www.vivo-book.com
194
– Vur onu, Persi, vur onu! – Harri Tervilliger qıĢqırdı. O,
Uortonu lap baĢlanğıcda durdurmaq üçün onun üstünə atılmıĢdı, lakin
Uorton onu öz üstündən kənara ata bilmiĢdi. Ġndi isə ayağa qalxmağa
çalıĢan Harri, – Persi, vur onu! – deyə qıĢqırırdı.
Lakin ağac dəyənəyini əlində tutmuĢ Persi farağat durub
baxırdı, onun gözləri qorxusundan Ģorba boĢqabı boyda geniĢ
açılmıĢdı. Deyə bilərsiniz ki, budur, sevimli dəyənəyini iĢə salmaq,
təyinatı üzrə sınaqdan çıxarmaq üçün onun Kold Mauntindəki Ġslah
Müəssisəsinə gəldiyi gündən axtardığı fürsət əlinə düĢüb. Lakin o elə
qorxmuĢdu, özünü elə itirimiĢdi ki, heç yerindən tərpənməyə cürəti
çatmadı. Onun qarĢısındakı nə qorxusundan tir-tir əsən balaca fransız,
nə də öz ruhunun bədənində olmasından belə xəbəri olmayan
qaradərili nəhəng Con Koffi idi. Onun qarĢısındakı qasırğa kimi əsən
əsl bir iblis idi.
Mən əlimdəki kağızları yerə atıb 38 kalibrli tapançamı çəkərək
cəld Uortonun kamerasından bayıra atıldım. Qarnımın alt hissəsinin
yandırıb-yaxan infeksiyanı bu gün ikinci dəfə idi ki, unutmuĢdum.
Uortonun laqeyd üzü və boĢ gözləri haqqında baĢqalarının dediyi
sözlərə Ģübhə ilə yanaĢmırdım, lakin həmin gün qarĢıma çıxan adam
onların təsvir etdikləri Uorton deyildi. Mənim gördüyüm üz heyvan
üzü idi – özü də ağıllı heyvanın yox, içi hiylə... qəzəb... və dəli bir
sevinclə dolub daĢan bir heyvanın. Bəli, o nə üçün yaradılmıĢdısa, onu
da edirdi. Onun üçün yer və ya Ģəraitin heç bir əhəmiyyəti yox idi.
www.vivo-book.com
195
Mən bir də Din Stantonun qızarmıĢ ĢiĢkin üzünü gördüm. O,
gözlərimin önündə can verirdi. Uorton əlimdəki tapançanı görən anda
Dini mənə tərəf çevirdi. Ġndi onu vurmaq istəsəydim, gülləm Dinə tuĢ
gələ bilərdi. Dinin çiyninin arxasında parıldayan mavi bir göz məni
atəĢ açmağa çağırdı. Uortonun o biri gözü Dinin saçlarının arxasında
gizlənmiĢdi. Onların arxasında isə dəyənəyini havaya qaldırmıĢ
vəziyyətdə donub qalmıĢ Persini gördüm. Elə həmin an həbsxana
həyətinə açılan qapının ağzında maddiləĢmiĢ möcüzə göründü: Brutus
Hovell. Onlar həbsxana xəstəxanasının son avadanlıqlarını da daĢıyıb
qurtarmıĢdılar və o, qəhvə istəyən olub-olmadığını öyrənməyə
gəlmiĢdi.
Brutus bir an belə tərəddüd etmədən hərəkətə keçdi: əvvəlcə,
Persini bir kənara çəkib onu qüvvətli qolları ilə divara sıxdı, sonra
dəyənəyini ilgəyindən çıxardı və sağ əlinin bütün qüvvəsi ilə Uortonun
peysərinə zərbələri dolu kimi yağdırmağa baĢladı. Küt tappıltı səsləri
eĢidildi, elə bil, Uortonun kəlləsinin içində beyin deyilən Ģey yox idi
və nəhayət, Dinin boğazına sarılmıĢ zəncir yavaĢ-yavaĢ boĢaldı.
Uorton un kisəsi kimi yerə yıxıldı, gözləri bərələrək hədəqəsindən
çıxmıĢ Din isə xırıltılı səslə öskürə-öskürə bir əli ilə boğazını tutaraq
kənara süründü.
Mən onun yanında yerə çökdüm, lakin o, sərt Ģəkildə baĢını
buladı.
www.vivo-book.com
196
– Hər Ģey qaydasındadır, – cırıltılı səslə dedi. – Onu göz...
qoymayın! – deyə baĢı ilə Uortonu göstərdi. – Bağlayın! Kamera!..
Mənə elə gəldi ki, Brutusun o cür ağır zərbələrindən sonra
Uortona kamera yox, tabut lazım olacaq. Lakin əfsuslar olsun ki,
bəxtimiz gətirməmiĢdi. Uorton, sadəcə, huĢunu itirmiĢdi, heç də ölüyə
bənzəmirdi. O, gözləri yumulu halda yerdə sərilərək böyrü üstə
uzanmıĢdı, onun bir qolu kənara elə açılmıĢdı ki, barmaqları YaĢıl
Milin linoliumuna toxunurdu. O, aramla, amma rəvan nəfəs alırdı,
üzündə hətta təbəssümə bənzər bir ifadə də vardı, sanki ən çox sevdiyi
beĢik nəğməsinə qulaq asaraq yuxuya getmiĢdi; saçlarının arası ilə
axan nazik qan Ģırnağı həbsxana köynəyinin yaxalığını qırmızı rəngə
boyamıĢdı. Hər Ģey bitmiĢdi.
– Persi, – deyə səsləndim. – gəl, mənə kömək elə!
Divara söykənmiĢ Persi qorxusundan bərəlmiĢ gözlərini
naməlum boĢluğa zilləyərək yerindən tərpənmədi. Məncə, həmin anda
o, harada olduğunu belə dərk etmirdi.
– Persi, səni görüm lənətə gələsən, cəld yapıĢ görüm!
Nəhayət, Persi yerindən tərpəndi, Harri isə ona kömək etdi.
Üçümüz birlikdə Uortonun huĢsuz bədənini kameraya apardıq. O
dəmdə Brutus Dinə ayağa qalxmağa yardım etdi və Din aĢağı əyilib
ciyərlərinə hava alanda, Brutus onu ana qayğısı ilə tutub saxladı.
Yeni “çətin uĢağımız” təxminən üç saat ayılmadı. Lakin
ayılandan sonra məlum oldu ki, Brutusun endirdiyi ağır zərbələrin ona
www.vivo-book.com
197
heç bir pis təsiri olmayıb. O, elə əvvəlki kimi, sürətlə hərəkət edə
bilirdi. Bir an bundan əvvəl o, çarpayısında ölü kimi uzanmıĢdı,
sonrakı anda isə dəmir barmaqlıqların yanında dayanmıĢdı; Ģikarını
izləyən piĢik kimi səssiz idi və mən növbətçi masasının arxasında
oturub baĢ vermiĢ insident haqqında raport yazarkən, gözlərini zilləyib
mənə baxırdı. Nəhayət, kiminsə mənə baxdığını hiss edərək baĢımı
qaldıranda, indidən artıq aralarında boĢluqlar olan qaralmıĢ çürük
diĢlərini ağardaraq, heç nə olmayıbmıĢ kimi gülümsəyən Uortonun
baxıĢları ilə rastlaĢdım. Onu qəfildən o vəziyyətdə görəndə,
səksəndim. Səksəndiyimi ondan gizlətməyə çalıĢsam da, məncə, o,
bunu baĢa düĢmüĢdü.
– Hey, alçaq nökər, – deyə mənə səsləndi. – Gələn dəfə növbə
sənindir və onda səni mənim əlimdən heç kim qurtara bilməyəcək.
– Salam, Uorton, – mümkün olduqca tərzimi pozmadan dedim. –
Belə bir Ģəraitdə, məncə, qarĢılama nitqini ötürmək olar, elə deyilmi?
Onun üzündəki təbəssüm bir az da barizləĢdi. Çox güman ki, bu,
gözlədiyi cavab deyildi, baĢqa Ģəraitdə elə mən də, yəqin, belə cavab
verməzdim. Lakin Uortonun huĢu baĢında olmayan vaxt ərzində bəzi
Ģeylər baĢ vermiĢdi. Məncə, o baĢ verən hadisə bu qədər səhifəni yazıb
dolduraraq sizə danıĢmaq istədiyim əsas Ģeylərdən biridir. Ġndi görərik
ki, siz mənim dediklərimə inanacaqsınız, ya yox. .
Dostları ilə paylaş: |