www.vivo-book.com
418
isterikaya qapılaraq ağlamağa baĢlayır. Onlar da Koffini məhz belə bir
vəziyyətdə tapmıĢdılar.
– Bəs nə üçün o, qızları tapdığı yerdə qalmamıĢdı? – deyə
Brutus soruĢdu. – Nə üçün onları çayın kənarı ilə cənuba aparmıĢdı?
Bir fikrin varmı?
– DüĢünürəm ki, əvvəlcə, o. elə orada qalıbmıĢ. Məhkəmədə
təkrar-təkrar deyirdilər ki, orada böyük bir ərazidə otlar tamam
əzilmiĢdi, Con Koffi isə nəhəng bir adamdır.
– Con Koffi, onun anasını belə-belə, həqiqətən, nəhəngdir, –
mənim arvadım eĢitməsin deyə, Harri səsini az qala pıçıltı
səviyyəsinədək qısaraq dedi:
– O, etdiklərinin bir iĢə yaramadığını görəndə, bəlkə də təlaĢa
qapılıb. Bəlkə də qatilin hələ də meĢədə olduğunu və onun
hərəkətlərinə göz qoyduğunu güman edib. Özünüz də bilirsiniz ki, Con
Koffi nəhəng bir adam olsa da, elə də cürətli sayılmaz. Yadındadırmı,
Harri,
Koffi
bizdən
gecə
vaxtı blokda iĢıqları söndürüb
söndürmədiyimizi soruĢmuĢdu?
– Hə, yadımdadır. O zaman onun ölçülərinə baxıb bu sualın necə
gülməli olduğunu düĢünməyim də yadımdadır. – Harri fikirli və
sarsılmıĢ görülürdü.
– Əgər o, qızları öldürməyibsə, bəs onda kim öldürüb? – deyə
Din soruĢdu.
Mən baĢımı buladım.
www.vivo-book.com
419
– Kimsə baĢqa birisi. Bu adam hər kimdirsə, məncə, ağdərilidir.
Ġttihamçı durmadan təkrar edirdi ki, Detteriklərin həyətindəki it kimi,
zorba bir heyvanın boynunu qırmaq üçün böyük güc lazımdır, lakin...
– BoĢ sözdür, – deyə Brutus nərildədi. Zorba itin boynunu on
iki yaĢlı qız da qıra bilər, bir Ģərtlə ki, iti qəfil yaxalasın və haradan
yapıĢacağını bilsin. Əgər bunu Koffi eləməyibsə, onda bunu istənilən
adam eləyə bilər... istənilən adam. Biz bunun kim olduğunu yəqin ki,
heç vaxt öyrənə bilməyəcəyik.
– Əgər o adam təkrar belə bir cinayət iĢləməsə, – mən dedim.
– Əgər o bu cinayəti Texasda, ya da Kaliforniyada etsə belə, biz
onun kim olduğunu öyrənə bilməzdik, – deyə Harri dilləndi.
Brutus arxaya söykəndi, yorulmuĢ uĢaq kimi yumruqları ilə
gözlərini ovuĢdurdu və sonra yenə əllərini dizlərinin üstünə qoydu.
– Bu, sadəcə, bir kabusdur, – deyə o davam etdi. – Bizim bloka
bəlkə də günahsız bir insan salınıb – bəlkə də onun heç bir günahı
yoxdur – və o, hökmən YaĢıl Mildən keçməlidir, bunun qarĢısını
almaq mümkün deyil, bu, gecədən sonra səhərin açılması kimi,
labüddür. Bəs biz nə etməliyik? Əgər biz onun Ģəfalı barmaqları
haqqında danıĢsaq, hamı bizə güləcək və heç bir fərqi yoxdur,
nəticədə, onsuzda da onu odda biĢirəcəklər.
– Bu haqda sonra düĢünərik, – mən mövzunu dəyiĢmək üçün
dedim, çünki bu suala nə cavab verəcəyimi bilmirdim. Ġndi əsas
məsələ odur ki, biz Melinda üçün bunu edirik, ya yox. Mən bir addım
www.vivo-book.com
420
geri çəkilib bir neçə gün vəziyyəti bir qədər götür-qoy etməyi təklif
edərdim, amma düĢünürəm ki, hər keçən gün onun Melindaya kömək
etmək iqtidarında olmayacağı riskini artırır.
– Yadınızdadırmı, o, əlini barmaqlıqların arasından siçana necə
uzadırdı? – deyə Brutus soruĢdu. – “Nə qədər ki, hələ vaxt var, siçanı
mənə verin” – o deyirdi. “Nə qədər ki, hələ vaxt var.”
– Hə, yadımdadır.
Brutus bir qədər düĢündü və baĢını yırğaladı.
– Mən razıyam. Mən Delin baĢına gələnlərə görə də özümü çox
pis hiss edirəm, amma hər Ģeydən çox, bilmək istəyirəm ki, görüm o,
Melindaya toxunanda, nə baĢ verəcək. Bəlkə də heç nə baĢ
verməyəcək, amma bəlkə də...
– Mən bu nəhəngi blokdan çıxara biləcəyimizə belə, Ģübhə
edirəm, – deyə Harri söhbətə qoĢuldu və sonra dərindən bir ah çəkib
baĢını yırğaladı. – Bu kimin vecinədi ki? Mən də sizinləyəm.
– Mən də, – Din dedi. – Bəs blokda kim qalacaq, Pol? Bəlkə
çöp çəkək?
– Yox, ser, – mən dedim. – Heç bir püĢkatma olmayacaq.
Blokda sən qalacaqsan.
– Deməli, belə oldu, hə? Mənə bunu sən deyirsən? – deyə Din
üzündə acıqlı və incik bir ifadə ilə qıĢqırdı. O, eynəyini çıxarıb
ĢüĢələrini qeyzlə öz köynəyinə sürtməyə baĢladı. – Bu nə axmaq
fikirdir?
www.vivo-book.com
421
– Əla fikirdir. Sənin məktəbə gedən balaca uĢaqların var, – deyə
Brutus dilləndi. – Mənimlə Harri isə hələ subayıq. Pol evli də olsa,
onun uĢaqları artıq böyüyüblər və ən azından, öz baĢlarına çarə qıla
bilərlər. Biz isə çox təhlükəli bir iĢə baĢlamağı planlaĢdırırıq və
tutulacağımıza, demək olar ki, hamımız əminik, – deyərək o, üzündə
təlaĢsız bir ifadə ilə mənə baxırdı. – Sənin qeyd eləmədiyin bir Ģey var,
Pol, o da budur ki, tutalım, biz Con Koffinin həbsxanadan çıxara
bildik və onun Ģəfalı barmaqlarının Melindaya heç bir faydası olmadı,
onda Hal Murs özü bizi içəri atdırar. – O. susaraq buna mənim cavab
verməyimi və bəlkə də onun dediklərini təkzib etməyimi gözlədi,
amma mən nə deyəcəyimi bilmirdim, ona görə də susmağı daha üstün
tutdum. Brutus Dinə tərəf dönərək davam etdi: – Məni səhv baĢa
düĢmə, əgər bu iĢin üstü açılarsa, sən də iĢini itirəcəksən, amma
burada qalsan, həbsxanaya düĢməkdən qurtulmaq üçün, kiçik də olsa,
Ģansın olar. Persi elə düĢünəcək ki, bütün bunlar zarafat imiĢ, əgər
növbətçi masasının arxasında qalmıĢ olsan, sən də bunu belə baĢa
düĢdüyünü iddia edə bilərsən, biz də sənə baĢqa heç nə deməmiĢik.
– Bu, yenə də mənim xoĢuma gəlmir, – deyə Din etiraz etsə də,
onun səsindən baĢa düĢülürdü ki, istəsə də, istəməsə də vəziyyətlə
barıĢmalı olacağını anlayıb. UĢaqlar haqqında deyilənlər onu
inandırmıĢdı. – Hər Ģeyi elə bu gecə eləmək istəyirsiniz? Buna
əminsinizmi?
Dostları ilə paylaş: |