www.vivo-book.com
290
xoĢum gəlir. Xüsusilə də səhər vaxtı – hətta mənim kimi yıpranmıĢ bir
qoca üçün də gözəl imkanlar vəd edən yeni bir gün baĢlayarkən.
Gəzintiyə çıxmazdan əvvəl mətbəxdən keçib gözləri hələ də
yuxulu olan aĢpazların birindən iki tikə qızardılmıĢ çörək istədim və
sonra bayıra çıxdım. Mən kroket meydançasından, sonra isə ətrafını
alaq otları basmıĢ balaca qolf oyuğunun yanından keçdim. Meydança
bitəndən sonra balaca meĢə baĢlayırdı, qarĢıda tərk edilmiĢ və yavaĢ-
yavaĢ dağılmaqda olan iki sarayın arasından burularaq meĢənin içinə
dar bir cığır gedirdi. Mən yağıĢ damcılarının Ģam ağaclarına çırpılaraq
çıxardığı qulaq oxĢayan səsini dinləyə-dinləyə və əlimdəki qızarmıĢ
çörəklərdən birini ağzımda qalmıĢ bir-iki diĢimlə çeynəyə-çeynəyə bu
cığırla irəlilədim. Ayaqlarım sızıldayırdı, amma bu ağrı elə də Ģiddətli
olmadığından, dözmək mümkün idi. Bu ağrıları nəzərə almasaq,
ümumiyyətlə, özünü yaxĢı hiss edirdim. Mən nəmli havanı, mümkün
olduqca, ciyərlərimin dərinliyinə çəkir və onu qida kimi qəbul edirdim.
Yolumun üstündəki köhnə saraylardan ikincisinə çatanda qısa
müddətə onun iĢçinə girdim və öz balaca ehtiyacımı ödədim.
Təxminən iyirmi dəqiqədən sonra cığırla geri qayıdanda qarnımda baĢ
qaldırmıĢ aclıq qurdunun tərpəniĢlərini hiss etməyə baĢlamıĢdım.
DüĢündüm ki, qızardılmıĢ çörəkdən daha tutumlu bir Ģey yemək pis
olmazdı. Bəlkə, bir boĢqab yulaf sıyığı, ya da yanında sosiska ilə
qayğanaq. Sosiskanı xoĢlayıram, həmiĢə xoĢlamıĢam, lakin indi bir
dənədən artıq yesəm, mədəm pozulur. Lakin birini yesəm, heç nə
www.vivo-book.com
291
olmaz. Mədəm dolandan və ciyərlərimə çəkdiyim nəm və təmiz hava
beynimi təmizləyəndən (ya da mən buna ümid edirdim) sonra aĢağıya,
solarium otağına enib Eduar Delakruanın edamı haqqında yazacağam.
Bu hissəni, mümkün olduqca, sürətlə yazmağa çalıĢacağam ki,
cəsarətimi itirməyim.
Kroket meydançasından mətbəxə tərəf gedərkən düĢüncələrim
Mister Cinqlz ilə məĢğul idi – mən Persi Uetmorun onun üstünə
basaraq belini necə qırdığı və düĢməninin etdiyi əməli görəndə,
Delakruanın dəlicəsinə necə hayqırdığı haqqında düĢünürdüm – və
zibil konteynerinin yanında yarımgizli Ģəkildə dayanmıĢ Bred Dolan
əlini uzadıb biləyimdən yapıĢanadək onu görmədim.
– Bir az gəzməyəmi çıxmıĢdın, Poli? – deyə soruĢdu. Mən
səksənərək kənara atıldım və əlimi onun əlindən dartaraq azad etdim.
Bunun səbəbi, əslində, onun qəfildən danıĢaraq məni diksindirməsi idi,
bu gözlənilməz olmuĢdu – qəfil bir səs eĢidən hər kəs səksənə bilər, –
lakin mənim ondan belə kənara atılmağımın yeganə səbəbi bu deyildi.
Həmin vaxt mən məhz Persi Uetmor haqqında düĢünürdüm, yəqin
yadınızdadır. Bred Dolan da mənə onu xatırladırdı. Bunun bir səbəbi
də Bred Dolanın həmiĢə cibində balaca kitab gəzdirməsi (Persi özü ilə
həmiĢə kiĢilər üçün macəra jurnalları gəzdirirdi, Bred Dolan isə yalnız
axmaq və qəlbiqaralar üçün gülməli olan səfeh lətifələr kitabı) və
özünü Nəcis Dağının Nəcis Kralı zənn etməsi və həm də – özü də ən
www.vivo-book.com
292
əsası, – onun məkrli bir qorxaq olması və insanlara pislik etməkdən
həzz alması idi.
Mən gördüm ki, o, iĢə yenicə baĢlayıb və hətta ağ xalatını belə
geyməyə macal tapmayıb. Onun əynində cins Ģalvar və qərb tərzində
keyfiyyətsiz parçadan tikilmiĢ köynək vardı, bir əlində mətbəxdən
götürdüyü daniĢ (düzlü xəmirdən biĢirilmiĢ pirojna – tərcüməçidən)
pirojnasının qalıqlarını tutmuĢdu. O, karnizin altında dayanıb pirojnanı
yeyirdi, – yəqin yağıĢda islanmamaq üçün, bir də məni güdmək üçün,
indi buna tam əminəm. Bir Ģeydən də əminəm: özümü qorumaq üçün
mister Bred Dolan ilə ehtiyatlı davranmalıyam. Onun məndən heç
xoĢu gəlmir. Bunun səbəbi mənə aydın deyil, necə ki, Persi Uetmorun
Delakruadan nə üçün xoĢu gəlmədiyinin səbəbi heç vaxt mənə aydın
olmayıb. “XoĢu gəlmir!” – çox yumĢaq ifadədir. Balaca fransız YaĢıl
Milə gəldiyi ilk andan etibarən Persi bütün qəlbi ilə Delakruaya nifrət
edirdi.
– Bu nə plaĢdır belə, çiyninə atmısan, Poli? – deyə Bred mənim
yaxalığımı silkələyərək soruĢdu. – Bu sənin plaĢın deyil.
– Bunu dəhlizdən, mətbəxin yanındakı asılqandan götürmüĢəm,
– deyə cavab verdim. O məni Poli deyə çağıranda acığım tuturdu və
məncə, o da bunu bilirdi. Əgər bunu büruzə verib, onun məmnun
etsəm, qoy mənə də Pol deməsinlər. – Orda bunlardan bir anbardı.
Mən ki bunun heç bir yerini xarab eləməmiĢəm, sən də razılaĢarsan,
elə deyilmi?! Hara fırlatsan, onları yağıĢ üçün hazırlayıblar.
www.vivo-book.com
293
– Amma onları sənin üçün hazırlamayıblar, Poli, – o, bir də
mənim yaxalığımı dartıĢdırdı və əli ilə yüngülcə çiynimə vurdu. –
Məsələ də elə bundadır. Yağmurluqlar buranın iĢçiləri üçün nəzərdə
tutulub, burada yaĢayanlar üçün yox.
– Mən yenə də baĢa düĢə bilmirəm ki, bundan kim ziyan çəkib.
Onun üzündə güclə sezilən hiyləgər bir təbəssüm göründü.
– Məsələ kimin zərər çəkməsində deyil. Söhbət qaydalardan
gedir. Qaydalar olmasaydı, həyatımız nəyə bənzəyərdi? Poli, Poli,
Poli. – O, baĢını elə yırğaladı ki, sanki bircə məni görməsi onu
həyatdan küsdürməyə, yaĢamaq arzusunu söndürməyə kifayət idi. –
Yəqin elə düĢünürsən ki, sənin kimi qoca əntərlər daha qaydalara
məhəl qoymaya bilərlər, amma deyim ki, tamamilə səhv düĢünürsən,
Poli.
Üzümə gülümsəyir. Məndən zəhləsi gedir. Bəlkə də mənə nifrət
edir. Niyə axı? Bunun səbəbini bilmirəm. Bəzən “niyə” sualının cavabı
olmur. Qorxulu olan da elə budur.
– YaxĢı, əgər qaydaları pozmuĢamsa, sizdən üzr istəyirəm, –
dedim. Üzr istəyərkən, səsim bir az yazıq və qorxmuĢ adamın səsi
kimi çıxdı. Səsimin belə aciz çıxmasına görə özümə nifrət edirdim,
lakin mən qoca bir adamam və qocaları qorxutmaq, onları küncə
sıxıĢdırmaq çox asandır.
Bred baĢını yırğaladı.
Dostları ilə paylaş: |