www.vivo-book.com
118
sizin Ģlyapanızı öz nəcisimlə doldurmaq istəyirəm və bir də istəyirəm
ki, Mey Uest öz arxası ilə üzümə otursun, çünki mən belə Ģəhvətpərəst
bir alçağam.
Brutus nə qədər öz ciddiliyini qorumağa çalıĢsa da, mümkün
olmadı. O, baĢını geri çevirərək gülməyə baĢladı. Dini elə bil güllə ilə
vurmuĢdular, o, plarformanın kənarında uzanıb koyot – canavar – kimi
ulayırdı, baĢını isə dizlərinin arasına alaraq əllərini alnına dayamıĢdı,
sanki beyninin dağılacağından qorxurdu. Harri “ha-ha-ha-ha” gülərək,
öz baĢını astaca yanındakı divara vururdu. Hətta yumor hissi ilə
seçilməyən Cek Van Hey də gülməkdən özünü saxlaya bilmirdi.
Mənim də gülməyim gəlirdi, mən də onlar kimi gülmək istəyirdim,
lakin özümü gülməkdən birtəhər saxladım. Sabah axĢam hər Ģey
gerçək olacaqdı və bu gün Tut-Tutun oturduğu yerdə insan öləcəkdi.
– Kəs səsini, Brutus, – deyə əmr etdim. – Din, Harri, siz də
səsinizi kəsin. Sənə gəlincə, Tut, əgər bir də belə ifadə ağzından çıxsa,
bu sənin son sözün olacaq. Mən Van Heyə əmr edəcəyəm ki, rıçaqı
həqiqətən ikinciyə qoĢsun.
Tut gülümsəyərək diĢsiz damaqlarını göstərdi, sanki mənə
demək istəyirdi ki, yaxĢı cəhd idi, rəis Ekcum, həqiqətən, yaxĢı cəhd
idi. Ona əhəmiyyət vermədiyimi görəndə üzündəki təbəssüm çaĢqınlıq
ifadəsinə çevrildi.
– Sənə nə olub? – deyə soruĢdu.
www.vivo-book.com
119
– Bu gülməli deyil, – cavab verdim. – Bax, mənə olan budur və
əgər bunu anlamağa ağlın çatmırsa, onda ağzını bağlı saxla!
Əslində, həqiqətən gülməli idi və bəlkə də məni özümdən
çıxaran elə bu idi.
Ətrafa baxanda gördüm ki, Brutus gözlərini mənə zilləyərək hələ
də gülümsəyir.
– Eh, zəhrimara qalsın, deyəsən, mən bu iĢ üçün həddən artıq
qocalmıĢam.
– Daha nələr, – Brutus dilləndi. – Sən hələ qocalmamısan, Pol.
– Həm mən, həm də Brutus, əlbəttə ki, qocaldığımızı hiss
edirdik, ən azından bu lənətə gəlmiĢ iĢ davam etdikcə bunu dərk
edirdik. Bununla belə, gülüĢ tutması artıq keçmiĢdi. YaxĢı ki keçmiĢdi,
çünki sabah axĢam kiminsə bu əbləh Tutun baməzə sözlərini xatırlayıb
yenidən gülərək qəĢĢ eləməsini heç istəməzdim. Siz yəqin
deyəcəksiniz ki, bu ola bilməz – necə yəni, məhkumu Ģahidlərin
yanından keçirərək elektrik stuluna müĢayiət edən mühafizəçi gülərək
özündən gedir? Lakin stress altında olan insandan hər Ģey gözləmək
olar. Əgər belə bir Ģey baĢ verərsə, insanlar bu haqda, ən azı, iyirmi il
danıĢacaqlar.
– Hə, – Tut cavab verdi, üzündəki inciklik ifadəsi ilə dünyanın
ən qoca uĢağına bənzəyirdi.
MəĢqin davam etdirilməsi üçün baĢımla Brutusa iĢarə verdim. O,
stulun arxasındakı mis qarmaqda asılmıĢ maskanı götürdü və onu Tut-
www.vivo-book.com
120
Tutun baĢına geyindirdi, maskanın qayıĢını isə çənəsinin altından
bərkitdi. Maskanın təpəsində geniĢ bir dəlik vardı. Sonra Brutus irəli
əyilib vedrənin içindəki yumru nəm süngəri götürdü, bir barmağını
süngərə sıxdı və islanmıĢ barmağının ucunu yaladı. Bunu edəndən
sonra süngəri yenidən vedrəyə atdı. Sabah belə olmayacaqdı. Sabah o,
süngəri stulun arxasından asılmıĢ dəbilqənin içinə qoyacaqdı. Bu gün
yox, bu gün qoca Tutun baĢını islatmağın heç bir mənası yox idi.
Dəbilqə poladdan idi və onun hər iki tərəfindən bağlar sallanırdı.
Bu dəbilqə piyada əsgərin kaskasını xatırladırdı. Brutus qoca Tut-
Tutun baĢındakı qara maskanın təpəsindəki dəliyin yanlarından aĢağı
dartaraq, dəbilqəni onun baĢına geyindirdi.
– Dəbilqəni geyinirəm, dəbilqəni geyinirəm, dəbilqəni
geyinirəm, – deyə Tut-Tut yenə donquldanmağa baĢladı, amma bu
dəfə onun səsi sönük və boğuq çıxırdı. Çənəsinin altından keçən bağlar
ona ağzını açmağa imkan vermirdi və mənə elə gəldi ki, deyəsən,
Brutus onun dəbilqəsinin bağlarını məĢq zamanı tələb olunan daha
bərk sıxmıĢdı. O, bir addım geri çəkildi və üzünü boĢ stullara tutub
dedi:
– Arlen Bitterbak, indi, Ģtatın qanununa müvafiq olaraq, siz
ölənədək bədəninizdən elektrik cərəyanı keçəcək. Qoy Allah özü sizin
ruhunuza rəhm eləsin!
Brutus sözünü bitirib torlu pəncərəyə tərəfə döndü:
– Ġkincini qoĢ!
www.vivo-book.com
121
Qoca Tut-Tut, bir qədər əvvəl göstərdiyi yumor dühasını təkrar
etmək məqsədi ilə, stulda ora-bura çırpınmağa baĢladı. Əlbəttə, Qoca
Qığılcımın müĢtəriləri demək olar ki, heç vaxt belə çırpınmırdılar.
– Ġndi mən qızarıram, – o qıĢqırırdı. – Qızarıram!
Qızarıraaaaam! Heeeyyy! Mən qızarmıĢ hind xoruzuyam!
Gördüm ki, Din ilə Harri stul tərəfə deyil, Qoca Qığılcıma
arxalarını çevirib, anbarın mənim kabinetimə aparan qapısına baxırlar.
– Allah məni öldürsün! – Harri donquldandı, – müĢahidəçilərdən
biri edamdan bir gün əvvəl gəlib.
Siçan qapının kandarında quyruğunu pəncələrinin ətrafına
dolayaraq oturmuĢdu və qara muncuq kimi parıldayan gözlərini bizə
zilləmiĢdi.
5
Edam yaxĢı keçmiĢdi, – əlbəttə, əgər “yaxĢı edam” anlayıĢı varsa
(bu sözün bizim Ģəraitə uyğun olmasına Ģübhə edirəm) – UoĢita
Ġrokezləri ġurasının ağsaqqalı Arlen Bitterbakın edamını nəzərdə
Dostları ilə paylaş: |