Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə97/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   93   94   95   96   97   98   99   100   ...   158

www.vivo-book.com 

 

386 



nə əldə edir? Pol, bəs o sənə nə eləmiĢdi? O səni sağaldandan sonra da 

qara mığmığalar uçuĢurdumu?  

–  Hə.  Məncə,  havada  uçuĢan  o  Ģeylər  özü  elə  xəstəlikdir... 

ağrıdır... xəsarətdir. O, bütün  bu dediklərimi öz içinə çəkir, sonra isə 

onları yenə açıq havaya üfürür.  

– Orada da onlar məhv olub gedir, – deyə Harri dilləndi. 

Mən bir söz demədən çiyinlərimi çəkdim. Mən bilmirdim sonra 

onlar  məhv  olur  ya  yox.  Heç  bunun  əhəmiyyəti  olduğuna  da  əmin 

deyildim.  

– O sənin içindəki ağrını əmib çıxardımı? – deyə Brutus soruĢdu. 

O  zaman  mənə  elə  gəldi  ki,  o,  siçanın  içindəki  ağrıları  sorub  çıxarır. 

Ağrıları... bəlkə də ölümün özünü, dəqiq bilmirəm. 

– Yox, – mən dedim. O mənə sadəcə toxundu. Və mən bunu hiss 

etdim.  Ġçimdən  elə  bir  nəsə  keçərək  məni  silkələdi.  Elə  bil,  məni 

elektrik  cərəyanı  çarpdı,  amma  ağrısız.  Amma  onda  mən  ölüm 

ayağında deyildim, sadəcə, içimdə ağrılar vardı.  

Brutus  baĢını  yırğaladı.  ToxunuĢ  və  nəfəs.  Lap,  o  meĢəlikdə 

sərgərdan gəzərək Ġncildən dualar oxuyanların dedikləri kimi.  

– Ġsaya həmd olsun, Rəbbimiz Hər ġeyə Qadirdi, – mən dedim.  

– Mən bilmirəm  ki,  bunun  Ġsaya nə dəxli var, – Brutus dedi.  – 

Lakin, məncə, Con Koffi çox qüdrətli bir insandır.  

–  YaxĢı,  –  deyə  Din  dilləndi.  –  Əgər  siz  bütün  bunların  baĢ 

verdiyini  iddia  edirsinizsə,  onda  mən  inandım.  Allah  sirli  üsullardan 



www.vivo-book.com 

 

387 



istifadə etməklə öz möcüzələrini bizə göstərir. Bəs bunun bizə nə dəxli 

var? 


Hə,  bu  elə-belə  sual  deyildi.  Mən  dərindən  nəfəs  aldım  və  nə 

etmək  istədiyimi  yerli-dibli  onlara  izah  edim.  Onlar  karıxmıĢ  halda 

oturub qulaq asırdılar. Hətta kosmosdan gələn yaĢıl adamlar haqqında 

hekayələri  jurnallardan  oxumağı  xoĢlayan  Brutus  da  təəccüblənmiĢ 

görünürdü. Mən söhbətimi bitirəndə, ətrafa dərin bir sükut çökmüĢdü 

və heç kim öz buterbrodunu daha çeynəmirdi. Nəhayət, Brutus Hovel 

sakit və düĢüncəli bir tərzdə dedi:  

–  Əgər  bizi  tutsalar,  hamımız  iĢimizi  itirəcəyik,  Pol.  Əgər  iĢ, 

sadəcə,  bununla  bitsə,  özümüzü  dünyada  ən  xoĢbəxt  adamlar  saya 

bilərik.  Məncə,  biz  üstəlik  “A”  blokunun  sakinləri  arasına  düĢəcəyik, 

orada çantalar tikəcək və hamama cüt-cüt gedəcəyik.  

– Hə, – deyə mən cavab verdim. Bu, baĢ verə bilər.  

–  Mən  sənin  nələr  hiss  etdiyini,  az  da  olsa,  təsəvvür  edirəm,  – 

deyə  Brutus  davam  etdi.  –  Sən  Murslar  ailəsini  bizdən  daha  yaxĢı 

tanıyırsan, Murs sənin həm rəisin, həm də köhnə dostundur. Mən yaxĢı 

baĢa  düĢürəm  ki,  sən  onun  arvadının  vəziyyəti  ilə  bağlı  narahatlıq 

keçirirsən... 

– O sənin öz həyatında rastlaĢmaq istəyəcəyin ən yaxĢı qadındır, 

– deyə mən cavab verdim, – və Melinda onun hər Ģeyidir.  

–  Lakin  səninlə Cenisdən fərqli olaraq biz onu elə də  yaxından 

tanımırıq, – Brutus dedi. – Elə deyilmi, Pol? 



www.vivo-book.com 

 

388 



–  Əgər  onu  tanısaydınız,  siz  də  onu  mənim  kimi  sevərdiniz,  – 

mən dedim. – Ən azından, əgər siz onu xəstəlik öz ağuĢuna almazdan 

öncə  tanısaydınız,  o  sizin  çox  xoĢunuza  gələrdi.  O,  hər  zaman 

cəmiyyət  üçün  bir  Ģeylər  etmək  üçün  var  qüvvəsi  ilə  çalıĢardı,  gözəl 

dost və mömin bir insandır. Bundan əlavə o, çox Ģən və hazırcavabdı, 

əlbəttə  ki,  xəstələnməmiĢdən  əvvəl.  O,  elə  Ģeylər  danıĢardı  ki,  siz 

qarnınızı  tutub  uğunardınız.  Lakin  bunların  heç  biri  onu  xilas  etmək 

istəməyimin  səbəbi  deyil,  əlbəttə  ki,  əgər  onu  xilas  etmək  hələ  də 

mümkündürsə. Onun baĢına belə bir bəlanın gəlməsi ədalətli deyil, heç 

ədalətli deyil. Nə gözlər üçün, nə qulaqlar, nə də ürəyinə qəbul etmək 

üçün, yox, ədalətli deyil.  

–  Çox  kübarca,  amma  düĢünmürəm  ki,  səni  belə  havalandıran 

Ģeyin  məhz  bu  olduğuna  mən  Ģübhə  edirəm,  –  deyə  Brutus  dilləndi. 

Məncə,  bütün  bu  həyəcan  Delin  baĢına  gələnlərlə  əlaqəlidir.  Sən 

nəyəsə görə müvazinət yaratmaq istəyirsən.  

O, haqlı idi. Əlbəttə, haqlı idi. Mən Melinda Mursu baĢqaları ilə 

müqayisədə daha yaxından tanıyırdım. Amma elə də yaxından yox ki, 

bu  uĢaqlardan  onun  üçün  öz  iĢ  yerlərini  təhlükəyə  atmalarını  xahiĢ 

edim...  bəlkə  də  öz  azadlıqlarını  da.  Ya  da  həm  iĢ  yerlərini,  həm  də 

azadlıqlarını. Mənim iki övladım var və mən istəməzdim ki, arvadım 

məktub  yazaraq  uĢaqlarıma  atalarının  nəyəsə  görə...  məhkəmə 

qarĢısına çıxmalı olduğunu bildirsin, nəyə görə axı? Bunun adının nə 




www.vivo-book.com 

 

389 



olacağını  mən  dəqiq  bilmirəm.  Böyük  ehtimalla,  həbsxanadan 

qaçmağa təhrik etmə və yardıma görə.  

Lakin  Delakruanın  ölümü  mənim  həyatımdakı  ən  dəhĢətli,  ən 

mənfur  hadisə  oldu,  özü  də  yalnız  iĢ  həyatımda  deyil,  ümumiyyətlə, 

həyatımda və mən bunda iĢtirak etmiĢdim. Biz hamımız bunda iĢtirak 

etmiĢdik,  çünki  Persi  Uetmorun  “E”  bloku  kimi  bir  yerdə  iĢləməyə 

tamamilə  yararsız  birisi  olduğunu  anlayandan  sonra  da  onun  bizimlə 

qalıb  iĢləməsinə  imkan  vermiĢdik.  Biz  bu  oyunun  iĢtirakçıları 

olmuĢduq.  Hətta  rəis  Murs  da  bu  oyunun  iĢtirakçısı  olmuĢdu.  “Persi 

kollektivdə olsa da, olmasa da, onun beyni onsuzda biĢiriləcək” – deyə 

o  mənə  söyləmiĢdi  və  bəlkə  də,  Delakruanın  elədiklərini  göz  önünə 

gətirsək,  onun  bu  sözləri  kifayət  idi.  Lakin  nəticədə  nə  oldu,  Persi 

onun  beynini  biĢirməklə  yetinmədi,  bundan  çox-çox  irəli  getdi:  o, 

kiçik fransızın gözlərini oyuqlarından çıxardı, onun üzünü yandırdı. O 

bunu nə üçün elədi? Ona görə ki, Del altı nəfəri qətlə yetirmiĢdi? Yox. 

Ona  görə  ki,  Persi  qorxusundan  Ģalvarını  isladanda,  balaca  fransız 

ehtiyatsızlıq  edərək  onu  lağa  qoymuĢ,  ona  gülməyə  cürəti  çatmıĢdı. 

Biz  hamımız  dəhĢətli  bir  aktın  iĢtirakçıları  olmuĢduq.  Persi  isə  bu 

hərəkətinə  görə  cəza  almaqdan  canını  qurtaracaqdı.  O,  xoĢbəxt  və 

dəniz  qabarması  kimi  sakit  bir  Ģəkildə  bir  müddət  sonra  Briar  Ricə 

keçəcəkdi  və  öz  qəddarlığını  təkmilləĢdirməsi  üçün  dəlilərlə  dolu  bir 

sığınacaq onun ixtiyarında olacaqdı. Bunun qarĢısını almaq üçün bizim 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə