Giya Nodia
Liberalizmin ziddiyyət kəsb edən tərəfləri:
sülhsevərlilik və konfliktlərə meyllilik
Ilkin mülahizələr
İlkin fərziyyə ondan ibarətdir ki, liberal cəmiyyətlər öz təbiətləri
etibarı ilə liberal olmayan cəmiyyətlərdən daha az konfliktlərə
meyllidirlər, belə ki, Qafqaz ölkələrinin indiyə kimi konfliktə cəlb
edilmələrinin kökü bu cəmiyyətlərin yetərincə liberal olmamasında-
dır. Buradan belə bir əməli tövsiyə çıxarmaq olar ki, bu konfliktləri
həll etmək üçün bizim cəmiyyətlərimiz daha liberal olmalıdır.
Mən özümü liberal sayıram və istəyirəm ki, mənim yaşadığım
cəmiyyət indi olduğu vəziyyətindən daha çox liberal olsun. Ona
görə də qeyd etmək istəyirəm ki, bu təhlildə mən tərəfkeş möv-
qe dəyəm və liberalizmin tərəfindəyəm. Digər tərəfdən isə mən
skeptik liberalam və hesab edirəm ki, liberalizmin özünün də çox
ciddi daxili çətinlikləri var və daimi olaraq liberalizm prinsiplərinə
sadiq qalmaq çox çətindir.
Mənim bu münasibətim ilkin fərziyyəyə də uyğun gəlir –
əslində mən də düşünürəm ki, cəmiyyət nə qədər liberal olarsa,
onun zorakı konfliktlərə cəlb edilməsi ehtimalı o qədər az olar.
Tarix bütünlükdə bu ənənəni təsdiq edir. Lakin mən bu məsələyə
həssas yanaşaraq Qafqaz ölkələri üçün bu qədər ağrılı olan
hazırkı mərhələdə (demək olar ki, iyirmi il ərzində) müəyyən
bir konfliktin həlli üçün belə ümumi prinsiplərin bir başa tətbiq
edilməsində tənqidi mövqə tutacağam.
Liberalizmin xüsusiyyətləri
Söhbəti davam etdirmək üçün liberalizm deyəndə mənim
nə başa düşdüyümü müəyyən etməyim vacibdir. Bu, aşağıda-
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
26
kı prinsiplər əsasında formalaşmış konsepsiyadır və ya inanc
rəmzləridir:
1. “Liberalizm” sözünün etimoligiyasından da göründüyü kimi
bu, insanın fərdi azadlığına qeyd-şərtsiz hörmət deməkdir. Lakin
qeyd-şərtsizlik əsassızlıq demək deyildir. Insan və onun azadlığı
bu hörmətə layiqdir, çünki insan tayı-bərabəri olmayan dəyər və
daxili ləyaqət daşıyıcısıdır. Dini dillə desək belə ifadə etmək olar
ki, insan yaradılışın əşrəfidir. Bütün digər yaradılmışlardan fərqli
olaraq insanın qəlbi var. Liberallar daha dünyavi dilə üstünlük
verərək insan
təbiətinə istinad edirlər, lakin oxşar nəsə deyirlər.
2. Bərabərliyə hörmət – yenə də insan ləyaqəti əsasında
qəbul edilmiş bərabərlik. Biz o yerə kimi bərabər ola bilərik ki,
hamımız spesifik insan mahiyyəti daşıyaq. Əlbəttə, əmlak və ziy-
yə tindən, sosial statusdan, istedaddan, nailiyyətdən deyil, məhz
bu qarşılıqlı etirafdan hüquq bərabərliyi doğur.
3. İnsan təbiətinin rasional düşüncə tərzi baxımından üstün-
lüyü. İnsan ləyaqəti anlayışı – insanın azad iradə daşıyıcısı
olaraq qə bul edilməsindən ayrılmazdır. Bu da öz növbəsində
qərarları ins tinktə deyil, zəkaya əsaslanaraq qəbul etmək, insa-
nın öz zəifl iklərini və arzularını idarə etmək gücünün olması
mənasını da şı yır. Rasional düşünə bilməyən insan bərabər və
ağıllı varlıq kimi qəbul edilərək azadlığına
hörmət edilməsi iddia-
sında ola bil məz.
4. İnsan ləyaqəti o vaxt yüksək dəyərləndirilir ki, o ümumi
maraqlar və dəyərlər naminə bərabər hüquqlu individuumlar ara-
sında əməkdaşlıq və həmrəylik yarada bilir. Bu əməkdaşlığın
forması vətəndaş cəmiyyətidir. Vətəndaş cəmiyyəti dövlət insti-
tut ları ilə yanaşı normativ əsaslarla ilkin olaraq insanın təbii
hüquqlarını qoruyur və bununla da vətəndaş cəmiyyətinin fəa-
liyyəti üçün məkan yaradır. Bu, konkret olaraq vətəndaş azad-
lı ğınının təminatı sayılır ki, bütün bunlar, o cümlədən azad söz,
azad qurumlar və s. olmadan vətəndaş cəmiyyəti mövcud ola
bil məz.
5. Mülkiyyət hüququ liberal cəmiyyətlər üçün zəruridir: bu, ol-
maz sa individual azadlıq prinsipinə hörmət ideyası abstrakt bir