Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə69/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   65   66   67   68   69   70   71   72   ...   158

www.vivo-book.com 

 

274 



 

 

 



Delakruanın edamından əvvəlki gecə həmiĢəkindən daha isti və 

rütubətli  olmuĢdu:  Mən  saat  altıda  növbəyə  gələndə  inzibati  binanın 

növbətçi  otağının  pəncərəsindən  bayırda  asılmıĢ  termometrin 

göstəricisi  müsbət  32

o

  dərəcəni  göstərirdi.  Oktyabr  ayının  sonunda 



müsbət  32

o

  dərəcə,  –  təsəvvür  edin!  Üstəlik,  haradasa  qərbdə  göy 



guruldayırdı,  lap  iyul  ayındakı  kimi.  Həmin  gün  günorta  radələrində 

Ģəhərdə öz dini icmama mənsub birisi ilə görüĢmüĢdüm və o məndən 

tam ciddiyyəti ilə soruĢmuĢdu ki, belə mövsümə uyğun olmayan hava 

Qiyamət günü əlamətlərindən deyilmi? Mən tam əminliklə bunun belə 

olmadığını  desəm  də,  fikrimdən  keçirmiĢdim  ki,  bəlkə  də  Delakrua 

üçün bu, Qiyamət günü ola bilər. Hə, əslində, bu məhz belə idi.  

Bill  Doc  gəzinti  həyətinə  açılan qapının  yanında dayanıb  qəhvə 

içə-içə  siqaret  çəkirdi.  O,  ətrafına  nəzər  salandan  sonra  mənə  tərəf 

çevrilərək dedi: 

– Baxın, kim təĢrif gətirib!. Pol Eckum, həyatın özü kimi böyük 

və ondan iki dəfə çirkin. 

– ĠĢlər necədir, Billi? 

– Qaydasındadır. 

– Bəs Delakrua? 




www.vivo-book.com 

 

275 



–  O  da  pis  deyil.  Bəzən  mənə  elə  gəlir  ki,  sabah  nə  baĢ 

verəcəyini  baĢa  düĢür,  amma  bəzən  də  düĢünürəm  ki,  o,  heç  nəyi 

anlamır.  Onların  əksəriyyəti  sona  yaxınlaĢanda,  bax,  belə  vəziyyətə 

düĢürlər.  

Mən dinməzcə baĢımı yırğaladım.  

– Bəs Uorton özünü necə aparıb?  

–  O  təlxəyi  deyirsən?  Cek  Benninin  özünü  kvaker  kimi 

səslənməyə məcbur edər. O, Rolf Uotermarka deyib ki, onun arvadının 

cinsi orqanından çiyələk mürəbbəsi yeyib. 

– Bəs Rolf nə cavab verib?  

–  O  deyib  ki,  hələ  evli  deyil  və  deyib  ki,  Uorton  yəqin  ki,  öz 

anası haqqında danıĢır.  

Mən bu sözləri eĢidəndə qəhqəhə çəkib bərkdən güldüm. Bu, bir 

az  bayağı  da  olsa,  həqiqətən  gülməli  idi.  Qarnımın  aĢağı  hissəsində 

kiminsə kibrit alıĢdırmadığını hiss etmədən rahat gülə bilmək necə də 

böyük  xoĢbəxtlik  imiĢ.  Billi  də  mənimlə  birlikdə  güldü,  sonra  isə 

fincanında qalmıĢ sonuncu qəhvə damlalarını həyətə boĢaltdı. Həyətdə 

bir  neçə  məhbusdan  baĢqa  heç  kim  gözə  dəymirdi.  Bu  məhbusların 

əksəriyyəti  “min  il”ə  yaxın  idi  ki,  buradaydılar  və  bura  nə  vaxt 

düĢdüklərini özləri də xatırlamırdılar. 

Haradasa uzaqlarda göy gurultusu eĢidildi və baĢımızın üzərində 

qaralmağa baĢlayan səmada ĢimĢək çaxaraq iĢıq saçdı. Billi gülməyini 

kəsərək baĢını qaldırıb narahatlıqla səmaya baxdı.  



www.vivo-book.com 

 

276 



–  Bilirsənmi?  –  deyərək  Bill  mənə  tərəf  çöndü.  –  Bu  havadan 

heç xoĢum gəlmir. Elə bil nəsə pis bir Ģey baĢ verəcək – nəsə qorxunc 

bir Ģey!  

Bu  fikrində  yanılmamıĢdı.  Onun  dediyi  qorxunc  hadisə  həmin 

axĢam saat təxminən ona on beĢ dəqiqə qalmıĢ baĢ verdi. O vaxt Persi 

Mister Cinqlzı öldürmüĢdü.  

 

 

10 

 

 



 

 

Bizi  bezdirən  bu  istiyə  baxmayaraq,  çox  sakit  bir  axĢam 



olacağını  zənn  edirdik:  Con  Koffi  özünü,  həmiĢə  olduğu  kimi  sakit 

aparırdı,  Azğın  Billi  “Sakit  Billi”yə  çevrilmiĢdi,  Delakruanın  ovqatlı 

isə Qoca Qığılcımla görüĢə getməli olan bir adam üçün çox yaxĢı idi – 

nəzərə  alaq  ki,  bu  görüĢ  təxminən  iyirmi  dörd  saatdan  sonra  baĢ 

tutacaqdı.  

O,  baĢına  nə  gələcəyini  demək  olar  ki,  baĢa  düĢürdü  –  ən 

azından, bu haqda ümumi təsəvvürü vardı; o, son Ģam yeməyi üçün çili 

yeməyi  sifariĢ  etmiĢdi  və  mənə  mətbəxə  aid  xüsusi  tapĢırıqlarını 

verməyi də unutmamıĢdı.  



www.vivo-book.com 

 

277 



– Onlara tapĢır ki, – mənə dedi, – bu acı sousun içinə elə bir Ģey 

qoysunlar ki, boğzaımda atılıb düĢsün və bütün içimi yandırıb yaxsın – 

yəni yeməyə yaĢıl çili atsınlar, baĢqa zəif zir-zibil atmasınlar. Bu zibil 

istiot əl-ayağımı elə yığıĢdırır ki, sonrakı gün tualetdən çıxa bilmirəm, 

amma düĢünmürəm ki, bu dəfə belə bir problemim olacaq, n'est-ce pas 

(elə deyilmi – fr.)? 

Ölümə məhkum edilənlərin böyük əksəriyyəti gic bir çılğınlıqla 

öz  ölməz  ruhları  üçün  narahat  olurlar,  lakin  Delakrua  son  saatlarda 

mənəvi rahatlığı üçün nə istədiyi ilə bağlı ona verdiyim bütün sualların 

böyük hissəsini dərhal rədd elədi. Delakruanın fikrincə, əgər “o oğlan” 

Böyük BaĢçı Bitterbak üçün yarıyıbsa, deməli, ona da yarayar. Lakin 

hər  Ģeydən  çox  onu  narahat  edən  Ģey  –  yəqin  siz  də  artıq  baĢa 

düĢdünüz  –  o  biri  dünyaya  köçməsindən  sonra  Mister  Cinqlzın 

aqibətinin  necə  olacağı  idi.  Mən  edamdan  əvvəlki  axĢamı 

məhkumlarla  uzun  saatlar  keçirməyə  vərdiĢ  eləmiĢdim,  lakin  həmin 

gecə  bu  uzun  saatları  həyatımda  ilk  dəfə  siçanın  taleyi  haqqında 

düĢünməklə keçirdim.  

Delakrua  öz  dumanlanmıĢ  beynində  bir  ssenaridən  baĢqasına 

keçir, yorulmaq bilmədən bütün variantları saf-çürük etməyə çalıĢırdı. 

Sanki  kollecə  göndəriləcək  bir  uĢaqmıĢ  kimi,  öz  siçanının  gələcəyini 

təmin  etmək  düĢüncəsi  ilə  onun  haqqında  fikirləĢdiklərini  uca  səslə 

deyə-deyə  Delakrua  özü  də  bilmədən  əlvan  rəngli  makaranı  divara 

tərəf atırdı. Və hər dəfə o makaranı divara atanda Mister Cinqlz onun 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə