Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə74/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   70   71   72   73   74   75   76   77   ...   158

www.vivo-book.com 

 

294 



–  Üzr  qəbul  edildi.  Ġndi  isə  yağmurluğu  apar  yerinə  as.  Bəsdir 

yağıĢın  altında  boĢ-boĢuna  gəzib  dolaĢdın.  Özü  də  meĢədə.  ĠĢdir, 

birdən yamacdan sürüĢüb yıxılsaydın, lənətə gəlmiĢ qıçını, ya da baĢqa 

bir  yerini  sındırsaydın,  onda  necə  olacaqdı?  Hə?  Səncə,  kim  sənin 

qoca sür-sümüyünü yamacdan yuxarı qaldırmalı olacaqdı?  

– Bilmirəm, – deyə cavab verdim.  

Daha  orda  qalmaq  istəmirdim,  bir  bəhanə  ilə  uzaqlaĢıb,  canımı 

onun əlindən qurtarmaq arzusunda idim. Mən ona nə qədər çox qulaq 

asırdımsa, o mənə Persini bir o qədər çox xatırladırdı. Otuz ikinci ilin 

payızında YaĢıl Milə, bizim korpusumuza gətirilmiĢ Billi Uortion adlı 

dəli  bir  dəfə  Persini  boğazlayıb  onu  necə  bərk  qorxuzmuĢdusa,  Persi 

iĢəyib  Ģalvarını  batırmıĢdı.  “Hələ  bircə  bu  hadisəni  kiməsə  danıĢın, 

görün  onda  baĢınıza  nə  gələcək,  –  deyə  Persi  bizi  hədələmiĢdi,  – 

hamınız çörək növbəsində dayanmalı olacaqsınız”. Bu qədər uzun illər 

keçəndən sonra mən, demək olar ki, Bred Dolanın da həmin sözləri elə 

həmin  tərzdə  dediyini  eĢidirdim.  Həmin  köhnə  zamanları  öz  yazımda 

təsvir  etməklə,  mən  sanki  keçmiĢlə  gələcəyi  bir-birinə  birləĢdirən 

hansısa  naməlum  bir  qapını  açmıĢdım:  Persi  Uetmoru  Bred  Dolana, 

Cenis  Eckumu  Eleyn  Konnelliyə,  Kold  Mauntin  həbsxanasını 

qocaların məskəni olan Corciya Paynza birləĢdirən qapı. Əgər bu fikir 

bu  gecə  yuxumu  ərĢə  çəkməsə,  deməli,  bundan  sonra  heç  nə  mənim 

yuxumu qaçıra bilməz.  




www.vivo-book.com 

 

295 



Mən  içəri  keçmək  üçün  mətbəxin  qapısına  tərəf  getməyə  səy 

göstərdim və o,  yenə qolumdan tutub saxladı. Birinci  dəfə qolumdan 

tutunda  onun  nə  fikirdə  olduğunu  bilmirdim,  amma  bu  dəfə  o,  bunu 

qəsdən, mənim biləyimi sıxaraq incitmək üçün eləmiĢdi; gözləri bir an 

yerində  durmur,  ora-bura  baxır,  bu  yağıĢlı  səhərdə  onun  qayğısına 

qalmalı  olduğu  qocalardan  birini  necə  alçaltdığına  Ģahid  ola  biləcək 

kimsənin olmadığına əmin olmaq istəyirdi.  

–  Sən  o  cığırda  nə  ilə  məĢğul  idin?  –  deyə  soruĢdu.  –  Bilirəm, 

sən  ora  onanizmlə  məĢğul  olmaq  üçün  getmirsən,  sənin  o  günlərin 

çoxdan keçib, ona görə də de görüm, orda nə ilə məĢğul idin? 

–  Heç  nə,  –  deyə  cavab  verdim.  Öz-özümə  soyuqqanlılığımı 

itirməməli  və  onun  mənə  nə  qədər  acı  verdiyini  bildirməməli 

olduğumu söylədim. Sakit olmalıydım,  – o ki yalnız cığırdan danıĢır, 

deməli, mənim sarayda gördüyüm iĢdən xəbəri yoxdur. – Mən, sadəcə, 

gəzintiyə çıxmıĢdım. Beynimi, düĢüncələrimi təmizləmək istəyirdim. 

– Bunun üçün çox gec qalmısan, Poli. Sənin düĢüncələrin daha 

heç  vaxt  aydınlana  bilməz.  –  O,  yenə  mənim  qocalmıĢ  kövrək 

sümüklərimi əziĢdirərək biləyimi sıxdı. Bizi heç kimin görmədiyinə və 

onun üçün heç bir təhlükə olmadığına əmin olmaq üçün gözləri bir an 

belə  durmadan  ora-bura  baxmağa  davam  edirdi.  Bred  qaydaları 

pozmaqdan  çəkinmirdi,  onu  qorxudan  Ģey  qaydaları  pozarkən  iĢ 

baĢında  yaxalanması idi. O  yalnız bundan qorxurdu. Bu xisləti ilə də 

qubernatorun qohumu  olduğunu bizə bir an belə  unutdurmayan Persi 



www.vivo-book.com 

 

296 



Uetmoru  xatırladırdı.  –  Belə  qoca  yaĢında  kim  olduğunu  xatırlaman 

belə, məncə, bir möcüzədir. Sən həddən artıq qocalmısan – hətta bizim 

bu muzeyimiz üçün də. Sənə baxanda ətim ürpəĢir, sinirlərimə pis təsir 

eləyirsən, Poli. 

–  Burax  məni,  –  deyə  dartındım  və  səsimdə  bayaqkı  yazıq 

ifadənin  eĢidilməməsi  üçün  səy  göstərdim.  Bu,  sadəcə,  məğrur 

olduğumdan  deyildi.  DüĢünürdüm  ki,  acizliyimin  səsimdə  hiss 

edilməsi, tər iyinin sinirli iti – hürsə də tutmayan – təhrik etdiyi kimi, 

onu  bir  az  da  təĢviq  edə  bilər.  Bunu  düĢünərkən  Con  Koffinin 

məhkəməsi  haqqında  məqalə  yazmıĢ  müxbiri  xatırladım.  Bu  müxbir 

Hammersmit soyadlı qorxunc bir adam idi. Onun ən qorxunc tərəfi isə 

özünün necə qorxunc birisi olduğu haqqında heç nə bilməməsi idi.  

Məni  buraxmaq  əvəzinə  Dolan  biləyimi  bir  də  bərk  sıxdı.  Mən 

inildədim.  Bunu  etmək  istəməzdim,  amma  əlimdən  bir  Ģey  gəlmədi, 

çünki ağrı biləyimdən topuqlarıma qədər bütün bədənimi dəlib keçirdi.  

– Sən orda nə ilə məĢğul olursan, Poli? De mənə! 

–  Heç  nə  ilə!  –  deyə  cavab  verdim.  Hələlik  ağlamırdım,  amma 

qorxurdum  ki, o mənim biləyimi  bu cür sıxmağa davam  etsə, tezliklə 

ağlamağa  baĢlayacağam.  –  Heç  nə  eləmirdim,  sadəcə,  gəzirdim,  mən 

gəzməyi xoĢlayıram, burax məni! 

O mənim biləyimi bir anlıq buraxdı, amma sadəcə o biri biləyimi 

tutmaq üçün. O əlimin barmaqları qapalı idi. 

– Aç görüm, – dedi. – Aç, ata baxsın əlində nə var.  



www.vivo-book.com 

 

297 



Əlimi açdım və o nifrətlə fısıldadı. Mənim bu əlimdə qızardılmıĢ 

ikinci  çörəyin  qırıntılarından  baĢqa  heç  nə  yoxdur.  O,  sol  biləyimi 

sıxanda  ağrıdan  sağ  əlimdəki  çörəyi  sıxıb  əzmiĢdim  və  əlimin 

barmaqları  yağa  –  əslində,  marqarinə,  çünki  onlar  burada  əsl  kərə 

yağından istifadə eləmirdilər – bulaĢmıĢdı.  

– Ġçəri gir və lənətə gəlmiĢ əllərini yaxĢı-yaxĢı yu, – deyə kənara 

çəkildi və DaniĢ pirojnasından bir diĢlək də aldı. – Ġlahi! 

Mən  pilləkənlə  yuxarı  qalxdım.  Ayaqlarım  əsirdi,  ürəyim  isə 

klapanları  sizan  və  köhnə  porĢenləri  boĢalmıĢ  mühərrik  kimi 

döyünürdü.  Mən  mətbəxə  –  həm  də  təhlükəsizliyə  –  açılan  qapının 

dəstəyindən tutan anda Dolan dedi: 

– Əgər kiməsə desən ki, mən sənin biləklərini sıxmıĢam, onlara 

deyəcəyəm  ki,  sən  hallüsinasiya  –  qarabasma  –  görürsən.  Qocalıq 

xəstəliyinin  baĢlanğıcı.  Özün  də  bilirsən  ki,  onlar  mənə  inanacaqlar. 

Əgər biləklərində qançırların olduğuna güvənirsənsə, düĢünəcəklər ki, 

onu da özün eləmisən.  

Bəli. Onun dedikləri həqiqət idi. Hə, yenə də qeyd etməliyəm ki, 

elə  Persi  də  bu  sözləri  deyə  bilərdi,  o  Persi  ki,  mənim  yaĢlanaraq 

qocalmağıma  və  gücsüzləĢməyimə  baxmayaraq,  nə  yollasa  cavan  və 

həmiĢəki kimi xəbis qala bilmiĢdi.  

–  Mən  heç  kimə  heç  nə  demək  fikrində  deyiləm  ,  –  deyə 

donquldandım. – Deyəsi də bir Ģey yoxdur. 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə