www.vivo-book.com
427
– Çox məzəli uĢaqlarsınız, – Persi dedi, amma etiraz etmədi.
Hətta həmin gün döĢəmənin ən azı iki dəfə yuyulması faktını belə
qeyd etmədi. Məncə, o bizdən uzaq durmaq üçün əlinə düĢən bu
fürsətə hətta sevinirdi də.
Mən bizdən əvvəlki növbənin hesabatını gözdən keçirdim və
bizim üçün maraqlı ola biləcək heç nə tapmayaraq Uortonun
kamerasına tərəf getdim. O, dizlərini qucaqlayaraq öz çarpayısında
oturmuĢdu və gülümsəyərək üzündə ədavətli bir ifadə ilə mənə
baxırdı.
– Görün bizə kim təĢrif gətirib – böyük boss gəlib, – o dedi, –
həyatın özü qədər böyük və ondan iki dəfə iyrənc. Sən dizə qədər
donuz peyinin içində olsaydın, daha xoĢbəxt görünərdin, boss Eckum.
Hə, nədi, evdən çıxanda, arvadın sənin Ģeyini yaxĢıca dartıĢdırıb? Hə?
– Hə, iĢlər necədi, körpə bala? – mən tərzimi pozmadan ondan
soruĢdum və bunu görəndə onun üzü həqiqətən iĢıqlandı. O, ayaqlarını
uzadıb ayağa qalxdı və gərnəĢdi. Onun üzündəki təbəssüm bir az da
geniĢləndi, sifətindəki kin və ədavət ifadəsi isə harasa yox olub getdi.
– Lənətə gələsən, bax belə, – o dedi. – Nəhayət ki, sən mənim
adımı bir dəfə olsun düz söylədin. Sənə nə olub, boss Eckum?
Xəstələnib eləməmisən ki?
Yox, mən xəstə deyildim. Mən xəstə olanda, Con Koffi mənim
qayğıma qalmıĢdı. Onun əlləri ayaqqabı qaytanını necə bağlamaq
www.vivo-book.com
428
lazım olduğunu daha bilməsə də, əgər nə vaxtsa bilibsə, çoxlu baĢqa
Ģeyləri bilir. Əlbəttə, o əllər baĢqa Ģeyləri bilir.
– Bura bax, dostum, mən ona dedim. – Əgər sən Azğın Billi
əvəzinə, Körpə Billi olmaq istəyirsənsə, mənim üçün bunun heç bir
fərqi yoxdur.
O, təkəbbürlə dodaqlarını ĢiĢirərək fısıldadı, lap elə Cənubi
Amerikanın çaylarında yaĢayan, belindəki və bədəninin yanlarındakı
tikanları ilə insanı sancaraq ölümcül yaralaya bilən o iyrənc balıq kimi.
YaĢıl Mildə iĢlədiyim bu müddət ərzində, mən çox təhlükəli insanlarla
üzləĢməli olmuĢam, amma Billi Uorton kimi iyrəncləri çox az rastıma
çıxıb. Billi Uorton özünü böyük bir cinayətkar hesab edir, amma onun
həbsxanadakı davranıĢı kameranın dəmir barmaqlıqlarının arasında
kiminsə üstünə tüpürmək və iĢəmək kimi xırda dəcəlliklərdən kənara
çıxmırdı. Ona görə də, o bizdən gözlədiyi və layiq olduğunu
düĢündüyü hörməti görmürdü. Lakin həmin gecə mən onun itaətkar
olmasını istəyirdim. Hətta bunun üçün onu yumĢaq sabunla yumalı
olsaydım belə, bunu böyük həvəs və sevinclə edərdim.
– Mənimlə Körpə arasında ortaq cəhətlərimiz həddən artıq
çoxdur, yaxĢı olar ki, mənim dediklərimə inanasan, – Uorton dedi. –
Mən ucuz mallar dükanından nabat oğurladığıma görə buraya
salınmamıĢam. – Sonra elə bil, onun arxasından tutub elektrik
stulundan cəmi yetmiĢ addım aralı olan kameralardan birinə
salmamıĢdılar, əksinə Fransız Əcnəbi legionunun qəhrəman
www.vivo-book.com
429
briqadasının tərkibinə alınmıĢ bir adam kimi təkəbbürlə dedi: – Mənim
Ģam yeməyim hanı?
– Bəsdi, Körpə, raportda qeyd edilib ki, sən öz Ģam yeməyini
saat altıya on dəqiqə qalmıĢ yemisən. Ət ruleti ilə püre və noxud. Məni
belə asanlıqla aldada bilməzsən.
O, bərkdən gülərək yenidən çarpayısına oturdu.
– Onda radionu qoĢ. – O, “radio” sözünü elə söylədi ki, lap o
keçmiĢ illərdə insanlar zarafat edərkən söylədikləri kimi, əllinci illərin
jarqonu olan “rəddi-o” (qəĢəng, ciddi və hər Ģeyi baĢa düĢən kiĢiyə
edilən emosional müraciət forması – tərcüməçidən) sözü ilə həmqafiyə
səsləndi. Ən təəccüblüsü odur ki, əsəbləri simli alət kimi səs çıxaracaq
qədər tarıma çəkildiyi bir dövr haqqında insan bu qədər Ģeyi xatırlaya
bilər.
– Bəlkə bir az sonra, dostum, – mən dedim və onun
kamerasından aralanaraq dəhlizə baxdım. Brutus dəhlizin o biri baĢına
gedib karser kamerasının qapısının iki kilid əvəzinə bir kilidlə bağlı
olduğuna əmin olmaq üçün qapını yoxlayırdı. Qapının bir kilidinin
bağlı olduğunu mən də bilirdim, çünki bir az əvvəl onu özüm
yoxlamıĢdım. Bir qədər sonra biz bu qapını, mümkün olduqca, tez
açmalı olacaqdıq. Uzun illər ərzində bu otaqda yığılmıĢ köhnə-
kürüĢləri də ora-bura daĢımağa vaxt sərf etməli olmayacaqdıq, çünki
Uorton bizim Ģən dəstəmizə qoĢulandan sonra biz karser otağındakı
zir-zibili bayıra daĢıyaraq onları çeĢidləmiĢ və baĢqa yerlərə
www.vivo-book.com
430
yığmıĢdıq. Bizə elə gəlmiĢdi ki, divarları yumĢaq olan bu otaqdan biz
hələ çox istifadə etməli olacaqdıq, ən azından “Körpə Billi” YaĢıl
Mildə öz son səfərinə çıxana qədər.
Adətən, belə vaxtlar uzun və yoğun ayaqlarını çarpayısının ayaq
tərəfindən aĢağı salladaraq üzü divara uzanan Con Koffi, çarpayının
kənarında oturub onun üçün normal olmayan sayıqlıq və bəsirətlə
Brutusa baxırdı. Onun gözlərindən həmiĢə axan göz yaĢları da
görünmürdü.
Brutus karser kamerasının qapısını yoxlayandan sonra dəhlizlə
geri qayıtdı. Koffinin kamerasının önündən keçərkən, Brutus baĢını
döndərib ona baxdı və bu an Koffi çox maraqlı bir Ģey dedi: “Əlbəttə,
mən sizinlə gedərəm”. Elə bil Brutusun ondan soruĢduğu suala cavab
verdi.
Brutusla mənim baxıĢlarımız qarĢılaĢdı. “O bilir, – Brutus az
qala bərkdən dedi. – bunu necə öyrəndiyini bilmirəm, amma o, hər
Ģeyi bilir”.
Mən çiyinlərimi çəkib əllərimi yana açdım, sanki ona cavab
verdim: “Əlbəttə, o, hər Ģeyi bilir”
5
Dostları ilə paylaş: |