www.vivo-book.com
150
Harrinin mənə təəccüblə baxdığını... yox, əslində, görmədim, hiss
etdim. – Bu barədə nə düĢünürsən?
– DüĢünürəm ki, siçan gecələrin birində, yəqin ki, Delakrua
yatanda, onun burnunun içini murdarlayacaq və sonra qaçacaq, – deyə
Persi sakitcə cavab verdi. – Lakin o, fransızın yeni nəzarətçisi də ola
bilər. Mən bu yaxınlarda, Tut-Tutun arabasında çox gözəl bir siqar
qutusu görmüĢəm. Amma bilmirəm onu kiməsə satıb ya yox. Bəlkə
qutunu iyirmi ya da on sentə satmağa razılaĢar.
Mən oğrun-oğrun Harriyə nəzər saldım və gördüm ki, o, ağzını
ayırıb bizə baxır. Bu, həyulalar Ġbnizar Skrucun baĢına açdıqları
oyunlardan sonrakı milad səhəri onda baĢ verən dəyiĢikliklərin
tamamilə eynisi olmasa da, ona həddən artıq yaxın idi.
Persi üzünü dəmir barmaqlıqların arasına soxaraq Delakruaya
tərəf əyildi. Delakrua küncə bir az da bərk qısıldı. Allaha and içirəm
ki, əgər imkanı olsaydı, əriyib divarın içinə girərdi.
– Siqar qutusunu almaq üçün sənin iyirmi, ya da on sentin varmı,
əbləh? – Persi soruĢdu.
– Mənim dörd sentim var. Onları qutuya ödəməyə hazıram, əgər
qutu gözəldirsə, s’il est bon (bu yaxĢıdır– fr.).
– Bilirsənmi nə var! – Persi dedi. – Əgər o diĢsiz qoca oğraĢ
“Korona” siqar qutusunu sənə dörd sentə satsa, mən əczaxanadan bir
balaca pambıq oğurlayıb qutunun içinə döĢəyərəm və nə qədər ki sən
buradasan, özümüz üçün “Siçan Hilton” açarıq, – deyəndən sonra
www.vivo-book.com
151
Persi nəzərlərini mənə yönəltdi və, – Bitterbakın edamı zamanı aparat
otağında yerinə yetirdiyim iĢ haqqında raport yazmalıyam, Pol, –
deyib bir anlıq susdu və yenə davam etdi. – Sənin kabinetində qələm
varmı?
– Əlbəttə var! – cavab verdim. – BoĢ blanklar da var. Sol yuxarı
siyirtmədə.
– Bu, əla oldu, – deyə cavab verəndən sonra o, təkəbbürlü
görkəmlə uzaqlaĢdı.
Harri ilə baxıĢdıq.
– O xəstələnməyib ki? – Harri təəccüblə soruĢdu. – Bəlkə öz
həkiminə gedib və orada ona deyiblər ki, yalnız üç aylıq ömrü qalıb?
Mən ona nə baĢ verdiyi haqqında heç bir fikrimin olmadığını
dedim. O vaxt, elə bir qədər sonra da dediklərim həqiqət idi, amma
zaman keçdikcə hər Ģeyi öyrəndim. Həmin hadisədən bir neçə il sonra
Ģam yeməyi süfrəsinin arxasında mənim Hal Mursla çox maraqlı
söhbətim oldu. O vaxt biz artıq sərbəst söhbət edə bilirdik: o, artıq
təqaüdə çıxmıĢdı, mən isə oğlan uĢaqları üçün islah-əmək
koloniyasında iĢləyirdim. Həmin Ģam yeməyində biz çox içib az
yediyimizdən, dilimiz yaman açılmıĢdı. Söhbət zamanı Hal mənə dedi
ki, Persi onun yanına gəlib məndən və ümumiyyətlə, YaĢıl Mildəki
həyatından Ģikayət edibmiĢ. Bu Ģikayəti o, məhz Delakruanın bizim
blokumuza gəliĢindən və onun yeni məhbusu ölənəcən döyməsinə
mənimlə Brutusun münasibətindən sonra edibmiĢ. Söhbətdən məlum
www.vivo-book.com
152
oldu ki, Persinin ən çox xətrinə dəyən Ģey mənim ona “gözümün
önündən rədd ol” deməm olub. Onun düĢüncəsinə görə, qubernatorun
qohumu olan adamla bu tərzdə danıĢmaq olmazmıĢ.
Murs onu da dedi ki, Persini Ģikayət etməkdən, mümkün
olduqca, saxlamağa çalıĢıb; lakin Persinin məndən Ģikayət etməyə
hazırlaĢdığını, cəzalandırılmağıma və ən azından, həbsxananın baĢqa
hissəsinə köçürülməyimə nail olmaq fikrinə düĢdüyünü öyrənəndə,
Persini öz kabinetinə çağırmıĢ və ona deyibmiĢ ki, əgər o, aranı
qarıĢdırmaqdan əl çəksə, elə edəcək ki, Delakruanın edamında Persi
öndə duracaq və əmrlər verəcək. Yəni, Persi düz elektrik stulunun
yanında duracaqdı. Hər Ģeyə, əlbəttə, həmiĢə olduğu kimi, mən
rəhbərlik edəcəkdim, amma müĢahidəçilər bunu bilməyəcəkdilər.
Onlara elə gələcəkdi ki, edam prosesinə əsas rəhbərliyi məhz cənab
Persi Uetmor edir. Murs ona bizim süfrə baĢında müzakirə
etdiyimizdən və mənim razı olacağımdan artığını vəd etməmiĢdi, lakin
Persinin bütün bunlardan xəbəri yoxdur. O, mənim baĢqa yerə
köçürülməyimlə bağlı etdiyi təhdidlərə son qoymağa razılaĢıb.
Beləliklə, “E” blokundakı iĢçi atmosfer yenidən qaydasına düĢmüĢdü.
Persi hətta özünün köhnə düĢməninin Delakrua ilə qalmasına da etiraz
etmədi. Çox qəribədir, düzgün stimul verildikdə, bəzi insanların
davranıĢları necə də dəyiĢirmiĢ! Bu kontekstdə Mursun təklifi yalnız
balaca, dazbaĢ fransızın həyatını almaq imkanını vəd etməkdən ibarət
idi.
www.vivo-book.com
153
9
Tut-Tuta elə gəldi ki, əla “Korona” siqar qutusu üçün dörd sent
çox azdır və belə düĢünməkdə bəlkə də o, haqlı idi – siqar qutuları
həbsxanalarda çox yüksək qiymətləndirilirdi. Belə qutularda min cür
xırda-xuruĢ Ģeylər saxlamaq olardı, onlardan xoĢ ətir gəlirdi və bu
qutularda bizim sakinlərimizə azadlığı xatırladan nəsə müəmmalı bir
Ģey vardı. Həbsxanalarda siqaretə icazə verilsə də, siqara icazə
verilmirdi, mənə elə gəlir ki, məhbuslara azadlığı xatırladan da elə
budur.
O vaxt artıq blokumuza yenidən qayıtmıĢ Din Stanton məbləğə
bir sent əlavə etdi, mən özüm də bir sent verdim. Tut yenə də qutunu
belə ucuz satmaq istəməyərək israr edəndə, iĢə Brutus qarıĢdı. O,
əvvəlcə qocaya belə xəsis olduğuna görə utanmalı olduğunu dedi,
sonra isə vəd etdi ki, Delakruanın edamının ertəsi günü Ģəxsən özü bu
qutunu ona qaytaracaq.
– Əgər qutunun satıĢından danıĢırıqsa, bəlkə də altı sent,
həqiqətən, ucuz qiymətdir, biz bu haqda uzun-uzadı mübahisələr edə
bilərik, – Brutus dedi. – Amma razılaĢ ki, təklif etdiyimiz pul belə bir
qutunun icarə haqqı üçün yaxĢı qiymətdir. Cəmi bir aydan, lap deyək
Dostları ilə paylaş: |