www.vivo-book.com
398
yerinə mənim xəyalımda YaĢıl Milin sonunda yerləĢən anbar otağı,
neçə-neçə çətin uçağın sonuncu dəfə oturduğu elektrik stulu və yolun
altındakı tunelə aparan pilləkənlər meydana gəlirdi. Məhz orada, mən,
Brutus, Din və Harri, Delakruanın tüstülənən cəsədinin qarĢısında
Persini dövrəyə alaraq, onu Briar Ricdəki dəlixanaya keçməsi ilə bağlı
ərizə verəcəyi haqqında bizə etdiyi vədini təkrar etməyə məcbur
etmiĢdik.
Solariumda həmiĢə tər çiçəklər olur, lakin dünən günortaya
yaxın mən yalnız ölünün yanmıĢ bədəninin zəhərli iyindən baĢqa, heç
nə hiss etmirdim. Pəncərənin altındakı çəmənlikdə eĢidilən motorlu
otbiçənin səsi yavaĢ-yavaĢ tunelin tağlı kərpic tavanından süzülərək
damcılayan suyun səsi ilə əvəz olunurdu. Zamanda səyahət davam
edirdi. Bədənim burada olsa da, mən ruhum və düĢüncəm ilə 1932-ci
ilə səyahətə çıxmıĢdım.
Mən nahara getmədim, təxminən axĢam saat dördə qədər
yazmaqla məĢğul oldum və nəhayət, qələmi kənara qoyanda, əlimin
ağrıdan sızıldadığını hiss etdim. Mən pilləkənlərlə asta-asta ikinci
mərtəbədəki dəhlizə endim. Orada iĢçilərin maĢın dayanacağına açılan
bir pəncərə var. Mənim gəzinti zamanı hara getdiyim və nə iĢlə məĢğul
olduğum haqqında çox maraqlanan Bred Dolan – mənə Persini
xatırladan sanitar – bamperinə yapıĢdırılmıĢ etiketdə “Mən Allahı
görmüĢəm və Onun adı Tritondur” yazılmıĢ köhnə “ġevrole” sürürdü.
Onun maĢını dayanacaqda gözə dəymirdi. Deyəsən, onun növbəsi
www.vivo-book.com
399
bitmiĢdi və o, evi adlandırdığı hansısa bağçaya getmiĢdi. Mən
xəyalımda divarlarına skoçtla Ģəkillər yapıĢdırılmıĢ və künclərdə isə
Diksi pivə bankaları qoyulmuĢ bir tereyler canlandırdım.
Mən mətbəxdən keçərək bayıra çıxdım. Orada artıq Ģam yeməyi
hazırlanırdı.
– Sizin çantanızda nə var, cənab Eckum? – deyə Norton məndən
soruĢdu.
– BoĢ su ĢüĢəsi, – deyə mən cavab verdim. – Mən meĢənin
içində “gənclik bulağı” tapmıĢdım və hər axĢam təxminən elə bu
saatlarda ora gedir və çeĢmədən bir az su götürürdüm. Yatağa
girməzdən əvvəl, mən o sudan içirəm. Çox əla sudur, sizi inandırıram.
– Deyəsən, o su sənin cavan qalmağına kömək edir, – deyə
ikinci aĢpaz Corc dilləndi. – Amma sənin görkəmindən bunu söyləmək
çox çətindir.
Onun sözünə hamımız güldük və mən çölə çıxdım. Dolanın
avtomobili dayanacaqda olmasa da, mən onun yaxınlıqda olub-
olmadığına əmin olmaq üçün ətrafa baxdığımı anladım, onun içimin
belə dərinliyinə nüfuz etməsinə imkan verdiyimə görə özümü əbləh
adlandırdım və kroket meydançasından keçdim. Meydançanın
arxasında qolf üçün çəmənlik var və o, Corciya Paynzın reklam
bukletlərində daha gözəl görünür, onun arxasında isə qocalar evinin
Ģərqindəki sıx ağaclığa tərəf uzanan dar bir cığır baĢlayır. Bu cığırla
irəliləyərkən, qarĢınıza iki köhnə saray çıxacaq, indi onlardan heç kim
www.vivo-book.com
400
istifadə eləmir. Corciya Paynzın ərazisini 47-ci Corciya Ģosesindən
ayıran hündür daĢ divarın lap yaxınlığında olan ikinci saraya girdim və
bir neçə dəqiqə orada qaldım.
Həmin axĢam mən yaxĢı marĢ eləmiĢdim, bir qədər televizora
baxandan sonra erkəndən yatmağa getmiĢdim. Gecələrin çoxunda mən
yuxudan ayılar, barmaqlarımın ucunda televizor otağına enər və
amerkan klassik filmləri kanalında göstərilən köhnə filmlərə baxardım.
Lakin keçən gecə bu belə olmadı, mən ölü kimi yatdım və
ədəbiyyatdakı bu sərgüzəĢtlərimə baĢladığım gündən bəri məni təqib
edən yuxuların heç birini görmədim. Deyəsən bu yazı iĢi məni lap
yorub əldən salmıĢdı, axı mən indi, əvvəllər olduğum kimi cavan
deyildim.
Yuxudan ayıldım və həmiĢə səhər saat altıda döĢəmədə
gördüyüm günəĢ Ģüalarının artıq mənim yatağımın ayaq hissəsinə
qədər gəlib çıxdığını görəndə, həyəcanla cəld yerimdən dik atıldım, elə
həyəcanlı idim ki, hətta ombalarımda, dizlərimdə və topuqlarımda
həmiĢə məni incidən artrit ağrılarını belə, hiss etmədim. Mən
bacardığım qədər cəld geyindim və dəhlizlə iĢçilərin dayanacağına
açılan həmin pəcərəyə tərəf tələsdim, mən ümid edirdim ki, Dolanın
öz “Ģevrole”sini saxladığı yerin boĢ olduğunu görəcəyəm. Çünki bəzən
onun iĢə yarım saat gecikdiyi vaxtlar da olurdu...
Bu dəfə bəxtim gətirməmiĢdi. Onun avtomobili öz yerində
dayanmıĢdı və onun paslı gövdəsi səhər günəĢinin Ģüalarının altında
www.vivo-book.com
401
donuq parıltı verirdi. Deyəsən, son zamanlar mister Dolanın iĢə
vaxtında gəlməsi üçün vacib səbəbləri vardı, düz demirəmmi? Bəli.
Qoca Polli səhər tezdən harasa gedir və nəyləsə bərk məĢğuldur və
mister Dolan da onun nə ilə məĢğul olduğunu hökmən öyrənməlidir.
“Sən orada nə eləyirsən, Polli? Mənə de görüm.” O, yəqin ki, artıq
məni izləyir. Elə olduğum yerdə qalmaq çox ağıllı bir hərəkət olaradı...
əlbəttə, əgər qala bilsəydim.
– Pol?
Mən səs gələn tərəfə elə cəld döndüm ki, az qala yıxılacaqdım.
Gələn, mənim dostum Eleyn Konnolli idi. Mənim müvazinətimi
itirdiyimi görəndə, onun gözləri bərəldi və məni tutmaq üçün əllərini
mənə tərəf uzatdı. Amma onun xoĢbəxtliyindən mən öz müvazinətimi
bərpa edə bildim, əgər onun qollarının üstünə yıxılsaydım, məni onu
quru budaq kimi ikiyə bölə bilərdim. Sən səksən yaĢdan sonra qarĢına
çıxan qəribə bir ölkəyə düĢəndə, romantik duyğular ölmür, amma sən
“Küləklə sovrulanlar”ın süjetini unuda bilərsən.
– BağıĢla məni, deyə Eleyn üzr dilədi, – mən səni qorxutmaq
istəmirdim.
– Hər Ģey qaydasındadır, deyə cavab verdim və gülümsəməyə
çalıĢdım. Belə oyanmaq üzünə bir ovuc soyuq suyun atılmasından
daha yaxĢıdır. Hər səhər bunu etmən üçün mən səni qulluğa
götürərdim.
Dostları ilə paylaş: |