Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə28/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   24   25   26   27   28   29   30   31   ...   158

www.vivo-book.com 

 

110 



Bitterbakın  edamı  zamanı  Persini  Cak  Van  Hey  ilə  birlikdə 

aparat otağına təyin edəndə, o, elə də ciddi israrla etiraz etmədi; o vaxt 

yaxĢı, yoxsa pis yerə düĢdüyünü hələ bilmirdi. Bunu bilmək üçün hələ 

çox təzə idi. Lakin o bilirdi ki, edama tamaĢa etmək üçün onun balaca, 

dördkünc,  torlu  pəncərəsi  olacaqdı.  Düzdür,  onun  olduğu  yerdən 

elektrik  stulunun  yalnız  söykənəcəyi  görünürdü,  lakin  edam  zamanı 

uçan qığılcımları görmək üçün bu yer kifayət qədər yaxın idi.  

Bayır tərəfdən, düz pəncərənin yanındakı divardan üstündə – nə 

rıçağı,  nə  də  diski  olan  –  qara  telefon  asılmıĢdı.  O  telefon  yalnız 

zəngləri  qəbul  edə  bilirdi,  özü  də  yalnız  bir  yerdən:  qubernatorun 

kabinetindən.  Mən  həbsxana  həyatına  aid  o  qədər  filmlər  görmüĢəm 

ki...  Bu  filmlərdə  günahsız  birisini  edam  etmək  üçün  elektrik  açarını 

endirmək  istədikləri  anda  həmiĢə  qubernatorun  telefonu  zəng  çalırdı. 

Lakin  mənim  “E”  blokunda  iĢlədiyim  bütün  bu  illər  ərzində  bizim 

telefonumuz  bir  dəfə  də  olsun  zəng  çalmadı  –  bir  dəfə  də!  Günahsız 

birisini xilas etmək – elə günahsızlığın özünü də – yalnız kinoda ucuz 

baĢa gəlir. Ġyirmi beĢ sent ödəyirsən və elə onun dəyərində olanı əldə 

edirsən.  Real  həyatın  qiyməti  isə  ucuz  deyil  və  buradakı  sualların 

cavabları da baĢqadır.  

Polis  maĢınında  aparılması  üçün  tuneldə  bizim  dərzi 

manekenimiz  vardı,  qalan  Ģeylərin  qayğısına  isə  qoca  Tut-Tutumuz 

qalırdı. Ġllər keçdikcə Tut-Tut bir növ məhkumun ənənəvi dublyoruna 

çevrildi,  lap  elə  milad  masasına  qoyulan  qaz  kimi  və  sizin  qaz  ətini 



www.vivo-book.com 

 

111 



sevib-sevmədiyinizin  heç  bir  əhəmiyyəti  yoxdur.  Nəzarətçilərin 

çoxusunun ondan xoĢu gəlirdi. Gülməli ləhcəsi məhbusları əyləndirirdi 

–  onun  da  danıĢığında  fransız  ləhcəsi  vardı;  lakin  uzun  müddət 

cənubda  yaĢadığına  görə  bir  az  yumĢalsa  da,  Luiziana  deyil,  Kanada 

ləhcəsi  idi.  Hətta  Brutus  belə  qoca  Tutun  danıĢığından  və 

hərəkətlərindən həzz alırdı, mənsə yox. Mənə elə gəlirdi ki, o, bir növ 

Persi Uetmorun qoca və daha tünd versiyası, Ģikarını özü öldürüb, özü 

də  biĢirməsi  üçün  çox  vasvası  olsa  da,  qızardılan  ətin  ətrini 

iyləməkdən həzz alan adam idi.  

Edamda  olduğu  kimi,  məĢqdə  də  hamımız  orada  idik.  Brutus 

Hovel “tənzimləyici” olacaqdı, biz onu belə çağırırdıq. Bu o demək idi 

ki,  o,  edam  ediləcək  məhkumun  baĢına  dəbilqəni  taxacaq, 

qubernatorun telefon xəttinə nəzarət edəcək, həkimi divarın yanındakı 

yerindən  çağıracaq  –  əgər  ehtiyac  olarsa  –  və  vaxtı  gəlib  çatanda 

elektrik  açarının  ikinciyə  qoĢulmasını  əmr  edəcəkdi.  Əgər  hər  Ģey 

yolunda  gedərsə,  heç  kimə  təĢəkkür  elan  edilməyəcək.  Əgər  edam 

zamanı  yüngülcə  əyər-əskiklik  olsa,  Brutusu  Ģahidlər,  məni  isə 

həbsxana rəisi danlayacaq. Bizdən heç kim vəziyyətin belə olmasından 

Ģikayətlənmirdi, çünki bunun mənası yox idi. Dünya fırlanır, vəssalam, 

deyəcək  bir  Ģey  yoxdur  Sən  bir  Ģeydən  tutub,  onunla  birlikdə  fırlana, 

ya  da  ayağa  qalxıb  ona  etiraz  edə  və  dərhal  vurularaq  kənara  atıla 

bilərsən.  




www.vivo-book.com 

 

112 



Bill  və  onun  dəstəsi  Bitterbakı  blokdan  çıxarıb  Arkadaya 

müĢayiət  edəndən  üç  dəqiqə  sonra  Din,  Harri  Tervilleger  və  mən 

birinci məĢq üçün BaĢçının kamerasına gəldik. Kameranın qapısı açıq 

idi,  ağ  yumĢaq  saçları  pırtlaĢmıĢ  qoca  Tut-Tut  onun  çarpayısında 

oturmuĢdu.  

– DöĢəkağının üstü sperma izləri ilə doludur, – Tut-Tut dedi. – 

Siz  onun  spermasını  qaynatmamıĢ,  o,  deyəsən,  özünü  boĢaltmağa 

çalıĢıb, – deyə qaqqıldadı. 

–  Yum  ağzını,  Tut,  –  Din  acıqla  dilləndi.  –  Gəlin  iĢimizi 

lağlağıya çevirməyək.  

–  YaxĢı,  –  Tut  razılaĢdı  və  onun  üzünə  tufan  öncəsi  tutqunluq 

ifadəsi  çökdü.  Lakin  gözləri oynayırdı.  Qoca Tut heç vaxt  ölü  rolunu 

oynayandakı kimi canlı olmurdu.  

Ġrli çıxıb ucadan dedim:  

– Arlen Bitterbak, filan-filan Ģtatın məhkəməsinin nümayəndəsi 

kimi,  mən  filan-filan  əmri  almıĢam  ki,  edam  filan  Ģeyə  görə  saat 

12:01-də icra edilməlidir. Ġndi isə, lütfən, irəli çıxın!  

Tut çarpayıdan qalxdı.  

– Mən irəli çıxıram, mən irəli çıxıram, mən irəli çıxıram, – deyə 

o donquldandı.  

–  Çevril!  –  Din  dedi  və  Tut-Tut  çevriləndə,  Din  onun  kəpəkli 

baĢını  yoxladı. BaĢçının baĢının təpəsini sabah qırxacaqdılar və onda 

Din  hansısa  bir  düzəliĢə  ehtiyac  olub-olmadığını  yoxlayacaqdı.  Qısa 



www.vivo-book.com 

 

113 



tüklər keçiriciliyi pisləĢdirə bilər və onda vəziyyət çətinləĢər. Bu gün 

məĢqdə elədiklərimiz edam zamanı hər Ģeyi asanlaĢdırmaq üçündür.  

– Hə, Arlen,  gəl  gedək,  – deyə  mən Tut-Tuta səsləndim və biz 

kameradan çıxdıq. 

–  Mən  dəhlizlə  gedirəm,  mən  dəhlizlə  gedirəm,  mən  dəhlizlə 

gedirəm, – deyə Tut-Tut mırıldanırdı. Mən onun solunda, Din sağında 

gedirdik.  Harri  isə  düz  arxada  gəlirdi.  Dəhlizin  baĢına  çatanda  sağ 

tərəfə  –  gəziĢmə  həyətindəki  həyətə  yox,  ölümün  olduğu  anbara  – 

döndük. Biz mənim kabinetimə girdik, elə həmin an Tut-Tut, heç kim 

ondan bunu tələb etməsə də, diz çökdü. O, bu məĢqin ssenarisini yaxĢı 

bilirdi, bəlkə də hamımızdan daha yaxĢı. Allah bilir, o burada ömrünün 

neçə ilini keçirmiĢdi – bizim hamımızdan çox-çox əvvəl gəlmiĢdi. 

–  Mən  dua  edirəm,  mən  dua  edirəm,  mən  dua  edirəm,  –  deyə 

Tut-Tut  əyri  əllərini  yuxarı  qaldırdı.  Onlar  məĢhur  qravüranı 

xatırladırdı,  mənim  nə  haqda  danıĢdığımı  bəlkə  də  baĢa  düĢürsünüz. 

“Allah mənim çobanımdır və sair və ilaxır”. 

– Bitterbak ilə birlikdə duanı kim oxuyacaq? – Harri soruĢdu. – 

Məncə, bizdən heç kim hansısa irokez Ģamanının bura gəlib öz zebbini 

–  zınqırovlu  qavalını  qarĢımızda  ora-bura  yellətməsini  istəmir,  düz 

demirəmmi?  

– Hə, əslində, elədir... 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə