Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə43/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   39   40   41   42   43   44   45   46   ...   158

www.vivo-book.com 

 

170 



qapısının  dəstəyindən  tutmalı  oldum  və  iĢəyərkən  üzümdən  necə  tər 

axdığını hiss etdim. Mən xəstə idim, özü də əməlli-baĢlı. 

Nəhayət,  həbsxanaya  çatdım,  cənub  qapısından  içəri  girib 

maĢınımı  həmiĢəki  yerində  saxladım  və  birbaĢa  rəisin  yanına  getdim. 

Saat təxminən altı olardı. Miss Hannanın kabineti boĢ idi – o, nisbətən 

məqbul vaxt olan yeddidən tez gəlməzdi, – lakin Mursun kabinetində 

iĢıq  yanırdı;  iĢığın  yandığını  donuq  ĢüĢədən  görə  bilirdim. 

Etinasızlıqla  qapını  döydüm  və  açdım.  Belə  erkən  saatda  heç  kimi 

gözləməyən  Murs  səksənərək  baĢını  qaldırdı.  Özüm  də  onu  belə 

miskin  görkəmdə,  üzündə  aciz  bir  ifadə  ilə  görməmək  üçün  çox 

Ģeydən keçərdim. Onun, adətən, səliqə ilə daranmıĢ ağ saçları bu dəfə 

pəriĢan  idi,  hərəsi  bir  tərəfə  baxırdı.  Kabinetinə  girəndə  o,  əlləri  ilə 

baĢını  tutub  oturmuĢdu,  qızarmıĢ  gözlərinin  altındakı  dəri  ĢiĢərək 

tuluqlanmıĢdı.  Məni  ən  çox  pərt  edən  isə  onun  oturduğu  yerdə  tir-tir 

əsməsi idi. Onu heç vaxt belə görməmiĢdim, elə bil, çox soyuq havada 

bütün gecəni bayırda gəzib yenicə içəri gəlmiĢdi.  

–  Hal,  bağıĢla,  səni  narahat  etmək  istəmirdim,  mən  sonra 

gələrəm, – deyə kabinetdən çıxmaq istədim. 

– Yox, – deyə dilləndi. – XahiĢ edirəm getmə, Pol. Qapını bağla 

və içəri keç. Bir bilsən, indi kiminləsə dərdləĢməyə nə qədər ehtiyacım 

var! Qapını bağla və içəri keç.  

Yuxudan  durandan  ilk  dəfə  olaraq  öz  ağrı-acımı  yaddan 

çıxararaq, onun xahiĢini yerinə yetirdim. 



www.vivo-book.com 

 

171 



– Onun beynində ĢiĢ var, – Murs dedi. – Həkimlər onun baĢını 

rentgenə salanda, beynində ĢiĢ olduğu məlum olub. Çəkdikləri rentgen 

Ģəkillərindən də çox razı  qalıblar. Həkimlərdən biri mənə dedi  ki,  bu 

Ģəkil  onların  indiyədək  çəkdikləri  rentgen  Ģəkilləri  arasında  bəlkə  də 

ən yaxĢısıdır. Hə, bir də dedi ki, onlar bu Ģəkilləri Nyu-Enqlandda bir 

tibbi jurnalda qonorar qarĢılığında dərc etdirmək istəyirlər. Onlar mənə 

dedilər  ki,  ĢiĢ  limon  boydadır  və  dərinə  gedir.  Ona  görə  də  onu 

cərrahiyyə  yolu  ilə  götürmək  mümkün  olmayacaq.  Bir  də  dedilər  ki, 

onun  çox  az  ömrü  qalıb,  heç  milad  bayramınadək  yaĢamaz.  Mən 

bunları  ona  deməmiĢəm.  Təsəvvür  edə  bilmirəm  ki,  bunu  ona  necə 

deyim. Ondan sonra necə yaĢayacağımı da təsəvvür edə bilmirəm.  

Bunları  deyəndən  sonra  hönkür-hönkür,  içini  çəkə-çəkə 

ağlamağa  baĢladı.  Onun  hönkürtüləri,  içini  çəkməyi  məndə  həm 

mərhəmət, həm də bir növ qorxu hissi yaratdı – Hal Murs kimi özünü 

ən  çətin  anlarda  belə  ələ  almağı,  soyuqqanlılığını  qorumağı  bacaran 

insanın birdən-birə belə hala düĢməsinə baxmaq adamı vahiməyə salır. 

Bir müddət yerimdən tərpənmədən baxdım, sonra ona yaxınlaĢdım və 

qolumu  boynuna  doladım.  O,  suda  batan  adam  kimi  hər  iki  əlini 

uzadıb məni qucaqladı və üzünü sinəmə dayayıb, ağlamağa davam etdi 

və deyəsən, bu ona bir qədər yüngüllük gətirdi. Çünki bir qədər sonra 

özünü ələ alıb, məndən üzr dilədi. Üzr istəyəndə üzümə baxmadı, elə 

bil, ömrü boyu yaddan çıxara bilməyəcəyi dərəcədə ayıb bir iĢ görmüĢ 

adam  kimi  utanırdı.  Ġnsan  hətta  özünü  belə  bir  vəziyyətdə  görmüĢ 



www.vivo-book.com 

 

172 



birisinə  nifrət  etmək  həddinə  də  çata  bilər.  Məncə,  Mursun  vəziyyəti 

dediyimdən  bir  qədər  yaxĢı  idi,  lakin  mən  bura  nə  üçün  gəldiyimi 

yaddan çıxardım və müzakirə etmək istədiyim iĢ barəsində bir söz belə 

demədim. Mursun kabinetindən çıxandan sonra  öz maĢınıma dönmək 

əvəzinə  “E”  blokuna  tərəf  addımladım.  Aspirin  təsirini  göstərməyə 

baĢlamıĢdı  və  qarnımın  alt  hissəsindəki  ağrı  asta  nəbz  döyüntüsü 

səviyyəsinə  enmiĢdi.  DüĢündüm  ki,  bu  günü  birtəhər  yola  verə 

bilərəm;  Uortonu  kamerasına  yerləĢdirərəm,  günortadan  sonra  gedib 

Hal Mursa bir də baĢ çəkərəm və günün sonunda sabah üçün xəstəlik 

kağızı alaram. Mənə elə gəlirdi ki, ən pis anlar artıq arxada qalıb, heç 

təsəvvürümə də gətirə bilməzdim ki, bu gün bizi nələr gözləyirmiĢ.  

 

 



 

 

 



 

11 

 

 

 

 

 


www.vivo-book.com 

 

173 



“DüĢündük ki, o, hələ də müayinə zamanı qəbul etdiyi narkotik 

dərmanların  təsiri  altındadır”,  –  Din  axĢamtərəfi  dedi.  Onun  səsi 

alçaqdan, xırıltılı çıxırdı, itin hürməsini xatırladırdı və boynunda tünd-

bənövĢəyi qançırlar gözə dəyirdi. DanıĢarkən acı  çəkdiyini açıq-aĢkar 

görə  bilirdim,  ona  görə  də  bir  anlıq  ona  daha  danıĢmaması,  baĢ 

verənləri ürəyinə salmamasını məsləhət  görmək istədim, lakin fikrimi 

dəyiĢdim, çünki bəzən susmağın daha ağrılı olduğunu xatırladım.  

– Biz hamımız onun narkotik dərmanların təsiri altında olduğunu 

düĢünürdük, elə deyilmi? 

Harri Tervilliger bir söz demədən baĢını yırğaladı. Hətta kənarda 

düĢüncələrə  qərq  olaraq  təkbaĢına  oturmuĢ  Persi  də  mənim 

dediklərimlə razılaĢaraq baĢını yellədi.  

Brutus mənə tərəf baxdı və baxıĢlarımız bir anlıq toqquĢdu. Biz 

bunun  necə  baĢ  verdiyi  haqqında,  demək  olar  ki,  eyni  Ģeyləri 

düĢünürdük.  Budur,  sən  öz  həyatını  yaĢayırsan,  hər  Ģeyi  yalnız 

qaydalara görə eləyirsən, lakin buraxdığın bir səhv və – tarap – səma 

sizin  baĢınıza  yıxılır.  Onlar  elə  düĢünürdülər  ki,  o,  hələ  də  narkotik 

dərmanların təsiri altındadır – əslində, məntiqə uyğun bir fərziyyədir, – 

lakin  onun  həqiqətən  narkotik  dərmanlar  qəbul  edib-etmədiyi  ilə  heç 

kim maraqlanmadı. Mənə elə gəldi ki, Brutusun gözlərində nəsə baĢqa 

Ģeylər də  gördüm: Harri və Din öz səhvlərindən ibrət  götürəcəkdilər; 

xüsusilə  də  Din,  çünki  o,  çox  asanlıqla  öz  ailəsinin  yanına  ölmüĢ 

vəziyyətdə  qayıda  bilərdi.  Persi  nəticə  çıxarmaz.  Persi  bəlkə  də  heç 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə