www.vivo-book.com
310
Delakrua könülsüz-könülsüz aĢağı əyildi, Mister Cinqlzı bir də
heç vaxt əlindən buraxmaq istəmədiyi açıq-aĢkar hiss olunurdu. Sonra
isə çox ehtiyatla makaranı atdı. Makara kameranın içi ilə “Korona”
siqar qutusunun yanından keçərək divara tərəf diyirləndi. Mister
Cinqlz dərhal onun arxasınca Ģütüdü, lakin bunu əvvəllər olduğu kimi
çevik və sürətlə etmədi. Baxanda, adama elə gəlirdi ki, o qaçarkən bir
qədər sola, arxa pəncəsinin üstünə çökür və bu məni hər Ģeydən daha
çox təəccübləndirdi. Məncə, ona görə ki, bu əlamət hər Ģeyin real
olduğunu göstərirdi – bu azacıq axsama.
Bununla belə siçan makara yetiĢdi və onu burnu ilə itələyərək elə
əvvəlki əzmlə geriyə, Delakruanın yanına diyirlətdi. Mən öz
kamerasının qapısının yanında dayanıb gülümsəyən Con Koffiyə tərəf
döndüm. Onun təbəssümündə güclə sezilən bir yorğunluq ifadəsi
vardı. Deməzdim ki, o tamamilə xoĢbəxt görünürdü, lakin bayaq
məndən siçanı ona verməyimi istəyərkən üzündə və səsində hiss
etdiyim israr harasa yox olub getmiĢdi, elə siçanı sağaldandan sonra
boğulurmuĢ kimi öyüyəndə hiss elədiyi qorxu və ağrı-acı ifadəsi də
onun üzündən silinmiĢdi. Bu yenə bizim görməyə vərdiĢ elədiyimiz
Con Koffimiz idi; üzündə hər Ģeyə laqeydlik ifadəsinin hökm sürdüyü
və donuq baxıĢlarının haradasa uzaqdakı bir nöqtəyə zilləndiyi Koffi.
– Sən ona kömək elədin, – dedim. – Elə deyilmi, nəhəng oğlan?
– Hə, elədir, – Koffi cavab verdi, üzündəki təbəssüm bir az da
yayıldı və bir neçə anlıq hətta, mən deyərdim ki, onun xoĢbəxt
www.vivo-book.com
311
olduğunu hiss etdim. – Mən ona kömək etdim. Mən Delin siçanına
kömək etdim. Mən... kömək... – deyərək Koffi adı yadına sala
bilməyərək susdu.
– Mister Cinqlza, – deyərək Din ona yardım etmək istədi. O,
Con Koffiyə diqqətlə və maraqla baxırdı, elə bil, Koffinin birdən
alıĢaraq yanmasını, ya da kamerasında üzməyə baĢlamasını gözləyirdi.
– Hə, düzdü, – Koffi onun sözünü təsdiqlədi. – Mister Cinqlza.
O, sirk siçanıdır. Özü də jelatin ĢüĢəli evdə yaĢayacaq.
– Hə, arxayın ola bilərsiniz, – Harri də söhbətə qoĢularaq bizimlə
birlikdə dayanıb Con Koffiyə baxdı. Bizim arxamızda isə Delakrua öz
çarpayısında uzanıb Mister Cinqlzı sinəsinin üstünə otuzdurmuĢdu.
Del onu uĢaq kimi əzizləyərək öz anlaĢılmaz fransız dilində ona
pəsdən lay-laya bənzər nəsə bir mahnı oxuyurdu.
Koffi boynunu uzadıb YaĢıl Mil boyu əvvəlcə növbətçi
masasına, sonra isə mənim kabinetimə, oradan da anbar otağına aparan
qapıya baxdı.
– Boss Persi pis adamdı, – birdən dilləndi. – Boss Persi alçaq
adamdı. O, qəsdən Delin siçanın üstünə basıb, onu əzdi.
Sonra isə biz ona bir söz deməyə imkan tapmamıĢ – sanki bizim
ona deyə biləcəyimiz bir sözümüz varmıĢ – Con Koffi çarpayısına
tərəf getdi və üzünü divara çevirib böyrü üstə uzandı.
www.vivo-book.com
312
3
Təxminən iyirmi dəqiqə sonra Brutusla mən anbar otağına
girəndə Persi arxasını bizə çevirib dayanmıĢdı. O, çirkli
uniformalarımızı (bəzən də mülki paltarlarımızı, çünki nə yuduqlarının
həbsxana camaĢırxanası üçün fərqi yox idi) içinə atdığımız səbətin
üstündəki taxçadan mebel lakı tapmıĢdı və onunla elektrik stulunun
palıd qoltuqaltılarını və ayaqlarını sürtüb parıldadırdı. Bu iĢ sizə bir az
qəribə və hətta tükürpərdici gələ bilər, amma Persinin bütün gecəni
gördüyü bu iĢ Brutusla mənim üçün tamamilə normal bir məĢğuliyyət
idi. Qoca Qığılcım sabah tamaĢaçıların qarĢısına çıxacaqdı, Persi isə
nəhayət ki, sərəncamçı rolunda çıxıĢ edəcəkdi.
– Persi, – astadan onu səslədim.
Səsimi eĢidəndə o, geri dönüb bizə baxdı və astadan özü üçün
zümzümə elədiyi melodiya boğazında iliĢib qaldı. Mən onun üzündə
gözlədiyim qorxu ifadəsini görmədim, ən azından əvvəlcə. Lakin bir
qədər baxandan sonra onun bir qədər qocalmıĢ göründüyünün fərqinə
vardım. Və düĢündüm ki, Con Koffi haqlıdır. Onun bütün
www.vivo-book.com
313
görünüĢündən alçaqlıq yağırdı. Alçaqlıq isə insanı özünə qurĢandıran
narkotik kimidir – yer üzündə heç kim bunu məndən yaxĢı bilə bilməz
– və sizə deyim ki, bir neçə eksperimentdən sonra Persi əməlli-baĢlı bu
iĢə, insanların narkotik maddələrə qurĢandıqları kimi, qurĢanmıĢdı. O,
Delakruanın siçanının baĢına açdığı oyundan məmnun qalmıĢdı. Hər
Ģeydən də çox, Delakruanın qorxunc bağırtıları onun xoĢuna gəlmiĢdi.
– Məni danlamağınıza ehtiyac yoxdur, – deyə o sükutu pozdu,
səsində qulağa az qala xoĢ gələcək bir ton vardı. – Demək istəyirəm,
dünya dağılmayıb ki! O, sadəcə bir siçan idi, vəssalam. O heç vaxt
buraya aid olmayıb və siz özünüz bunu məndən yaxĢı bilirsiniz.
– Siçanın heç bir problemi yoxdur, o sağ-salamatdır, – ürəyim
içimdə quĢ kimi çırpınaraq az qala ağzıma gəlsə də, özümü ələ alıb bu
sözləri çox sakit və təmkinli Ģəkildə dedim. – O sağ-salamatdır. O,
yenə də ciyildəyir və əlvan makaranın arxasınca qaçaraq onu qovur.
Belə məlum olur ki, burada gördüyün bütün baĢqa iĢlərdə olduğu kimi,
siçan öldürməkdə də fərasətin yox imiĢ.
O, təəccüb və heyrətlə mənə baxdı, deyəsən, eĢitdiklərinə
inanmaq istəmirdi.
– Güman edirsən ki, sənin dediklərinə inanacağam? O lənətə
gəlmiĢ iyrənc məxluqu əzmiĢəm! Onun sümüklərinin xırçıltı ilə necə
sındığını öz qulaqlarımla eĢitdim! Sən yalnız...
– Kəs səsini!
O, gözlərini bərəldib mənə baxdı.
Dostları ilə paylaş: |