Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə98/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   94   95   96   97   98   99   100   101   ...   158

www.vivo-book.com 

 

390 



əlimizdən  bir  Ģey  gəlməzdi,  lakin  əllərimizi  batırdığımız  bu  çirkabı 

necəsə yuyub təmizləmək üçün bəlkə də hələ gec deyildi.  

–  Mənim  getdiyim  kilsədə  bunu  müvazinət  yaratmaq  deyil, 

günahlarını yumaq adlandırırlar, – mən dedim. – Lakin, məncə, hər iki 

sözün mənası eyni anlama gəlir. 

–  Sən  doğrudanmı  düĢünürsən  ki,  Koffinin  bir  köməyi  dəyə 

bilər?  –  Din  mülayim  və  xilaskar  bir  səslə  soruĢdu.  –  Sadəcə...  nə?... 

onun  beyindəki  ĢiĢi  əmib  çıxaracaq?  Sanki...  elə  bil,  bu  ĢiĢ  deyil, 

Ģaftalı çəyirdəyi imiĢ? 

–  Məncə,  o  bunu  edə  bilərdi.  Əlbəttə,  mən  tam  əmin  deyiləm, 

lakin onun mənə... və Mister Cinqlza elədiklərindən sonra... 

–  Hə,  Mister  Cinqlz  xurd-xəĢil  olmuĢdu,  –  deyə  Brutus  təsdiq 

elədi.  

–  Səncə,  o,  kömək  eləməyə  razılıq  verərmi?  –  deyərək  Harri 

fikrə daldı. 

– Əgər bacaracağı bir iĢsə, demək razı olacaq, – mən dedim.  

– Niyə? Axı Koffi onu heç tanımır! 

– Çünki o, baĢqa Ģey bacarmır, bu onun iĢidir. Ona gərə ki, Allah 

onu bunun üçün yaradıb. 

Brutus  nəzərlərini  ətrafda  gəzdirdi,  sanki  bu  hərəkəti  ilə 

aramızda kiminsə çatıĢmadığını bizə baĢa salmağa çalıĢırdı. –  

–  Bəs  Persi  necə  olsun?  Sən  elə  bilirsən  o,  kənardan  durub 

sakitcə bizə baxacaq? – deyə o məndən soruĢdu və mən fikrimdə Persi 



www.vivo-book.com 

 

391 



ilə bağlı qurduğum planı onlara danıĢdım. Mən söhbəti bitirəndə, Harri 

ilə  Din  təəccüblərindən  gözləri  bərəlmiĢ  halda  mənə  baxırdılar, 

Brutusun  üzündə  isə  mənim  söylədiklərimə  valeh  olduğunu  göstərən 

bir təbəssüm vardı.  

– Çox dəlisov bir plandır, Pol qardaĢ – deyə o dilləndi. – Məni 

lap heyrətə saldı!  

–  Hə,  lap  əla  iĢ  olacaq!  –  Din  az  qala  pıçıltı  ilə  dedi,  sonra 

gülərək  uĢaq  kimi  əllərini  bir-birinə  vurdu.  –  Hə,  uĢaqlar,  deyirəm 

atları  yəhərləyin,  hey-eyyy-hey-eyy!  –  Yadınıza  salmaq  istəyirəm  ki, 

mənim  planımın  Persi  haqqında  olan  bu  hissəsi  ilə  bağlı  Dinin  öz 

maraqları  vardı,  çünki  Persinin  bacarıqsızlığı  ucbatından  Din  az  qala 

həyatını  itirəcəkdi,  yəqin  xatirinizdədir,  Persi  mal  kimi  yerində 

dayanıb, sadəcə, baxırdı.  

– Hə, bunu bildik, bəs sonra? – Harri dedi. O, qaĢqabaqlı olsa da 

gözləri onun içindəkiləri büruzə verirdi: onun gözlərində parıltı vardı, 

bir  Ģeyə  inandırılmasını  arzulayan  adamın  gözlərində  olduğu  kimi.  – 

Bəs sonra nə olacaq? 

– Belə bir atalar sözü var, “ölülər sirr verməzlər”, – deyə Brutus 

mırıldandı  və mən onun zarafat  etdiyinə əmin olmaq üçün cəld  onun 

üzünə baxdım.  

–  DüĢünürəm  ki,  o,  dilini  dinc  saxlayacaq,  –  deyə  mən  cavab 

verdim.  




www.vivo-book.com 

 

392 



–  Eləmi?  –  deyərək  Din  Ģübhə  ilə  mənə  baxdı.  O,  eynəyini 

çıxarıb ĢüĢələrini silməyə baĢladı. – Onda məni buna inandır. 

– Birincisi, o, əslində, nə baĢ verdiyini bilməyəcək, çünki bizi öz 

arĢını  ilə  ölçəcək  və  bunun,  sadəcə,  bir  zarafat  olduğunu  düĢünəcək. 

Ġkincisi və daha vacibi, o bu haqda kiməsə bir söz deməyə qorxacaq. 

Mən elə hər Ģeyi bu məqama görə hesablamıĢam, buna arxayınam. Biz 

ona  deyəcəyik  ki,  əgər  o,  məktublar  yazmaq  və  telefon  zəngləri 

eləmək  fikrinə  düĢsə,  onda  biz  də  məktublar  yazmalı  və  telefon 

zəngləri etməli olacağıq.  

– Hə, edam haqqında, – deyə Harri tez dilləndi. 

–  Bir  də,  Uorton  Dinə  hücum  edəndə,  onun  qorxusundan 

quruyub  mal  kimi  baxması  haqqında,  –  deyə  Brutus  əlavə  etdi.  – 

Məncə,  Persinin  ən  çox  qorxduğu  Ģey  insanların  bu  haqda 

öyrənməsidir, – deyərək o, fikirli-fikirli baĢını yırğaladı. – Bu, iĢimizə 

yarıya  bilər.  Amma  Pol...  səncə,  Koffini  missis  Mursun  yanına 

aparmaqdansa, missis  Mursu buraya  gətirmək daha  yaxĢı  olmazdımı? 

Biz  elə  sənin  dediyin  üsulla  Persini  zərərsizləĢdirə  bilərdik,  sonra  da 

Koffini  missis  Mursun  yanına  aparmaq  əvəzinə,  missis  Mursu 

tuneldən keçirərək buraya gətirərdik.  

Mən baĢımı buladım. 

– Biz bunu edə bilmərik. Bundan sonra min il də yaĢasaq, bunu 

edə bilmərik.  

– Rəis Mursa görə? 



www.vivo-book.com 

 

393 



–  Məhz  ona  görə.  O,  elə  inadkardır  ki,  dirəĢərsə,  ġübhəkar 

Fomadan Janna d’Ark düzəldər. Əgər Koffini onun evinə aparsaq, biz 

onu  qəfil  yaxalamıĢ  olarıq  və  bəlkə  o,  karıxıb  Koffinin  bu  iĢə  heç 

olmasa cəhd eləməsinə razı olar. Əks təqdirdə... 

Ora getmək üçün biz, səncə hansı maĢından istifadə etməliyik? – 

deyə Brutus maraqlandı.  

– Mən, əvvəlcə, bizim furqonu götürmək haqqında düĢünürdüm, 

amma  sonra  fikrimdən  vaz  keçdim,  çünki  onunla  biz  nəzər-diqqəti 

çəkmədən həbsxananın həyətindən çıxa bilmərik. Bir də ki iyirmi mil 

radiusda  hamı  bu  maĢını  yaxĢı  tanıyır.  Məncə  mənim  “ford”umu 

götürsək daha yaxĢı olar.  

–  Bir  də  düĢün  –  deyərək  Din  barmağı  ilə  eynəyini  ehmalca 

yuxarı  qaldırdı.  –  Sən  Con  Koffini  lüt  soyundurub  onun  bədəninə 

donuz  piyi  də  sürtsən  və  dabançəkəndən  də  istifadə  eləsən,  onu  öz 

maĢınına  mindirə  bilməzsən.  Sənin  gözlərin  ona  elə  öyrəĢib  ki,  onun 

necə nəhəng bir adam olduğunu artıq görmürsən.  

Mənim  bu  sözə  verəcək  cavabım  yox  idi.  Həmin  səhər  mənim 

diqqətimin böyük bir hissəsi Persi probleminin üzərində, qalan hissəsi 

isə  bizim  üçün  daha  balaca  problem  olan  Azğın  Billi  Uortonun 

üzərində  cəmləĢmiĢdi.  Mən  yalnız  indi  baĢa  düĢmüĢdüm  ki,  bizim 

nəqliyyatla bağlı problemimiz mənim düĢündüyümdən daha mürəkkəb 

imiĢ.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə