Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə10/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

yanaşı  saysız-hesabsız  təsadüflərin  roluna  diqqət  yetirilməlidir.  Həm  tarixi,  həm  də  sosial  qanunauyğunluqlann 
fəaliyyəti  araşdırılarkən  təkcə  mövcud  sosial-iqtisadi  həyat  şəraiti  yox,  həm  də  sosial  qüvvələrin  hərəkətlərini 
səciyyələndirən real məzmun zənginliyi (insanların fəallığı, mənafeləri, sərvət yönümləri və s.), yəni sosial prosesin 
bütün amilləri nəzərə alınmalıdır. 
Sosiologiya şəxsiyyətin kollektivdə, ailədə və bütövlükdə cəmiyyətdə davranışını tədqiq edərkən psixologiya 
elminin  əsas  ideyalanndan  bəhrələnir.  Məsələn,  davranışın,  şəxsi  və  kütləvi  münasibətlərin  motivləri  nəzəriyyəsi, 
şəxsiyyətin  sosial  yönümlərinin  öyrənilməsi  metodları  və  s.  bu  qəbildəndir.  Sosioloji  tədqiqatlarda  psixolooji 
testlərdən uğurla istifadə olunur. 
Sosiologiya  insanların  müxtəlif  səviyyələrdə  qarşılıqlı  fəaliyyətini,  ailə  və  ictimai  tərbiyə,  mənəvi  həyat 
problemlərini və s. öyrənərkən etika, estetika, pedaqogika sahəsində aparılan tədqiqatlara, çıxarılan nəticələrə müraciət 
etməli olur. Bir sözlə, müxtəlif elmlərlə sosioloji bilik arasında maraqlı qarşılıqlı zənginləşmə prosesi gedir. 
Sosiologiya ilə təbiət elmləri arasında xüsusi əlaqə mövcuddur. Bu əlaqə müasir təbii-elmi metodologiyanm 
sosial tədqiqatlann, bütövlükdə cəmiyyətşünaslıqm inkişafina getdikcə artan təsirinin ifadəsi hesab edilməlidir. Sosial 
hadisələrin,  proseslərin  tədqiqində  təbii-elmi  və  riyazi  dəqiqliyə  nail  olmağa  səy  göstərilməsi  sosiologiyanm 
inkişafında dərin iz buraxmışdır. Söhbət təbiət elmlərinin və dəqiq elmilərin anlayışlarmdan mexaniki surətdə istifadə 
olunmasından, təbiət və cəmiyyət qanunlannm eyniləşdirilməsindən getmir. [35 a 36] 
Cəmiyyət  hadisələrinin  tədqiqinə  elə  təbii-elmi  və  dəqiq  metodlarm  tətbiqi  nəzərdə  tutulur  ki,  onlar  təbiət 
elmlərində və dəqiq elmlərdə olduğu kimi öz səmərəliliyini sübut etsin. 
Hazırda kibernetikanın, informasiya nəzəriyyəsinin və s. işləyib hazırladıqları riyazi metodlar sosiologiyada 
getdikcə daha artıq dərəcədə tətbiq olunur. Sosioloji tədqiqatlann vəzifələrinə uyğunlaşdınimış xüsusi riyazi metodlar 
və nəzəriyyələr də yaradılır. Ayrı-ayn istehsal prosesləri, sahələri çərçivəsində insan-texnika sisteminin tədqiqi zamanı 
sosiologiya ilə texniki elmlərin müəyyən qarşılıqlı münasibətləri qərarlaşır. Belə münasibətləri, məsələn, istehsalın 
avtomatlaşdıniması  və  mexanikləşdirilməsinin  sosial  aspektlərini  öyrənərkən  xüsusilə  aydm  müşahidə  etmək 
mümkündür. 
Deməli, sosiologiya ən müxtəlif bilik sahələri ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Lakin bu əlaqə hər bir 
konkret halda öz spesifik aspektlərinə malikdir. [36 a 37] 
17 


II
 FƏSIL
 
CƏMIYYƏT
 
MÜRƏKKƏB SOSİAL-MƏDƏNİ FENOMENDİR 
1.
 
Cəmiyyət ən ümumi sosial sistem kimi 
Cəmiyyət insanların sadəcə məcmusu deyildir, fərdlərin özünəməxsusluğunu və əlaqələrini nəzərə almayan 
mücərrəd bütövlük də deyildir. Cəmiyyət mürəkkəb, bütöv sosial-mədəni sistemdir, başqa sözlə, sosial sistemin xüsusi 
növüdür. Sosial-fəlsəfi axtarışlar cəmiyyətin tədqiqində ilkin metodoloji prinsipi üzə çıxarmışdır; bu, cəmiyyətə sistem 
kimi yanaşılmasıdır. Elmdə, o cümlədən sosiologiyada müxtəlif mürəkkəbliyə malik olan təşəkkülləri tədqiq etmək 
üçün sistem yanaşmadan uğurla istifadə olunur. 
«Sistem»  termini  hələ  Qədim  Yunanıstanda  işlənilsə  də,  XVII-XVIII  əsrlərdə  elmi  dövriyyəyə  daha  geniş 
daxil olmuşdur; onun ilkin mənası nəyinsə mürəkkəb və rəngarəng vəhdətini ifadə etmişdir (məsələn, təbiətin sistemi, 
biliklərin sistemi, əlamətlərin sistemi və s.). XX əsrin ortalarından etibarən «sistem» termini daha dərin elmi məzmun 
kəsb etmişdir. Sistemlərin ümumi və xüsusi nəzəriyyələri meydana gəlmiş, sistem yanaşma biliyin, tədqiqatını xüsusi 
metodologiyası kimi etiraf olunmuşdur. Hazırda sistemlilik hər bir elmin mərkəzi kateqoriyalarından biri hesab edilir. 
Universal  anlayış  olan  sistem  həm  maddi,  həm  də  mənəvi  aləmin  mühüm  xassələrini  əks  etdirir.  Onun  ən 
mühüm  əlamətləri  bütövlük,  diferensialhq,  elementlərin  əlaqəsidir.  Elmi  ədəbiyyatda  belə  bir  cəhətə  xüsusi  diqqət 
yetirilir ki, fəaliyyət baxımından hər bir sistemi üç əlamət səciyyələndirir. 
Birincisi, davamlılıq - bu, sistemin həyat prosesində özünü qomyub saxlaması qabiliyyətini ifadə edir. [37 - 
38] 
İkincisi, müvazinət - bu, sistemin saxlanılması naminə kompromis, qarşılıqlı güzəşt kimi başa düşülə bilər. 
Üçüncüsü,  əks  əlaqə  -  bu,  fəaliyyətə  olan  təsirə  və  onun  sonrakı  dəyişilməsinə  göstərilən  reaksiyanın 
spesifikasını əks etdirir. 
Sistemin fəaliyyətinin bu əlamətləri homeostazis anlayışında birləşdirilə bilər. Həmin anlayış xarici mühitlə 
qarşılıqlı  təsir  prosesində  cərəyan  edən  həyat  fəaliyyətində  sistemin  özünü,  öz  əsas  xassələrini  və  funksiyalarını 
qomyub saxlamaq qabiliyyətini ifadə edir. 
Sistemlərin  kifayət  qədər  müxtəlifliyi,  rəngarəngliyi  şəksiz  həqiqətdir.  Elmi  sistematologiyada  onlann 
müxtəlif təsnifatı təklif olunmuşdur. Məsələn, maddi və ideal, təbii və süni, bioloji və sosial, dinamik və statik, açıq və 
qapalı ifadə olunan və ifadə olunmayan, adaptiv, özünü təşkil edən, inkişaf edən və s. sistemləri fərqləndirirlər. 
Sistemlərin  xüsusi  tipi  olan  sosial  sistemlər  komponentlərinin  çoxluğu,  həmin  komponentlər  arasında, 
bütövlükdə sistemlə mühit arasında qarşılıqlı əlaqələrin rəngarəngliyi ilə səciyyələnir. Görkəmli sosioloq T. Parsons 
qeyd edirdi ki, sosial sistemlər ən əvvəl qarşılıqlı fəaliyyətdə, təsirdə olan fərdlərin sistemidir; fərdlər eyni zamanda 
həm canlı orqanizmlərdir, həm də şəxsiyyətlərdir və müəyyən mədəni sistemlərə mənsubdurlar. 
Sosial sistemləri genetik əlamət baxımından maddi və ideal sistemlərə ayırmaq olar. Maddi sosial sistemlərə 
kiçik sosial qrupları (ailə, peşə qrupları, partiya özəkləri); böyük sistemləri (dövlət, partiyalar, həmkarlar təşkilatlan 
konfederasiyası və s.); mürəkkəb sistemləri (dövlətlər birliyi, hərbi-siyasi bloklar, iqtisadi ittifaqlar və s.) aid edilə 
bilər. İdeal sistemlər insanın ətraf aləmi dərk etməsi ilə bağlıdır. Bu sistemlər də kiçik (fərdi şüur, şəxsiyyətin mənəvi 
dünyası),  orta  (müəyyən  fərdlər  qrupunun  baxışlar  sistemi,  etnik  qmplann  adət  və  ənənələri),  bö5Üik  (iqtisadi 
nəzəriyyə, sosiologiya elmi və s.), habelə universal (dünyagörüşü, mifologiya, din və  [38 - 39] s.) sistemlərə aynla 
bilər. 
Formasına  görə  sosial  sistemlər  kiçik,  orta,  böyük  və  mürəkkəb  sistemlər  kimi  təsnif  oluna  bilər.  Kiçik 
sistemlərə ayn-ayn sosial obyektlər aiddir (məsələn, ailə, fərd, kiçik qmp və s.); onlann daxili struktum və fəaliyyəti 
nisbətən  sadədir,  onları  təşkil  edən  ünsürlərin  qarşılıqlı  təsiri  əlaqələndirmə  xarakteri  daşıyır.  Orta  sistemlərin 
strukturunda ünsürlərin dəqiq ayırd edilmiş iki qmpu mövcuddur; onlann arasında əlaqələr subordinasiya xarakteri 
daşıyır  (yerli  hakimiyyətin  strukturu,  rayonun  iqtisadi  stmktum  və  s).  Bö5Üik  sistemlər  onlan  təşkil  edən ünsürlər 
arasında mürəkkəb strukturla səciyyələnir (məsələn, dövlət, partiyalar, ölkənin iqtisadi sistemi). Mürəkkəb sistemlərə 
elə sistemlər aiddir ki, onların mövcudluğu alt sistemlərin daxili tənzimi ilə yanaşı çoxsəviyyəli xarakterə malikdir 
(məsələn. Müstəqil Dövlətlər Birliyi, Be5uıəlxalq Valyuta Fondu, Avropa İttifaqı və s.). 
18 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə