Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə163/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   159   160   161   162   163   164   165   166   167

 549 

Günəş yoxdur mənə eşqindən başqa 

Amma heç bilmirəm 

Kimləsən, harda? 

Şairə bu qədər zülm edilərsə 

Dəyişər sevgisin dövlətə, ada.  

Eşidərkən sənin əziz adını 

Başqa bir söz, fikir, düşərmi yada? 

Sabah unudacaqsan səni şah saydığımı 

Unudacaqsan ki, eşqin 

Qəlbimi kösöy etdi,  

Qaraldıb yandıraraq 

Səsli-küylü günlərin 

Bəzəkli karnavalı 

Kitablarımı mənim 

Səpələyib dünyaya 

Dağıdar varaq-varaq 

Sözlərimin quru yarpaqları 

Qadirdirmi səni saxlasın,  

Qaytarsın geri? 

Barı son nəvazişlə qoy ki, döşəyim 

Sənin uzaqlaşan addımlarla 

Keçdiyin yeri... 

 

   



  

*** 


İkidir, Yəqin ki, yatmısan artıq 

Səmada Süd yolu — gümüş Oka tək 

Tələsik bir işim yoxdur ki, səni 

Tel vurub oyadım, diksindirərək.  

 

Mətləb hasil oldu,  



necə deyərlər 

Eşq qayığı məişətdən dağılar    

Hesabımız bitdi 

və nəyə lazım 

siyahı yazım: 

Çəkdiyimiz dərdlər, qəmlər, ağrılar… 

 



 550 

Görürsən nə dincdir dünya bu gecə 

Göylərə xərac tək ulduz düzüblər 

Bax belə anlarda insan danışır 

Aləmlə, tarixlə, özü özüylə 

 

  



*** 

İstərdim vətənim anlasın məni 

Əgər anlamasa neyləmək, nə qəm 

Çəp yağan köndələn yağışlar təkin 

Ölkəmin yanından keçib gedərəm.  

 

 



SERGEY YESENİN  

(1895-1925 rus şairi) 

 

Nə təəssüf, nə göz yaşı, nə fəryad… 



Hər şey keçdi, ağ budaqdan duman tək 

Qızıl rəngli payızlaşan həyatım 

Bir də cavan olmaz, geri dönərək.  

 

Sən də döyünməzsən daha o sayaq 



Sən də soyumusan ey ürək, bəlkə? 

Piyada gəzməyə tovlamaz daha 

Ağcaqayın donlu mehriban ölkə.  

 

Sərgərdanlıq ruhu, sən daha az-az 



Yandırırsan dodağımı, dilimi,  

İtirdim gəncliyin təravətini,  

Odlu baxışımı, duyğu selimi 

 

İstəklər azaldı, lap kasıbladı 



Yuxudamı gördüm həyatım, səni? 

Sanki çapıb getdim bir yaz səhəri 

Çəhrayıya çalan kəhər ürkəmi.  

 

Hamımız faniyik bu dünyada biz 



Tunc yarpaq tökülür ağcaqayından.  

Ey həyat, sağ ol ki, bəxtimə düşdü 




 551 

Çiçəklənmək, solub ölmək payından… 

 

1921 

 

Əlvida, ey dostum, bir də əlvida 



Əzizim, sən mənim ürəyimdəsən.  

Müəyyən olunmuş ayrılıq günü 

Vəd verir gələcək görüşümüzdən 

 

Əlvida, nə gərək əl vermək, ya söz 



Çatma qaşlarını, eyləmə kədər 

Ölmək bu dünyada təzə şey deyil,  

Amma təzə şeydir yaşamaq məgər? 

 

 



ROBERT FROST  

(1874-1963, amerikan şairi) 

 

HAÇANSA NƏ İSƏ OLUB 



 

Adamlar gülür ki, mən diz çökürəm 

Quyu kənarında dibinə baxıb 

Orda su üzündə səma fonunda 

Tanrıya bənzəyən sifətim mənim 

Görünür. Bir dəfə quyu başında 

Əyilib baxarkən suyun üzünə 

Mənə elə gəldi orada gördüm 

Başımın üstündə ağappaq halə 

Dərhal da yox oldu. Bir damla düşdü 

Quyunun dibində suyu titrətdi 

Hər şey də qeyb oldu. Orda nə vardı? 

Həqiqət? Xəyalmı? Nəsə var idi.   

 

 



GİYOM APOLLİNER 

(1880-1918, fransız şairi) 

 

MİRABO KÖRPÜSÜ 




 552 

Mirabo körpüsünün altından Sena axır 

Aramla axır, axır 

Sevgimizi aparır 

Gərək heç unutmayım: kədər keçib gedəndə 

Sevinc gələr yenə də. 

 

Mən qaldım, günəş batdı 



Gecədi, gec saatdı. 

 

Əllərimiz körpü tək.  



Burda əl-ələ duraq 

Bu körpünün altından 

Baxışlardan usanmış 

Çay axsın sayrışaraq. 

  

Mən qaldım, günəş batdı 



Gecədi, gec saatdı. 

 

Məhəbbət çay kimidi 



Hey axır, axır, axır 

Yox olur əvvəl-axır.  

Həyat ləng gedir yaman 

Ümid bizi atandan. 

 

Mən qaldım, günəş batdı 



Gecədi. Gec saatdı.  

 

Gün keçir, ay keçir, illər də ötür 



Geri dönməyəcək bir daha ömür 

Eşq də qayıtmaz bir daha axı… 

Çay körpü altından daima axır.  

 

Mən qaldım, günəş batdı 



Gecədi. Gec saatdı.  

 

Mirabo körpüsünün 



Altından Sena axır 

 



 553 

Aramla axır-axır 

Sevgimizi aparır.  

 

 



İSİKAVA TAKUBOKU  

(1885-1912, yapon şairi) 

 

"BİR OVUC QUM" kitabından 



 

Axan göz yaşımı saxlaya bilməyəcəm 

Sevgilimi unuda bilməyəcəm 

Axı o göstərdi mənə 

Bir ovuc qumun necə tez töküldüyünü.  

 

Doğrudanmı bütün ömrümü 



Bu hisslə yaşayacam 

Guya hardansa, yox yüksəklikdən 

Yerə uçuram.  

 

Hər insanın qəlbində 



—Əgər o insandırsa— 

Bir məhbus inildəyir— 

ürəyinin həsrəti. 

 

Soruşsalar: kədər nədir 



Deyərəm: Şeylərin dadı 

Çox erkən bildim 

Bunu mən. 

 

Payız səması 



Bom-boşdur tamam 

Bir kölgə də yox.  

Sən necə də tənhasan, səma! 

Barı bir qarğa uçaydı.  

 

Elə bil çoxdan görmədiyim 



Unutduğum dostumla görüşdüm 

Su səsi eşitmək necə də xoşdu 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə