Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə90/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   86   87   88   89   90   91   92   93   ...   158

www.vivo-book.com 

 

358 



– Ay səni yaramaz, – deyə Brutus dilləndi və Persiyə tərəf Ģığıdı. 

Mən  yenə  onun  qolundan  tutub  geri  dartdım.  Pilləkənlərdə  addım 

səsləri eĢidildi. Gələnin Körtis olduğunu düĢünərək mən vahimə içində 

o  tərəfə  baxdım,  lakin  gələn  Harri  Tervilleger  imiĢ.  Onun  yanaqları 

kağız  kimi  ağarmıĢdı,  dodaqları  isə  göyərmiĢdi,  elə  bil  böyürtkən 

piroqu yemiĢdi.  

Mən yenə bütün diqqətimi Brutusa yönəltdim.  

–  Allah  xatirinə,  Brutus,  Delakrua  artıq  ölüb  və  daha  nəyisə 

dəyiĢmək  qeyri-mümkündür,  Persi  isə  qulaqburması  verilməyə  layiq 

deyil.  


O vaxt mənim baĢımda bir plan və ya bu planın baĢlanğıcı deyə 

biləcəyim  bir  fikir  vardımı?  Sizə  deyim  ki,  o  vaxtdan  bəri  bu  haqda 

hələ  də  düĢünürəm.  Uzun  illər  ərzində  bu  haqda  düĢünərək  özümə 

suallar  vermiĢəm,  amma  heç  vaxt  ağlabatan  bir  cavab  tapa 

bilməmiĢəm.  Əslində,  düĢünürəm  ki,  indi  bunun  bir  o  qədər  də 

əhəmiyyəti  yoxdur.  Bir  Ģeyi  də  anlamıĢam  ki,  əhəmiyyətsiz  Ģeylər 

çoxdur,  amma  bununla  belə,  insan  bu  əhəmiyyətsiz  Ģeylər  haqqında 

durmadan düĢünür və özünə suallar verir. 

– Ey, uĢaqlar, siz mənim haqqımda elə rahat danıĢırsınız, elə bil 

mən burada bir kötüyəm,  –  deyə Persi dilləndi.  Onun hələ də  sarsıntı 

keçirdiyi  səsindən  məlum  olurdu,  o,  danıĢarkən  hələ  də  tövĢüyürdü, 

sanki  kimsə  onun  qarnına  güclü  bir  zərbə  endirmiĢdi,  amma  o, 

deyəsən, yavaĢ-yavaĢ özünə gəlməyə baĢlamıĢdı.  



www.vivo-book.com 

 

359 



–  Sən  elə  kötük  kimi  bir  Ģeysən,  Persi,  –  deyə  mən  ona  cavab 

verdim.  

– Hey, bura bax, sən məni... 

Onu  vurmaqdan  özümü  güclə  saxladım.  Tunelin  tağlı  kərpic 

tavanından  su  damcılayırdı,  bizim  iri  və  yöndəmsiz  kölgələrimiz, 

Edqar  Ponun  yekəpər  meymun  haqqındakı  “Ru  Morq”  hekayəsindəki 

kölgələr  kimi,  tunelin  divarlarda  oynayırdı.  Göy  gurultuları  hələ  də 

davam edirdi, amma onun səsi tunelə çox boğuq gəlirdi.  

–  Persi,  mən  səndən  yalnız  bircə  söz  eĢitmək  istəyirəm,  bu  da 

sabah  Briar  Ricə  keçmək  üçün  ərizə  verəcəyin  haqqında  etdiyin  vədi 

təkrar söyləmək. 

– Bu haqda heç narahat olma, – deyə Persi üzündə qaĢqabaqlı bir 

ifadə ilə cavab verdi. O, üstünə ağ salınaraq arabaya uzadılmıĢ cəsədə 

baxdı, sonra gözlərini ondan çəkdi, daha sonra isə bir anlıq baxıĢlarını 

mənim üzümə yönəltdi və yenə baxıĢlarını yayındırdı.  

–  Ən  yaxĢısı  da  elə  budur,  –  Harri  dedi.  –  Əks  təqdirdə,  səni 

Azğın Billi ilə daha yaxından tanıĢ etməli olacaqdıq. Məncə, bunu heç 

istəməzsən.  –  O,  sözünə  ara  verib  bir  qədər  susdu.  –  Biz  bunun  baĢ 

tutması üçün əlimizdən gələni edərdik.  

Persi bizdən qorxurdu və yəqin ki, burada uzun müddət qalarsa, 

onun  Cek  Van  Heylə  etdiyi  söhbətləri,  bu  söhbətlər  zamanı  süngərin 

nə  üçün  duzlu  suda  isladıldığı  ilə  bağlı  suallar  verdiyini 

öyrənəcəyimizdən  çox  qorxurdu.  Lakin  Harrinin  Uorton  haqqında 



www.vivo-book.com 

 

360 



dediklərini  eĢidəndə,  Persinin  gözlərində  həqiqi  dəhĢət  və  vahimə 

ifadəsi yarandı. Mən onun üzündən görürdüm ki, indi o, Uortonun onu 

necə  tutaraq  barmaqlıqlara  sıxdığını,  onun  saçlarını  qarıĢdırdığını  və 

qulağına mırıldandığını yadına salaraq xəyalında canlandırırdı.  

– Siz buna cürət etməzsiniz, – deyə Persi pıçıldadı.  

–  Cürət  edərəm,  özü  də  böyük  həvəslə,  –  deyə  Harri  sakit  bir 

tərzdə cavab verdi. – Sonra da, bilirsənmi nə var? Buna görə heç kim 

mənə  heç  nə  deməz.  Çünki  sən  diqqətsiz  bir  adam  olduğunu,  artıq 

dəfələrlə göstərmisən. Hə, həm də səriĢtəsiz. 

Persi yumruqlarını sıxdı və onun yanaqları yüngülcə allandı.  

– Mən səriĢ... 

–  Hə,  əlbəttə  ki,  səriĢtəsizsən,  –  deyə  Din  də  söhbətə  qoĢuldu. 

Pilləkənlərin  yanında  biz  Persinin  ətrafında  yarımdövrə  quraraq 

dayanmıĢdıq,  hətta  onun  geriyə  çəkilmək  üçün  yolu  da  kəsilmiĢdi, 

çünki  onun arxasındakı arabanın  içində, hələ də  tüstülənən və üstünə 

köhnə  mələfə  salınmıĢ  cəsəd  vardı.  –  Sən  elə  indicə  Delakruanı  diri-

diri  yandırdın.  Əgər  bu  səriĢtəsizlik  deyilsə,  bəs  onda  səriĢtəsizlik 

nədir?  


Persinin  gözləri  parıldadı.  O  özünü  bilməməzliyə  vurmağı 

planlaĢdırmıĢdı,  amma  indi  baĢa  düĢürdü  ki,  özü  qurduğu  tələyə 

düĢüb.  Bundan  sonra  özünü  müdafiə  etmək  üçün  nələr  uyduracaqdı 

bilmirəm,  amma  elə  bu  anda  Körtis  Anderson  pilləkənlər  ilə  enərək 

yanımıza gəldi. Biz onun addım səslərini eĢidəndə, Persidən bir qədər 



www.vivo-book.com 

 

361 



aralandıq  ki,  bizim  duruĢumuz  Persini  hədələyirmiĢik  kimi 

görünməsin.  

– Hə, köpək uĢaqları, deyin görüm, bu nə oyun idi çıxartdınız? – 

deyə  Anderson  nərildədi.  –  Ġlahi,  yuxarıda  bütün  döĢəməni  qusub 

batırıblar!  Hələ  mən  oradakı  üfunəti  demirəm!  Mən  Maqnusson  ilə 

Tut-Tuta tapĢırdım ki, hər iki qapını açsınlar, amma düĢünürəm ki, bu 

üfunət  hələ  beĢ  ildən  sonra  da  təmizlənməyəcək.  Bunun  üçün 

barmağımdan mərc gələrəm! O, heyvərə Uortonda da edam haqqında 

öz əbləh mahnılarını oxuyur! Özüm eĢitdim! 

–  O  xaric  oxumur  ki,  Kört?  –  deyə  Brutus  soruĢdu.  Heç 

bilirsinizmi iĢıqlandırıcı qazı bir qığılcım ilə necə alıĢdırmaq və bunu 

edərkən  də  necə  salamat  qalmaq  olar?  Onu  hələ  çoxlu  miqdarda  bir 

yerə  toplanması  yaranmamıĢ  yandırmaq  lazımdır.  Brutusun  atmacası 

da  buna  bənzəyirdi.  Biz,  əvvəlcə,  bir  anlıq  heyrətlə  Brutusa  baxdıq, 

növbəti  anda  isə  hamımız  qəhqəhə  çəkərək  gülməyə  baĢladıq.  Bizim 

əsəbi gülüĢümüzün yüksək səsi qaranlıq tunelin divarları ilə yarasalar 

kimi ora-bura uçurdu. Bizim kölgələrimiz divarların üstü ilə orta-bura 

əyilərək min Ģəklə düĢürdü. Sona yaxın Persi də bizə qoĢuldu. Sonra, 

nəhayət gülüĢ səsləri azalaraq kəsildi və bu gülüĢ partlayıĢından sonra 

biz  özümüzü  bir  qədər  yaxĢı  hiss  elədik.  Özümüzü  yenə  normal 

insanlar kimi hiss etdik.  

– YaxĢı, uĢaqlar, – deyə Anderson yaylığı ilə yaĢarmıĢ gözlərini 

silərək  və  hələ  də  hərdən  bir  içindən  gələn  gülüĢ  dalğasını  təsiri  ilə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə