www.vivo-book.com
298
– Bax, bunu düz deyirsən, mənim qoca dostum. – Onun səsi
oynaq və istehzalı idi – əbədi cavan qalacağını düĢünən heyvərənin
(Persinin təbirincə desək) səsi kimi. – Sənin orda nə iĢlə məĢğul
olduğunu mən onsuz da öyrənəcəm. Bunu qarĢıma bir məqsəd kimi
qoyacağam. EĢidirsənmi?
Əlbəttə ki, onun dediklərini eĢidirdim, lakin sualına cavab verib
eĢitdiyimi təsdiq edərək onu məmnun etmək fikrində deyildim.
Mətbəxdən keçərək evə daxil oldum (burnuma qayğanaq ilə
biĢən sosiska iyi dəydi, amma mən artıq onu yemək istəmirdim) və
plaĢı yerinə asdım. Sonra pilləkənlə yuxarı qalxaraq öz otağıma
getdim – hər pillədə dayanıb nəfəsimi dərir, ürəyimin döyüntülərinin
yavaĢımasına imkan vermək üçün gözləməli olurdum; – yazım üçün
lazım olan materialları topladım.
Solariuma endim və rəfiqəm Eleyn öz baĢını qapıdan içəri
uzadanda mən pəncərələrin yanındakı balaca masanın arxasında boĢ-
bekar oturmuĢdum. O, çox yorğun görünürdü və mənə elə gəldi ki,
özünü yaxĢı hiss etmir. Eleyn saçlarını səliqə ilə darayıb yığmıĢdı,
amma hələ də əynində geniĢ xalat vardı. Biz qoca sevgililər səliqə
sahman məsələlərinə o qədər də çox vaxt sərf etmirik; əksər hallarda
buna, sadəcə, imkanımız olmur.
– Səni iĢindən yayındırmayacağam, – deyə asta səslə dilləndi. –
Görürəm ki, yazmağa hazırlaĢırsan...
www.vivo-book.com
299
– BoĢ sözlər danıĢma, – deyə cavab verdim. – Mənim vaxtım
Karterin qara ciyər həblərindən çoxdur. Qapıda durma, içəri gəl.
O içəri girsə də, qapının ağzında dayandı.
– Yuxuya gedə bilmədim – yenə də – və təsadüfən pəncərədən
bayıra bir az erkən baxdım... və...
– Və sən məni mister Dolan ilə söhbət edərkən gördün, – deyə
onun bitirməyə çətinlik çəkdiyi cümləsini tamamladım. Ümid edirdim
ki, onun pəncərəsi bağlı olub və o bizi yalnız görüb, mənim necə
inildədiyimi və biləyimi buraxması üçün Dolana yalvardığımı
eĢitməyib.
– Bu, elə də xoĢ söhbətə bənzəmirdi və dostcasına edilən söhbət
deyildi, – dedi. – Pol, bu mister Dolan hamını sorğu-suala tutub sənin
haqqında soruĢurdu. Sənin haqqında məndən də soruĢub – deyəsən,
keçən həftə. O vaxt buna elə bir əhəmiyyət vermədim, sadəcə,
düĢündüm ki, onun uzun burnu var və ona görə də onu hamının iĢinə
soxur. Amma indi onun sənin haqqında nə üçün suallar verdiyi məni
çox maraqlandırır.
– Deyirsən, mənim haqqımda soruĢurdu? – dedim və ümid etdim
ki, səsim özümün hiss etdiyim kimi narahat səslənmir. – Səndən nə
soruĢurdu?
– Əvvəla, sənin gəzintiyə hara getdiyini. Bir də, nə üçün
gəzməyə getdiyin haqında suallar verdi.
Mən gülməyə çalıĢdım.
www.vivo-book.com
300
– Bu adam kiminsə məĢq edə biləcəyinə inanmır, bu, tamamilə
aydındır.
– O, hesab edir ki, sənin nəsə bir sirrin var, – Eleyn bir anlıq
susdu və, – əslində, mən də elə düĢünürəm, – dedi.
Elə ağzımı açıb bunu ilk dəfə eĢitdiyimi demək istəyirdim ki,
Eleyn özünün əyri-üyrü, amma qəribə Ģəkildə qəĢəng əlini qaldırıb
ağzımdan bir söz belə çıxarmağa macal tapmamıĢ məni susdurdu.
– Əgər sənin həqiqətən nəsə bir sirrin varsa, mən onun nə
olduğunu heç bilmək də istəmirəm, Pol. Sənin Ģəxsi məsələnin yalnız
sənə dəxli var. Məni bax belə tərbiyə ediblər, amma hamı belə deyil.
Ona görə də ehtiyatlı ol. Sənə də məhz elə bunu söyləmək istəyirdim.
Ġndi isə səni burada yalqız buraxacağam ki, iĢinlə rahat məĢğul ola
bilərsən.
Eleyn getmək üçün geri döndü, amma qapıdan çıxmağa macal
tapmamıĢ, mən arxadan onu çağırdım. O, geri çevrilib gözlərində sual
dolu bir ifadə ilə mənə baxdı.
– Bu yazdıqlarımı bitirəndən sonra... – deyə sözə baĢladım, lakin
sözümü yarımçıq kəsib baĢımı buladım. Cümləni düz baĢlamamıĢdım.
– Əgər bu yazdıqlarımı bitirə bilsəm, sən onu oxuyarsanmı?
O, sanki bir anlıq fikrə gedərək düĢündü və sonra elə bir
təbəssümlə mənə gülümsədi ki, adam asanlıqla bu təbəssümə vurula
bilərdi, hətta mənim kimi yaĢı keçmiĢ qoca da.
– Mənim üçün bu böyük bir Ģərəf olardı.
www.vivo-book.com
301
– YaxĢısı burdur, Ģərəfdən danıĢmazdan əvvəl, yazdıqlarımı
oxuyana qədər gözləyəsən, – deyə etiraz etdim və həmin vaxt
Delakruanın ölümü haqqında düĢündüm.
– Mən onu istənilən halda oxuyacağam, – deyə o, israr etdi. –
Hər bir sözü. Sənə söz verirəm. Lakin bunun üçün sən əvvəlcə yazını
bitirməlisən.
O məni öz düĢüncələrimlə tək qoyub getdi, amma mən yazıya
baĢlayınca, kifayət qədər uzun bir müddət keçdi. Qələmimlə masanı
taqqıldada-taqqıldada pəncərədən çölə baxaraq, tutqun göy üzünün
arabir aydınlaĢmasına tamaĢa edərək, məni Poli deyə çağıran və tez-
tez çinlilər, irlandlar və zəncilər haqqında yersiz, axmaq və gülməli
olmayan zarafatlarından bezib yorulmayan Bred Dolan haqqında və
bir də Eleyn Konnellinin dedikləri haqqında düĢünərək təxminən bir
saat eləcə boĢ-bekar oturdum. “O hesab edir ki, sənin nəsə bir sirrin
var. Əslində, mən də elə düĢünürəm”.
Bəlkə də onlar haqlıdırlar, bəlkə mənim doğrudan da sirrim var.
Hə, ola bilsin ki, mənim sirrim var. Və əlbəttə ki, Bred Dolan bu sirri
öyrənmək arzusundadır. Ona görə yox ki, o bunun vacib bir Ģey
olduğunu düĢünür (bu belə deyil, məncə, təkcə mənim üçün bəlkə də
əhəmiyyətlidir), sadəcə ona görə ki, onun fikrincə, mənim kimi qoca
kaftarların gizli sirləri ola bilməz: nə mətbəxin yaxınlığındakı
asılqandan plaĢ götürmək, nə də sirr saxlamaq olar. Mənim kimi
qocaların hələ də insan olduqlarını da düĢünmək olmaz. Bizim belə
Dostları ilə paylaş: |