www.vivo-book.com
282
– Hə, – deyə bir an belə tərəddüd etmədən cavab verdim və
içimdə Allahdan Brutusu hifz eləməsini dilədim. – Hə, Tallahassidə,
düz deyirsən. Ġtlər Universitetindən sonra düz yolun üstündə. – Mənim
sözlərimi eĢidəndə, Brutusun dodaqları səyridi. Və mənə elə gəldi ki,
elə indicə o, uğunaraq hər Ģeyi korlayacaq. Lakin tez özünü ələ aldı və
baĢını yırğalayaraq mənimlə razılaĢdı. Təsəvvür etdim ki, Ġtlər
Universiteti dediyim üçün Brutus sonra mənim payımı necə verəcək.
Bu dəfə Del makaranı atmadı, baxmayaraq ki, Mister Cinqlz ön
pəncələrini havaya qaldırıb Delakruanın Ģap-Ģuplarının üstündə
dayanmıĢdı və növbəti dəfə makaranı qovmaq üçün fürsət gözləyirdi.
Balaca fransız aramsız olaraq nəzərlərini gah mənə, gah da Brutusa
çevirirdi.
– Bəs, Mausvilldə onlar nə ilə məĢğuldurlar? – deyə həyəcanla
soruĢdu.
– Sən necə fikirləĢirsən, onlar Mister Cinqlzı qəbul edərlərmi? –
Brutus Delakruanın sualını qulaqardına vuraraq məndən soruĢdu, elə
bil, Delin dediklərini heç eĢitməmiĢdi. – Səncə, Mister Cinqlzda onlara
lazım olan keyfiyyətlər varmı, Pol?
Mən özümü fikirli göstərməyə çalıĢdım.
– Bilirsənmi, – deyə nəhayət, sözə baĢladım. – Bu haqda
düĢündükcə, bu fikir mənim daha çox xoĢuma gəlir. – Gözümün ucu
ilə gördüm ki, Persi YaĢıl Mil ilə (Uortonun kamerasnıdan gen
keçərək) bizə tərəf yolun yarısını gəlib. O, bir çiyini ilə boĢ kameranın
www.vivo-book.com
283
barmaqlığına söykənərək üzündə həqarət dolu təbəssümlə bizə qulaq
asırdı.
– Bir mənə deyin görüm, “Mausvill” dediyiniz o Ģey nədir axı? –
Del bu dəfə səbrini basa bilməyərək böyük maraqla soruĢdu.
– Turistlər üçün bir növ attraksiondur, bunu sənə demiĢdim axı,
– deyə Brutus cavab verdi. – Orada, nə bilim axı, yəqin ki, yüzə yaxın
siçan olar. Sən necə düĢünürsən, Pol?
– Ġndi bəlkə də yüz əlli olar, – deyə onun sözünü təsdiqlədim. –
Son dərəcə populyardırlar. EĢitdiyimə görə, onlar birini də
Kaliforniyada açmaq və adını da “Mausvill Uest” qoymaq istəyirlər.
Odur ki, bu biznesin çiçəkləndiyinə Ģübhəm yoxdur. EĢitdiyimə görə,
təlim keçmiĢ siçanlara indi böyük maraq var, amma bunun səbəbini
baĢa düĢə bilmirəm.
Del əlində əlvan rəngli makara ilə oturub heyrətlə bizə baxırdı,
deyəsən, indi o, müvəqqəti də olsa, öz taleyini belə yaddan çıxarmıĢdı.
– Onlar yalnız ən ağıllı siçanları qəbul edirlər, – Brutus ciddi bir
görkəmlə xəbərdarlıq etdi. – Yalnız müxtəlif oyunlardan çıxa bilənləri,
fəndlər göstərən siçanları. Hə, onu da deyim ki, ağ siçanları
götürmürlər, çünki onlar mağazalarda satılır.
– Hə, onlar zoomağazada satılan siçanlardır, – deyə Delakrua
həyəcanla bağırdı. – Onları görən gözüm yoxdu.
– Hə, bir də onların... – Brutus sakitləĢmək bilmirdi, yəqin ki,
deyəcəklərini xəyalında canlandırdığından, onun gözləri yol çəkirdi, –
www.vivo-book.com
284
onların, necə deyim, bir cür çadırları da var, adamlar onun içinə
girirlər...
– Hə, hə! Sirkdə olduğu kimi! Ġçəri girmək üçün pul ödəmək də
lazımdımı?
– Sən məni ələ salmısan, nədir? Əlbəttə, içəri girmək üçün pul
ödəməlisən. Böyüklər üçün adambaĢına on sent, uĢaqlar üçün isə iki
sent. Ġçəridə bakelit qutularından və tualet kağızı rulonlarında
düzəldilmiĢ bütöv bir Ģəhər var və içəridə nə baĢ verdiyini insanların
görə bilməsi üçün binaların pəncərələrinin ĢüĢələri də jelatindən
hazırlanıb.
– Hə! Hə! – Delakrua eĢitdiklərindən vəcdə gəlmiĢdi. Sonra
mənə tərəf dönüb dedi: – Jelatin nədir?
– Sobanın qapısındakı ĢüĢə kimi, baxanda içərisi görünür, – deyə
cavab verdim.
– Əlbəttə, hə! O zibili deyirsən! BaĢa düĢdüm. – Söhbətinə
davam etməsi üçün o, Brutusa tərəf əlini yellədi. Delakrua əlini havada
yellədərkən, onun əlindəki makaranı gözdən itirməmək üçün Mister
Cinqlzın düyməyə oxĢayan yumru, qara gözləri az qaldı hədəqəsindən
çıxsın. Kənardan bu mənzərə çox gülməli görünürdü. Persi bir qədər
də yaxına gəldi, sanki nəyisə daha yaxĢı görmək istəyirdi. Onun
yaxınlaĢdığını görəndə Con Koffinin üz-gözünü turĢutması
nəzərimdən qaçmasa da, Brutusun təxəyyülündə canlandırıb bizə
danıĢdığı Ģeylər məni elə özünə çəkmiĢdi ki, Con Koffinin qaĢlarını
www.vivo-book.com
285
çatmasına heç bir əhəmiyyət vermədim. Ölümə məhkum edilmiĢ
birisinin istədiyi Ģeylərin deyilməsi yeni zirvələrə yüksəlmiĢdi və mən
Brutusun fantaziyasına heyran qalmıĢdım, inanın ki, səmimi sözümdü.
– Hə, – deyə Brutus sözünə davam etdi. – Həmin yer siçanlar
Ģəhərciyidir, lakin uĢaqların ən çox bəyəndiyi yer isə “Mausvillin
bütün ulduzları” adlı sirkdir. Burada siçanlar trapesiyalarda – iki ipdən
asılmıĢ ağacdan ibarət idman alətlərində – yellənir, kiçik çəlləkləri
diyirlədir və xırda pulları bir-birinin üstünə yığırlar...
– Hə, bax elə bizə lazım olan da budur! Mister Cinqlza lazım
olan yer elə budur! – Delakrua həyəcanlı Ģəkildə dedi. Onun gözləri
həyəcandan parıldayırdı, yanaqları isə azacıq qızarmıĢdı. Bir anlıq
mənə elə gəldi ki, Brutus Hovell, sadəcə, övliyadır. – Sən sirkdə çıxıĢ
edəcəksən, Mister Cinqlz! Floridada siçan Ģəhərində yaĢayacaqsan!
Jelatin pəncərəli evlərdə! Urra!
O, əlindəki makaranı bu dəfə daha zərblə atdı. Makara divarın
aĢağı hissəsinə zərblə çırpılandan sonra çox uzağa sıçrayaraq
kameranın qapısının dəmir barmaqlığının arasından YaĢıl Milə
diyirləndi. Bunu görən Mister Cinqlz dərhal onun arxasınca Ģığıdı.
Persi də bunun əla bir fürsət olduğunu baĢa düĢmüĢdü.
– Dur, eləmə, ay axmaq! – deyə Brutus bağırdı, lakin Persi ona
əhəmiyyət vermədi. Mister Cinqlz elə yenicə makaranı haqlamıĢdı ki,
– bütün fikri makara ilə məĢğul olduğundan, siçan köhnə düĢməninin
yaxınlıqda olduğunu görə bilmədi – Persi özünün ağır, qara ayaqqabısı
Dostları ilə paylaş: |