Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə115/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   111   112   113   114   115   116   117   118   ...   158

www.vivo-book.com 

 

459 



–  Arabaya min, – mən Con Koffiyə dedim. O, tərəddüdlə mənə 

baxdı və mən baĢımın iĢarəsi ilə onu təĢviq etdim. – Belə həm sənin, 

həm də bizim üçün rahat olar.  

–    YaxĢı,  boss  Eckum,  –  deyərək  o,  arabaya  oturdu,  sonra  öz 

narahat  qəhvəyi  rəngli  gözləri  ilə  bizə  baxaraq  arxası  üstə  uzandı. 

Onun  ayağındakı  ucuz  həbsxana  Ģap-Ģupları,  demək  olar  ki,  yerlə 

sürünürdü.  Brutus  onların  arasında  dayanıb  Con  Koffinin  oturduğu 

arabanı  rütubətli  dəhlizlə  irəli  itələdi;  o,  çoxlarını  bu  tunellə  beləcə 

aparmıĢdı. Bircə fərq onda idi ki, indiki sərniĢin hələ nəfəs alırdı. Biz 

yolun yarısına çatanda, Ģosenin düz altında olduğumuza görə, belə gec 

saatda  Ģose  ilə  Ģütüyən  tək-tük  avtomobilin  boğuq  səslərini  eĢitməyə 

baĢladıq və həmin an Con Koffi gülümsədi.  

–  Sən bir buna bax, – deyə o dilləndi. – çox məzəlidir. “Gələn 

dəfə  araba  ilə  gəzmək  yəqin  ki,  ona  bu  qədər  məzəli  gəlməyəcək”,  – 

deyə  mən  fikrimdən  keçirdim.  Həqiqətən  də,  gələn  dəfə  arabanın 

üstündə uzandığı vaxt, o nə düĢünə, nə də bir Ģey hiss edə biləcəkdi. 

Ya da biləcəkdi? Onların bir hissəsi hələ də buradadı, o demiĢdi, Con 

onların fəryadlarını da eĢitmiĢdi. 

Hamıdan arxada getdiyimdən, mənim bu fikirdən lərzəyə gələrək 

titrəməyimi heç kim görmədi.  

–  Ümid  edirəm  ki,  sən  “Ələddin”i  yaddan  çıxarmamısan, boss 

Eckum, – biz tunelin sonuna çatanda, Brutus soruĢdu. 




www.vivo-book.com 

 

460 



–    Narahat  olma,  –  deyə  mən  cavab  verdim.  “Ələddin”  o 

zamanlar  mənim  kəmərimdə  daĢıdığım  baĢqa  açarlarda  heç  nə  ilə 

fərqlənmirdi  –  o  zamanlar  mən  bel  qayıĢımda,  demək  olar  ki,  bir 

kiloqram  ağırlığında  açar  daĢıyırdım  –  lakin  o  açar  əsas  açarların  ən 

əsası  idi  və  bütün  kilidləri  açırdı.  O  zamanlar  həbsxananın  beĢ 

blokunun  hər  biri  üçün  bir  ədəd  belə  “Ələddin”  açarı  vardı.  BaĢqa 

nəzarətçilər  bu  aĢarı  götürə  bilərdilər,  amma  yalnız  baĢ  nəzarətçi  bu 

açarı  kiməsə  verə  bilərdi  və  özü  bu  açarı  götürəndə,  heç  yerə  imza 

atmaq məcburiyyətində deyildi.  

Tunelin bu baĢında polad barmaqlıqlı bir qapı  vardı və bu qapı 

mənə  gördüyüm  qədim  qəsrlərin  Ģəkillərini  xatırladırdı:  o  qədim 

dövrlər ki, o zaman cəngavərlər çox cəsurdurlar və cəngavərliyə böyük 

hörmət  vardı.  Amma  Kold  Mauntin  Kamelotdan  çox  uzaq  idi. 

Darvazanın o biri tərəfində bir pilləkən vardı və bu pilləkənin üstü çox 

sadə  bir  qapıya  çıxırdı.  Qapının  çöl  tərəfində  isə  “GiriĢ  Qadağandır. 

ġtatın  Mülkiyyəti  və  Naqillər  Gərginlik  Altındadır”  sözləri  yazılmıĢ 

niĢanlar vurulmuĢdu.  

Mən  darvazanı  açdım,  Harri  isə  onu  bizim  arxamızca  bağladı. 

Biz  çiyinlərini  və  baĢını  aĢağı  dikmiĢ  Con  Koffinin  ardınca 

pilləkənlərlə  qalxmağa  baĢladıq.  Yuxarıya  çatanda,  Harri  onun 

yanından keçərək (bədəncə bizim hamımızdan balaca da olsa, o bunu 

çox çətinliklə etdi) yuxarı açılan qapının kilidini açdı. O çox ağır idi. 

Harri onu tərpədə bilsə də, yuxarı qaldırmağa gücü çatmırdı.  



www.vivo-book.com 

 

461 



–    Bir  dəqiqə,  boss,  –  Con  Koffi  dedi.  O,  Harrinin  yanından 

keçərkən yanı ilə onu az qala divarın içinə batıraraq yenə irəli çıxdı və 

qapını bir əli ilə yuxarı qaldırdı. O bunu elə rahatlıqla etdi ki, elə bil bu 

polad təbəqə yox, rənglənmiĢ karton parçasıydı.  

–    Çölə  çıxanda,  dağlardan  əsib  gələn  və  adamın  iliyinə  qədər 

iĢləyən küləyin – bu külək hələ mart, ya da aprel ayına qədər əsəcəkdi 

–  bu  gecə  qovduğu  soyuq  havası  üzümüzə  vurdu.  Külək  tökülmüĢ 

yarpaqları  sovurub  havaya  qaldırırdı  və  Con  Koffi  havada  uçuĢan 

yarpaqlardan  birini  tutdu.  Mən  onun  həmin  yarpağa  necə  baxdığını, 

onu enli və qəĢəng burnuna yaxınlaĢdırıb əlində əzərək necə iylədiyini 

heç vaxt unutmayacağam.  

–  Hə, gedək, – deyə Brutus dilləndi. – Hə tərpənin, irəli marĢ.  

Biz  bayıra  çıxdıq.  Con  Koffi  qapını  endirdi  və  Brutus  onun 

kilidini qıfılladı, bu qapının kilidini bağlamaq üçün “Ələddin” açarına 

ehtiyac yox idi, amma yuxarı açılan bu qapını hasara almıĢ məftil torlu 

qəfəsin darvazasını açanda, bu açar karımıza gələcəkdi.  

–    Oradan  keçərkən  əllərini  yanlarına  sıx  tut,  dostum,  –  deyə 

Harri  mırıldandı.  Əgər  bərk  yanmaq  istəmirsənsə,  naqillərə  də 

toxunma.  

Sonra  biz  tamam  açıqlığa  çıxdıq  və  yolun  kənarında  balaca  bir 

dəstə  halında dayanıb  (uca dağın  ətrafında üç balaca təpə  –  yəqin  biz 

belə görünürdük) Kold Mauntin həbsxanasının divarlarına, iĢıqlara və 

gözətçi qüllələrinə baxırdıq. Bir anlıq mən həmin qüllələrdən birində 



www.vivo-book.com 

 

462 



hətta  nəfəsi  ilə  əllərini  isitməyə  çalıĢan  bir  gözətçinin  anlaĢılmaz 

qamətini  də  görə  bildim,  amma  bir  anlıq,  çünki  həmin  qüllələrdəki 

pəncərələr  çox  xırdadır.  Bununla  belə,  biz  çox,  amma  çox  səssiz 

davranmalı idik. Əgər indi birdən yolda bir maĢın görünsəydi, biz çox 

çətin bir vəziyyətə düĢəcəkdik.  

–    Gəlin  gedək,  –  deyə  mən  pıçıldadım.  –  Bizə  yolu  göstər, 

Harri.  

Biz  Ģosenin  kənarı  ilə  gizlənə-gizlənə  Ģimala  tərəf  bir-birimizin 

ardınca  düzülərək  irəliləməyə  baĢladıq:  öndə  Harri,  onun  arxasınca 

Con  Koffi,  sonra  Brutus  və  ən  arxada  mən.  Biz  birinci  təpəni  aĢıb  o 

biri  tərəfə  endik.  Buradan,  yalnız  həbsxananın  ağacların  üstündən 

keçən iĢıqlarının Ģəfəqləri görünürdü. Harri hələ də öndə gedərək bizə 

bələdçilik edirdi.  

–  Sən maĢını hara qoymusan? – deyə Brutus ağzından ağ buxar 

dumanı buraxaraq astadan soruĢdu. – Baltimorda? 

–  Bir az irəlidə, – deyə Harri bir qədər əsəbi və acıqlı bir tərzdə 

cavab verdi. – Bir az səbirli ol, Brutus.  

Amma  gördüyüm  qədəmiylə,  Koffi  gün  çıxandan,  gün  batana 

qədər  beləcə  pay-piyada  gəzməyə  razı  idi.  O,  hər  tərəfə  baxırdı  və 

birdən  bayquĢun  səsini  eĢidəndə,  o  səksəndi,  amma  o,  qorxduğuna 

görə  yox,  gördüklərindən  və  eĢitdiklərindən  vəcdə  gəldiyinə  görə 

səksənmiĢdi,  mən  buna  əminəm.  Birdən  mənə  aydın  oldu  ki,  binanın 

içində  o,  qaranlıqdan  qorxsa  da,  burada  təbiətin  qoynunda  o, 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə