strukturun,  yəni  davamlı  əlaqələrin  olması  cəmiyyətin  ikinci  əlaməti  hesab  edilə  bilər.  Məhz  həmin 
əlaqələr sayəsində daxili sosial qarşılıqlı təsirlərin  5diksək intensivliyi, təkraristehsalı təmin edilir. Bəşər cəmiyyəti 
tarixinin ilk mərhələlərində onun davamlılığı başlıca olaraq, şəxsiyyətlərarası qarşılıqlı təsirlər (qonşuluq, qohumluq 
telləri)  hesabına  təmin  olunurdu:  icma  münasibətləri  qərarlaşmışdı.  Cəmiyyətin  inkişafimn  sonrakı  mərhələlərində 
qarşılıqlı təsirlərin bu prinsipləri kifayətləndirici olmadığından sosial strukturların başlıca sabitləşdirici amillər kimi 
rolu  daha  aydın  təzahür  edirdi:  sosial  institutlann,  sosial  birliklərin  rolu  etiraf  olunurdu.  İndi  cəmiyyəti  sosial 
stmkturlarsız təsəvvür etmək qeyri-mümkündür. Hər bir struktur həyat fəaliyyətinin və qarşılıqlı əlaqənin müəyyən 
növlərini  tənzimləyir  və  təkraristehsal  edir.  Məsələn,  pul  institutu  əmək  mübadiləsini,  ailə  institutu  nikah 
münasibətlərini,  sosial  peşə  birlikləri  əmək  bölgüsünü  nizamlayır.  Bunlann  hamısı  birlikdə  cəmiyyətdə  varisliyi 
(bunsuz sosial əlaqələrin təkraristehsalı mümkün deyildir) təmin edir. 
Cəmiyyətin üçüncü əlaməti onun özyetərliliyidir. Bu o deməkdir ki, cəmiyyət kənardan müdaxilə olmadan öz 
əsas təyinatını yerinə yetirməlidir, yəni insanlara həyat təşkilinin elə formalarını təklif etməlidir ki, həmin formalar 
onlann öz şəxsi məqsədlərinə çatmasına imkan yaratsın. İnsan ancaq cəmiyyətdə sosial karyeraya yiyələnə bilər, zəruri 
biliklər və vərdişlər qazana bilər, müəyyən peşə fəaliyyəti ilə məşğul ola bilər, öz tələbatlanm ödəyə bilər. Cəmiyyət 
özünütənzimləmək qabiliyyətinə malik olmalı, müəyyən normalar və prinsiplər  [48 - 49] əsasında sosial prosesləri, 
institutlann, təşkilatlarm fəaliyyətini nizamlamalı və idarə etməlidir. Özyetərlilik cəmiyyətin muxtarlığmı təmin edir; 
bu, xarici idarəedici impulslar olmadan fərdlərin özinkişafı, öztənzimi üçün zəruri şərait yaratmaq qabiliyyətini ifadə 
edir. 
Cəmiyyətin dördüncü əlaməti - mədəniyyətin ümumiliyi böyük inteqrasiyaedici qüvvədir; bu, insanlann hər bir 
yeni nəslinin sosiallaşmasında əvəzsiz rol o}mayır, onu təşəkkül tapmış münasibətlər sisteminə daxil edir, ümumən 
qəbul olunmuş norma və qaydalara tabe edir. Mədəniyyətin ümumiliyi cəmiyyətdə mənəvi vəhdətin təkrarsız iqlimini 
yaradır,  mənlik  şüurunu  fəallaşdırır  (xüsusən  dil,  mənşə,  davranış  nümunələri,  əxlaqi  dəyərlər  və  s.  ümumiliyi 
vasitəsilə).  Nəticədə  cəmiyyətin  inkişafinda  varislik  və  yeniləşmə  təmin  olunur.  Dini,  milli,  iqtisadi  və  s.  ideyalar 
qüdrətli inteqrasiyaedici qüvvəyə malik olan sosial fenomenlərə konkret misal ola bilər. 
Deməli, cəmiyyət sosial əlaqələrin və sosial qarşılıqlı təsirlərin təşkilinin universal üsulu olub, insanlann bütün 
əsas  tələbatlanm  ödəməyi  təmin  edir;  o,  özünütənzimləmə,  özünü  təkraristehsal  qabiliyyətinə  malikdir.  Xüsusi 
institutlar,  təşkilatlar,  normalar,  dəyərlər  vasitəsilə  sosial əlaqələrin  möhkəmlənməsi,  yeniləşməsi  və  zənginləşməsi 
onun fəaliyyətinin aparıcı istiqamətini təşkil edir. 
5.
 
Cəmiyyətin tipologiyası 
Cəmiyyət öz konkret təzahürlərində son dərəcə rəngarəngdir. Müasir cəmiyyətləri müxtəlif parametrlərə görə 
(məsələn,  siyasi  quruluş, coğrafi  vəziyyət,  mədəniyyət,  ünsiyyət  dili,  sabitlik  səviyyəsi,  sosial inteqrasiya dərəcəsi, 
əhalinin  təhsil  səviyyəsi  və  s.)  fərqləndirmək  olar.  Tipik  cəmiyyətlərin  universal  təsnifatlan  onlann  başlıca 
parametrlərinin ayırd edilməsinə əsaslanır. [49 - 50] 
Cəmiyyətlərin tipologiyasında əsas istiqamətlərdən biri dövlət hakimiyyəti formalannm ön plana çəkilməsidir. 
Bu baxımdan totalitar (dövlət sosial həyatın əsas istiqamətlərini müəyyən edir), demokratik (əhali dövlət strukturlanna 
təsir  göstərmək  imkanına  malikdir)  və  avtoritar  (totalitarizm  və  demokratiya  ünsürləri  əlaqələndirilir)  cəmiyyətləri 
ayırd edirlər. 
Marksizm cəmiyyətləri istehsal münasibətlərinin tipinə görə fərqləndirir və ibtidai icma, quldarlıq, feodalizm
kapitalizm, sosializm (və ya kommunizm) ictimai-iqtisadi formasiyalanm ayırd edir. Sonuncu xüsusi mülkiyyətçilik 
münasibətlərinin ləğvini, istehsal vasitələri üzərində mülkiyyətə hamının bərabər münasibətini nəzərdə tutur. 
Müasir  sosiologiyada  ənənəvi,  industrial,  postindustrial  cəmiyyətlər  kimi  fərqləndirmə  daha  davamlı 
tipologiya hesab oluna bilər. 
Ənənəvi cəmiyyət (bunu sadə və aqrar cəmiyyət də adlandırırlar) aqrar uklada, az mütəhərrik stmkturlara və 
ənənələrə  əsaslanan  sosiomədəni  tənzimləmə  üsuluna  malikdir.  Fərdlərin  davranışına  ciddi  şəkildə  nəzarət  olunur. 
Ənənəvi davranış normaları, adətlər, sabit sosial təsisatlar (xüsusən ailə, icma) çox mühüm məna kəsb edir. İstənilən 
sosial dəyişikliklərdən, yeniliklərdən imtina olunur. Ənənəvi cəmiyyət üçün istehsalın aşağı inkişaf surətləri xarakterik 
cəhətdir. Bu tip cəmiyyət  üçün davamlı sosial həmrəylik çox əhəmiyyətli amildir. E. Dürkheym vaxtilə Avstraliya 
aborigenləri cəmiyyətini öyrənərək bu qənaətə gəlmişdi ki, dini etiqadlar cəmiyyətin əxlaqi 
22 


vəhdətini qoruyub saxlamaqda çox  mühüm rol oynayır. Ova hazırlaşmaqla, nikah mərasimləri və s. ilə bağlı birgə 
rituallar cəmiyyətin kollektiv ruhunun möhkəmlənməsinə kömək edir. 
«İndustrial  cəmiyyət»  termini  hələ  O.  Kont  tərəfindən  elmi  dövriyyəyə  daxil  edilmişdi.  Belə  cəmiyyətin 
əsasını istehsal, sənayenin inkişafı təşkil edir; bunlar əməyin elmi təşkilinə istinad edir. Sənaye istehsalı fəhlələrin iş 
yerlərində [50 - 51] təmərküzləşməsini nəzərdə tutur. Əmələ gələn işçi kütləsinin sahibkarlarla münaqişəsi yaranır. 
Zənginliyin artmasının əsas şərti mənfəət ardınca qaçma və rəqabət olur. Lakin artıq istehsalla bağlı olan böhranlar da 
çoxalır; nəticədə bolluq içərisində yoxsulluq güclənir. İndustrial cəmiyyət sosial həyatın təşkilinin elə tipidir ki, burada 
fərdlərin azadlığı və maraqları onların birgə fəaliyyətini nizamlayan ümumi prinsiplərlə əlaqələnir. Belə cəmiyyət üçün 
çevik sosial strukturlar, sosial mobillik, inkişaf etmiş kommunikasiyalar sistemi xarakterik cəhətlərdir. 
XX əsrin 60-cı illərində postindustrial (informasiya) cəmiyyət konsepsiyalan (D. Bell, A. Turen, Y. Habermas) 
meydana gəlir; bu, ən inkişaf etmiş ölkələrin iqtisadiyyatında və mədəniyyətindəki kəskin dəyişikliklərlə şərtlənmişdi. 
Cəmiyyətdə bilik və informasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rolu etiraf olunur. Zəruri təhsil alan, ən 
yeni informasiya əldə etmək imkanı qazanan adamlar sosial ierarxiya pilləkanmda irəliləmək üçün üstün şanslar əldə 
edirlər. İnsanın cəmiyyətdə əsas məqsədi yaradıcı əmək olur. Postindustrial cəmiyyətin neqativ tərəfi də var: dövlətin, 
hakim elitanın informasiyaya müyəssərlik, kütləvi informasiyanın və kommunikasiyanın elektron vasitələri sayəsində 
insanlar,  bütövlükdə  cəmiyyət  üzərində  sosial  nəzarəti  gücləndirməsi  təhlükəsi  qalır.  Cəmiyyətin  həyat  dünyası 
effektivlik və instrumentalizm məntiqinə daha çox tabe olur. Mədəniyyətdə, o cümlədən ənənəvi dəyərlərdə inzibati 
nəzarətin  təsiri  altında  pozulma  meylləri  güclənir,  çünki  belə  nə-zarət  sosial  münasibətlərin,  sosial  davranışın 
standartlaşmasına, unifıkasiyasma can atır. Cəmiyyət iqtisadi həyat və bürokratik təfəkkür məntiqinə daha çox tabe 
olur. İnsanlar sosial nailiyyətlərdən istifadə etsələr də, iqtisadiyyatın və dövlətin öz şəxsi həyatlarına müdaxiləsindən 
müdafiə olunmaq məcburiyyətində qalırlar. Deməli, müasir cəmiyyətin sosial sferası təhlükəsiz deyildir. Ona görə də 
modemizasiyaya qarşı müqavimət və mübarizə zəminində müəyyən sosial [51 - 52] hərəkatlar (məsələn, vətəndaşlıq 
təşəbbüsləri, «yaşıllar» hərəkatı, antinüvə hərəkatı və s.) meydana çıxır. 
Göründüyü kimi, cəmiyyətin bir pillədən digərinə keçməsinin obyektiv göstəriciləri kimi sənayenin inkişafı, 
elmi-texniki tərəqqi ön plana çəkilir. 
Bir çox tədqiqatçıların (məsələn, D. Bell, A. Kinq, C. Martin, A. Norman, C. Neysbit, İ. Məsud və başqaları) 
əsərlərində  postindustrial  cəmiyyətin  fərqləndirici  xüsusiyyətlərinə  xüsusi  diqqət  yetirilir.  Həmin  xüsusiyyətlər 
aşağıdakılardır:  əmtəələrin  istehsalından  xidmətlər  iqtisadiyyatına  keçilməsi;  5Üiksək  təhsilli  peşəkar  texniki 
mütəxəssislərin  rolunun  artması;  cəmiyyətdə  kəşflərin  və  siyasi  qərarlann  mənbəyi  kimi  nəzəri  biliklərin  öncül 
mövqeyi;  texnika  üzərində  nəzarət  və  elmi-texniki  yeniliklərin  nəticələrini  qİ5mıətləndirmək  imkanı;  intellektual 
texnologiya  yaradılması  zəminində,  habelə  informasiya  texnologiyası  deyilən  texnologiyadan  istifadə  etməklə 
qərarlann qəbul olunması. 
İnformasiya cəmiyyətinin təşəkkülü təsadüfi deyildir. Bu cəmiyyətdə sosial dinamikanın əsası ənənəvi maddi 
ehtiyatlar deyil, informasiya (intellektual) bilikləridir, elmi, təşkilati amillərdir, insanlann intellektual qabiliyyətləri, 
təşəbbüsləri,  yaradıcıhqlarıdır.  Formalaşmaqda  olan  informasiya  cəmiyyətinin  tələbatlan  informasiya 
texnologiyalannm, necə deyərlər, həyat vəsiqəsi almasını zəruri etmişdir. 
İndustrial  cəmiyyətdən  informasiya  cəmiyyətinə  keçilməsi  zamanı  sosial  həyatm  bütün  sahələrində 
informasiya ehtiyatlannm toplanması ilə onlardan istifadə olunması arasmdakı məhdudiyyətlər aradan qaldırılır; bu, 
sosial  proseslərin  dinamikasının  artmasına,  ictimai  tərəqqinin  sürətlənməsinə  səbəb  olur.  Deməli,  informasiya 
cəmiyyətində  informasiya  axınlan  və  massivləri  sosial  inkişafı  müəyyən  edir,  mövcud  ehtiyatlar  və  amillərlə 
müqayisədə prioritet istiqamətlidir; burada əhalinin mütləq əksəriyyəti və ya hamısı informasiya fəaliyyəti ilə (əlbəttə, 
fərqli səviyyədə) məşğul olur. 
Elmi ədəbiyyatda informasiya cəmiyyətinin gələcəkdə [52 - 53] informasiya-ekoloji cəmiyyətə keçəcəyi fikri 
də öz əksini tapmışdır. Mütəxəssislərin fikrincə, informasiya cəmiyyəti ekoloji sağlamlaşma imkanlarını artırmalıdır. 
İnformasiya-ekoloji  cəmiyyət  ekoloji  problemləri  effektli  həll  etməyi  bacaran,  ekotələbatların,  ekodəyərlərin  və 
impeıativlərin tarazlığını təmin edən, yüksək ekoloji mədəniyyətə, əxlaqa, şüura əsaslanan cəmiyyətdir. Başqa sözlə, o, 
sosiumun yeni qlobal vəziyyətidir, noosferanın təşəkkülünün növbəti mərhələsidir. 
Müasir sosiologiyada cəmiyyətin sistem-struktur və münaqişə konsepsiyalan geniş yayılmışdır. Onlan yığcam 
şəkildə nəzərdən keçirək. 
Sistem-struktur  konsepsiyalar  cəmiyyəti  müəyyən  birlik,  bütövlük  kimi  nəzərdən  keçirir.  Cəmiyyətin 
dəyişilməsi konsensusun (cəmiyyət üzvləri arasında qarşılıqlı razılığın), müvazinətin pozulması ilə bağlıdır, onu bərpa 
etmək üçün cəmiyyətin sosial təşkilini dəyişdirmək zəruridir. A. Malinovskinin fikrincə, sosial sistem olan cəmiyyətin 
ünsürləri insanlann  əsas tələbatlan ilə  bağlıdır.  İnsanlar  öz  tələbatlanm  ödəmək  üçün  birləşməyə  məcburdur.  Buna 
əlaqələndirmə,  idarəetmə  institutlan  kömək  edir.  Deməli,  cəmiyyət  bir  sistem  olmaq  etibarilə  insanın  öz təbiəti ilə 
şərtlənmişdir. K. Erikson cəmiyyəti özü inkişaf edən sosial sistem kimi nəzərdən keçirirdi; 
23 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə