www.vivo-book.com
278
arxasınca Ģığıyır, tapır və geriyə, Delakruanın ayaqlarının yanına
diyirlədirdi. Nəhayət, bütün bunlar sinirlərimə təsir etməyə baĢladı:
əvvəlcə, makaranın divara çırpılaraq çıxardığı səs, sonra da Mister
Cinqlzın pəncələrini döĢəməyə sürtərək çıxardığı cığıltı – baxmayaraq
ki, bu, çox maraqlı oyun idi, amma saat yarım davam edəndən sonra
adamı bezdirirdi. Mister Cinqlz isə yorulmaq bilmirdi. O, Delakruanın
bu məqsəd üçün döĢəməyə qoyduğu qəhvə nəlbəkisindən bir udum su
içərək sərinləmək, ya da nanəli nabatdan iti diĢləri ilə balaca bir parça
qoparıb çeynəyərək qarnını doydurmaq üçün vaxtaĢırı dayanır, sonra
isə hər Ģey yenidən baĢlayırdı. Bir neçə dəfə Delakruya bu axmaq
oyuna son qoyması və siçana bir az istirahət imkanı verməsini
söyləmək üçün kəlmələr dilimin ucuna gəlsə də, Mister Cinqlz ilə
oynaması üçün onun ixtiyarında yalnız bu gecənin və sabahı günün
qaldığı birdən yadıma düĢür və boğazıma dirənmiĢ kəlmələri udmalı
olurdum. Lakin bu oyun uzandıqca, özümü saxlamaq da getdikcə
çətinləĢirdi: daim təkrarlana səs-küyün sinirlərə necə təsir etdiyini
yəqin siz də bilirsiniz. Nəhayət, sözə baĢlamaq istəyirdim ki, hansısa
bir qüvvə məni çiynimin üstündən geri baxmağa məcbur etdi. Dəhlizin
əks tərəfində Con Koffi öz kamerasının qapısının yanında dayanıb,
dinməzcə mənə baxaraq baĢını bulayırdı: sağa, sola, sağa, sola. Elə bil,
fikrimi oxumuĢdu və mənə bir də düĢünməyi məsləhət görürdü.
Mən Mister Cinqlzı Delakruanın qarımıĢ xalasına – böyük bir
torba nanəli nabat göndərmiĢ xalasını deyirəm – verməyi təklif etdim
www.vivo-book.com
279
və söz verdim ki, bunun yerinə yetirilməsinə nəzarət də edərəm.
Üstəlik, dedim ki, onun əlvan rəngli makarasını və hətta siqar
qutusundan olan “evini” də göndərərik – pul yığıb Tut-Tutu da razı
salarıq ki, “Korona” siqar qutusuna olan iddiasından əl çəksin. Bir
qədər düĢünəndən sonra Delakrua etiraz etdi (düĢünərkən Delakrua
makaranı ən azı beĢ dəfə divara tərəf atmağa macal tapdı və hər
dəfəsində Mister Cinqlz onu ya burnu ilə itələyərək, ya da pəncələri ilə
diyirlədərək geri gətirdi) və bunun yaxĢı fikir olmadığını dedi:
“Hermione xala çox qocadır və Mister Cinqlzın nə qədər istedadlı
olduğunu dərk eləyə bilməz, bir də ki, iĢdir, Mister Cinqlzın ömrü
onunkundan uzun olsa, onda necə olsun? Onda Mister Cinqlz nə edər?
Yox, yox, Hermione xala çox qocadır, o bizim iĢimizə yaramaz”.
– YaxĢı, bizlərdən biri siçanı götürər, buna nə deyirsən? Yəni
həbsxana nəzarətçilərindən biri siçanı götürsə, razısanmı? Biz siçanı
elə buradaca, “E” blokunda bəsləyə bilərik.
Delakrua bu fikrə görə mənə sidq-ürəkdən təĢəkkür edərək bu
təkliflə də razılaĢmadı və dedi ki, Mister Cinqlz bir siçandır və azad
həyat yaĢamaq üçün can atır. O – Eduard Delakrua bunu dəqiq bilir,
çünki Mister Cinqlz özü – yəqin siz də anladınız – bunu onun qulağına
pıçıldayıb.
– YaxĢı, qoy sən deyən olsun, – deyə onu sakitləĢdirməyə
çalıĢdım. – Onda, Del, bizlərdən biri onu evinə aparar. Məsələn, Din.
www.vivo-book.com
280
Onun balaca oğlu var və yəqin bu siçandan onun çox xoĢu gələcək,
inan mənə.
Bu təklifimi eĢidəndə Delakruanın qorxudan rəngi ağardı. Mister
Cinqlz kimi dahi bir gəmiricinin taleyini balaca bir uĢağa tapĢırmaq?
Allah xatirinə, deyin görüm, balaca bir uĢağın onun məĢqləri ilə
məĢğul ola biləcəyini necə güman etmək olar, mən hələ siçana yeni
fəndlərin öyrədilməsini demirəm. Bir düĢünün, birdən uĢaq ona olan
marağını itirdi və bir neçə gün dalbadal onu yemləməyi yaddan
çıxardı, onda necə olacaq? Özünün birinci cinayətini ört-basdır edə
bilmək üçün altı nəfəri məhv etmiĢ Delakrua, indi elmi məqsəd üçün
heyvanların yarılmasının qızğın əleyhdarı kimi eĢitdiklərinə qarĢı
nifrətlə əsim-əsim əsirdi.
Nəhayət, onu rahatlatmaq üçün siçanı öz evimə aparacağıma söz
verdim (onlara istədikləri hər Ģeyi söz vermək, yadınızdadırmı?
Həyatlarının son qırx səkkiz saatında onlara hər Ģeyi vəd etmək). Bəs
bu təklif necə, xoĢuna gəlirmi?
– Yox, gəlmir, ser, boss Eckum, – Del səsində üzrxahlıq tonu ilə
cavab verərək bu təklifi də rədd etdi. Və makaranı yenidən atdı.
Makara divara dəyib geri sıçrayaraq yerdə fırlandı; Mister Cinqlz
düyünün üstündəki ağ kimi bir göz qırpımında onu haqladı və burnu
ilə itələyərək makaranı Delakruanın ayaqlarının yanına diyirlətdi. –
Təklifinizə görə çox sağ olun, mersi boku (minnətdaram – fr.) lakin
sizin eviniz düz meĢənin içindədir, Mister Cinqlz orada, dans la
www.vivo-book.com
281
foretdə (meĢədə – fr.) yaĢamağa qorxar. Mən bunu dəqiq bilirəm,
çünki...
– DüĢünürəm ki, mən özüm də bunu təxmin edə bilərəm, Del.
Delakrua baĢını yırğalayaraq gülümsədi.
– Lakin biz istənilən halda düĢünüb bir yol tapa bilərik. Mütləq
taparıq. – O, yenə makaranı atdı. Mister Cinqlz dərhal makaranın
arxasınca Ģütüdü. Mən üz-gözümü turĢutmamağa çalıĢdım.
Nəhayət, bizi bu çətin vəziyyətdən qurtaran Brutus oldu. O,
həmin vaxt növbətçi masasının yanında durub Harri ilə Dinin kribbic
(kart oyunu) oynamasına tamaĢa edirdi. Persi də orda idi və Brutus
onu söhbətə qatmaq üçün etdiyi cəhdlərinin cavabında, sadəcə,
qaĢqabaqlı donqultudan baĢqa bir Ģey olmayacağını baĢa düĢərək
Delakruanın kamerasının önündə stul qoyub oturduğum yerə gəldi və
əllərini qoynunda çarpazlayıb söhbətimizə qulaq asmağa baĢladı.
– Bəs Mausvill necə, ona nə deyirsən? – deyə Brutus
Delakruanın evimin meĢədə olması səbəbilə təklifimi rədd etməsindən
sonra yaranmıĢ sükutu pozaraq söhbətimizə müdaxilə etdi. O, bu sualı
sakit bir tərzədə, elə belə, baĢqa bir təklif ortaya atırmıĢ kimi verdi.
– Mausvill? – Delakrua Brutusa həm maraq, həm də heyrətlə
baxaraq sualı təkrar etdi. – Hansı Mausvill?
– Bu, turistlər üçün Floridadakı bir attraksiondur, – deyə izah
etdi. – Məncə, Tallahassidə. Düz demirəmmi, Pol? Tallahassidə?
Dostları ilə paylaş: |