www.vivo-book.com
122
tuturam. O öz saçlarını yaxĢı hörə bilməmiĢdi, çünki əlləri bərk əsir və
sözünə qulaq asmırdı. BaĢçının yaĢı otuzu keçmiĢ böyük qızına onun
saçlarını səliqə ilə hörməyə icazə verildi. Qadın atasının hörüklərinin
uclarına öz Ģahininin lələklərini hörmək istəyəndə, icazə vermədim.
Çünki lələklər alıĢıb yana bilərdi; lakin mən bunu qadına izah
etmədim, əvəzində dedim ki, qaydalara görə bunu etmək olmaz. Qadın
nə etiraz, nə də israr etdi, sadəcə, öz məyusluğunu və narazılığını ifadə
etmək üçün baĢını aĢağı əyərək əllərini gicgahlarına sıxdı. Qadın
özünü çox ləyaqətlə aparırdı və bu davranıĢı ilə demək olar ki, atasının
da özünü eynilə belə aparacağına zəmanət verirdi.
Edamın vaxtı çatanda BaĢçı heç bir ləngimədən və etirazsız
kamerasından çıxdı. Bəzən biz onların barmaqlarını kameranın dəmir
barmaqlıqlarından zorla qoparmalı oluruq – bir dəfə hansısa
məhkumun bir, ya da iki barmağını qırmalı olmuĢdum və sınan o
barmaqların küt Ģaqqıltısını heç vaxt unuda bilməyəcəyəm, – lakin
BaĢçı, Allaha Ģükür ki, elələrindən deyildi. O, YaĢıl Mili inamlı
addımlarla keçdi, mənim kabinetimə girdi və orda ġuster ata ilə
birlikdə dua etmək üçün diz çökdü. ġuster ata baptistlərin “Cənnət
ĠĢığı” kilsəsindən öz köhnə avtomobili ilə məxsusi olaraq gəlmiĢdi. O,
BaĢçı üçün bir neçə Zəbur surəsi oxudu. Sakit suların sahilində
uzanmağa dair olan surəyə çatanda BaĢçı ağlamağa baĢladı. Lakin bu,
heç də pis deyildi, ən azından isteriya deyildi. Birdən ağlıma gəldi ki,
www.vivo-book.com
123
o, sakit suyu elə təmiz və elə soyuq təsəvvür edir ki, hər dəfə ondan
udum alanda, lap adamın diĢləri qamaĢır.
Əslində, onların bir balaca ağlaması mənim xoĢuma gəlir. Onlar
bunu etməyəndə narahat olmağa baĢlayıram.
Bir çoxları kənardan kömək olmadan ayağa qalxa bilmirlər,
lakin BaĢçı bu məqamda da özünü çox ləyaqətli apardı. Düzdür,
əvvəlcə bir qədər səndələdi, sanki onun baĢı hərlənirdi. Bunu görən
Din onun yıxılmasını əngəlləmək üçün əlini uzatdı, lakin BaĢçı
kənardan heç bir yardım almadan müvazinətini düzəltdi və biz
yolumuza davam etdik.
Demək olar ki, bütün stullar müĢahidəçilər tərəfindən
tutulmuĢdu, onlar, dəfn və yas mərasimlərinin baĢlanmasını gözləyən
adamlar kimi, astadan öz aralarında söhbət edirdilər. Yalnız bu
məqamda Bitterbakın qətiyyəti sarsıldı və addımlayarkən onun
ayaqları dolaĢdı. Buna orda oturanlardan birinin, ya da hamısının
birlikdə səbəb olduğunu baĢa düĢə bilmədim, lakin onun boğazından
çıxan asta iniltini eĢitdim və tutduğum qolunun birdən yüngülcə
əsməyə baĢladığını hiss etdim. Gözümün ucu ilə Harri Tervilligerin
irəli gələrək Bitterbakın geriyə yolunu kəsdiyini gördüm – Harri bunu
Bitterbakın problem yaratmaq xəyalına düĢəcəyi ehtimalına qarĢı
etmiĢdi.
Mən onun dirsəyini sıxdım və qolunun iç tərəfinə barmağımı
taqqıldatdım:
www.vivo-book.com
124
– Sakit ol, BaĢçı, – dodaqlarımı sıxaraq astadan dedim. – Bu
adamların əksəriyyəti yalnız sənin ölümü necə qarĢıladığını yadda
saxlayacaq, ona görə də onlara bir UoĢitanın ölümü necə qarĢıladığını
göstər!
O, mənə yanakı baxdı və dinməzcə baĢını yırğaladı. Sonra
qızının hördüyü hörüklərindən birini əlinə alıb öpdü.
Tər-təmiz silindiyindən, düymələri par-par yanan ən yaxĢı mavi
unifromasını, iri dəyirmi papağını geyinmiĢ və təntənəli nizami
duruĢla elektrik stulunun arxasında özündən razı bir görkəmlə
dayanmıĢ Brutusa baxdım və salam verirmiĢ kimi baĢımı yüngülcə
tərpətdim. O da eyni jestlə cavab verdi və Bitterbakın eĢafota
çıxmasına yardım etmək üçün irəli bir addım atdı. Heç bir yardıma
ehtiyac olmadı.
Bitterbakın elektrik stuluna oturmasından heç bir dəqiqə
keçməmiĢdi ki, Brutus baĢını azca geri çevirib çiyninin üstündən
arxaya asta səslə əmr verdi: “Ġkincini qoĢ”. Birdən iĢıqlar yenə azca
solğunlaĢdı, amma sadəcə bir azca – buna xüsusi olaraq diqqət
verməsəniz, hiss etməzsiniz. Bu, o demək idi ki, Van Hey, hansısa
ağıllının “Meyblin saçlarını qurudan fen” adı verdiyi elektrik açarını
aĢağı dartmıĢdı. Dəbilqənin altından boğuq bir səs eĢidildi. Elə həmin
an Bitterbak sinəsindəki qısqacları və qayıĢı tarıma çəkərək bir qədər
irəli əyildi. Divara söykənmiĢ həbsxana həkimi baĢ verənlərə
laqeydliklə tamaĢa edirdi, onun dodaqları bir-birinə sıxıldığından,
www.vivo-book.com
125
ağzının yerində ağ xətt əmələ gəlmiĢdi. Qoca Tut-Tutun məĢq zamanı
nümayiĢ etdirdiyi nə dartınmalar, nə də çapalama vardı: sadəcə,
kiĢilərin güclü cuĢa gəlmə zamanı ombaları ilə irəli dartındıqları kimi,
güclü irəli dartınma. BaĢçının əynindəki köynəyin sinəsindəki
düymələr dartılmıĢdı və dartılan düymələrin arasında ətinin zolaqları
görünürdü.
Sonra isə ətrafa iy yayıldı. Əslində bu iy elə də pis deyildi,
amma onun yaratdığı assosiasiyalar xoĢagələn deyildi. Mən nəvəmin
evində olanda heç vaxt onların zirzəmisinə enə bilməmiĢəm,
baxmayaraq ki, orada mənim nəticəmin Layonel qurğusu vardı və o bu
qurğunu öz ulu babasına böyük məmnuniyyətlə göstərmək istərdi.
Mən qatarlara qarĢı deyiləm, amma əminəm ki, təxmin edə bildiniz –
sevmədiyim Ģey transformatordur. Onun uğultusunu, qızandan sonra
verdiyi iyi sevmirəm. Bu qədər uzun illər keçməsinə baxmayaraq, bu
iy mənə Kold Mauntini xatırladır.
Van Hey otuz saniyə gözləyəndən sonra açarı cərəyandan ayırdı.
Həkim durduğu yerdən irəli gəldi və stetoskop ilə qulaq asdı. Hər
yanda sükut hökm sürürdü, müĢahidəçilər də öz aralarında söhbət
etmirdilər. Həkim qəddini düzəldib tordan içəri baxdı. “Olmadı” –
deyərək, bir barmağını sərt Ģəkildə havada fırlatdı. Həkim Bitterbakın
döĢündə bir neçə nizamsız ürək vurması eĢitmiĢdi, bəlkə də bu ürək
atmaları baĢı kəsilmiĢ toyuğun son çırpınmaları kimi əhəmiyyətsiz idi,
lakin heç bir ehtimala yol vermək olmazdı. Cəsədi tunelin yarısına
Dostları ilə paylaş: |