Leyla Əliyeva
Postsovet təfəkkürünün sərhədlərinin
genişləndirilməsi: liberalizm və
konfliktlərin həlli
Giriş
Sovet İttifaqının əksər ölkələrində keçid dövrü artıq bitmişdir,
lakin ittifaqın dağılması zamanı başlayan konfliktlər isə davam
edir və ya öz siyasi həllini tapmayıb. Hərçənd ki, münaqişələr
“dondurulmuş” adını almışdır, amma mütəmadi pozulan atəş kəs-
lər, 2008-ci ildə Rusiyanın Gürcüstan sərhədlərini pozmasıyla
ku lminasiya nöqtəsinə çatan və iki ölkə arasında müharibəyə sə-
bəb olan barışıqların pozulması hələ də regional stabillik və təh-
lü kəsizlik üçün təhlükəlidir.
Həm Gürcüstanda olan həm də Azərbaycan Ermənistan
kon fliktləri misalında beynəlxalq aləm münaqişələrin həlli üçün
öz mexanizmlərini təklif etdilər, belə ki, bu müharibələr öz
inten siv liyinə, ikinci və üçüncü ölkələrin qarışması və regional
təhlükəsizliyə potensial təhlükə olaraq dövlətlərarası konflikt
müs təvisinə keçmişdi. Bundan başqa regional səviyyədə effek-
tiv fəaliy yət göstərən təhlükəsizlik təşkilatları mövcud deyil, və
MDB sülhməramlıları isə barışığı qorumaq missiyasını yerinə
yetirmədilər. Lakin indiyə qədər təklif olunan mexanizmlərdən
heç biri, nə ATƏT-in Minsk qrupunun danışıqları, nə BMT qət-
na mələri, nə də AB səyləri-artıq 20 ildir ki, münaqişənin siyasi
həllinin tapılmasına gətirib çıxarmır.
Beynəlxalq diskussiyalar və nəşrlər həsr olunan vəziyyətin
təhlilində münaqişəni şərh etmək üçün beynəlxalq münasibətlərə
realist yanaşma, geopolitika və ya konspirasiya nəzəriyyəsi, yəni
heç bir elmi əsaslanması olmayan iddialar üzərində qurulan fər-
ziy yələrdən istifadə üstünlük təşkil edir.
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
14
lətlərin isə zorakılıq və zorakı metodlardan istifadə zamanı mə-
suliyyətdən boyun qaçırması anlamına gəlmir. Tamamilə əksinə,
münaqişələrin həlli zamanı məsuliyyətin artırılması, və leqal
metodlardan istifadə və institutların dəyərli töhvələrindən yarar-
lanmaq münaqişə tərəfləri arasında qarşılıqlı inam hissinin ya-
ranmasına və konfliktlərin daha səmərəli formada həllinə aparıb
çıxardacaq uyğun bir mühitin formalaşmasına şərait yaradacaq.
Həll olunmamış münaqişələrdəki
daxili faktorlar
Keçmiş Sovet məkanında müstəqil ölkələrin yaranması eyni
vaxtda milli və demokratik quruluşun formalaşmasına imkan ve-
rirdi. Konfliktlərin nəticələri və digər konfliktlərin yaranması yeni
siyasi elitanın hansı siyasi quruluşu, vətəndaşlığı və milli azlıq-
ların problemlərinin həllini seçməsindən asılı idi. Bir çox ölkə-
lərdə yeni elita qısa müddətdə hakimiyyətə gəlmişdi, lakin bir
çox başlanğıc tədbirlər, məsələn etnik çoxluğun ana dilinin rəs-
mi dövlət dili elan olunması azlıq etnik qruplar arasında təhlükə
və dövlətə inamsızlıq hissinin yaranmasına səbəb oldu. Ya da
bütün bu münaqişələr fonunda milli azlıqlar haqqında qanun
Elçibəy hökuməti dövründə ilk qəbul olunan qanunlardan biri idi.
Lakin belə qanunlar münaqişənin qızğın vaxtında effektiv ola-
raq həyata keçirilmirdi ya da bu elitanın hakimiyyətda çox qısa
müddətdə qalmasına görə bu qanunların reallaşdırılması üçün
kifayət qədər vaxt qalmırdı.
Çox vacib məqamlardan biri də o idi ki, hökumət liberal de-
mokratik islahatları və millətçiliyi uyğunlaşdırmaq zərurəti qarşı-
sında durmuşdu.
Azərbaycanda partiyaların yaranması mərhələsində gedən
siyasi və ideoloji müzakirələr hər şeydən daha aydın şəkildə yeni
dövlətin hansı dilemma qarşısında qaldığını göstərir.
Xalq Cəbhəsinin gənc demokratları yeni dövlətin siyasətində
prioritetlər və partiyaların proqramlarındakı istiqamətlər, döv lə tin