565
Daha kerçəkdi burda
Dinlə Nyu-York, dinlə Harlemin səsin.
Sənin öz səsindir
Qaboyun mis boğazında inləyən
Dinlə Nyu-York, bu sənin ürəyindir
Tam-tam ritmlərində uzaqlarda döyünən.
Dinlə Nyu-York
Qoy Harlemin qara qanı damarlarına axsın.
Qoy sənə ormanların
Qüvvətini qaytarsın
Bax elə bir zaman gəlib ki,
Ağ-qara insanlar qardaşlaşırlar.
Qulaqlarını tutma artıq
Allahın səsini eşidəcəksən
Saksofon sədaları altında Allah
Yaratdı altı gündə yerləri və göyləri.
Yeddnci gün gərnəşdi və uzanıb dincəldi
Qoca yorğun zəncinin sağlam yuxusun aldı.
MASQALARA DUA
Masqalar, ah, masqalar
Qara, qırmızı, bəyaz
Sifətin dörd nöqtəsi
Ordan Ruhu görürəm
Masqalar, sükut içrə sizi salamlayıram
Pələng sifətli babam —
Pələng sifətli masqa.
Əbədi bir həyatın saf-sağlam havasında
Sizinlə nəfəs alır,
Sizə tapınıram mən
Qırışları üzündən silmiş əziz masqalar
Məni də siz yaratdız
Bu gün köhnə Afrika əbədi gedən zaman
Süngülərlə deşilmiş ümidimiz oyansın
566
Bizə pambıq və qəhvə
Adamları deyirlər.
Bizi ölümə müti insanlar sayır onlar
Bizsə odlu, şux, oynaq rəqslərin adamıyıq.
Torpağa dəyən zaman qıçlarımız güc alır.
OKTAVİO PAS
(1914, Meksika şairi)
İKİ BƏDƏN
İki bədən görüşər
Gecə okeanında dalğalar təki
İki bədən görüşər
Torpaqların altında
Qovuşan köklər təki
Amma bəzən
İki bədən —
İki soyuq daş kimi
Gecə də səhra təkin
Bəzən də iki bədən
İki soyuq bıçaqdır
Gecədə parıldayan.
Bəzənsə iki bədən
İki üçan ulduzdur
Boşalmış səmalarda.
567
TADEUŞ RUCEVİÇ
(1921, polyak şairi)
NƏ YAXŞI
Nə yaxşı-meşədə moruq dərirəm
Elə bilirdim
Nə meşə qalıb,
Nə moruq qalıb.
Nə yaxşı
Ağac kölgəsində uzanıb dincəlirəm
Elə bilirdim
Nə ağac qalıb, nə kölgələri
Nə yaxşı
Səninləyəm
Ürəklər də döyünür
Elə bilirdim
Daha ürək qalmayıb.
UŞAQLARIN MƏHV EDİLMƏSİ
Uşaqlar qışqırırdı: Ana! Ana!
Axı mən sözə baxandım.
Bura nə qaranlıqdır, ana!
Görürsünüzmü, ölümə gedənləri
Balaca ayaqların balaca ləpirlərin?
Ciblərində kiçik oyuncaqları
Böyük və məşum bina
Burdan qalxan qara tüstü
Şaquli ağac kimi
Ölüm ağacı kimi.
Osvensim, 1944
568
MƏHƏBBƏT
Silahsızdıq
Durub dodaq dodağa
Gözümüzü geniş açıb
Üzdük keçdik
Göz yaşları və qanlar dəryasından
QAYIDIŞ
Elə şerlərim var
Onları bəyənmirəm
İllər keçir
Onlarla heç cürə barışmıram.
Ancaq onları nəsə ata da bilmirəm
Pis şerlərdir — amma, mənim şerlərimdir.
Onları mən doğmuşam.
Məndən aralı qalıb, uzaqda yaşayırlar.
Lakin bir gün gələcək
Gələcəklər yanıma
Uğurlu, uğursuzlar,
Şikəstlər və sağlamlar,
Rədd olunmuş şerlər,
Əzizlənmiş şerlər.
Hamısı bircə-bircə
dolacaqlar içimə
Təklikdə ölməyim deyə.
ALEKSEY SURKOV
(1899-1983, rus şairi)
Dar sobada odunlar
Yanır, alışır
Qazmada qarmon çalır
Səndən danışır.
Baxışın, gülüşündən
569
Söz açır çöllər
Mənim də həsrətimi
sənə yetirər.
Sən indi çox uzaqsan
Arada qarlar, qarlar
Sənə çatmaq çətindi
Ölümə dörd addım var.
Çal qarmon
Çovğunun acığına çal
Eşqimin istisi, alovu yenə
Bu soyuq qazmada güc verər mənə.
ALEKSANDR TVARDOVSKİ
(1910-1971, rus şairi)
Qayıqçı-avarçı
Ey cavan oğlan
Çəksənə avar
Tez məni o taya
Evimə apar.
—Qoca vaxtı bu mahnı hardan çıxdı, ay ana
—Anamdan eşitmişdim, indi düşdü yadıma
Kəndimizdə qaydaydı, qız köçəndə o taya
Elə bilirdik gedir tamam ayrı dünyaya
Qayıqçı-avarçı
Ay cavan oğlan
Çəksənə avar
Gəl məni o taya
Evimə apar.
O tayda meşələr daha qalındır
Daha sərt, soyuqdur qış oralarda
O taydan bu taya gəlib bu mahnı
O tayda başqadır yağış da, qar da
Qayıqçı-avarçı, ey cavan oğlan
570
Çəksənə avar
Tez məni o taya, evimə apar
Keçən keçdi, olan oldu
İndi neyləyək,
Son səfərə az qalıb
Gəlin gözləyək
Qayıqçı-avarçı
Ağ saçlı qoca
Çəksənə avar
Məni o sahilə,
evimə apar.
1965
KONSTANTİN SİMONOV
(1915-1979, rus şairi)
V. S. — ə
Gözlə məni, dönəcəm, amma lap çox gözlə sən
Mən mütləq qayıdacam, əgər belə gözləsən
Gözlə sarı yağışlar ürəyini sıxanda
Gözlə külək əsəndə, çovğunda, qar yağanda
Başqası unudulub yaddan çıxanda çoxdan
Məni gözlə qış, bahar, istilər düşən zaman
Yoxluğuma qoy mənim anam, oğlum inansın
Mənə rəhmət diləsin
Qoy dostlarım yığışıb ehsan yeməyi yesin
Sən onlara qoşulub, onlarla tikə kəsmə
Ölümümə inanıb yas tutmağa tələsmə
Ölümün acığına, dönnəm gələndə vaxtı
Gözləməyənlər desin: baxtı var imiş, baxtı
Gözləməyən nə bilsin od-alovun içindən
Belə gözləməyinlə məni xilas etdin sən
1941
Dostları ilə paylaş: |