www.vivo-book.com
114
– Mən hələ də dua edirəm, mən hələ də dua edirəm, mən hələ də
dua edirəm, mən hələ də Ġsa Məsihə dua edirəm, – dəyə Tut-Tut
mənim sözümü kəsdi.
– Kəs səsini, qoca kaftar! – Din Tut-Tutun üstünə qıĢqırdı.
– Mən dua edirəm!
– Onda səsini kəs, içində dua elə!
– Sizi ləngidən nədir? – deyə Brutus anbardan qıĢqırdı. Həmin
otağı da bizim üçün boĢaltmıĢdılar. Biz yenə ölüm zonasında idik.
Burada adama elə gəlirdi ki, hər yandan ölüm qoxusu gəlir.
– Lənətə gəlmiĢ səbrini bas! – deyə Harri bağırdı. – Belə səbirsiz
olma!
– Dua eləyirəm, – deyə Tut iyrənc diĢsiz damaqlarını göstərərək
gülümsədi. – Bir balaca səbirli olmaq üçün dua eləyirəm, lap az, lənətə
gəlmiĢ səbir...
– Əslində, Bitterbak deyir ki, o xaçpərəstdir, – mən adamlarıma
dedim. – Bitterbak bir vaxt Tilman Klark üçün buraya gəlmiĢ Baptist
keĢiĢin gəlməsinə razıdır. Onun soyadı ġusterdir. O, mənim də xoĢuma
gəlir: iĢi çox uzatmır və onların sakitləĢmələrinə yardım edir. Ayağa
qalx, Tut. Bu gün üçün kifayət qədər dua etdin.
– Gedirəm, – Tut yenə donquldandı, – yenə gedirəm, yenə
gedirəm, bəli ser, YaĢıl Mil ilə gedirəm.
Tutun boyu balaca olsa da, kabinetin uzaq divarındakı qapıdan
keçəndə yenə də əyilməyə məcbur oldu. Qalanlar isə qapıdan keçmək
www.vivo-book.com
115
üçün daha çox əyildilər. Əsl məhbus üçün isə bu, çox ağır bir an idi.
Qoca Qığılcımın platformasında əlində silahla Brutusun durduğunu
görüb, razılıqla baĢımı yırğaladım. Hər Ģey öz qaydasında idi.
Tut-Tut pillələr ilə aĢağı enib dayandı. Qırxa yaxın açılıb-
qatlanan stul artıq öz yerinə düzülmüĢdü. MüĢahidəçilərin
təhlükəsizliyi üçün Bitterbak platformaya onlardan kifayət qədər aralı
keçəcəkdi, üstəlik, altı mühafizəçi təhlükəsizliyi təmin edəcəkdi.
Həmin mühafizəçilərin baĢında Bill Doc duracaqdı. Sistemimizin
kifayət qədər bəsit olmasına baxmayaraq, bizim xidmətimiz ərzində
heç vaxt məhkumun müĢahidəçilərə hücum etməsi halı baĢ
verməmiĢdi... və mən bunu belə də davam etdirmək niyyətində idim.
– Hazırsınızmı, uĢaqlar? – Biz yenidən əvvəlki tərkibdə mənim
kabinetimə aparan pilləkənlərin yanına qayıdanda Tut bizdən soruĢdu.
BaĢımı yırğaladım və biz platformaya tərəf addımladıq. Tez-tez
düĢünürdüm ki, belə anlarda biz ən çox öz bayrağını yaddan çıxarmıĢ
bayraqdarlar dəstəsinə bənzəyirik.
– Bəs mən nə etməliyəm? – deyə Persi anbar və aparat
otaqlarının arasındakı torlu pəncərənin arxasından soruĢdu.
– Bax və öyrən! – deyə ona qıĢqırdım.
– Və əlini öz qasığından uzaq tut, – deyə Harri astadan
donquldandı. Lakin Tut onun dediklərini eĢidərək istehza ilə
qaqqıldadı.
www.vivo-book.com
116
Biz Tut-Tutu platformaya müĢayiət elədik. Tut öz-özünə arxaya
döndü – qoca veteran iĢ baĢında idi.
– Mən otururam, – deyə dilləndi, – otururam, otururam, Qoca
Qığılcımın qucağına otururam.
Tut-Tutun sağ ayağının önündə sağ dizimin üstünə çökdüm, Din
isə onun sol ayağının önündə sol dizinin üstünə çökdü. Əgər məhkum
azğınlıq etmək fikrinə düĢsəydi, – zatən belə Ģeylər tez-tez olurdu –
bu, bizim fiziki hücuma qarĢı ən zəif və açıq olduğumuz an idi. Qasıq
nahiyəmizi müdafiə etmək məqsədi ilə hər ikimiz digər dizimizi bir
azca içəri doğru meylləndirdik, boğazımızı qorumaq üçünsə baĢımızı
aĢağı əydik. Məhkumun topuqlarını bağlamaq və mümkün hücumu
bacardıqca tez neytrallaĢdırmaq üçün, əlbəttə ki, biz çevik və cəld
davranmağa çalıĢırdıq. Sonuncu gəzintisində BaĢçının ayaqlarında
Ģap-Ģup olacaqdı, lakin qırtlağı cırılmıĢ adam üçün bu, elə də böyük
rahatlıq deyil, “vəziyyət daha pis ola bilər”: ya da aralarında bir
çoxlarının jurnalist olduğu qırxdan artıq müĢahidəçinin gözü önündə
xayaları ĢüĢə banka boyda ĢiĢmiĢ məhkumun yerdə çabalayaraq
ağrıdan qovrulması...
Biz Tut-Tutun topuqlarını buxovladıq. Dinin durduğu tərəfdəki
bənd bir qədər böyük idi, çünki onun içində məhlul vardı. Sabah
axĢam Bitterbak stula oturanda onun sol baldırı qırxılmıĢ olacaqdı.
Hinduların bədənlərində, adətən, tük örtüyü az olsa da, biz iĢi Ģansa
buraxa bilməzdik.
www.vivo-book.com
117
Tut-Tutun topuqlarını buxovlayarkən, Brutus onun sağ biləyini,
Harri isə sol biləyini bağladı. Bu iĢləri baĢa çatdırandan sonra Harri
Brutusa tərəf baxıb baĢını yırğaladı və Brutus da Van Heyə qıĢqırdı:
– Birincini qoĢ!
Mən Persinin Van Heydən bunun nə demək olduğunu
soruĢduğunu (onun belə az Ģey bilməsinə inanmaq olmurdu. “E”
blokunda iĢlədiyi müddətdə, demək olar ki, heç nə öyrənməmiĢdi) və
Van Heyin ona alçaq səslə nəsə dediyini eĢitdim. Bu gün “birincini
qoĢ” əmrinin heç bir əhəmiyyəti yox idi, lakin sabah Van Hey bu əmri
eĢidəndə, o, “E” blokunun arxasındakı həbsxana generatorunu iĢə
salan dəstəyi döndərəcək. MüĢahidəçilər generatorun bəm, rəvan
uğultusunu eĢidəcəklər və bütün həbsxanadakı lampaların iĢığı
gurlaĢacaq. BaĢqa həbsxana korpuslarındakı məhbuslar iĢığın
gurlaĢmasını görəndə elə düĢünəcəklər ki, edam artıq baĢa çatıb, lakin
əslində hər Ģey hələ yeni baĢlamıĢ olacaq. Brutus stulun ətrafında elə
döndü ki, Tut onu görə bilsin.
– Arlen Bitterbak, sən elektrik stulunda edam edilməklə ölümə
məhkum edilmisən, hökmü andlılar məhkəməsi çıxarıb və Ģtatın
hakimi təsdiq edib. Allah bu Ģtatın əhalisini hifz eləsin. Hökmün icra
edilməsindən öncə demək istədiyiniz bir söz varmı?
– Hə, var, – deyə gözləri parıldayan və üzünə yayılmıĢ
təbəssümü ilə diĢsiz damaqlarını göstərən Tut cavab verdi. – Mən
nahara üstünə sous tökülmüĢ qızardılmıĢ kartof və toyuq istəyirəm;
Dostları ilə paylaş: |