Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə124/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   120   121   122   123   124   125   126   127   ...   158

www.vivo-book.com 

 

495 



Murs  Con  Koffiyə  baxdı,  sonra  da  əlini  ona  uzatdı  –  Harri  ilə 

Persi  Con  Koffini  blokumuza  gətirdikləri  vaxt,  lap  mənim  etdiyim 

kimi.  

–  Sağ ol. Çox sağ ol. 



Con ona tərəf uzanmıĢ  ələ  baxdı.  Brutus hiss ediləcək dərəcədə 

onun  böyrünə  bir  dürtmə  vurdu.  Con  səksəndi  və  sonra  ona  uzanmıĢ 

əli sıxdı, yuxarı, aĢağı silkələdi və nəhayət əli buraxdı.  

–  Buyurun,  –  deyə  Con  xırıltılı  səslə  cavab  verdi.  Onun  səsi, 

əllərini  bir-birinə  vuraraq  Koffidən  Ģalvarını  aĢağı  salmasını  istəyən 

vaxt  Melindadan  çıxan  səsi  xatırladırdı.  Adı  vəziyyətdə  qələmini 

həmin  əlinə  alıb  Con  Koffinin  edam  sənədini  imzalayacaq  bir  adama 

Con Koffi: “Buyurun” – demiĢdi.  

Harri  yenə  barmağı  ilə öz saatının  ĢüĢəsini  döyəclədi,  amma bu 

dəfə daha israrla.  

– Brutus? – deyə mən onu çağırdım. – Sən hazırsanmı? 

–  Salam Brutus, – deyə Melinda tamamilə sağlam bir səslə onu 

salamladı, elə bil Brutusu elə indicə görmüĢdü. – Səni görməyimə çox 

Ģadam.  Cənablar,  çay  istəyəniniz  varmı?  Hal,  sən  də  istəyirsənmi? 

Ġndicə  hazırlayaram,  –  deyərək  Melinda  yenə  ayağa  qalxdı.  –  Mən 

xəstə  idim,  amma indi özümü  yaxĢı  hiss edirəm.  Ġndiyə  qədər özümü 

heç vaxt belə əla hiss etməmiĢəm.  

–    Sağ  olun,  missis  Murs,  amma  biz  indi  getməliyik,  –  Brutus 

dedi.  –  Conun  yatmaq vaxtı çoxdan keçib.  – Bunun zarafat  olduğunu 



www.vivo-book.com 

 

496 



göstərmək  üçün  Brutus  gülümsədi,  amma  onun  Cona  necə  baxdığını 

görəndə, Brutusun nə qədər təlaĢlı olduğu açıq-aĢkar sezilirdi, elə mən 

özüm də narahat idim.  

–  Hə... əgər siz buna əminsinizsə... 

–  Bəli, mem. Gedək Con Koffi. – O, Koffinin qolundan tutaraq 

çəkdi və Con addımlamağa baĢladı.  

–    Bir  dəqiqə  gözləyin,  –  deyə  Melinda  qıĢqırdı  və  Halın 

qollarından  azad  olaraq  balaca  qız  kimi  çevik  və  yüngül  addımlarla 

Cona  tərəf  qaçdı.  Conun  yanına  çatanda,  qollarını  onun  boynuna 

dolayaraq  yenə  onu  qucaqladı.  Sonra  əllərini  boynunun  arxasına 

uzadaraq  yaxasından  zərif  iĢləməli  bir  zəncir  boyunbağı  çıxardı. 

Boyunbağının  ucunda  gümüĢ  medalyon  da  vardı.  Melinda 

boyunbağını Cona uzatdı, o, isə gözlərini döyərək ona baxırdı.  

–    Bu  əziz  Kristoferdir,  –  deyə  Melinda  izah  etdi.  –  Mən 

istəyirəm ki, siz onu götürəsiniz, mister Koffi, və boynunuza taxasınız. 

O  sizi  hər  bəladan  qoruyacaq.  Lütfən,  onu  boynunuza  taxın.  Mənim 

xatirimə.  

Con  nəzərlərini  qaldırıb  narahatlıqla  mən  baxdı,  mən  isə  dönüb 

Hala baxdım, o da heyrətlə, əvvəlcə, əllərini yana açdı, sonra isə baĢını 

yırğaladı.  

–  Götür onu, Con, – mən dedim. – o sənə verilən hədiyyədir. 

Con boyunbağını götürdü, öz nəhəng bonuna bağladı və üstündə 

əziz  Kristoferin  əksi  olan  medalyonu  köynəyinin  yaxalığından  içəri 



www.vivo-book.com 

 

497 



saldı. Ġndi o, daha öskürmürdü, amma mənim gözümə daha bozarmıĢ 

və daha xəstə görünürdü.  

–  Sağ olun, mem, deyə o, Melindaya təĢəkkür etdi. 

–  Yox, – deyə Melinda etiraz etdi. – Sən sağ ol, sən sağ ol Con 

Koffi. 

 

 



 

 

 



Geri qayıdarkən mən Harri ilə birlikdə kabinədə oturmuĢdum və 

buna həddən artıq sevinirdim. Avtomobilin qızdırıcısı iĢləməsə də, ən 

azından  açıq  havada  deyildim.  Biz  təxminən  on  altı  kilometr  yol  qət 

etmiĢdik ki, Harri bir döngə görüb maĢını həmin istiqamətə sürdü.  

 –  Nə  olub?  –  deyə  mən  ondan  soruĢdum.  –PodĢipniklərə  nəsə 

olub? 


Mənim  fikrimcə,  maĢının  istənilən  hissəsində  problem  yarana 

bilərdi;  “Farmall”ın  mühərrik  və  transmissiyasının  bütün  detalları  elə 

iĢləyirdi ki, elə bil ki, bu dəqiqə dağılıb töküləcəkdi.  

–    Heç  nə,  –  deyə  Harri  üzrxahlıqla  cavab  verdi.  Mən  iĢəmək 

istəyirəm, vəssalam, yoxsa buranı batırmalı olacağam. 



www.vivo-book.com 

 

498 



Belə  məlum  oldu  ki,  Condan  baĢqa  hamımızın  buna  ehtiyacı 

varmıĢ. Brutus Condan aĢağı enib bizə kolları sulamağa kömək etmək 

istəyib-istəmədiyini  soruĢanda,  o,  nəzərlərini  qaldırmadan,  sadəcə 

baĢını  buladı.  O,  hərbi  adyallardan  birini  Meksika  Ģalı  kimi  çiyninə 

ataraq  və  kürəyini  kabinəyə  söykəyərək  oturmuĢdu.  Mən  onun 

üzündəki  ifadəni  oxuya  bilmədim,  amma  onun  nəfəsinin  səsini 

eĢidirdim – quru və fıĢıltılı, elə bil quru samanın içindən külək keçirdi. 

Bu mənim xoĢuma gəlmədi.  

Mən  yaxınlıqdakı  söyüdlüyə  girdim,  Ģalvarımın  qabağını  açdım 

və  sidik  kisəmi  boĢaltmağa  baĢladım.  Bu  yaxınlaradək  məni  incidən 

infeksiyanı hələ də xatırlayırdım, bədənim bunu hələ tam unutmamıĢdı 

və  mən  ağrıdan  qıĢqırmaq  ehtiyacı  hiss  etmədən,  sadəcə  iĢləyə 

bildiyimə  görə  özümü  xoĢbəxt  hiss  edirdim.  Mən  sakitcə  dayanıb 

səmadakı  Aya  baxa-baxa  içimdəki  duzlu  suyu  yerə  boĢaldırdım  və 

yanımda  dayanıb  eyni  iĢlə  məĢğul  olan  Brutusun  varlığından  demək 

olar ki, xəbərdar deyildim, o ana qədər ki, o, alçaq səslə mənə dedi: 

–  O, heç vaxt Old Sparkiyə oturmayacaq.  

Mən  təəccüblə  ona  baxdım,  onun  səsindəki  əminlik  məni  bir 

qədər təĢviĢə salmıĢdı. 

–  Sən nə demək istəyirsən? 

–    Demək  istəyirəm  ki,  əvvəllər,  içindən  çölə  buraxdığı  o  qara 

Ģeyləri bu dəfə qusmaq əvəzinə, qəsdən içində saxladı. Bu bəlkə də bir 

həftə çəkər – o, inanılmaz dərəcədə nəhəng və qüvvətlidir – lakin mən 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə