Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə87/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   83   84   85   86   87   88   89   90   ...   158

www.vivo-book.com 

 

346 



Sonra isə bütün iĢlər tərs getməyə baĢladı. 

Uğultunun rəvanlığı pozuldu və titrəmələr baĢladı. Buna sellofan 

cırılarkən  çıxan  səsə  bənzər  çırtıltı  səsləri  də  əlavə  oldu.  Burnuma 

iyrənc  bir  qoxu  dəydi.  Dəbilqənin  kənarlarından  burula-burula  çıxan 

mavi  rəngli  tüstünü  görməyincə,  bu  qoxunun  ütülmüĢ  saç  ilə  yanan 

orqanik  süngərin  iylərinin  qarıĢığı  olduğunu  baĢa  düĢə  bilməmiĢdim. 

Daha qalın tüstü isə dəbilqənin təpəsindəki naqillər daxil olan dəlikdən 

çıxırdı. Bu, Hindu viqvamının bacasından çıxan tüstünü xatırladırdı.  

Delakrua  stulda  ora-bura  yellənməyə  və  qurcalanmağa  baĢladı, 

onun maska taxılmıĢ üzü gah bir, gah da o biri tərəfə dönür, sanki o, 

bütün  bu  baĢ  verənlərə  hiddətlə  öz  etirazını  bildirirdi.  Topuqlarına 

vurulmuĢ qandallar onun hərəkət etməsinə mane olsa da, onun ayaqları 

havaya  qalxıb  enməyə  və  döĢəməni  döyəcləməyə  baĢlamıĢdı. 

BaĢımızın üstündə bir də göy gurultusu eĢidildi və ondan sonra yağıĢ 

daha da gücləndi.  

Mən Din Stantona baxdım, o gözlərində vəhĢi bir ifadə ilə mənə 

baxırdı.  Dəbilqənin  altında  boğuq  bir  çırtıltı  eĢidildi,  elə  bil  ocaqda 

Ģam  ağacının  düyümü  partladı.  Bundan  sonra  maskadan  süzülərək 

kiçik quyruqlar Ģəklində çıxan tüstü göründü.  

Mən  dərhal  bizimlə  aparat  otağını  ayıran  torlu  pəncərəyə  tərəf 

Ģığıdım,  lakin  mən  ağzımı  açıb  bir  söz  deməyə  macal  tapmamıĢ, 

Brutus  Hovell  mənim  dirsəyimdən  yapıĢdı.  O  mənim  dirsəyimi  elə 

qüvvətlə  sıxdı  ki,  bir  anlıq  ağrıdan  qolumu  hiss  eləmədim.  Brutusun 



www.vivo-book.com 

 

347 



rəngi  kağız  kimi  ağarmıĢdı,  lakin  o  özünü  itirmiĢ  görünmürdü  –  heç 

bir damcı belə təlaĢlı görünmürdü.  

– Cekə cərəyanı kəsməsini söyləmə, – deyə o astadan pıçıldadı. 

– Nə istəyirsən de, amma bircə bunu söyləmə. Cərəyanı kəsmək üçnü 

çox gecdir. 

Del  qıĢqırmağa  baĢlayanda,  əvvəlcə,  müĢahidəçilər  onun  səsini 

eĢitmədilər.  YağıĢ  metal  örtüklü  damı  Ģiddətlə  döyəcləyir,  göy 

gurultusu  isə  əsla  ara  vermirdi.  Lakin  biz,  platformada  duranlar, 

tüstülənən  maskanın  altından  gələn  boğuq  fəryadları  eĢidirdik.  Belə 

səsləri  saman  presləyən  maĢının  içinə  düĢmüĢ  və  preslənmiĢ  heyvan 

çıxara bilərdi. 

Dəbilqədən  gələn  uğultu  daha  güclənmiĢdi,  indi  uğultu  radio 

rabitəsində  olan  maneələrin  çıxardığı  səs  kimi  arada  bir  çırtı-pırtı  ilə 

kəsik-kəsik  gəlirdi.  Delakrua  stulda  özünü  ora-bura  çırpmağa 

baĢlamıĢdı,  elə  bil  qəzəblənərək  özündən  çıxmıĢ  balaca  uĢaq  idi. 

Platforma onun hərəkətlərinin təzyiqi ilə yırğalanırdı, onun sinəsindəki 

qayıĢ  elə  dartılırdı  ki,  elə  bil  bu  dəqiqə  yerindən  qopacaqdı. 

Bədənindən keçən elektrik cərəyanı də onu silkələyirdi və mən birdən 

sümük xırçıltısı eĢitdim, deyəsən onun sağ çiyini ya yerindən çıxmıĢdı, 

ya  da  sınmıĢdı.  Həmin  səslə  yanaĢı,  baĢqa  bir  səs  də  eĢidildi,  elə  bil 

kimsə iri dəmirçi çəkici ilə taxta yeĢiyə vuraraq onu parça-parça etdi. 

Ayaqlarını  tez-tez  qaldırıb  saldığından  onun  Ģalvarının  qasıq 

hissəsində  balaca  bir  nöqtə  kimi  görünən  yer  qaralmıĢdı.  Sonra 



www.vivo-book.com 

 

348 



qorxunc,  heyvanı  səslə  çığıraraq  qıĢqırmağa  baĢladı.  ġiddətlə  yağan 

yağıĢın gurultusuna baxmayaraq, bu səsləri hamı eĢidə bilirdi.  

–  Lənətə  gələsiniz  sizi,  ona  nə  olur?  –  deyə  müĢahidəçilərdən 

kimsə qıĢqırdı.  

– O toqqalar onu saxlaya biləcəkmi? 

– Püf, bu nə iydir belə, aman Tanrım! 

Sonra qadınlardan birisi soruĢdu:  

– Bu normaldırmı? 

Delakrua  irəli  sıçradı,  geri  atıldı,  irəli  Ģığıdı,  birdə  geri  atıldı. 

Persi ağzını ayırıb dəhĢət içində ona baxırdı. O, təbii ki, nəsə qeyri-adi 

bir  Ģey  baĢ  verəcəyini  gözləyirdi,  amma  belə  dəhĢətli  bir  mənzərə 

görəcəyini gözləmirdi.  

Delakruanın  üzündəki  maska  od  tutub  alıĢdı.  ÜtülmüĢ  tük  və 

yanmıĢ  maskanın  iyinə  yanmıĢ  ət  iyi  də  əlavə  oldu.  Brutus  içində 

süngər olan vedrəni – əlbəttə ki, vedrə indi boĢ idi – qapdı və xidmətçi 

üçün küncdə qoyulmuĢ dərin su çanağına tərəf qaçdı.  

–  Cərəyanı  kəsimmi,  Pol?  –  deyə  Van  Hey  torlu  pəncərənin 

arxasında soruĢdu. Onun səsi titrəyirdi. – Cərəyanı kəsi....  

–  Yox,  –  deyə  mən  qıĢqırdım.  Brutus  bunu  hamıdan  tez  baĢa 

düĢmüĢdü,  elə  mən  də  ondan  çox  geri  qalmamıĢdım:  biz  bu  iĢi 

bitirməli idik. Bu iĢlə müqayisədə, bizim edə biləcəyimiz qalan hər Ģey 

ikinci dərəcəli idi: biz hər Ģeydən əvvəl, Delakrua ilə iĢi bitirməli idik. 

– Cərəyanı kəsmə, Allah xatirinə! Davam elə! Davam elə!  



www.vivo-book.com 

 

349 



Arxamızda  insanların  təlaĢla  nəyinsə  haqqında  danıĢdıqlarını, 

bəzilərinin yerlərindən artıq qalxdıqlarını, bir neçə nəfərin isə dəhĢətlə 

qıĢqırdıqlarının,  demək  olar  ki,  fərqinə  varmadan  mən  Brutusa  tərəf 

döndüm.  

– Dayan, eləmə! – deyə mən Brutusa qıĢqırdım. – Su olmaz! Su 

olmaz! Dəli olmusan, nədi?  

Brutus mənə tərəf çevrildi və onun üzündəki ifadədən məni baĢa 

düĢdüyünü  anladım.  Elektrik  cərəyanı  altında  olan  adamın  üstünə  su 

tökmək.  Hə,  əlbəttə.  Bu  çox  ağıllı  bir  fikirdir.  O,  bir  anlıq  dayanıb 

ətrafına  baxdı  və  divardan  asılmıĢ  kimyəvi  odsöndürəni  görüb  onu 

götürdü. Hə, bax bu əladır, əhsən.  

Maska  Delakruanın  üzünün  rənginin  Con  Koffidən  daha  qara 

olduğunu  göstərməyə  yetəcək  qədər  onun  üzündən  çıxmıĢdı.  Onun 

gözləri,  indi  formasını  itirmiĢ  ağ  yarımĢəffaf  jele  Ģarlar, 

hədəqələrindən çıxaraq yanaqlarının üstünə düĢmüĢdü. Onun kirpikləri 

də  ütülmüĢdü və mən ona baxdığım zaman onun göz qapaqları  da od 

tutaraq yanmağa baĢladı. Köynəyinin yaxasından qalın tüstü burularaq 

çıxırdı.  Elektrik  cərəyanının  uğultusu  isə  kəsmək  bilmir,  elə  hey 

uğuldayır, uğuldayır və mənim baĢıma dolaraq orada əks-səda verirdi. 

O an düĢündüm ki, yəqin dəlilər də baĢlarında belə, ya da buna bənzər 

səslər eĢidirlər.  

Din, deyəsən, Delakruanın köynəyindəki alovu əlləri ilə söndürə 

biləcəyini  düĢünərək  irəli  atıldı,  lakin  mən  onun  qolundan  tutub  elə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə