Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə25/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   21   22   23   24   25   26   27   28   ...   158

www.vivo-book.com 

 

98 



hələ də sakit tərzdə danıĢmağa çalıĢırdı. – Və məlumat üçün deyim ki, 

stress  altında  olan  insanlar  tez  sına  bilərlər  –  özlərinə,  baĢqalarına 

xətər yetirə və hətta bizim üçün də problemlər yarada bilərlər.  

Bu  sözləri  eĢidəndə  Persi  dodaqlarını  büzdü.  “Problem” 

anlayıĢının onun üzərində xüsusi təsiri vardı. Bir baĢqası üçün problem 

yaratmaq  normal  idi.  Amma  bu  problemlərlə  əlləĢmək  heç  yaxĢı 

deyildi.  

– Bizim iĢimiz söhbət eləməkdən ibarətdir, qıĢqırmaqdan yox, – 

Din  davam  etdi.  –  Əgər  bir  insan  məhbusların  üstünə  qıĢqırırsa, 

deməli, o öz soyuqqanlılığını itirib.  

Bu  nitqin  müəllifinin  kim  olduğunu  Persi  yaxĢı  bilirdi  –  mən. 

Rəis.  Persi  Uetmor  ilə  Pol  Eckum  arasında  heç  vaxt  xoĢ  və  isti 

münasibətlər  olmayıb,  o  vaxt  hələ  yay  mövsümü  idi,  yadımızda 

olmalıdır – hələ əsl hadisələr baĢ verməmiĢdən çox öncə.  

–  Ən  yaxĢısı  o  olardı  ki,  sən  buraya  xəstəxananın  reanimasiya 

palatasına  bənzər  bir  yer  kimi  baxasan,  –  Din  davam  edirdi,  –  bura 

üçün ən yaxĢı Ģey sakitlikdir... 

–  Amma,  məncə,  bura  içində  siçovulları  boğmalı  olduğumuz 

sidiklə dolu vedrədən baĢqa bir Ģey deyil, – Persi inad etdi, – vəssalam. 

Ġndi isə qolumu burax. 

O,  dartınaraq  qolunu  Dinin  əlindən  azad  etdi  və  baĢını  aĢağı 

dikib  Din  ilə  Billin  arasından  keçərək  dəhlizlə  addımladı.  Dəhlizlə 

gedərkən 

o,  Prezidentin  kamerasının  barmaqlıqlarının  lap 




www.vivo-book.com 

 

99 



yaxınlığından  keçdi  –  elə  yaxın  ki,  Flanders  əlini  uzadıb  onu  tuta  və 

onun öz məĢhur dəyənəyi ilə onu yaxĢıca kötəkləyə bilərdi – əlbəttə ki, 

əgər  Flanders  belə  bir  adam  olsaydı.  O,  bu  tip  insanlardan  deyildi, 

amma BaĢçı, yəqin ki, belələrindən idi.  

BaĢçı  belə  bir  fürsəti  əldən  verməzdi,  ona  yaxĢıca  dərs  vermək 

üçün  yəqin  əməlli-baĢlı  kötəkləyərdi.  BaĢ  vermiĢ  bütün  bu  hadisələr 

haqqında Din növbəti axĢam mənə belə demiĢdi – dəqiq xatırlayıram; 

çünki  sonradan  onun  dediklərinin  peyğəmbərcəsinə  söyləmiĢ  sözlər 

olduğu üzə çıxdı.  

– Uetmor baĢa düĢmür ki, onlar üzərində heç bir nüfuzu yoxdur, 

– Din dedi. – O baĢa düĢmür ki, nə edir etsin, fərqi yoxdur, insanı bir 

dəfə öldürmək olar. Əgər sonları elektrik stulunda edam edilməkdirsə, 

onlar  üçün  bundan  daha  pisini  etmək  mümkün  deyil.  Bunu  dərk 

etməyincə, o həm özü, həm də ətrafındakılar üçün təhlükəlidir. 

Persi  mənim  kabinetimə  girdi  və  arxasınca  qapını  çırparaq 

bağladı.  

– Ancaq “mənəm, mənəm” deyir, – deyə Bill Doc dedi. – ġiĢmiĢ 

və xəstəliyə yoluxmuĢ xaya kimi. 

– Sən hələ heç iĢin yarısını belə bilmirsən, – Din dilləndi.  

– Hə, onda gəl buna yaxĢı tərəfdən baxaq, – Bill dedi. O, həmiĢə 

“hər  Ģeyə  yaxĢı  tərəfdən  baxmağı”  təklif  edirdi.  Bununla  o  qədər 

zəhləmizi  tökmüĢdü  ki,  bu  sözləri  eĢidəndə  adam  onun  burnuna  bir 




www.vivo-book.com 

 

100 



çırtma vurmaq istəyirdi. – Axı, sənin ağıllı siçanın qaçıb canını qurtara 

bildi!  


–  Orası  elədi,  amma  qorxuram,  biz  daha  onu  görə  bilməyək.  – 

Din  cavab  verdi.  –  Lənətə  gəlmiĢ  Persi  Uetmorun  o  balaca  məxluqu 

necə qorxutduğunu təsəvvür edə bilirəm. 

 



 

 

 

Bu,  məntiqə  uyğun  olsa  da,  düzgün  deyildi.  Siçan  növbəti 

axĢam, Persi Uetmorun, gecə növbəsinə keçirilməsindən öncə növbədə 

olmadığı iki gecədən birincisində geri qayıtdı. 

Paroxod  Billi  təxminən  axĢam  saat  yeddi  radələrində  göründü. 

Həmin  axĢam  mən,  Din  və  Harri  Tervilliger  növbədə  idik  və  onun 

gəliĢinin Ģahidi olduq. Harri növbətçi masasının arxasında oturmuĢdu. 

Əslində,  adətən  gündüzlər  iĢdə  olurdum,  amma  həmin  axĢam  iĢdə 

qalmıĢdım  ki,  BaĢçı  ilə  əlavə  bir  saat  vaxtımı  keçirim,  çünki  onun 

edam  saatı  yaxınlaĢırdı.  Bitterbak  mənsub  olduğu  qəbilənin 

ənənələrinə  uyğun  olaraq,  zahirən  özünü  çox  sakit  və  mətanətli 

aparırdı,  amma  yaxınlaĢan  sonluq  qarĢısında  onun  içində  qorxunun 

zəhərli  bir  çiçək  kimi  necə  baĢ  qaldırdığını  aydınca  hiss  edirdim.  Və 

biz söhbətə baĢladıq. Gündüz vaxtı da onlarla danıĢmaq mümkündür, 




www.vivo-book.com 

 

101 



amma bu söhbətlərin elə bir təsiri olmur: gəzinti həyətindən gələn səs-

küy  (vaxtaĢırı  baĢ  verən  davaları  hələ  demirəm),  mətbəədəki 

Ģtamplama  dəzgahlarının  ritmik  taqqıltısı,  bir  Ģeyi  götürmək  və  ya 

yerinə  qoymaq  haqqında,  ya  da  sadəcə:  “Bura  gəl,  Harvey,  səni 

yaramaz  heyvan”,  –  deyə  ara-sıra  kiməsə  əmrlər  verən  gözətçilərin 

qıĢqır-bağırı...  Saat  dörddən  sonra  vəziyyət  bir  qədər  düzəlir,  saat 

altıdan  sonra  isə  ətraf  əməlli-baĢlı  sakitləĢir.  Altıdan  saat  səkkizədək 

olan  müddət  ən  yaxĢı  vaxtdır.  Bu  vaxt  onların  baĢlarına  yenə  dərin 

fikirlər axĢam kölgələri kimi axıĢır – bunu onların gözlərindən oxumaq 

olur.  Həmin  vaxt  ən  yaxĢısı  susmaqdır.  Bu  vaxt  onlar  hələ  də  sizin 

dediklərinizə qulaq asırlar, amma dedikləriniz onlar üçün artıq heç bir 

məna kəsb etmir. Saat səkkizdən sonra gecə saatlarına hazırlaĢırlar və 

dəbilqənin  baĢlarına  necə  oturacağını  və  tərli  üzlərinə  geyindiriləcək 

qara  torbanın  içindəki  havadan  nə  qoxusu  gəldiyini  düĢünməyə 

baĢlayırlar.  

BaĢçını mən əla vaxtda tutdum. O mənə özünün birinci arvadı və 

Montanada  onunla  birlikdə  özləri  üçün  necə  viqvam  –  koma  – 

qurduqları  haqqında  danıĢdı.  Həmin  günlərin  həyatında  ən  xoĢbəxt 

günlər  olduğunu  da  dedi.  Su  elə  təmiz  və  elə  soyuq  idi  ki,  hər  dəfə 

udum alanda, elə bil, diĢlərin sınacaqdı. 

– Bura baxın, cənab Eckum, – BaĢçı dedi. – Sizcə, əgər insan öz 

etdiklərinə  görə  həqiqətən  peĢman  olarsa,  o,  ömrünün  ən  xoĢbəxt 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə