Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə102/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   98   99   100   101   102   103   104   105   ...   158

www.vivo-book.com 

 

406 



Bu  səsi  eĢidən  kimi  mən  dərhal  mətbəxə  tərəf  yönəldim,  amma 

yavaĢ  addımlarla  –  nə  qədər  ki  mənim  yolumun  üstündə  Dolanın 

olmadığına əmin idim, tələsməyim üçün heç bir lüzum yoxdu. Nə baĢ 

verdiyinə  baxmaq  üçün  televizor  otağından  (burada  oranı  istirahət 

mərkəzi adlandırırdılar, əsl mənasız olanı da elə bu idi) əksəriyyətinin 

əynində  xalat  olan  bir  dəstə  qoca  bayıra  çıxdı.  Onların  arasında  Çak 

Haulandı görəndə, sevindim. 

–    Eckum,  –  deyə  Kent  Eyveri,  bir  əli  ilə  qoltuqağacından 

yağıĢaraq, o biri  əli ilə pijama Ģalvarının qasıq  hissəsini  dartıĢdıraraq 

qıĢqırdı.  Bu  əsl  həyəcan  siqnalıdır,  yoxsa  yenə  elə-belə?  Səncə, 

hansıdı? 

–  Məncə, bunu demək mümkün deyil. 

Elə  həmin  an  qərb  cinahına  tələsərək  və  televizor  otağının 

qapısının  ağzına  toplaĢmıĢ  adamlara  hər  Ģey  aydın  oluncaya  qədər 

binanı  tərk  etməyi  əmr  edərək  üç  sanitar  qaça-qaça  yanımızdan 

keçdilər. Onların üçüncüsü Bred Dolan idi. Mənim yanımdan keçərkən 

o, heç çevrilib mənə tərəf baxmadı belə və bu da məni sonsuz dərəcədə 

sevindirdi.  Mən  mətbəxə  tərəf  addımlayarkən,  ağlıma  gəldi  ki,  Eleyn 

Konneli  ilə  Pol  Eckumun  komandası  bir  düjün  Bred  Dolanlara  və 

yarım düjün Persi Uetmorlara dəyərdi.  

Mətbəxdə aĢpazlar yanğından mühafizə siqnalizasiyasına heç bir 

əhəmiyyət vermədən səhər yeməyinin qalıqlarını təmizləyirdilər.  




www.vivo-book.com 

 

407 



–  Bura bax, mister Eckum, – Corc dedi. – Məncə, Bred Dolan 

səni axtarırdı. Siz yəqin yolda ona rast gəlməmisiniz. 

“Bəxtəvər baĢıma” – deyə düĢündüm. Amma uca səslə dedim ki, 

mister  Dolanın  yanına  bir  azdan  gedərəm.  Sonra  ondan  səhər 

yeməyindən qızardılmıĢ çörək tikələrinin qalıb-qalmadığını soruĢdum.  

–  Əlbəttə, qalıb, – deyə Norton cavab verdi, – amma onlar daĢ 

kimi soyuyub. Bu gün gecikmisiniz. 

–  Hə, gecikmiĢəm, – deyərək razılaĢdım. – Amma yaman acam. 

–  Bir dəqiqəyə sizin üçün yenilərini qızardaram, – deyərək Corc 

əlinə çörəyi aldı. 

–  Lazım deyil, elə soyuq da yarıyar, – deyərək mən ona çörəyi 

doğramağa  qoymadım.  O,  (üzündə  karıxmıĢ  bir  ifadə  ilə  –  əslində, 

onların  hər  ikisi  də  karıxmıĢ  görünürdülər)  bir  neçə  çörək  tikəsini 

mənə  uzatdı  və  yeməyimi  götürüb  cəld  mətbəx  qapısından  bayıra 

çıxdım. Bu zaman özümü, bir vaxtlar uĢaqlıq çağlarımda olduğu kimi, 

əlində yemək bağlaması ilə dərsdən qaçaraq balıq tutmağa gedən oğlan 

uĢağı kimi hiss edirdim.  

Mətbəxdən  bayıra  çıxdığım  anda,  qeyri-ixtiyarı  gözlərimlə 

Dolanı  axtararaq  ətrafa  nəzər  saldım,  Ģübhəli  heç  nə  görməyərək 

əlimdəki qızardılmıĢ çörək tikələrindən birini çeynəyə-çeynəyə kroket 

meydançasından, sonra isə qolf çəmənliyindən keçdim. MeĢənin içinə 

daxil  olub  orada  sığınacaq  tapandan  sonra,  addımlarımı  bir  qədər 




www.vivo-book.com 

 

408 



yavaĢlatdım  və  cığırla  getməyə  baĢladım.  Xəyalım  yenə  məni 

sürükləyib Delakruanın dəhĢətli ölümündən sonrakı günə aparırdı. 

Həmin səhər Hal Mursla danıĢmıĢdım, o mənə dedi ki, baĢındakı 

ĢiĢə  görə  Melinda  qəfildən  hamıya  lənətlər  yağdırır  və  ədəbsiz 

söyüĢlər söyür... sonralar arvadım bunun Tourette Sindromu olduğunu 

müəyyən  etmiĢdi  (o  bunu  yəqin  təxmin  etmiĢdi,  çünki  bunun, 

həqiqətən,  belə  olub-olmadığını  o  özü  də  dəqiq  bilmirdi).  Mursun 

səsindəki  titrəyiĢ  və  Con  Koffinin  həm  mənim  sidik  yolları 

infeksiyamı,  həm  də  Delakruanın  sevimli  siçanının  sınmıĢ  belini 

möcüzəli  bir  Ģəkildə  sağaltmasını xatırlamam,  məni  bir  Ģey  haqqında 

düĢünməklə  onu  icra  etmək  arasındakı  nazik  sərhəddin  kənarına 

itələmiĢdi.  

Lakin  bunlardan  əlavə  bir Ģey də vardı.  Bu, Con Koffinin  əlləri 

və mənim ayaqqabım ilə bağlı bir Ģey idi.  

Mən birlikdə iĢlədiyim və uzun illər öz həyatımı etibar elədiyim 

dostlarımı – Din Stantonu, Harri Tervilligeri, Brutus Hovelli – evimə 

çağırdım.  Onlar  Delakruanın  edamından  bir  gün  sonra  bizə  nahara 

gəldilər və mən öz planımı onlara nağıl edərkən, diqqətlə mənə qulaq 

asdılar.  Əlbəttə,  onlar  hamısı  Con  Koffinin  siçanı  necə  sağaltdığını 

bilirdilər;  Brutus  isə  hər  Ģeyi  öz  gözləri  ilə  görmüĢdü.  Ona  görə  də, 

Con Koffini Melinda Mursun yanına aparsaq, yeni bir möcüzənin baĢ 

verəcəyini  mən  söyləyəndə,  onlar  mənim  bu  fikrimə  gülməmiĢdilər. 




www.vivo-book.com 

 

409 



Ən  qorxduğum  sualı  da  elə  Din  Stanton  vermiĢdi:  “Con  Koffini 

Mursların evinə aparanda, birdən o, qaçsa, biz onda nə edərik?”  

–  Birdən o. daha bir adamı qətlə yetirdi, onda nə olacaq? – deyə 

Din soruĢdu. – Mən öz iĢimi itirmək, ya da buna görə türməyə düĢmək 

istəmirəm.  Mənim  dolandırmalı  olduğum  arvadım  və  iki  balaca 

uĢağım  var.  Bütün  bunlarla  yanaĢı,  ən  çox  qorxduğum  Ģey  isə  baĢqa 

bir  qız  uĢağının  öldürülməsində,  dolayı  da  olsa,  günahkar  olmaq  və 

buna görə vicdan əzabı çəkməkdir. 

Onun  sözlərindən  sonra  ətrafa  sükut  çökdü,  sonra  isə  mənim 

cavabımı  gözləyərək  hamı  mənə  tərəf  baxdı.  Mən  bilirdim  ki,  artıq 

dilimin  ucunda  olanları  onlara  danıĢsam,  hər  Ģey  kökündən 

dəyiĢəcəkdi; biz geri dönüĢü olmayan həddi artıq çoxdan keçmiĢdik.  

Ən  azından,  mənim  üçün  geri  dönüĢdən  söhbət  gedə  bilməzdi. 

Ona görə də, mən ağzımı açıb bu suallara cavab verməyə baĢladım.  

 

 

 



 

 



–  Bu baĢ verməyəcək.  

–  Allah  xatirinə,  bir  de  görüm,  axı  sən  bundan  niyə  belə 

əminsən? – deyə Din soruĢdu.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə