84
uzaqlaşdı, gözdən itdi...
***
Xınalıq kəndini andıran Bayburd qalası uca dağların qoynunda,
buludlardan yüksəkdə yerləşirdi. Dağ döşünün dolama yollarıyla
qalaya tərəf yeddi atlı qalxırdı. Atlıların qabağınca əli ardından bağlı,
ayağı buxovlu bir piyada gedirdi. Bu Beyrəkdir. Qalanın dəmir
darvazaları açıldı, dəstə qalanın içinə girdi, dəmir darvazalar
bağlandı...
***
Dədə Qorqud öz məzarının yanında oturub qopuz çalır.
—Beyrəyin əhvalatı hələ uzundur, hələ bu əhvalatın dalı var.
Amma indi kimdən deyim, Bəkildən... Bəkil bir gün yenə ova
çıxmışdı, Qazan xandan çapar yetdi, Bəkili Qazanın divanına çağırdı.
Bəkil divana gəldi, ceyranları Qazana hədiyyə verdi. Qazan da
buyruq elədi ki, Bəkilə qılınc, çomaq, yaxşı at və yaxşı qaftan
versinlər. Bu vaxt Dondar məclisə daxil oldu. O da ovdan gəlirdi,
ceyran ovlamışdı. Ovladığı ceyranı Bəkilin qabağına qoydu.
—Bəkil sənin halal malındır, — dedi, ceyranın dəlik qulağını
göstərdi.
İgidlər gülüşdülər.
Alp Aruz:
—Görən bu hünər Bəkilindir, ya atınındır? — dedi.
Əmən:
—Əlbəttə ki, Bəkilindir, — dedi. Yeddillik al şərabın istisi
Qazanın başına vurmuşdu.
Qazan:
—Yox, — dedi, — at işləməsə, Bəkil də öyünməz. Hünər atındır.
Bu söz Bəkilə xoş gəlmədi. O ayağa durdu, üzünü Qazana tutdu:
—İgidlər içində bizim boynumuzu palçığa batırdın, — dedi. Bəkil
Qazanın bəxşişlərini onun qabağına tökdü, divandan çıxdı. Atın
çəkdilər, minib evinə gəldi. Arvadı qabağına çıxdı:
—İgidim, — dedi, — Qazan xanın divanına şad getdin, pərt
qayıdırsan, nədir halın?
Bəkil:
—Qazanın nəzəri bizdən dönüb, — dedi, — Qazan xandan
küsmüşəm.
Qadını dedi:
—İgidim, elə demə, səbrini bas, tələsik iş görmə, könüldə pas olsa
85
şərab açar. Şərab iç. Sən gedəni Ala dağlar ovlanmamış. Ova çıx
könlün açılsın. Bəkil gördü ki, arvadın sözü, məsləhəti haqdır,
atlanıb ova çıxdı.
Ov ovladı, quş quşladı, birdən qarşısına yaralı bir ceyran çıxdı.
Bəkil bunun dalınca at saldı. Ceyran özünü bir uca yerdən atdı, Bəkil
atın cilovunu çəkə bilmədi, keyikin dalınca yarğandan uçdu. Sağ
oyluğu qayaya toxundu, sındı.
Bəkil qaftanın altından ayağını bərk sarıdı. Atı onu obaya gətirdi.
Oğlu Qaraca Çoban Bəkilin qabağına çıxdı. Gordü ki, atasının bənizi
saralıb, çalması boğazına keçib.
Qaraca Çoban:
—Sənə nə oldu, ata? — dedi.
Bəkil dedi:
—Bir az naxoşam. Oğul, məni atın üstündən al, döşəyimə apar.
Qaraca Çoban atasını atın belindən götürüb, döşəyinə apardı,
cübbəsini üstünə saldı, qapısını ortdü, Bəkil ayağının sındığını
kimsəyə demədi, amma gecə döşəyində zar-zar inlədi, ah etdi.
Arvadı yanına gəldi:
—İgidim, — dedi, — sənə nə olmuş? Nədir halın? Kişi qoynunda
yatan halalına sirrini deməzmi olur?
Bəkil:
—Atdan düşdüm, ayağım sındı, — dedi.
Arvad ah-vay edib bacısına söylədi, bacısı çıxıb qapıçıya söylədi.
Otuz iki dişdən çıxan bütun obaya yayıldı.
...Qara niqablı çapar düşmənə xəbər apardı.
***
Parasarın Bayburd hasarının xaqanı Qara Arslanın məclisində
sağda oturan sağ bəylər, solda oturan sol bəylər taxta əyləşmiş
xaqanın əlinə baxırdılar. Qara Arslanın qarşısında böyük mis ləyənin
üstündə bütöv qızardılmış bir toğlu vardı. Qara Arslan əlindəki uzun
xəncərlə toğlunun ətini hissələrə bölür və hər bəyə oturduğu yerdən
və mövqeyindən asılı olaraq toğlunun müəyyən bir hissəsini verirdi.
Qara Arslan və bəylər ləzzətlə yeməyə başladılar. Xaqan qapıçıya
işarə verdi:
—Əsiri gətirin.
Beyrəyi içəri gətirdilər. Onun gözləri batmış, sifəti arıqlayıb
tanınmaz olmuşdu, saçı saqqalına qarışmışdı.
Beyrəyin geyimi də qəribə şəkil almışdı: şalvarı dizdən,
86
köynəyinin qolları dirsəkdən aşağı kəsilmişdi, bu qəriblik, əsirlik
nişanəsidir. Beyrəyin əl-qolu bağlıdır. Ağızlarını marçıldada-
marçıldada toğlu əti yeyən bəylərə baxışından hiss olunurdu ki,
Beyrək neçə gündür acdır. Amma o özünü sındırmır, düşmənlərin
qarşısında başını dik tuturdu.
Qara Arslan Beyrəyə dedi:
—Təpəgöz həramini zəbun edən, ad çıxaran igid Bamsı Beyrək
sənmisən? — Mənəm!
—Bilirsənmi səni niyə qaçırtmışıq? İstəyirik ki, sən bizdən
olasan. Nə görmüsən Oğuz elində? Çöldə-düzdə yaşamaqda,
qışlaqdan yaylağa, yaylaqdan qışlağa koç eləməkdə, at belində
güzəran keçirməkdə nə görmüsən, igid. Qal burda, sarayda yaşa,
ipək-qumaş döşəklərdə yat, ləziz-ləziz xörəklər təam elə, məhbub
gözəllər qulluğunda hazır olsun. Ye, iç, kef çəkib xoş ol. Amma
bircə şərtimiz var. Əvvəlcə gərək altı min qoşunla Oğuz elinə
gedəsən, o dağların, düzlərin yoluna, cığırına səndən yaxşı bələd olan
yoxdur. Oğuz elini tar-mar edib qayıt, sənə bəylik verək, taxt-tac
verək, altun axça verək, gözəl qızlar verək.
Beyrək bir müddət susdu, iştahla ət gəmirən bəylərə baxdı, sonra
ağır-ağır təmkinlə danışmağa başladı:
—Dədə Qorqud deyərdi ki, "Qara eşşək başına yüyən taxsan at
olmaz. Mərd oğul öz yurduna yad olmaz". Öz əslimi, öz kökümü
söyməyim yox, öz evim-eşiyim dururkən, yad qapısını döyməyim
yox. Əlinə girmişkən alçaq, öldür məni, bitir məni. Çal qılıncın, kəs
başımı, qılıncından, xəncərindən qorxmağım yox.
Qara Aslan qəzəblə: — Aparın salın bunu quyuya, yalvarmayınca
çıxarmayın. Qoy qalsın orada, çürüsün ölsün, — dedi. Beyrəyi
apardılar, dibi görünməz zulmət bir quyuya saldılar. Quyunun ağzına
iri bir dəyirman daşı qoydular. Bir əlçə çörəyini, bir qurtum suyunu
dəyirman daşının dəliyindən verirdilər.
***
Bir gün Yalıncıq və Dəli Qoçər Qazanın divanına gəldilər, diz
çökdülər, baş əydilər, Yalıncıq dedi:
—Dövlətli xanın ömrü uzun olsun! Beyrək yoxa çıxdığı gündən
bir il keçib. Özün vəd vermişdin ki, Beyrəyin xəbərini gətirənə
Banıçiçək qismət olsun. Bu xəbəri mən gətirdim. Qızın qardaşı da
razıdır. İndi məsləhət sənindir.
Qazan üzünü Dəli Qoçərə tutdu. Dəli Qoçər başının hərəkətilə
Dostları ilə paylaş: |