Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə68/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   64   65   66   67   68   69   70   71   ...   158

www.vivo-book.com 

 

270 



Məncə,  təsadüfən  əli  ilə  onun  qasığına  toxunduğu  üçün 

Delakruanı  –  yadınızdadırsa  –  blokda  döyən  Persi  nə  baĢ  verdiyini 

yaxĢı baĢa düĢürdü. Bütün bunları onun baĢa düĢmək istədiyinə Ģübhə 

etsəm  də,  düĢünürəm  ki,  o  hər  Ģeyi  anlayırdı;  rəngi  ağappaq  oldu  və 

onun üzündəki ləkələr xal kimi üzə çıxdı, gözləri böyüyərək nəmləndi, 

ağız suyu nazik cığır salaraq əyilmiĢ ağzının kənarı ilə axmağa baĢladı. 

Hər Ģey çox tez baĢ vermiĢdi, deyərdim ki, sadəcə, on saniyə ərzində.  

Harri ilə mən dəyənəklərimizi hava qaldırıb irəli atıldıq. Din öz 

tapançasını  çəkmiĢdi.  Lakin  biz  bir  Ģey  etməyə  macal  tapmamıĢ 

Uorton Persini buraxdı və təslim olurmuĢ kimi əllərini havaya qaldırıb 

çürük diĢlərini göstərdi. 

– Mən onu buraxdım, mən onunla bir balaca oynayıb buraxdım, 

–  deyə  bizə  səsləndi.  –  Onun  qəĢəng  baĢından  bir  tük  belə  düĢmədi. 

Odur ki,  məni  yenə  o lənətə gəlmiĢ  yumĢaq divarlı  otağa sürükləmək 

lazım deyil.  

Persi Uetmor YaĢıl Mil ilə qaçaraq Azğın Billidən uzaqlaĢdı və 

qarĢı tərəfdəki boĢ kameranın qapısına söykənərək yerində qıvrıldı. O, 

elə  ağır-ağır  və  bərkdən  nəfəs  alırdı  ki,  elə  bil,  hıçqırırdı.  Yəqin  nə 

üçün  YaĢıl  Milin  mərkəzində  gəzməli,  qapan  diĢləri  və  tutan 

caynaqları  olan  bu  baĢkəsənlərdən  isə  uzaq  durmalı  olduğunu  artıq 

baĢa düĢmüĢdü. O zaman düĢünmüĢdüm ki, o, bu dərsi məĢqdən sonra 

ona  verdiyimiz  bütün  məsləhətlərdən  daha  uzun  müddət  yadında 

saxlayar.  Onun  üzündə  mütləq  bir  qorxu  ifadəsi  həkk  olunmuĢdu, 



www.vivo-book.com 

 

271 



gözəl  saçları  isə  onunla  rastlaĢdığım  gündən  bu  yana  ilk  dəfə  idi  ki, 

dağınıq vəziyyətə düĢmüĢdü; xarici görünüĢü zorlanmaqdan möcüzəvi 

Ģəkildə canını qurtarmıĢ adamı xatırladırdı.  

Bir anlıq ətrafda elə bil hər Ģey durdu; ətrafa elə bir qulaqdeĢən 

sükut çökmüĢdü ki, onu bircə Persinin hıçqırığa bənzər xıĢıltılı nəfəsi 

pozurdu. Birdən dəli bir qəhqəhə eĢidildi. Bu, elə qəfil baĢ verdi ki, biz 

yerimizdə quruyub qaldıq. “Uorton!” – ilk fikrim bu oldu, lakin gülən 

o  deyilmiĢ.  Delakrua  öz  kamerasının  açıq  qapısının  ağzında  dayanıb 

barmağı  ilə  Persini  göstərərək  gülürdü.  Siçan  yenə  də  onun  çiynində 

oturmuĢdu və Delakrua yanında Ģeytan balası ilə durmuĢ balaca, amma 

kinli cadugəri xatırladırdı.  

–  Bir  baxın,  o  qorxusundan  Ģalvarına  iĢəyib!  –  deyə  Delakrua 

hayqırdı. – Baxın, bu nataraz axmaq neyləyib! BaĢqalarını dəyənəyi ilə 

döyür, amma onun özünə toxunanda qorxusundan Ģalvarını batırır, lap 

balaca uĢaq kimi! 

O  gülür  və  barmağı  ilə  Persini  göstərirdi.  Onun  Persiyə  qarĢı 

bütün nifrəti və qorxusu bu istehzalı qəhqəhə ilə bayıra çıxmağa imkan 

tapmıĢdı. Tərpənməyə və danıĢmağa halı olmayan Persi isə dinməzcə 

ona  baxırdı.  Uorton  yenə  öz  kamerasının  dəmir  barmaqlığına 

yaxınlaĢdı  və  Persinin  Ģalvarının  qabağındakı  nəm  qara  ləkəyə  baxıb 

gülümsündü, – bu balaca, amma nəzərə çarpan ləkənin mənĢəyinin nə 

olduğu heç kimdə Ģübhə doğurmurdu.  




www.vivo-book.com 

 

272 



– Bu bərk gedən oğlana kimsə bələk əsgisi almalı olacaq, – deyə 

gülərək yenə öz çarpayısına qayıtdı.  

Brutus  Delakruanın  kamerasına  yaxınlaĢdı,  lakin  o  yetiĢincə, 

balaca fransız kamerasının içinə çəkilib özünü çarpayıya atmağa macal 

tapdı.  

Mən əlimi Persinin çiyninə qoydum. 

– Persi, – deyə sözə baĢlasam  da, nə deyəcəyimi bilmirdim. O, 

birdən  canlanaraq  əlimi  çiynindən  silkələyib  saldı.  Sonra  Ģalvarına 

baxdı,  orada  getdikcə  yayılaraq  böyüyən  ləkəni  görəndə  üzü  al  qan 

rəngini  aldı.  BaĢını  qaldırıb  əvvəlcə  mənə,  sonra  isə  Harri  ilə  Dinə 

baxdı.  Yadımdadır  ki,  qoca  Tut-Tutun  orda  olmadığına  sevinmiĢdim. 

Əgər qoca orda olsaydı, bu əhvalat bir günün içində bütün həbsxanaya 

yayılardı.  Persinin  soyadının  nə  olduğunu  (Wetmore  –  ingiliscə  nəm 

deməkdir  –  tərcüməçidən)  nəzərə  alsaq  –  bu  kontekstə  həddən  artıq 

uğursuz alınır – bu əhvalatı hələ uzun illər ləzzətlə danıĢıb gülənlər az 

olmayacaqdı.  

–  Hələ  bircə  bu  hadisəni  bir  kimsəyə  danıĢın,  görün  onda 

baĢınıza nə gələcək, hamınız çörək növbəsində dayanmalı olacaqsınız, 

–  deyə  Persi  ilan  kimi  fısıldadı.  BaĢqa  Ģəraitdə  bu  sözlərə  görə  mən 

onun  sifətinə  yaxĢı  bir  Ģapalaq  vurardım,  amma  indi  sadəcə  ona 

acıyırdım. Məncə, ona yazığım gəldiyini hiss etmiĢdi, bu da ona daha 

pis  təsir  etməli  idi,  –  sanki  onun  açıq  yarasının  üstünə  duz 

tökmüĢdülər.  



www.vivo-book.com 

 

273 



– Burada nə baĢ verirsə, elə burada da qalır, – Din astadan dedi. 

– Buna görə narahat olmaya bilərsən. 

Persi çiyini üstündən geri qanrılıb Delakruaya baxdı. Elə həmin 

vaxt  Brutus  onun  kamerasının  qapısını  qıfıllayırdı,  içəridən  isə 

Delakruanın  istehzalı  qıqqıltısı  aydınca  eĢidilirdi.  Onun  güldüyünü 

eĢidəndə  Persi  bulud  kimi  qaraldı.  Mən  ona  ibrət  alması  üçün:  “Nə 

əkərsən,  onu  da  biçərsən”,  –  atalar  sözünü  demək  istəyirdim,  amma 

birdən fikrimi  dəyiĢib düĢündüm ki,  indi bunun üçün münasib zaman 

deyil.  

–  Ona  gəlincə,  –  deyə  Persi  sözə  baĢladı,  amma  bitirə  bilmədi. 

Bunun əvəzində baĢını aĢağı dikərək anbara quru Ģalvar dalınca getdi.  

 –  O  necə  də  qəĢəngdir,  –  Uorton  xəyalpərəst  bir  səslə  dedi. 

Harri isə onun üstünə qıĢqıraraq ağzını bağlamasını əmr etdi və ağzını 

yummazsa,  onu  karser  kamerasına  salacağı  ilə  hədələdi.  Uorton 

əllərini  sinəsində  çarpazlayıb  gözlərini  yumdu  və  özünü  yalandan 

yatmıĢ kimi göstərdi. 

 

 

 



 

 

9 

 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə