Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə15/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

Amerika sosioloqu F. Perkin müasir cəmiyyətdə münaqişəni zülm olunanlarla imtiyazlılarm qarşıdurması kimi 
nəzərdən keçirir. Lakin onların mübarizəsi sosial ziddiyyətləri həll edən və ya yumşaldan incə mexanizmlər (məsələn, 
sosial mobilik, zülm olunanların tələbatlarının aşağı səviyyəsi, dinin təsiri və s.) sayəsində üsyanlara gətirib çıxarmır. 
Bölgü sisteminin daha çox bazar vasitəsilə formalaşması hökmran elitanın zəruri saydığı istiqamətdə cəmiyyətə təsir 
göstərməsinin gizli mexanizmlərini qavramaqda müəyyən çətinliklər yaradır. Beləliklə, sosial münaqişə konsepsiyası 
cəmiyyətdə mübarizəni, düşmənçiliyi, zorakılığı onun real surətdə fəaliyyətinin tərkib hissəsi kimi, bir mexanizmi kimi 
nəzərdən keçirir. 
Göründüyü kimi, konsensus konsepsiyası sosial sistemin sabit, davamlı fəaliyyətinə, münaqişə konsepsiyası 
isə onun dəyişilməsinə daha çox diqqət yetirir. [56 - 57] 
25 


III
 FƏSIL
 
ŞƏXSİYYƏT SOSİAL SİSTEMDİR 
1.
 
Şəxsiyyət anlayışı 
İnsan sadəcə olaraq sosial sistemin ünsürü deyildir; o həm də mürəkkəb struktura malik olan sistemdir. Ona 
görə də şəxsiyyət problemi onu bir tam, bir sistem kimi açıqlamağa imkan verən, müxtəlif elm sahələrində çalışan 
mütəxəssislərin səylərini fəal şəkildə birləşdirməyi zərurətə çevirən geniş kontekstdə öyrənilməlidir. Bu bir həqiqətdir 
ki, müxtəlif bilik sahələrinin hər biri həmin problemə öz predmetinə uyğun surətdə müraciət edir. Şəxsiyyətə bir sosial 
sistem  kimi  yanaşan  sosiologiya  başlıca  diqqəti  onun  təşəkkülü  və  inkişafının  sosial  qanunauyğunluqları,  həmin 
qanunauyğunluqların təzahür xüsusiyyətləri üzərində cəmləşdirir. Şəxsiyyət probleminin sosiologiyadakı əhəmiyyətini 
bundan  görmək  olar  ki,  bütöv  bir  sahə  -  şəxsiyyətin  sosiologiyası təşəkkül  tapmışdır.  Xatırlatmaq  yerinə  düşər  ki, 
vaxtilə şəxsiyyətin sosiologiyasının mövcudluğu bir çoxlan tərəfindən ancaq Qərbin təsiri kimi qiymətləndirilirdi. 
Şəxsiyyət  anlayışının  özünü  dəqiqləşdirməyə  ehtiyac  vardır.  Elmi  ədəbiyyatda  bu  barədə  çox  müxtəlif 
mülahizələr söylənilsə də, onlan əsasən iki qrupda birləşdirmək olar. 
Birincisi, şəxsiyyət normativ kateqoriya kimi izah edilir, yəni onun mahiyyəti insamn şüuruna və fəaliyyətinə 
aid  olan  müsbət  keyfiyyətlərlə  əlaqələndirilir.  Bu  halda  bəziləri  yaş  etibarilə  yetkinliyi  və  psixi  cəhətdən  normal 
olmağı,  bəziləri  yüksək  mənəviyyatı,  şüurluluğu,  məsuliyyəti,  bəziləri  fikirlərin  müstəqilliyini,  baxışlann 
müəyyənliyini, hisslərin orijinallığını, iradə qüvvəsini, daxili intizamı və s. şəxsiyyət olmaq üçün vacib normalar hesab 
edirlər. Məsələyə bu cür [57 a 58] yanaşılması elmi cəhətdən doğru deyildir. Çünki insanların bir qismini şəxsiyyət 
kimi, digər qismini isə qeyri-şəxsiyyət kimi səciyyələndirmək şəxsiyyət anlayışının tarixən yaranması faktına uyğun 
gəlmir, ümumiyyətlə, şəxsiyyət probleminin həm nəzəri, həm də praktik səpgidə öyrənilməsi işinə lüzumsuz çətinliklər 
əlavə  edir.  Bu  cür  yanaşma  əslində  normativ  əlamətlər  əsasında  insan  və  şəxsiyyət  anlayışlarını  nisbətən  kəskin 
hədlərlə bir-birindən ayırır. Burada xaürlatmaq yerinə düşər ki, hüquq nəzəriyyəsi və praktikası insanların şəxsiyyət və 
qeyri-şəxsiyyət kimi ayrılmasını məqbul saymır. 
İkincisi, şəxsiyyət öz tipik və fərdi cəhətlərinin vəhdətində konkret insan kimi izah edilir. Bu nöqteyi-nəzər 
şəxsiyyət anlayışını daha dəqiq əks etdirir. 
Şəxsiyyət anlayışını fərd və fərdiyyət anlayışları ilə müqayisə etdikdə onun mahiyyətini daha aydın təsəvvür 
etmək olar. 
«Fərd» anlayışı bəşər nəslinin hər hansı aynca nümayəndəsini ifadə etmək üçün işlədilir. Məlum olduğu kimi, 
sosial fəlsəfədə bu anlayış müəyyən sosial bütövün yeganə nümayəndəsini ifadə edir. Həmin anlayışın köməyi ilə hər 
bir  aynca  adamın  şəxsiyyət  kimi  formalaşdığı  sosial  şəraitdən  mahiyyətcə  asılılığı  nəzərə  çarpdınlır.  İnsan  sosial 
münasibətlərin  məhsulu  kimi  mövcud  olur  və  fəaliyyət  göstərir.  Cəmiyyət  sadəcə  olaraq  fərdi əhatə  edən «mühit» 
deyildir, həm də onun «daxilində» yaşayan fenomendir. Təsadüfi deyildir ki, insanm fərdi davranışında bu fenomenin 
müxtəlif amilləri (məsələn, mədəniyyətin səviyyəsi, həyat fəaliyyətinin formalan, üsullan və s.) dərin iz buraxır. Ona 
görə də insan məlum cəmiyyətin yaratdığı şəraiti, imkanlan nəzərə almaq məcburiyyətində qalır. Lakin bu o demək 
deyildir ki, fərdi mövcudluq şəraiti insanın sonrakı davranışını irəlicədən birdəfəlik və həmişəlik müəyyən edir. İnsan 
davranışmm öz sosial-qrup vəziyyətinə müncər edilə bilməməsi, bu davranışın mövcud ilkin amillərə münasibətdə 
nisbi müstəqil [58 - 59] olması, şəxsin öz fərdi siması üçün məsuliyyət daşıması, cəmiyyətin nəzərində müəyyən dəyər, 
məna kəsb etməsi - bütün bunlar fərd anlayışının deyil, şəxsiyyət və fərdiyyət anlayışlarının köməyi ilə qeydə alınır. 
İnsanlar  özlərində  sosial  cəhətdən  əhəmiyyətli  keyfiyyətlər  işləyib  hazırlamışlar  ki,  bunları  da  ifadə  etmək  üçün 
şəxsiyyət və fərdiyyət anlayışlarından istifadə edilir. Bu iki anlayış məna etibarilə bir-birinə çox yaxındır və qarşılıqlı 
surətdə  əlaqəlidir.  Görünür  məhz  buna  görə  də  həmin  anlayışlan  çox  zaman  bir-birini  əvəz  edə  bilən  eynimənah 
anlayışlar  kimi  işlədirlər.  Lakin  şəxsiyyət  və  fərdiyyət  anlayışlannda  müəyyən  məna  çalarını  fərqləndirmək 
mümkündür.  İnsan şəxsiyyətdir, çünki onun öz sosial siması vardır; insan həm  də fərdiyyətdir, çünki onun xüsusi, 
spesifik, təkrarolunmaz xassələri mövcuddur. 
Fərdiyyət  nəinki  müxtəlif  qabiliyyətlərin  təzahürüdür,  həm  də  onların  müəyyən  bütövlü5didür.  Bu  halda 
adətən qabiliyyətlərdən biri digərləri ilə müqayisədə üstün mövqe tutur, onların əlaqələndirilməsinin orijinal üsulunu 
müəyyən edir. Lakin fərdiyyət anlayışı bütün insan fəallığını tam həcmdə əhatə edə bilmir. Fərdiyyətin yetkinləşməsi
dolğunlaşması, ahəngdarlaşması xeyli dərəcədə şəxsiyyət stmkturundan asılıdır. Fərdiyyət anlayışı insan fəaliyyətinə 
özünəməxsusluq və təkrarolunmazlıq, çoxcəhətlilik və ahəngdarlıq, təbiilik və sərbəstlik ölçüsü ilə yanaşdığı halda, 
şəxsiyyət anlayışı bu fəaliyyətdə şüurlu-iradi başlanğıcı nəzərə çarpdırır. Şəxsiyyət anlayışı 
26 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə