18
Söz mətbəxi
SÖZ MƏTBƏXİ
Ey mərifət sahibiyəm deyənlər, öz qövmünə və başqalarına nəyisə söylə-
mək istəyənlər! Əvvəlcədən özünüzlə duz götürün ki, öncədən fikirlərinizi
yaxşı-yaxşı duzlayasınız, bəzi fikirləri isə şoraba edib uzun müddət duzluqda
saxlayasınız ki, ağzınızı açanda duzsuz-duzsuz danışmayasınız
1
. Yoxsa duz-
suz sözlərinizə bişmiş toyuğun da gülməyi tutar
2
. O qədər gülər ki, gülməkdən
qarnı partlayar
3
, ləvəngisi tökülər.
Ey səxavət sahibləri! Fikirlərini duzlamayıb, yanınızda duzsuz-duzsuz
da nışanlara səxavət göstərin, amma onlara qulaq asmayın, çətinə düşəndə isə
onlardan mərhəmət, kömək ya anlayış gözləməyin. Çünki duzsuz fikirləri və
sözlərilə çörəyinizin duzunu
4
qaçıracaqlar, beləliklə də onlara verdiyiniz çö-
rəyin duzu olmayacaq. Ona görə də onlarla duz-çörək
5
deyil, duzsuz çörək
kəsmiş hesabında olacaqsınız.
Ey qonaqpərvərlər! Kəsəndə qonağınıza həmişə ağ deyil, qara qoç kəsin ki,
qonaqlarınız fəxrlə sonra deyə bilsinlər ki, bizə filankəs bir qara qoç kəsdi
6
, çün-
kü qara qoyunun qovurması dadlı, özu də ətli olur
7
, hətta arıq olsa belə. “Bizə bir
ağ qoç” kəsdilər deyə nədənsə öyünə bilmirik. Bizdə gərək avtomobil də qara
olsun, oğlumuza qoyduğumuz ad da, dərdi var olan qız
8
da, yalan dediyimiz bu
qızın yanındakı üzümüz
9
də, mahnı qoşub oxuduğumuz gilə
10
də, bizi basmasın
deyə bizim basdığımız
11
da, cibə tökdüyümüz kişmiş
12
də, gözümüzə gələn su
13
da, paltar da, arvad da, canına and içdiyimiz lələş
14
də, qoyun da, bizi yandıran
bağ
15
da, zəhmətlə qazandığımız pulu saxladığımız gün
16
də, əhvalımız pis olan-
da qanımızın boyandığı rəng də, ağ deyib işığa çıxartdığımız yalan
17
da. Ona görə
də bizim üçün qaradan artıq
18
, bəlkə də üstün rəng yoxdur. Hətta onu sevmədiyi-
miz dostlarımıza belə yaxırıq
19
ki, özümüz kimi onları da qara günə
16.1
qoyaq,
sonra baxıb deyək ki, şükür Allaha ki, onlara baxanda biz toya gedəsiyik
20
. Toya
gedəndə də qara geyinirik ki, çirkabımızı ört-basdır edək.
Çünki, duzsuz-duzsuz danışıb coşduqda ağzımıza çullu dovşan belə sığ-
mır
21
. Sonra bu duzsuz sözlərlə ağzımızdan qaynayan
22
, ət qazanda köpüklənən
Söz mətbəxi
19
kimi köpük axır
23
, kəf tökülür ətrafdakıların təfəkkürünə. İçkili, kefli adamlar
kimi kifli sözlər danışır, camaata kəf gəlir
24
, bundan ləzzət alır, keflənirik. Hətta
artıq indi mötəbər yerlərdən ağzından süd iyi gələnlər
25
də elə qatıqlayırlar
26
ki,
qalırsan mat-məəttəl. Avazları yaxşı gələndə
27
də görürsən ki, oxuduqları yenə
elə it otu, bağa yarpağıdır
28
. Bəziləri Vətəndən, anadan, torpaqdan elə qatıqlayır-
lar ki, adam istəyir bir qaymağına baxa, baxanda görürsən ki, şeytan qatığıdır
29
yemək olmaz. Belə bir vaxtda millətin duzlu söz sahibləri, xalqın qaymaqları
30
,
şirin danışa bilənləri xalqla deyil bir-birilə danışır, ya susur və beləliklə sözlərini
çürüdürlər
31
, bu çürümüş sözlər də ağzı bağlı çaydan kimi qaynayıb buxara çev-
rilir və yaddaşdan silinirlər. Adamları ac saxlamaq olmaz, həm də söz aclığı çox
ağır olur. Ac insanlar “ac”ıqlı olur, qılınca çapır
32
. Söz yarası isə sağalmır
33
.
Söz xaridarlarını sözləri doğrayıb, çeynəyə-çeynəyə xırdalayıb sağa-sola
xərcləyənlər əvəz edir indi. Bu boş-boş danışanlara avara-avara qulaq asıb
bəxtlərini, vaxtlarını onlarla birlikdə öldürənlər
34
də az deyil. Vaxtın, zamanın
başını kəsib, qanını axıtmaq, öldürmək bizdə adətə çevrilib. Düzdü elə də olur
ki, yaxşı sözlərə də eləcə qulaq asırıq, amma onları sırğa edib qulağımızdan
asmırıq
35
. Bu qulağımızdan alıb, o birindən veririk
36
. Ruslar ətri “eşidirlər”
37,
biz isə sözü ağzımızla deyir, qulağımızla yeyirik, o da ki ola söz mətbəxində
bişən söz ola. Belə söz nəinki qulaqdan, hətta daşdan belə keçir
38
.
Duz var təzyiqi dağa qaldırar, duz var təzyiqi dağdan endirər
39
. (Naxçıvan
duzu kimi).
Ona görə də danışanda duzsuz və çiy söz
40
danışmayın. Sözlərinizi ağzı-
nızda bişirib çıxardın
41
. Deyəndə elə söz deyin ki, şirin
42
olsun, şirə məxsus
olsun, yəni aslana, as oğlana, aslara məxsus olsun. Boş yerə norveçlilər asları
şərqdən gələn Allahlar adlandırmır. İslandlar bu günə qədər aslara boş yerə
sitayiş etmirlər ki. Meyvə cövhəri kimi, söz də təfəkkürün cövhəri, Şirəsidir.
Mübahisə edib sözləri çürütməyin
43
. Çünki çürümüş sözlər həmsöhbəti-
nizin boğazından keçməyəcək
44
, keçsə belə o onları həzm edə, sindirə
bilməyəcək
45
. Birinci halda o sizin boğazınızdan yapışacaq, ikinci halda özü
qarın ağrısına düşəcək.
Sözləri ucuz tutmayın. Ucuz sözün şorbası
46
olmur.
Gördün ki, qarşındakı çox duzsuz-duzsuz, ucuz, bişməmiş sözlər danışır,
bir sözlə zoğallayır
47
, onda qaytar, öz sözünü özünə elə yedizdir ki, dediyi
sözün əzabını özü çəksin, ya da elə əvvəlcədən onun sözünü ağzında qoy
49
.
Amma sözünü pambıqla
50
, şəkərlə
51
elə kəs ki, sənin sözlərindən qan iyi
20
Söz mətbəxi
gəlməsin
52
. Sənə söz demək istəyənin oturuşuna fikir ver. Gördün ki, şəstlə,
düz oturub qorxma, elə ki, gördün əyri oturub
53
, onda ehtiyatlı ol, fikirləş, gör
düz söz eşitmək istəyirsən ya yox. Elə adamla sözlərini meydana
54
buraxma.
Çünki, düz söz güləşib
55
qalib gələcək. Onsuzda düz söz sonda elə düz də
56
,
yəni düzlüyündə məğrur qalacaq.
Amma düz sözü də elə-belə döyüşə çıxarmaq olmaz. Gərək əvvəlcə bir bü-
lov daşı, ya dəri qayış, ya da bir sırtıq sifət
57
götürüb sözü yaxşıca itiləyəsən
58
ki, kəsərli olsun
59
, rəqibin yeddi qatından keçsin
60
.
Gördün ki, nadan kefini kök etmək üçün şitəşir, şit-şit danışır
61
, yəni şit
yağ kimi şit sözlərlə başqalarını incidir, onda, sal onun kefini söz qazanına,
üzərinə də xırda-xırda söz soğanını
62
doğra. Qoy soğan yeyib içi göynəsin
63
,
yanıb tökülsün
64
. Özü də qorxma soğan çox xeyirli şeydir. Göz yaşartsa da
mikrobları qırır.
O biri tərəfdən alçaq şəxsə sözü yedirtmək üçün onu gərək yaxşıca istiot-
layasan, acı bibərlə yaxşıca qarışdırasan ki, sözü dediyin adamı elə yandırıb
yaxsın
65
ki, üstünə tava qoyub cızdağı çıxana kimi cızhacız bişirəsən
66
. Bəzən
öncədən gərək dədəsini də şəlləyəsən dalına
110
, elə istiotlu söz vurasan ki,
dədəsini də yandırasan
67
. Ata-balanı belə yanan görən anaları da ağlar qala
68.
Elə söz var ki, qırmızı istiot vurursan, adamı yandırmır, eləcə isidir, ləzzət
verir. Belə sözlərlə yavaşca-yavaşca vam odda sevdiyini elə bişirirsən
68.1
ki,
yeməli olsun. Amma bişirəndə gərək məhz zərif vam odda bişirəsən ki, bir
azca pörtsün, dil-dodağı təpisin, təpitmə olsun. Elə olanda qaymaq dodaqlar-
dakı laktoza, yəni süd şəkəri karamelləşib dodaqları pənbələşdirəcək, onları
ballı, qaymaqlı edəcək
69
. Həm də dil şirin
70
, badam içinə dönəcək
71
. Amma söz
var ki, adamı üşüdür
72
. Belə sözlərdən ehtiyatla isti vaxtlarda istifadə etmək
lazımdır, yoxsa soyuq vaxtda deyərsən adamın qanı damarında donar
73
.
Bir sözlə danışanda duzlu, dadlı, tamlı danış
74
ki, ətrafdakılar tamaşaçıya,
yəni tamla yeyənə, tamla yaşayana, ləzzətlə yaşayana çevrilsinlər. Ağızları
tama gəlsin, mədəniyyətli olsunlar. Axı ürəkdə də mədəciklər var. Ürəyin yolu
da elə həmin mədəciklərdən keçir
75
.
Düzdü elə adamlar da var ki, dad, tam hiss eləmir. Belələri həyatı və söz ləri
ağızları ilə deyil gözləri ilə yeyirlər
76
. Gözlərdə isə dad reseptorları olmadığın-
dan onlar dad, tam hiss eləmirlər. Amma iyi çox yaxşı duyurlar. Harada aşdır,
onlar orada başdır
77
. Amma gözləri yenə acdır ki, ac
78
. Əslində belələrinin
sözləri yox, gözləri çox şor
79
olur, yəni duzlu, digər tərəfdənsə kəsmikli olur.
Dostları ilə paylaş: |