Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə51/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   47   48   49   50   51   52   53   54   ...   158

www.vivo-book.com 

 

202 



diĢləri ilə gəmirmək – istifadə etməklə, Con Koffinin intihar etdiyinin 

Ģahidi  olacağam.  Məlum  oldu  ki,  yanılmıĢam.  Koffi  –  həyatımda 

gördüyüm  ən  nəhəng  insan  –  əllərini  dizlərinin  üstünə  qoyaraq 

çarpayısında  sakitcə  oturmuĢdu  və  qəribə,  nəmli  gözləri  ilə  mənə 

baxırdı.  

– Kapitan, – deyə məni səslədi.  

– Nə olub, qoçaq? 

– Mən sizi görməliyəm. 

– Bəs, indi məni görmürsənmi, Con Koffi? 

 O, sualıma cavab vermədi, amma qəribə və nəm gözləri ilə məni 

süzməyə davam etdi. Mən ah çəkdim.  

– Bir saniyə gözlə, qoçaq, indi gəlirəm. 

Ġrəli keçib öz kamerasının barmaqlıqlarına söykənərək dayanmıĢ 

Delakruaya  baxdım.  Onun  sevimli  siçanı  Mister  Cinqlz  (Delakrua 

hamıya deyirdi ki, bu fəndləri etməyi Mister Cinqlza o öyrədib, lakin 

biz,  YaĢıl  Mildə  xidmət  göstərənlər  yekdil  fikirdəydik  ki,  bütün  bu 

fəndləri  Mister  Cinqlz  özü  öyrənib)  sirk  günbəzinin  altında 

quraĢdırılmıĢ hündür platformaların birindən o birisinə sıçrayıĢlar edən 

akrobat  kimi  durmadan  ora-bura  –  Delakruanın  irəli  uzanmıĢ  bir 

əlindən  digərinə  –  hoppanırdı.  Onun  gözləri  iriləĢmiĢdi,  qulaqları 

qəhvəyi  tüklü  baĢına  tərəf  geri  əyilmiĢdi.  ġübhə  etmirdim  ki,  siçan 

Delakruanın sinirlərinə reaksiya verirdi. Ona tamaĢa edən arada siçan 

Delakruanın  Ģalvarının  balağı  ilə  aĢağı  endi  və  kameranın  içi  ilə  al-



www.vivo-book.com 

 

203 



əlvan  rənglərə  boyanmıĢ  makaranın  olduğu  divara  tərəf  qaçdı. 

Makaranı  düz  Delakruanın  ayaqlarının  yanınadək  geri  diyirlədəndən 

sonra ağıllı gözlərini qaldırıb intizarla ona baxdı, lakin balaca fransız 

öz  dostuna  heç  bir  əhəmiyyət  vermədi,  elə  bil,  heç  onu  görmürdü; 

bəlkə də hələlik görmürdü.  

–  Orda  nə  baĢ  verib,  boss?  –  deyə  Delakrua  soruĢdu.  –  Zərər 

çəkən kimdir? 

–  Hər  Ģey  qaydasındadır,  –  cavab  verdim.  –  Bizim  yeni 

oğlanımız  bura  gələrkən  Ģir  olduğunu  göstərmək  üçün  diĢlərini 

qıcartdı,  lakin  indi  o  xeyli  sakitləĢib,  quzuya  dönüb.  YaxĢılıqla  bitən 

hər Ģey yaxĢıdır.  

–  Hələ  hər  Ģey  bitməyib,  –  Delakrua  YaĢıl  Mil  boyu  Uortonun 

huĢsuz  vəziyyətdə  uzandığı  kameraya  tərəf  boylanaraq  dedi.  – 

L'homme mauvais, c'est vrai! (Pis adam olduğu bəlli olur – fr.) 

–  Özünü  belə  üzmə,  Del,  –  dedim.  –  Heç  kim  səni  onunla 

həyətdə ipdən atlamaq oyununu oynamağa məcbur etməyəcək.  

Arxamda cırıltı eĢitdim, deyəsən, Koffi çarpayıdan qalxmıĢdı.  

–  Boss  Ekcum!  –  deyə  o,  yenə  məni  səslədi.  Bu  dəfə  onun 

səsində israr notları duyulurdu. – Mən sizinlə danıĢmalıyam. 

“Hər  Ģey  qaydasındadır,  danıĢmaq  mənim  sənətimdir”,–

düĢünərək,  ona  tərəf  döndüm.  Mən  titrəməmək  üçün  daim  səy 

göstərməli olurdum, çünki titrətməm artıq soyuq tərə keçmiĢdi. Bircə 




www.vivo-book.com 

 

204 



qasığımdan baĢqa: o hissəm hələ də od tutub yanırdı, sanki onu yarıb 

içinə yanan közlər doldurandan sonra yenidən tikmiĢdilər.  

– Hə, danıĢ  görüm,  Con Koffi,  – mən öz səsimi  sakit və  rəvan 

saxlamağa çalıĢaraq dedim. Bizim “E” blokumuza gəliĢindən bəri ilk 

dəfə Con Koffi görünüĢündən harada olduğunu dərk etməyə baĢlayana 

oxĢayırdı;  deyəsən,  bizim  aramızda  olduğunu  baĢa  düĢürdü.  Onun 

gözünün  kənarlarından,  demək  olar  ki,  fasiləsiz  axan  yaĢlar 

qurumuĢdu,  ən  azından  indilik.  Ġndi  mənə  tamamilə  aydın  idi  ki,  o, 

iĢlədiyi  dəhĢətli  cinayət  əməlini  düzəltmək  üçün  geri  qayıtmağı 

arzuladığı məkanı deyil, baxdığı adamı görə bilir – “E” blokunun baĢ 

nəzarətçisini, cənab Pol Eckumu.  

–  Yox,  –  deyə  israr  etdi.  –  Siz  buraya,  mənim  yanıma 

girməlisiniz. 

–  Sən  baĢa  düĢməlisən  ki,  mən  indi  ora  daxil  ola  bilmərəm,  – 

hələ də səsimi sakit saxlamağa çalıĢaraq cavab verdim. – Ən azından, 

indiki  anda  bunu  edə  bilmərəm.  Burada  indi  təkəm,  sən  isə  çəkidə 

məndən  ən  azı  ton  yarım  ağırsan.  Bu  günlük  mənim  üçün  bir  dava-

dalaĢ  artıqlaması  ilə  kifayətdir.  Ona  görə  də  əgər  sənin  üçün  fərqi 

yoxdursa, gəl elə barmaqlıqların arasından danıĢaq və... 

– Çox xahiĢ edirəm! – Dəmir barmaqlıqları elə bərk sıxmıĢdı ki, 

barmaq  buğumları  və  dırnaqları  ağarmıĢdı.  Keçirdiyi  əzabdan  üzü 

uzanaraq kədərli ifadə almıĢdı, qəribə gözlərindəki donmuĢ narahatlığı 

isə heç nə ilə izah edə bilmirdim. “Bəlkə də bu lənətə gəlmiĢ infeksiya 



www.vivo-book.com 

 

205 



və  onun  verdiyi  acı  olmasaydı,  mən  bütün  bunları  baĢa  düĢərdim”  – 

deyə  o  vaxt  fikrimdən  keçirdiyim  indiki  kimi  yadımdadır.  Bu  fikir 

hətta  məni  bir  qədər  rahatlaĢdırmıĢdı  və  onunla  söhbət  etməyə 

baĢlamıĢdım.  Əgər  bir  insana  nə  lazım  olduğunu  bilirsənsə,  çox  vaxt 

bu sənə həmin insanı düzgün tanımağa yardım edir.  

– Lütfən, Boss Ekcum! Siz mənim kamerama daxil olmalısınız! 

“Ġndiyədək belə axmaq söz eĢitməmiĢəm” – deyə düĢündüm və 

bir an sonra, bundan da axmağının mənim ağlıma gəldiyini dərk etdim: 

kameraya  girmək  niyyətində  idim.  Kəmərimdən  asılmıĢ  açar 

bağlamasını  çıxarıb  Con  Koffinin  kamerasının  açarını  axtarmağa 

baĢladım.  O  məni,  hətta  sağlam  olduğum  və  özümü  əla  hiss  etdiyim 

vaxtımda belə, əlləri ilə havaya qaldıra, sonra isə dizinə çırparaq ikiyə 

bölə bilərdi, amma bu gün mən nə sağlam idim, nə də özünü yaxĢı hiss 

edirdim.  Bununla  belə,  onun  kamerasına  girmək  fikrində  idim;  

məhkum 

edilmiĢ  qatillərlə  iĢləyən  zaman  axmaqlığın  və 



ehtiyatsızlığın,  cəmi  yarım  saat  əvvəl,  nələrə  gətirib  çıxaracağının 

Ģahidi  olduğum  halda,  bu  qaradərili  nəhəngin  kamerasının  qapısını 

açmaq,  ora  daxil  olmaq  və  onunla  yanaĢı  oturaraq  söhbət  etmək 

niyyətində  idim.  Əgər  kimsə  belə  etdiyimi  görsəydi  –  hətta  o  özünü 

yaxĢı  aparsa  və    heç  bir  insident  baĢ  verməsəydi  də  –  iĢimi  dərhal 

itirərdim.  Bütün  buları  dərk  etdiyimə  baxmayaraq,  yenə  də  onun 

kamerasına girmək fikrində idim.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə