www.vivo-book.com
463
qaranlıqdan qətiyyən qorxmurdu. O, kiĢinin öz üzünü qadının
döĢlərinə sürtərək onların eniĢ və yoxuĢlarını oxĢadığı kimi, öz hisləri
ilə sanki gecəni oxĢayırdı.
– Buradan dönməliyik, – deyə Harri astadan mırıldandı.
Balaca bir yol – dar, torpaq, orta hissəsini ot-ələf basmıĢ – sağ
tərəfə burulurdu. Biz həmin yola burularaq təxminən dörd yüz metr
getməli olduq. Brutus yenə deyinməyə baĢlamıĢdı ki, Harri dayandı,
sonra yolun sol tərəfinə keçdi və həmin yerdən sınmıĢ Ģam ağacının
budaqlarını təmizləməyə baĢladı. Brutus ilə Con da ona qoĢuldular,
mən onlara yardım etməyə macal tapmamıĢ, onlar “Farmall” yük
maĢınının əzilmiĢ burnunu ağac budaqlarında təmizləyərək açdılar və
maĢının üst torlu faraları böcək gözləri kimi bizə baxırdı.
– Mən mümkün olduqca ehtiyatlı davranmaq istədim, – deyə
Harri küskün tərzdə Brutusa izah eləməyə çalıĢdı. – Bəlkə də sənin
üçün, Brutus Hovell, bu gülməli gələ bilər, amma mən dindar bir
ailədə böyümüĢəm, mənim kuzenlərim elə mömindilər ki, xristianları
Ģirə çevirə bilərlər və əgər məni belə iĢlərlə məĢğul olarkən
yaxalasalar...
– Hər Ģey qaydasındadır, deyə Brutus onun sözünü kəsdi. –
Mən, sadəcə, narahat oluram, əsəblərimə hakim ola bilmirəm,
vəssalam.
– Elə mən də, – Harri soyuq bir tərzdə dedi. – Ġndi baxaq görək
bu köhnə dəmir qalığı iĢə düĢəcək, ya yox...
www.vivo-book.com
464
O, hələ də dodaqaltı nəsə mırıldaya-mırıldaya maĢının
kapotunun ətrafında dolandı və həmin an Brutus mənə göz vurdu.
Koffi üçün, deyəsən, biz artıq yox idik. O, baĢını yuxarı qaldırmıĢdı və
elə bil səmaya səpələnmiĢ ulduzların iĢığını içinə çəkirdi.
– Ġstəyirsənsə, mən onunla arxada gedərəm, – deyə Brutus mənə
təklif etdi. Bizim arxamızda “Farmall”ın starterinin mırıltısı eĢidildi,
bu səs soyuq qıĢda yuxudan oyadılmıĢ qoca itin mırıltısını xatırladırdı.
Sonra isə mühərrik xırıldayaraq cana gəldi. Harri bir dəfə qaz pedalına
basandan sonra ayağını pedaldan çəkib mühərrikin qızmasını
gözləməyə baĢladı. – Bizim ikimizin də yük maĢınının arxasına
minməyimizə ehtiyac yoxdur.
– Sən qabağda otur, – mən dedim. – Geri qayıdanda, sən onunla
gələ bilərsən. Əlbəttə, əgər bizi həbsxana maĢınının kuzovunda geriyə
gətirməli olmasalar.
– Belə Ģeylər danıĢma, – deyə qəlbən kədərlənmiĢ Brutus az
qala qıĢqırdı. Elə bil bizi yaxaladıqları təqdirdə, bu hərəkətimizin
nəticələrinin bizim üçün nə qədər ciddi ola biləcəyini yalnız indi baĢa
düĢmüĢdü. Allah xatirinə, Pol!
– Hə tərpən, – mən dedim, – kabinəyə min.
O mənim əmrimi yerinə yetirdi. Con Koffini xəyallar aləmindən
heç olmasa bir anlıq yerə endirmək üçün mən onun qolundan dartdım
və sonra onu maĢının ətrafından dolandırıb kuzovun arxa tərəfinə
www.vivo-book.com
465
apardım. Harri kuzovun dirəklərinə brezent örtük çəkmiĢdi ki,
qarĢıdan gələn maĢınlar kuzovun içini görə bilməsin.
– Hə, hoppan görüm, dostum, – mən dedim.
– Ġndi yola düĢürük?
– Hə, yola düĢürük.
– YaxĢı, – deyərək o gülümsədi. Onun təbəssümü xoĢ və
sevimli idi, bəlkə də ona görə ki, onun baĢı dərin fikirlər ilə məĢğul
deyildi. O, kuzova dırmaĢdı. Onun ardınca da mən. Sonra kuzovun ön
tərəfinə getdim və kabinənin damını əlim ilə döyəclədim. Harri
transmissiya rıçaqını birinci sürət ötürücüsünə saldı və yük maĢını
silkələnə-silkələnə, ləngər vura-vura öz sığınacağından çıxaraq
hərəkətə baĢladı.
Con Koffi kuzovun düz ortasında ayaqılarını aralı qoyaraq
dayanmıĢdı. O, baĢını yuxarı qaldırıb yenə səmadakı ulduzlara tamaĢa
edirdi, hətta Harri Ģoseyə çıxandan sonra üzümüzə vuran güclü külək
də onun vecinə deyildi.
– Ora bax, boss, – Con Koffi əli ilə gecənin qaranlığında səmanı
göstərərək öz qalın və vəcddən əsən təntənəli səsi ilə qıĢqırdı. – Bu,
Kassidir – yelləncək kresloda oturmuĢ ledi!
O, haqlı idi. Yanımızdan sürətlə ötüb keçən ağacların
budaqlarının arasından səmada düzülmüĢ ulduzların sırasında onu mən
də görə bilirdim. Lakin o, yelləncək kresloda oturmuĢ ledi deyəndə,
mən Kassiopeya haqqında yox, Melinda Murs haqqında düĢünürdüm.
www.vivo-book.com
466
– Mən onu görürəm, Con, – deyərək mən onun qolundan
çəkdim. Amma sən indi yerə oturmalısan, yaxĢımı?
O, kürəyini kabinənin divarına söykəyərək oturdu, amma
gözlərini bir an belə səmadan çəkmədi. Onun üzündə hədsiz
xoĢbəxtlik ifadəsi vardı. “Farmall” yük maĢının keçəlləĢmiĢ
təkərlərinin hər dövrəsi ilə biz YaĢıl Mildən getdikcə uzaqlaĢırdıq və
Con Koffinin gözlərindən aramsız axan və bitib-tükənmək bilməyən
yaĢlar, müvəqqəti də olsa da, dayanmıĢdı.
7
Hal Mursun Çimni Ricdə yerləĢən evinə qədər təxminən qırx
kilometr olardı və Harri Tervilligernin yavaĢ və sınıq-salxaq fermer
yük maĢınında bu yol bizim bir saatdan artıq vaxtımızı aldı. Bu,
müdhiĢ bir səfər idi və indi bu səfərin bütün xırda təfərrüatlarının – hər
bir yoxuĢ, hər bir döngə, hər bir çala, qarĢıdan yük maĢınları gələrkən
qorxduğumuz anlar (bu iki dəfə olmuĢdu) – yaddaĢıma həkk
olunduğunu fikirləĢdiyimə baxmayaraq, Con Koffi ilə birlikdə
Dostları ilə paylaş: |