Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə123/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   119   120   121   122   123   124   125   126   ...   158

www.vivo-book.com 

 

491 



salmıĢ uĢaq kimi, üzü divara dayanmıĢdı və hələ də öskürürdü, amma, 

deyəsən onun öskürək tutmaları bir qədər zəifləmiĢdi.  

-

 

 Con, – deyərək mən onu çağırdım. – Üzünü bizə tərəf çevir və 



bu xanıma bax. 

O, yavaĢ-yavaĢ bizə tərəf döndü. Onun üzü hələ də kül rəngində 

idi  və  elə  bil  ki,  on  yaĢ  qocalmıĢdı  –  bir  zamanlar  güclü  olmuĢ  bir 

adamın  uzun  müddət  mübarizədən  sonra  vərəmə  təslim  olduğu  kimi. 

Onun  baxıĢları  aĢağı,  həbsxana  Ģap-Ģuplarına  dikilmiĢdi  və  elə  bil 

baĢından çıxarması üçün Ģlyapasının olmamasına heyfisilənirdi.  

–    Sən  kimsən?  –  deyə  Melinda  yenə  soruĢdu.  –  Sənin  adın 

nədir? 


–  Con Koffi, mem, – o dedi və bunun cavabında Melinda cəld 

dilləndi: 

–  Amma içki adından fərqli yazılır. 

Arvadının  yanında  oturmuĢ  Hal  səksəndi.  Bunu  hiss  edən 

Melinda 

gözlərini 

qaradərili 

adamdan 


çəkməyərək 

onun 


sakitləĢdirmək üçün öz əlini onun əlinə toxundurdu. 

–  Sən mənim yuxularıma girirdin, – Melinda nəvaziĢlə və bir az 

da  təəccüblə  astadan  dedi.  Mən  yuxularımda  görürdüm  ki,  sən 

qaranlıqda  sərgərdan  dolaĢırdın,  elə  mən  də.  Və,  nəhayət,  biz  bir-

birimizi tapdıq. 

Con Koffi heç nə demədi. 




www.vivo-book.com 

 

492 



–    Və,  nəhayət,  biz  bir-birimizi  o  qaranlıqda  tapdıq,  –  deyə 

Melinda  təkrar  etdi.  –  Dur  buradan,  Hal,  sən  məni  ayağa  qalxmağa 

qoymursan.  

O,  çarpayıdan  qalxdı  və  öz  gözlərinə  inanmayaraq  Melindanın 

yorğanı kənara atmasına baxdı. 

–  Melli, sən ayağa qalxa... 

–    Axmaq  olma,  –  deyərək  o,  ayaqlarını  yorğanın  altından 

çıxararaq  çarpayıdan  aĢağı  salladı.  –  Əlbəttə  ki,  qalxa  bilərəm.  –  O, 

gecə köynəyinin ətəklərini düzəltdi, gərnəĢdi və sonra ayağa qalxdı.  

–    Alam  Allah,  –  deyə  Hal  pıçıldadı.  –  Gözəl  Allahım,  sən 

hamıdan mərhəmətlisən, bir bu qadına nəzər yetir. 

Melinda Con Koffiyə yaxınlaĢdı. Brutus üzündə mistik bir qorxu 

ifadəsi  ilə  kənara  çəkilərək  ona  yol  verdi.  Əvvəlcə,  Melindanın  ilk 

addımlarında yüngül axsama hiss olundu, amma bir-iki addım atandan 

sonra  bu  axsama  da  yox  oldu.  Mən  Brutusun  əlvan  rəngli  makaranı 

Delakruaya  uzadaraq:  “Bunu  at,  mən  onun  necə  qaçdığını  görmək 

istəyirəm”  –  dediyini  xatırladım.  Həmin  vaxt  Mister  Cinqlz  da 

axsamıĢdı,  amma  ertəsi  günün  axĢamı,  Delakrua  YaĢıl  Mildən 

keçəndə, siçan tamam sağalmıĢdı.  

Melli  qollarını  Conun  boynuna  dolayaraq  onu  qucaqladı.  Koffi 

bir neçə saniyə tərpənmədən duraraq qadının onu qucaqlamasına mane 

olmadı,  sonra  isə  bir  əlini  qaldırıb  qadının  baĢını  tumarladı.  O  bu 




www.vivo-book.com 

 

493 



hərəkəti sonsuz bir zərifliklə  etdi.  Onun üzü hələ  də  kül  rəngində idi. 

Mən düĢündüm ki, o, ölümcül xəstəliyə tutulmuĢ adama oxĢayır.  

Melinda bir addım geriyə çəkilib onun üzünə baxdı. 

–  Sağ ol. 

–  Dəyməz, mem. 

Melinda Hala tərəf çevrildi və ona yaxınlaĢdı. O, qollarını açaraq 

arvadını qucaqladı. 

–  Pol, – deyə Harri dilləndi. O, qolunu irəli uzadıb barmağı ilə 

qol  saatının  siferblatını  taqqıldatdı.  Gecə  saat  üçə  az  qalırdı.  BeĢin 

yarısında  isə  hava  iĢıqlaĢmağa  baĢlayacaqdı.  Əgər  biz  Con  Koffini 

hava  iĢıqlaĢıncaya  qədər  Kold  Mauntinə  çatdırmaq  istəyiriksə,  vaxt 

itirmədən yola düĢməli idik. Mən də onu geri aparmaq istəyirdim. Bir 

tərəfdən ona görə ki, biz burada nə qədər çox ləngisək, bu iĢdən xata-

balasız qurtulmaq imkanlarımız da bir o qədər azalırdı, bəli. vəziyyət 

məhz  belə  idi.  Lakin  mən  həm  də  Conu  ona  görə  tələsik  aparmaq 

istəyirdim ki, ehtiyac  yaranarsa, onun  yanına rəsmən həkim çağırmaq 

imkanım olsun. Ona baxanda, görürdüm ki, belə bir ehtiyacın yaranma 

ehtimalı çox böyükdür.  

Murslar  bir-birini  bərk-bərk  qucaqlayaraq  çarpayının  kənarında 

oturmuĢdular. Hal ilə təkbətək söhbət etmək üçün onu qonaq otağına 

çağırmaq  istəyirdim,  amma  sonra  baĢa  düĢdüm  ki,  mən  onu  səhərə 

qədər  çağırsam  da,  o,  yerindən  tərpənən  deyil.  Hal  gözlərini 




www.vivo-book.com 

 

494 



arvadından  bəlkə  də  dan  yeri  söküləndə  –  heç  olmasa  bir  neçə 

saniyəlik – çəkə bilər, amma indi bu mümkün deyildi.  

–  Hal, – deyə mən onu çağırdım. – Biz daha getməliyik. 

O  mənə  tərəf  baxmayaraq  baĢını  yırğaladı.  O  öz  arvadının 

yanaqlarının  rəngini,  onun  dodaqlarının  təbii  qövsünü  və  xanımının 

saçlarındakı yeni qara tükləri gözləri ilə oxĢayırdı.  

Mən  onun  diqqətinin,  heç  olmasa,  bir  anlıq  özümə  çəkməyə 

kifayət edəcək qədər qüvvətlə onun çiynini Ģappıldatdım. 

–  Biz bura gəlməmiĢdik. 

–  Nə?  


–  Biz  bu  gün  burada  olmamıĢıq,  –  deyə  mən  təkrar  etdim.  – 

Sonra hər Ģeyi sənə izah edərəm, amma bu günlük bunu bilsən, yetər. 

Biz bura gəlməmiĢdik, vəssalam. 

–    YaxĢı,  danıĢdıq...  –  O,  bir  anlıq  diqqətini  mənə  yönəltməyə 

özünü məcbur etdi, bunun üçün böyük qüvvə sərf etdiyi onun üzündən 

məlum  olurdu.  –  Siz  onu  həbsxanadan  çıxarmısız.  Bəs  geri  qaytara 

biləcəksinizmi? 

–  Məncə, bilərik. Bəlkə də bilərik. Ġndi isə getməliyik. 

–  Sən onun kömək edə biləcəyini bəs haradan bildin? – Sonra o, 

baĢını  buladı,  elə  bil  ki,  indi  bu  söhbətin  vaxtı  olmadığını  anladı.  – 

Pol... çox sağ ol. 

– Mənə yox, Con Koffiyə təĢəkkür et, – deyə mən cavab verdim. 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə