www.vivo-book.com
134
Əslində, Brutusla mən qalmıĢdıq desəm, daha doğru olardı, çünki
Persi çox vaxt bizə qaynayıb-qarıĢmır, ayrı gəzir və ünsiyyətdən
qaçırdı. Sizə deyim ki, bu cavan oğlan iĢdən yayınmaqda, bir iĢin
qulpundan tutmayıb avara-avara gəzməkdə mahir idi. BaĢqa uĢaqlar,
Harrinin dediyi kimi, çənə vurmaq üçün kifayət qədər tez-tez bizim
yanımıza (lakin yalnız Persinin ortalıqda görünmədiyi vaxtlarda)
gələrdilər. Belə günlərin böyük əksəriyyətində siçan da birdən
haradansa peyda olardı. Biz ona yemək verirdik, o da yeməyini
yeyərkən, Hz.Süleyman peyğəmbər kimi təntənəli bir görkəm alaraq,
parıldayan muncuq gözlərini bizdən çəkməzdi.
Hətta Persinin bizimlə, adətən, olduğundan daha tez-tez
öcəĢməsinə baxmayaraq, bir neçə sakit və rahat həftə keçirdik. Lakin
hər yaxĢı Ģeyin sonu olduğu kimi, bunun da sonu gəldi və iyulun
axırlarında, yağıĢlı bazar ertəsi günündə – deyəsən, həmin yayın necə
yağıĢlı və rütubətli olduğunu demiĢdim, elə deyilmi? – mən açıq bir
kameranın içindəki çarpayıda oturub Eduard Delakruanı gözləyirdim.
O, gözləmədiyimiz səs-küylə gəldi. Gəzinti həyətinə çıxan qapı
günəĢ iĢığını içəri buraxaraq zərblə açıldı və qarmaqarıĢıq zəncir
cingiltisi ilə birlikdə yarı ingilis-yarı cənubi amerkan fransız
ləhcəsində (Kold Mauntindəkı yerli ləhcədə danıĢan məhbuslar bunu
da “bayu” – hürən adlandırırdılar) anlaĢılmaz bir donqultu və
Brutusun qıĢqırığı eĢidildi:
– Ey! Daha bəsdir, dayan! Allah xatirinə, daha bəsdir, Persi!
www.vivo-book.com
135
Mən, demək olar ki, Delakruanın çarpayısında mürgü vururdum,
lakin Brutusun qıĢqırdığını eĢidəndə ayılaraq cəld sıçrayıb yerimdən
qalxdım, ürəyim sinəmdə elə döyündü ki, elə bil, bu dəqiqə ağzıma
gələcəkdi. Persi “E” blokuna gələnədək burada, demək olar ki, heç
vaxt belə səs-küy olmurdu; o bu səs-küyü buraya, pis bir iy kimi, özü
ilə birlikdə gətirmiĢdi.
– Hə, tərpən görüm, səni lənətə gəlmiĢ fransız əxlaqsızı! – deyə
Persi Brutusa heç bir məhəl qoymadan bağırırdı. Budur o, qapıda
göründü, bir əli ilə keqlya – keql oyunu üçün çəlik – boyda olan balaca
bir adamı öz arxasınca dartırdı. O biri əlində isə öz dəyənəyini
tutmuĢdu. Persinin üzü gərginlikdən həm qızarmıĢ, həm də əyilmiĢdi
və qəzəbindən diĢlərini qıcırdadırdı. Bununla belə, üzündən
bədbəxtlik ifadəsi yağmırdı. Delakrua onunla ayaqlaĢmağa çalıĢırdı,
lakin ayağındakı dəmir buxovlar buna maneçilik törədirdi. O, nə qədər
sürətlə addımlamağa çalıĢsa da, Persi onu daha sürətlə çəkirdi.
Kameradan vaxtında çıxıb onu tutmasaydım, üzü üstə yerə yıxılacaqdı.
Və məhz bu yolla Del və mən bir-birimizlə tanıĢ olduq.
Persi üstünə hücum çəkərək dəyənəyi ilə Delakruanı vurmaq
istəyəndə mən onu bir əlimlə tutdum. Elə bu dəmdə Brutus qaçaraq
tövĢüyə-tövĢüyə bizə yaxınlaĢdı, o da mənim kimi baĢ verənlərdən bir
balaca özünü itirmiĢdi və pərt görünürdü.
– Ona deyin ki, daha məni vurmasın, müsyö, – deyə Delakrua
yalvardı. – Sil vu ple, sil vu ple! XahiĢ edirəm!
www.vivo-book.com
136
– Məni buraxın, buraxın məni! – deyə Persi ona tərəfə dartınaraq
bağırırdı. O öz dəyənəyi ilə Delakruanın çiyninə vurmağa baĢladı və
Delakrua fəryad çəkərək əlini havaya qaldırdı, dəyənək isə onun mavi
rəngli həbsxana köynəyinin qolunu döyəcləməyə davam edirdi. Həmin
axĢam onu köynəksiz gördüm, adamın bütün bədəni gömgöy
qançırlarla dolu idi. Bu qançırlara baxanda ürəyim ağrıdı. O, heç kimin
sevimlisi deyildi, əlbəttə ki, qatil idi, lakin “E” blokunda məhbuslarla
belə davranmırdıq – ən azından, Persi bura gəlincə.
– Ey, heeyy! – deyə bağırdım. – Bir dur görüm! Sən nə elədiyini
sanırsan?
Mən Delakrua ilə Persinin arasına girməyə çalıĢdım. Amma
cəhdim bir iĢə yaramadı. Persinin dəyənəyi gah mənim bir tərəfimdən,
gah da digər tərəfimdən zərbələri endirməyə davam edirdi. Gec-tez bu
zərbələrdən biri öz hədəfindən yayınıb mənə tuĢ gələcəkdi və onda,
onun qohumlarının kimliyindən asılı olmayaraq, elə buradaca,
dəhlizdə mərəkə baĢlayacaqdı. Əgər onun öhdəsindən tək gələ
bilməsəm, yaxınlıqda dayanmıĢ Brutus böyük məmnuniyyətlə mənə
kömək edəcəkdi. Bir tərəfdən də indi təəssüf edirəm ki, biz bunu
etmədik; kaĢ edəydik. Əgər biz onu o vaxt yaxĢıca kötəkləsəydik,
sonrakı bəzi Ģeylər, yəqin, baĢ verməzdi.
– Lənətə gəlmiĢ pozğun! Sənə əllərini dinc saxlamağı
öyrədərəm, alçaq ibnə!
www.vivo-book.com
137
Dup! Dup! Dup! Və birdən Delakruanın qulağından qan axdı və
o, qanı görüb qıĢqırmağa baĢladı. Öz bədənimlə Delakruanı daha
qoruya bilməyəcəyimi anlayıb, cəld onun çiynindən yapıĢaraq,
kameranın içinə çəkdim. Kameraya girən kimi Delakrua üzüqoylu
çarpayıya yıxıldı. Persi mənim ətrafımdan dolanıb onun arxasına
sonuncu zərbəni endirdi, – yarımçıq qalmasın deyə. Brutus onun –
Persinin demək istəyirəm – çiynindən tutaraq dəhlizə çıxardı.
Mən kameranın qapısını relsləri ilə sürüĢdürərək bağladım.
Sonra Persiyə tərəf döndüm, qəribə bir hiss vardı, elə bil, çaĢqınlığımla
pərtliyim içimdə baĢ qaldırmıĢ qəzəb hissi ilə ölümünə çarpıĢırdı.
Həmin vaxt Persi artıq bir neçə ay idi ki, bizimlə iĢləyirdi, bu müddət
hamımızın onu qətiyyən sevmədiyimizi anlaması üçün kifayət etmiĢdi,
lakin mən onun nə dərəcədə azğın olduğunu ilk dəfə məhz həmin gün
dərk etdim.
O dayanıb mənə baxırdı, üz ifadəsindən qorxduğu bəlli idi –
onun ağciyərliyinə heç vaxt Ģübhəm olmayıb, – amma qorxu ilə
yanaĢı, üz ifadəsində qohumluq əlaqələrinin onu qoruyacağına bir
əminlik də vardı. Bunu düĢünməkdə haqlı idi. Güman edirəm ki, bütün
bu danıĢdıqlarımdan sonra da, “bu, necə ola bilər” – deyə düĢünən
insanlar olacaq, çünki insanlara “Böyük Depressiya” sözü yalnız tarix
kitablarından tanıĢdır. Əgər həmin dövrdə yaĢamıĢ olsaydınız, sizin
üçün bu sözlər kitabda oxuduğunuzdan daha dərin məna kəsb edərdi
Dostları ilə paylaş: |