Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə103/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   99   100   101   102   103   104   105   106   ...   158

www.vivo-book.com 

 

410 



Mən  susaraq  ona  cavab  vermədim,  çünki  nədən  baĢlayacağımı 

bilmirdim.  Əlbəttə,  nə  vaxtsa  bu  haqda  danıĢmalı  olacağımı  yaxĢı 

bilirdim,  amma  yenə  də  ağlımda  və  ürəyimdə  olanları  onlara 

danıĢmağa haradan baĢlayacağımı bilmirdim. Brutus dadıma yetdi.  

–  Sən onun qatıl olduğunu düĢünmürsən, düz demirəmmi, Pol? 

–  deyərək  Brutus  Ģübhə  ilə  mənə  baxdı.  –  Sən  düĢünürsən  ki,  o, 

yekəpər əbləhin heç bir günahı yoxdur. 

–  Hə, məncə, onun günahı yoxdur, o məsumdur.  

–  Allah xatirinə, de görüm, niyə belə düĢünürsən, axı? 

–  Buna iki səbəb var, – deyə mən cavab verdim. – Onlardan biri 

mənim ayaqqabımdır.  

–  Sənin ayaqqabın? – Brutus həyəcanla dedi. – Con Koffinin iki 

qız  uĢağını  öldürüb-öldürmədiyinə  sənin  ayaqqabının  nə  dəxli  ola 

bilər? 


–  Keçən gecə mən ayaqqabılarımdan birini çıxarıb ona verdim, 

–  deyə  cavab  verdim.  –  Edamdan  sonra  hər  Ģey  bir  az  sakitləĢəndə, 

bunu  etmiĢdim.  Mən  ayaqqabımı  dəmir  barmaqlıqların  arasından 

kameranın  içinə  tərəfə  itələdim  və  o  öz  iri  əli  ilə  onu  götürdü.  Mən 

ondan  ayaqqabının  qaytanını  bağlamasını  xahiĢ  etdim.  Mən  əmin 

olmaq istəyirdim, çünki bizim bütün “çətin uĢaqlarımız”, adətən, Ģap-

Ģup  geyinirlər,  amma  intihar  etməyi  düĢünən  birisi,  əgər  qərarında 

qətidirsə,  bunu  ayaqqabı  qaytanı  ilə  edə  bilər.  Bunu  hamımız  yaxĢı 

bilirik. 



www.vivo-book.com 

 

411 



Onlar baĢlarını yırğaladılar. 

–  Koffi ayaqqabını dizlərinin üstünə qoydu və qaytanın uclarını 

düzgün Ģəkildə çarpazlaĢdırdı, sonra isə nə edəcəyini bilməyərək çaĢıb 

qaldı. O mənə dedi ki, nə vaxtsa, o, hələ uĢaq olanda, kimsə ona bunu 

etməyi  öyrətmiĢdi  –  bəlkə  də  atası  ya  da  atası  onları  tərk  edəndən 

sonra anasının evə gətirdiyi aĢnalarından birisi – lakin indi bunu necə 

etməli olduğunu unudub.  

–    Mən  Brutusla  razıyam,  çünki  bunun  Con  Koffinin 

Detteriklərin  əkiz  qızlarını  öldürüb-öldürmədiyi  ilə  nə  əlaqəsi  olduğu 

mən də aydın deyil, – deyə Din dilləndi. 

Onda mən uĢaqların oğurlanması və qətli ilə bağlı hekayəyə bir 

də  qayıtmalı  oldum.  Həmin  isti  gün  qasığım  alıĢıb  yanarkən  və 

Gibboms  bir  küncdə  oturub  xoruldayarkən,  həbsxana  kitabxanasında 

oturub  qəzetlərdən  oxuduqlarımın  və  bir  qədər  sonra  jurnalist 

Hammersmitin mənə danıĢdıqlarının hamısını onlara nəql etdim.  

–    Detteriklərin  iti  diĢləyən  olmasa  da,  əla  hürürdü.  Qızları 

qaçıran  adam  iti  sakitləĢdirmək  üçün  ona  kolbasa  tikələri  veribmiĢ. 

Zənnimcə,  hər  dəfə  tikəni  itə  atandan  sonra,  qatil  yəqin  ki,  bir  neçə 

addım  itə  yaxınlaĢırmıĢ.  Yəqin  it  sonuncu  tikəni  çeynəyəndə,  o,  itin 

baĢından  tutub  və  buraraq  onun  boynunu  sındırıb.  Bir  qədər  sonra, 

onlar  Koffini  haqlayanda,  dəstəyə  rəhbərlik  edən  ġerifin  köməkçisi  – 

onun  adı  Rob  Makgi  idi  –  Koffinin  kombinezonunun  döĢ  cibinin 

qabardığını  görüb.  Əvvəlcə,  Makgi  bunun  silah  ola  biləcəyini 



www.vivo-book.com 

 

412 



düĢünüb.  Koffi  isə  cibində  qəlyanaltı  olduğunu  deyib.  Yoxlayanda 

görüblər ki, onun cibindəki doğrudan da yemək imiĢ: qəzetə bükülmüĢ 

və  üstündən  də  viĢlə  bağlanmıĢ  iki  buterbrod  və  bir  duzlu  xiyar.  Bu 

qəlyanaltını  ona  kimin  verdiyini  Koffi  xatırlamırdı,  bircə  xatırlaya 

bildiyi onun önlük geyinmiĢ bir qadın olduğu idi.  

–  Buterbrodlar və duzlu  xiyar, amma kolbasa olmayıb,  – deyə 

Brutus dilləndi. 

–  Hə, kolbasa olmayıb, – deyə mən razılaĢdım.  

–  Əlbəttə ki, kolbasa olmayıb, – deyə Din dilləndi, – çünki onu 

itə yetirib.  

–    Hə,  məhkəmədə  də  ittihamçı  belə  söylədi,  –  deyə  mən 

razılaĢdım.  –  Bəs  əgər  Koffi  öz  bağlamasını  açıb  kolbasanı  itə 

yediribsə,  ondan  qəzeti  yenidən  viĢlə  necə  bağlayıb?  Mən  onun  buna 

vaxtı  olub-olmadığını  belə  bilmirəm,  amma  gəlin  hələlik  bunu  bir 

kənara qoyaq. Bu adam heç adi düyün belə vura bilmir.  

Mənim  dediklərindən  sonra  dərin  bir  sükut  çökdü.  Nəhayət,  bu 

sükutu Brutus pozdu. 

–    Aman  Allah!  –  deyə  o,  astadan  pıçıldadı.  –  Bəs  nə  üçün 

məhkəmədə heç kim bunu söyləməyib?  

–    Çünki  bu,  sadəcə,  heç  kimin  ağlına  gəlməyib.  –  deyə  mən 

cavab  verdim  və  yenə  Hammersmiti  xatırladım  –  jurnalist 

Hammersmiti, o Hammersmiti ki, Boulinq Qrində kollec bitirmiĢdi, o 

Hammersmiti  ki,  özünü  ziyalı  hesab  etməkdən  xoĢlanırdı,  o 



www.vivo-book.com 

 

413 



Hammersmiti  ki,  həyət  itləri  ilə  zəncilərin,  demək  olar  ki,  eyni  Ģey 

olduğunu, onların hər ikisinin də, heç bir səbəb olmadan, səni qəfildən 

diĢləyə  biləcəyini  mənə  demiĢdi.  Bir  də  o,  durmadan  “sizin 

zənciləriniz”  deyirdi,  elə  bil  onlar  hələ  də  mülkiyyət  idilər...  amma 

onun mülkiyyəti deyildilər. Yox, onun mülkiyyəti deyildilər. Heç vaxt 

da onun mülkiyyəti olmamıĢdılar. Həmin vaxtlar cənubda hər yan belə 

Hammersmitlər  ilə  dolu  idi.  –  Heç  kim  bu  haqda  düĢünmək 

“iqtidarında” olmayıb, hətta Koffinin vəkili belə. 

–  Amma sən düĢünmüsən, – deyə Harri dilləndi. – Ġlahi, uĢaqlar, 

sən  demə  biz  mister  ġerlok  Holmsun  yanında  oturmuĢuq.  –  Onun 

səsində, eyni zamanda həm zarafat, həm də heyrət notları duyulurdu.  

–    Sən  də  çox  ĢiĢirtmə,  –  mən  dedim.  –  Həmin  gün  onun 

Makgiyə  dediklərini  mənim  infeksiyamı  və  siçanın  yaralarını 

sağaldandan sonra dedikləri ilə müqayisə etməsəydim, bunu düĢünmək 

mənim də ağlıma gəlməzdi. 

–  Nə? – deyə Din soruĢdu.  

–    Mən  onun  kamerasına  girəndə,  elə  bil  hipnoz  altında  idim. 

Mənə  elə  gəlirdi  ki,  bütün  iradəmi  toplayıb  dirənsəydim  belə,  onun 

iradəsinə təslim olmaya bilməzdim.  

–    Bu  eĢitdiklərim  heç  xoĢuma  gəlmədi,  –  Harri  dilləndi  və 

stulunda narahatlıqla qurcalandı.  

–    Mən  onun  nə  istədiyini  soruĢdum,  o  da  cavabında  dedi: 

“Sadəcə,  kömək  etmək”.  Bu  mənim  dəqiq  yadımdadır.  Hər  Ģey 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə