Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə33/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   29   30   31   32   33   34   35   36   ...   158

www.vivo-book.com 

 

130 



arvadımın  əĢyalarının  arasında  çox  axtarsam  da,  o  məktubu  tapa 

bilmədim, amma bunun artıq heç bir mənası  yoxdur. Məncə, bu sualı 

arvadıma verməkdən məni çəkindirən Ģey o məktubda yazdığım atəĢli 

sözlərin onun üçün elə də əhəmiyyətli olmadığını görmək qorxusu idi.  

Məktub  dörd  səhifədən  ibarət  idi.  Elə  düĢünürdüm  ki,  daha 

həyatımda  heç  vaxt  bundan  uzun  bir  Ģey  yazmaram,  amma  indi  bu 

yazdıqlarıma  bax!  Burada  nə  qədər  xatiratlar  danıĢmıĢam,  amma  bu 

yazımın  sonu  hələ  də  görünmür  ki,  görünmür.  Bu  hekayəmin  belə 

uzun  olacağını  bilsəydim,  yəqin  onu  yazmağa  heç  baĢlamazdım  da. 

Yazı  prosesində  bu  qədər  qapıların  açılacağı  heç  ağlıma  gəlməzdi, 

sanki atamın avtomat qələmi adi qələm deyil, bir növ, bütün kilidlərin 

açarıdır.  Demək  istədiyimə  ən  yaxĢı  misal  elə  o  siçandır  –  Paroxod 

Billi, Mister Cinqlz, YaĢıl Mildəki siçan. Bu yazıya baĢlamazdan öncə 

bu siçanın (bəli, məhz bu siçanın) nə qədər vacib birisi olduğunu dərk 

etmirdim.  Məsələn,  Delakrua  gəlməzdən  öncə  onun  Delakruanı  necə 

axtarması... – mən bu xatiratlarımı yazıya almağa, keçmiĢi xatırlamağa 

baĢlamazdan  əvvəl  belə  bir  fikrin  ağlıma  gələcəyini  heç  vaxt 

düĢünməmiĢdim.  Demək  istədiyim  odur  ki,  Con  Koffinin  hekayəsini 

sizə  danıĢmaq  üçün  nə  qədər  keçmiĢə  qayıtmalı  olacağımı,  ya  da 

çarpayıya  sığmayan  iri  ayaqları  döĢəməyə  qədər  sallanan  bu  nəhəng 

adamı kamerada nə qədər saxlamalı olacağımı təsəvvür belə etmirdim.  

Sizin  onu  unutmanızı  istəmirəm.  Ġstəyirəm  ki,  siz  onun 

kameranın tavanına baxa-baxa çarpayıda necə uzandığını, iri əlləri ilə 



www.vivo-book.com 

 

131 



üzünü  örtərək  səssiz-səmirsiz  göz  yaĢları  axıda-axıda  necə  ağladığını 

xəyalınızda  canlandıra  biləsiniz;  istəyirəm  ki,  siz  onun  hıçqırığa 

bənzər  iniltilərini  və  ara-sıra  çəkdiyi  ahları  eĢidə  biləsiniz.  Bu  səslər 

bəzən  bizim  “E”  blokunda  eĢitdiyimiz  can  çəkiĢmə  və  peĢmançılıq 

səsləri kimi kəskin deyildi; bu səslərdə, onun nəmli gözlərində olduğu 

kimi,  bizim  eĢitməyə  vərdiĢ  etdiyimiz  ağrı-acı  çalarları  yox  idi. 

Müəyyən  mənada  –  indi  deyəcəklərimin  son  dərəcə  ağılsız 

səslənəcəyini baĢa düĢürəm, əlbəttə, baĢa düĢürəm, lakin içində nə hiss 

etdiklərini deməkdən çəkinəcəksənsə, onda bu uzunluqda bir hekayəni 

yazmağın  heç  bir  mənası  yoxdur  –  hə,  bəzən  mənə  elə  gəlirdi  ki,  o, 

bütün dünyanın dərdini çəkir: elə böyük dərd ki, hansısa bir yolla onu 

yüngülləĢdirmək mümkün olsun. Hərdənbir, hamı ilə danıĢdığım kimi, 

oturub onunla söhbət edir (əvvəllər də söylədiyim kimi, məhbuslar ilə 

söhbətlər  bizim  iĢimizin  ən  vacib  cəhətlərindən  biri  idi)  və  ona 

təskinlik verməyə çalıĢırdım. DüĢünmürəm ki, nə vaxtsa ona təskinlik 

vermək  mənə  müyəssər  olub,  çünki  rəyimin  bir  hissəsi  onun  əzab 

çəkməsindən sevinirdi, yəqin məni baĢa düĢürsünüz. Ġçimdən bir hiss 

onun  əzab  çəkməyi  haqq  etdiyini  deyirdi.  Bəzən  qubernatora  zəng 

edib,  ondan  edamı  bir  qədər  təxirə  salmasını  xahiĢ  etmək  (ya  da 

Persinin  ona  zəng  etməsini;  axı  Persi  onun  qohumu  idi,  mən  yox) 

istəyirdim. “Biz onu hələlik yandırmamalıyıq, – mən deyərdim. – Onun 

acıları hələ çox kəskindir, bu ağrılar qurd kimi onu içindən yeyib hələ 

ona  çox  əzab  verə  bilər.  Ona  əlavə  doxsan  gün  də  vaxt  verin, 



www.vivo-book.com 

 

132 



möhtərəm  qubernator  həzrətləri.  Qoy,  o  bizim  ona  edə 

bilmədiklərimizi özü-özünə eləsin”. 

Ġstəməzdim  ki,  siz  Con  Koffini  unudasınız,  ən  azından 

baĢladığım  bu  hekayəni  bitirənədək...  O  Con  Koffini  ki,  çarpayısına 

güclə  yerləĢirdi;  o  Con  Koffini  ki,  qaranlıqdan  qorxurdu,  bəlkə  də 

onun  qorxmaq  üçün  əsaslı  bir  səbəbi  vardı,  çünki  qaranlıqda  onu 

yalnız  iki  sarıĢın  saçlı  balaca  qızcığazın  kölgələri  gözləmirdi,  –  yox, 

artıq  balaca  qızcığazlar  deyil,  indi  onu  qisasçı  və  kinli  harpiyalar  – 

tufan  ilahələri  –  gözləyirdi;  o  Con  Koffini  ki,  gözlərindən,  heç  vaxt 

sağalmayacaq yaradan axan qan kimi, aramsız yaĢlar axırdı.  

 

 



 

7 

 

 



 

Beləliklə,  BaĢçı  yandı,  Prezident  isə  getdi,  amma  çox  uzağa 

deyil  –  sadəcə,  Kold  Mauntində  ömürlük  həbs  cəzasına  məhkum 

edilmiĢ təxminən yüz əlli sakinin əksəriyyətinin evi olan “C” blokuna. 

Bundan sonra Prezident hələ on iki il yaĢadı. 1944-cü ildə o, həbsxana 

camaĢırxanasında  suda  boğularaq  öldü.  Lakin  bu  Kold  Mauntin 

həbsxanasındakı camaĢırxana deyildi, çünki o camaĢırxana hələ 1933-



www.vivo-book.com 

 

133 



cü  ildə  bağlanmıĢdı.  Məncə,  bunun  məhbuslar  üçün  heç  bir  fərqi 

yoxdur – divarlar hər yerdə divardır və məhbusların dediyi kimi, Qoca 

Qığılcım  balaca  bir  daĢ  kamerada  da,  Kold  Mauntindəki  anbar 

otağında da eyni dərəcədə öldürücüdür.  

Prezidentə  gəlincə,  kimsə  onun  baĢını  kimyəvi  quru  təmizləmə 

məhlulunun  olduğu  bakın  içinə  salmıĢdı.  Mühafizəçilər  onun  baĢını 

bakın  içindən  çıxaranda,  üzü  tamam  əriyərək  yoxa  çıxmıĢdı.  Onun 

kimliyini  barmaq  izləri  ilə  müəyyənləĢdirməli  oldular.  Belə  baxanda, 

məncə,  o,  canını  Qoca  Qığılcımın  qucağında  tapĢırsaydı,  ölümü  daha 

əzabsız olardı... amma onda da indi yaĢadığı on iki ili yaĢaya bilməzdi, 

elə  deyilmi?  Onun  bütün  bunlar  haqqında  düĢündüyünə  inanmağım 

gəlmir;  bəlkə,  həyatının  son  anlarında,  ağ  ciyərlərinin  kimyəvi 

təmizləmə  üçün hazırlanmıĢ  torta suyunu içinə çəkməyə  cəhd edəndə 

düĢünüb?  

Onu öldürənin kim olduğunu tapa bilmədilər. Həmin vaxt islah-

əmək koloniyasında iĢləmirdim, lakin Harri Tervilliger bu haqda mənə 

öz  məktubunda  yazmıĢdı.  “Onun  cəzasını  böyük  ehtimalla  ağdərili 

olduğuna görə yüngülləĢdirmiĢdilər, – Harri yazırdı, – lakin sonunda o 

öz  cəzasına  çatdı.  Mən  bu  hadisəyə  uzun  müddət  təxirə  salınmıĢ, 

amma sonunda icra edilmiĢ edam kimi baxıram”.  

Prezident  gedəndən  sonra  “E”  blokunda  əməlli-baĢlı  sakitlik 

yaranmıĢdı. Din ilə Harrini müvəqqəti olaraq baĢqa yerə keçirmiĢdilər 

və qısa bir müddət YaĢıl Mildə yalnız mən, Persi və Brutus qalmıĢdıq. 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə