Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə39/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   35   36   37   38   39   40   41   42   ...   158

www.vivo-book.com 

 

154 



ki,  altı  həftədən  sonra  o,  YaĢıl  Mildən  keçməli  olacaq.  Qutunun  yox 

olmasından sən xəbər tutunca, o, yenə sənin arabanın altındakı taxçada 

olacaq.  

–  O  özünə  ürəyiyumĢaq  bir  hakim  tapa  bilər  ki,  ona  oxunmuĢ 

hökmü  dəyiĢsin  və  o  da  burada  beləcə  oturub  “Köhnə  tanıĢlar  heç 

unudularmı”  mahnısını  oxuyar,  –  deyə  Tut-Tut  tutduğunu  buraxmaq 

istəməsə  də,  o,  vəziyyəti  hamıdan  yaxĢı  bilirdi  və  onun  hər  Ģeyi 

bildiyini Brutus da bilirdi. Gör neçə illərdi ki, – bəlkə də hələ atlı poçt 

arabaları  dövründən  –  qoca  Tut-Tut  üstündə  Bibliyadan  seçilmiĢ 

kəlamlar yazılan köhnə arabasını Kold Mauntində ora-bura sürürdü və 

əlbəttə  ki,  onun  çoxlu  informasiya  mənbəyi  vardı...  zənnimcə,  onun 

mənbələri bizimkilərdən daha etibarlı idi. Ona görə də o, yaxĢı bilirdi 

ki, Delakrua üçün ürəyiyumĢaq hakim tapmaq mümkün olmayacaqdı. 

Onun  ümidi  yalnız  qubernatora  qalmıĢdı,  o  da  ki,  bir  qayda  olaraq 

məhbuslara  cəzalarını  yüngülləĢdirən  fərman  çıxarmırdı,  əksinə,  öz 

seçicilərindən yarım düjününü diri-diri elektrik stulunda yandırmıĢdı.  

–  Hətta  onun  edamı  təxirə  salınmasa  belə,  bu  siçan  oktyabr 

ayında,  bəlkə  də  ġükran  Gününədək  qutunun  içini  batıracaq  axı,  – 

deyə Tut-Tut israrla mübahisə etsə də, Brutus artıq onun yavaĢ-yavaĢ 

yola gəlmək üzrə olduğunu sezmiĢdi. – Bir siçanın tualet kimi istifadə 

etdiyi siqar qutusunu sonra kim alar?  

–  Aman  Tanrım,  –  Brutus  dilləndi.  –  Səndən  indiyə  qədər 

bundan  daha  axmaq  söz  eĢitməmiĢdim,  Tut.  Məncə,  bu  birinci  yer 



www.vivo-book.com 

 

155 



tutar. Əvvəla, Delakrua bu qutunu elə təmiz saxlayacaq ki, istəyirsən 

qutunun içində lap kilsə naharı ye! O öz siçanını elə sevir ki, qutunu, 

yeri gəlsə, yalayıb təmizləyəcək. 

–  YaxĢı,  bunu  baĢa  düĢdüm,  –  deyə  Tut  burnunu  qırıĢdıraraq 

razılaĢdı. 

–  Ġkincisi,  –  deyə  Brutus  sözünə  davam  etdi,  –  siçan  peyini 

nədir,  axı...  quĢ  saçması  kimi,  balaca  bərk  kürəciklər.  Götürüb  çölə 

silkələsən, nə iyi qalar, nə izi.  

Qoca  Tut-Tut  baĢa  düĢdü  ki,  bu  mübahisəni  davam  etdirməyin 

onun  üçün  heç  bir  faydası  olmayacaq;  o,  nə  vaxt  üzü  küləyə  dura 

biləcəyini  və  nə  vaxt  onun  qasırğanın  qarĢısında  əyiləcəyini  baĢa 

düĢmək  üçün  burada  kifayət  qədər  uzun  müddət  yaĢamıĢdı.  Hələlik 

qasırğa  yox  idi,  lakin  bizim,  göy  formalıların,  siçandan  xoĢumuz 

gəlirdi,  üstəlik,  həm  də  Delakruanın  bu  siçanı  saxlamaq  fikrini 

bəyənirdik.  Bu  isə  qasırğa  olmasa  da,  ən  azından,  fırtına  demək  idi. 

Beləliklə,  Delakrua  qutuya  sahib  oldu.  Persi  isə  verdiyi  sözü  tutdu  – 

qutunun  içi  əczaxanadan  gətirlmiĢ  yumĢaq  pambıq  döĢəkcə  ilə 

döĢəndi.  Pambıq döĢəkcəni  ona Persi özü verdi və Delakrua pambığı 

almaq üçün əlini dəmir barmaqlıqların arasından uzadarkən, mən onun 

gözlərindəki  qorxunu  açıq-aĢkar  görə  bildim.  O  qurxurdu  ki,  Persi 

onun  əlindən  yapıĢıb  barmaqlarını  sındıracaq.  Mən  də  Persinin  belə 

edəcəyindən  bir  az  narahat  idim,  lakin  bu,  baĢ  vermədi.  Həmin  an 

mənim az qala Persidən xoĢum gəldiyini deyə biləcəyim yeganə an idi, 



www.vivo-book.com 

 

156 



lakin  hətta  o  anda  belə  onun  gözlərindəki  soyuq  təkəbbür  ifadəsini 

sezməmək mümkün deyildi. Delakruanın balaca, sevimli heyvanı var; 

elə  Persinin  də  vardı.  Delakrua  öz  sevimli  heyvanını  bacardığı  qədər 

sevib  əzizləyəcək,  onun  qayğısına  qalacaqdı;  Persi  isə  səbirlə 

gözləyəcək (ən azından, onun kimi birisinin səbir edə biləcəyi qədər) 

və sonra onu diri-diri yandıracaqdı.  

–  “Siçan  Hilton”  fəaliyyətə  baĢlayıb,  –  Harri  dedi.  –  Ġndi  məni 

düĢündürən  bir  sual  var:  bu  balaca  oğraĢ  ondan  istifadə  edəcək,  ya 

yox? 

Delakrua bir əli ilə Mister Cinqlzı tutub ehmallıca qutunun içinə 



qoyanda  bu  sualın  cavabı  məlum  oldu.  Siçan  ağ  pambığın  içinə 

dalaraq  öz  yerini  rahatladı,  elə  bil,  Bi  Xalanın  yun  Ģərfinə  dalmıĢdı. 

Elə o vaxtdan bəri qutu onun evi oldu, o vaxta qədər ki... Yox, Mister 

Cinqlzın hekayəsinin sonunu vaxtı gələndə danıĢacağam. 

Siqar qutusunun siçan nəcisi ilə dolacağına dair qoca Tut-Tutun 

narahatlığının  da  tamamilə  əsassız  olduğu  məlum  oldu.  Mən  qutuda 

heç  vaxt  bir  dənə  də  nəcis  qırıntısı  görmədim.  Delakruanın  dediyinə 

görə,  o  da  heç  nə  görməmiĢdi...  –  ümumiyyətlə,  kamerasının  heç  bir 

yerində.  Bir  xeyli  vaxt  keçəndən  sonra  Brutus  mənə  dirəkdəki  dəliyi 

göstərdi  və  biz  orada  xırda  rəngli  tiliĢkələr  tapdığımız  vaxt  karser 

kamerasının  Ģərq  küncündən  masanı  çıxardım  və  orada  siçan 

peyinindən balaca bir təpəcik aĢkar etdim. Belə məlum olurdu ki, o öz 

təbii  ehtiyaclarını  ödəmək  üçün  həmiĢə  eyni  yerə  gedirmiĢ,  özü  də 



www.vivo-book.com 

 

157 



bizdən mümkün olduqca uzağa. Bir Ģeyi də deməliyəm: siçanın harasa 

iĢədiyini  də  görməmiĢəm,  adətən,  siçanlar  öz  balaca  kranlarını  iki 

dəqiqədən  artıq  bağlı  saxlaya  bilmirlər,  xüsusilə  də  yemək  zamanı. 

Sizə demiĢdim axı, bu balaca yaranıĢ Allahın sirlərindən biridir.  

Mister  Cinlqz  siqar  qutusundan  olan  yeni  evində  yerləĢəndən 

təxminən  bir  həftə  sonra  Delakrua  bizə  nəsə  göstərmək  istədiyini 

deyərək,  məni  və  Brutusu  öz  kamerasına  çağırdı.  O,  nəsə  göstərmək 

adı ilə bizi elə tez-tez çağırırdı ki, artıq təngə gəlmiĢdik – əgər Mister 

Cinqlz pəncələrini havada oynadaraq kürəyinin üstünə çevrilirdisə, bu, 

dünyada  ən  maraqlı  vaqiə  idi  –  ən  azından,  bu  qara  qəpiyə  dəyməz 

əbləh  luizianalı  fransızın  fikrincə;  lakin  bu  dəfə  onun  göstərmək 

istədiyi Ģey həqiqətən əyləncəli idi.  

Delakruaya  hökm  oxunandan  sonra,  demək  olar  ki,  hamı  onu 

yaddan çıxarmıĢdı, lakin onun bir qohumu – ərə getməmiĢ qoca xalası 

–  vardı.  Məncə,  xalası  ona  həftədə  bir  dəfə  məktub  yazırdı.  Bir  gün 

xalası  ona  iri  bir  bağlama  dolusu  nanəli  nabat  göndərmiĢdi.  Buna 

bənzər  konfetlər  indi  “Kanada  Mints”  adı  ilə  satılır.  Nabatlar  iri, 

çəhrayı  həblərə  bənzəyirdi.  Delakruaya  bu  bağlamanın  hamısını 

birdəfəlik götürməyə icazə verilmədi, təbii – çünki bağlamanın içində 

iki  kiloqramdan  artıq  nabat  vardı.  Delakrua  mədə  sancıları  ilə 

xəstəxanaya  düĢənədək  bu  nabatları  yeməyə  davam  edəcəkdi.  Bizim 

YaĢıl  Milimizdəki  bütün  məhbuslar  kimi,  onun  da  ölçü,  əndazə 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə