Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə17/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

Qeyd etdiyimiz sosial hadisənin daşıyıcdan müəyyən şəxslərdir, bəzi qmplardır; onlar şüurlu və ya kortəbii 
surət-də eəmiyyətdə möveud olan tələblərlə və davranış normalan ilə konfliktə girirlər. 
İnsanların  şüurunda  və  davranışında  deviasiya  (kənara  çıxma)  adətən  tədricən  yetişir.  Bu  baxımdan 
sosiologiyada «ilkin deviasiya» anlayışının işlədilməsi diqqəti cəlb edir. Həmin anlayışın  mənasını belə izah etmək 
olar: ilk vaxtlar müəyyən kənara çıxma hallarına ətrafdakılar, necə deyərlər, barmaqarası yanaşırlar, hər hansı qaydanı 
pozan şəxs isə özünü bu cür qiymətləndirmir. Belə kənara çıxma hallan isə əhəmiyyətsiz qüsurlar və ya qeyri-əxlaqi 
hərəkətlərə lap yaxın olsalar da, müəyyən zaman ərzində nəzərə çarpmaya bilərlər. Məsələn, təsadüfi adamlarla spirtli 
içkilərin içilməsi - ictimai əxlaqm pozulmasına gətirib çıxaran bu hadisə müəyyən müddətdə diqqətdən kənarda qala 
bilər. 
Kənara çıxan davranışın ikinci səviyyəsi də vardır; bu, ikinci deviasiya adlanır. Bu halda ətraf sosial qmp və ya 
rəsmi təşkilatlar tərəfindən həmin davranışın daşıyıcısı açıq şəkildə əxlaq və ya hüquq normalannm pozucusu kimi 
etiraf olunur. Başqa sözlə, həmin davranışa müəyyən reaksiya özünü göstərir. 
Kənara çıxan davranışı təhlil edərkən deviasiyanm fərdi və ya kollektiv formalarını fərqləndirmək vacibdir. 
Fərdi forma dedikdə, əxlaq və hüquq tələblərinin aynca şəxs tərəfindən pozulması başa düşülür. Kollektiv formada isə 
kənara  çıxan  davranış  müəyyən  sosial  qmpun  (məsələn,  cinayətkar  dəstənin)  fəaliyyətinin  ifadəsidir.  Həmin  qmp 
özünün qaydalar sistemini, «mədəniyyətini» yaradır və açıq şəkildə qəbul olunmuş normalara qarşı dumr».’ 
Nəzərə almaq lazımdır ki, hər cür kənara çıxma halını [65 - 66] deviant davranış hesab etmək doğm deyildir. 
Hərçənd  bəzi  tədqiqatlarda  kənara  çıxan  davranış  və  deviant  davranış  eyniləşdirilir.  Onlar  e5miləşdirildikdə  bütün 
sosial qmplar və bütün adamlar həmin təriflə ehtiva olunurlar. Halbuki cəmiyyətdə elə bir adam və sosial qmp yoxdur 
ki, onlar həyatın bütün hallannda mütləq surətdə norma və qaydalara müvafiq hərəkət etmiş olsunlar.^ Deməli, kənara 
çıxan davranış anlayışı daha geniş məzmuna malikdir. 
Kənara çıxan davranış müəyyən səbəblərlə  bağlıdır. Əwəla, yeni sosial sistem boş yerdə yaranmır, əvvəlki 
sistemin,  dağıdılmış  sistemin  bir  sıra  elementlərindən  törəyir.  Söhbət  insanlardan  və  ya  məhsuldar  qüvvələrin 
ünsürlərindən gedir. İkincisi, yeni sosial sistemin inkişafı, adətən qeyri-bərabər olur. Bu, həmin sistemin ünsürlərinin 
qarşılıqlı nisbətində müəyyən disproporsiyalar doğumr və onlardan bəzilərində müəyyən defektlərin qalmasına gətirib 
çıxanr.  Üçüncüsü,  inkişaf edən  sistemin  öz  mövcudluğu  şəraitinə (istər  daxili, istərsə  də  xarici şəraitinə) natamam 
adaptasiyası özünü göstərə bilər. Başqa sözlə, sosial, mədəni və texniki inkişaf yeni meydana gələn ictimai-iqtisadi və 
mədəni tələbatlarm ödənilməsinə adekvat cavab verməyə bilər. Dördüncüsü, təsadüfi hadisələr də deviant davranışı 
qidalandıra bilər. Bütün bunlar məcmu halında müxtəlif neqativ hadisələrin konkret mənbəyi olur.^ 
Kənara çıxan  davranış  başlıca  olaraq iqtisadi  münasibətlərlə  vasitələnir.  Aydın məsələdir  ki,  belə  davranış 
həmin  münasibətlərin  vəziyyətindən  birbaşa  asılı  olmur.  Qarşılıqlı  əlaqə  daha  mürəkkəb  və  çoxcəhətlidir.  Lakin 
cəmiyyət inkişafının bütün tarixi göstərir ki, sıx qarşılıqlı əlaqə həqiqətən mövcuddur. Nəzərdən qaçırmaq olmaz ki, 
əsas məsələ müxtəlif sosial bərabərsizlik formalarının mövcudluğudur. Həyati faktlar sübut edir ki, qeyri- bərabərliyin 
bu  və  ya  digər  [66  -  67]  formalan  qalmaqda  davam  edir.  Həm  də  onlan  obyektiv  surətdə  şərtlənmiş  fərqlər  yox, 
deformasiyaya uğramış ictimai münasibətlər doğurur: məsələn, hakimiyyətə mənsubluq, xəlvəti iqtisadiyyatla bağlılıq 
və s. Burada xatırlamaq yerinə düşər ki, mütəxəssislər xəlvəti iqtisadiyyatın nəhəng maliyyə kapitalına malik olduğunu 
xüsusi  vurğulayırlar.  Məsələn,  XX  əsrin  90-cı  illərinin  ortalannda  təxminən  150-200  milyard  dollar  vəsaitin  adı 
çəkilir."^ 
Keçmiş  SSRİ  məkanında  belə  kənara  çıxma  hallanmn  mühüm  mənbəyi  iqtisadiyyatın  defısitliyi  idi.  Bu, 
insanlan alçaldırdı, böyük itkilərə səbəb olurdu. Çünki insanları ədalətin pozulması qədər heç şey narahat etmir. Bunu 
90-cı illərin ortalannda Rusiyada apanlmış sosioloji tədqiqat materiallan da təsdiq edir (sorğunu Ümumrusiya İctimai 
Rəyi Öyrənmə Mərkəzi aparmışdır - 1996-cı ilin may-iyun aylan). Belə ki, rəyi soruşulanlann ancaq 19 faizi tamamilə 
və ya qismən razılaşmışdır ki, insanlar öz əməyinə görə mükafatlandmhr; 8 faizi bu rəyə tərəfdar çıxmışdır ki, «ağıl və 
peşəkarlıq qiymətləndirilir», cəmi 4 faizi isə belə hesab edir ki, insanlar ehtiyac duyduqlan şeyləri ala bilərlər.^ 
Mütəxəssislərin fikrincə. Sovet dövründə kənara çıxan davranışın bir mənbəyi də ixtisaslı və ixtisassız əmək, 
nüfuzlu  və  nüfuzlu  olmayan  əmək  arasındakı  ziddiyyətlər  olmuşdur.  Həmin  ziddiyyətlər  insanların  ziddiyyətli 
fəaliyyəti üçün ilkin şərt ola bilmişdir. Əlbəttə, bu o demək deyildir ki, ixtisassız, nüfuzlu olmayan əmək bilavasitə 
kənara çıxmaya səbəb olur. Aşağı ixtisaslı adamlar içərisində də işçilərin mütləq əksəriyyəti ictimai borc hissini, öz 
məsuliyyətini yaxşı dərk edir. Bununla belə, apanlmış kriminoloji tədqiqatlar əməyin məzmunu ilə 
' Bax: Тощенко Ж. Г. Социология. Общий курс. М., 2001, с. 246. 
^ Вах: Тощенко Ж. Г. Социология. Общий курс. М., 2001, с. 246. 
^ Кудрявцев В. Н. Исследовательская проблемф-социальные отклонения //Социс, 1983, № 2. 
Тощенко Ж. Г. Социология. Общий курс. М., 2001, с. 248. 
^ Yenə orada. 
29 


cinayətkar  davranış  arasında  sıx  qarşılıqlı  əlaqəni  qeydə  almışdır.  Belə  ki,  cinayətkarlar  arasında  yüksək  istehsal 
kvalifıkasiyasma  malik  olan  şəxslər  əhalinin  ümumi  strukturunda  həmin  kvalifıkasiyadan  olan  işçilərə  [67  -  68] 
nisbətən təxminən 6 dəfə az olmuşdur. 
90-cı illərdə qeyd etdiyimiz ziddiyyətlər başqa səbəblərlə - kütləvi işsizliyin doğurduğu səbəblərlə bir növ arxa 
plana sıxışdınlır. Məhz işsizlik kənara çıxan davranışh qruplann (daimi yaşayış yeri olmayanlar, avaralar, narkomanlar, 
cinayətkarlar) formalaşması üçün əlverişli, münbit zəmin olur. Əvvəllər də mövcud olan bu «yaralar» başqa səbəblərlə 
şərtlənsə də, xeyli geniş miqyasları əhatə etmişdilər. 
Kənara çıxmaların meydana gəlməsinin bir mənbəyi də cəmiyyətin real inkişaf prosesi ilə insanların axtarış və 
risq  hüququnun  həyata  keçirilməsinin  bir-birinə  uyğun  gəlməməsidir.  Keçmiş  SSRİ-nin  dağıldığı  və  müstəqil 
dövlətlərin meydana gəldiyi məqamda təsərrüfat cinayətləri üstündə mühakimə olunmuşların sayı 130 min nəfəri ötüb 
keçirdi.  Onların  sövqedici  motivləri  kifayət  qədər  müxtəlif  idi:  iqtisadi  problemlərin  həllinə  könüllü  kömək  etmək 
arzusundan tutmuş təmənnalı yardıma, var-dövlət toplamaq hərisliyinədək. 
Kənara çıxmaların şərait və səbəblərini araşdırarkən bir məqama da diqqət yetirilməlidir: bu, əhalinin müxtəlif 
qrup  və  təbəqələrinin  mənafelərindəki  ziddiyyətlərdir.  Müasir  cəmiyyət  müxtəlif  mənafelərin  kəskinləşməsindən, 
toqquşmasından  azad  deyildir.  Mənafe  toqquşmaları  ayn-ayn  sosial  təsisatların,  sosial  qrupların,  cəmiyyətin  və 
dövlətin qarşılıqlı fəaliyyəti prosesində meydana gələ bilər. 
Meydana çıxan ziddiyyətlərin vaxtında və adekvat həll olunmaması da insanların şüurunda və davranışında 
müəyyən iz buraxır. İctimai mənafelərə laqeydlik zəminində sözlə iş arasında ayrılıq dərinləşir, sosial apatiya güclənir. 
Təsərrüfatsızhq,  maxinasiya  təzahürlərini,  rəhbərliyin  maddi  sərvətlərə  laqeydliyini  və  s.  görən  adamlar  rəsmi 
çağırışlara passiv münasibət bəsləyir, cəmiyyət hesabına öz əməyini yüngülləşdirmək yollan, imkanlan axtanrlar. 
İdarəetmə işində yol verilən nöqsanlar, qüsurlar da mənfi hadisələrin mənbəyi ola bilər. Bunlar qanunçuluğun, 
[68 - 69] demokratiya və ədalət prinsiplərinin pozulmasına gətirib çıxanr. 
Kənara çıxan davranışı nəzərdən keçirərkən sosial varislik məsələsindən yan keçmək olmaz. İnsanlann həyat 
tərzinin pozitiv tərəfləri ilə yanaşı neqativ tərəfləri də təkrar istehsal oluna bilər. Bu, sosial varisliklə bağlı məsələdir. 
Sosial varislik mexanizmi ziddiyyətlidir. Həmin ziddiyyətlərdən biri ondan ibarətdir ki, varisliyin predmeti normal 
həyat təcrübəsi yox, həm də qüsurlu həyat təcrübəsi olur. Bu təcrübə isə sosial informasiya vasitəsilə nəsildən-nəslə 
ötürülür. 
Kənara çıxan davranış ictimai münasibətlərin fəaliyyəti və inkişafı prosesinin adamların müəyyən hissəsinin 
şüurunda qeyri-adekvat inikası ilə də əlaqədardır. Ədəbiyyatda belə uyğunsuzluğun iki növünü ayırd edirlər. Birincisi, 
ictimai inkişafın əvvəlki mərhələsində təşəkkül tapan əhval-ruhiyyələr, baxışlar çox zaman yeni şəraitlə uyğun gəlmir. 
İkincisi, praktik fəaliyyət gedişində elə təsəvvürlər meydana gəlir və ya canlamr ki, onlar da dəyişikliklərin mənasını 
və istiqamətini birtərəfli izah edirlər. 
Nəzərdən  keçirdiyimiz  problem  baxımından  əxlaqi  münaqişələr  də  diqqəti  cəlb  edir.  Bu,  münaqişələri  iki 
qrupa ayırmaq olar: 
1.
 
xarici (insanlar arasında olan) münaqişələr; 
2.
 
daxili (insanda motivlərin mübarizəsi baş verən) münaqişələr. 
Xarici  münaqişələr  sərvət  yönümlərinin  istiqamətindəki  aynlığı  ifadə  edir.  Həmin  yönümlər  ictimai 
münasibətlərdə müxtəlif əxlaqi sistemlərin toqquşması kimi təzahür edir. Fərdlərarası münaqişələrin mənbəyi mənəvi 
mövqelərdəki fərqlər də ola bilər. Həmin fərqlər şəxsi mədəniyyət səviyyəsinin, konkret həyat məqsədlərinin və onlara 
çatmaq üçün seçilən vasitələrin uyğunsuzluğu ilə şərtlənmişdir. 
Daxili münaqişələrin təbiəti bundan fərqlidir. Onlar fərdi əxlaqi şüurun ziddiyyətliliyi ilə müəyyən edilir. Çox 
zaman bu, ictimai borc motivləri ilə qrup, ailə və şəxsi mənafeləri [69 - 70] ifadə edən motivlər arasındakı toqquşma 
kimi özünü göstərir. Daxili münaqişələr təkamül edərək, xarici münaqişələrə keçə bilər. 
Kənara çıxan davranış təzahürləri olduqca rəngarəngdir. Onlan müəyyən tipoloji qruplarda birləşdirmək olar. 
Həmin qruplann həm ümumi, həm də spesifik xüsusiyyətləri vardır. Elmi ədəbiyyatda insanlann şüur və davranışındakı 
neqativ hadisələri təsnif etmək barədə maraqlı mülahizələr söylənilmişdir. Müxtəlif əlamətlərə görə aşağıdakı kimi 
qruplaşma aparmaq olar: 
a)
 
deviasiyalann səviyyəsinə görə: 
1)
 
ilkin deviasiya
2)
 
ikinci deviasiya. 
b)
 
əhatə dairəsinə görə: 
1)
 
kənara çıxan davranışm fərdi forması; 
2)
 
kənara çıxan davranışm kollektiv forması. 
c)
 
insanlann həyat fəaliyyəti sferalanna görə: 
1)
 
istehsal-əmək sferasında - iqtisadi oğurluqlar, qənimətçilik, təsərrüfatsızhq və s.; 
2)
 
bölgü sferasında - cəmiyyətdən çox qopartmağa çalışmaq, rüşvətxorluq, sosial parazitizm; 
30 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə