www.vivo-book.com
483
isə yerdə sürünürdü. Biz gələndə, Hal özü elə burada yatırdı, daha
doğrusu, burada mürgüləyirdi.
Con Melindaya yaxınlaĢanda, onun üzünün ifadəsi üçüncü dəfə
dəyiĢdi. Birdən mən Melindanın üzündə bütün bu illər ərzində mənim
üçün, daha çox da Ceniz üçün böyük əhəmiyyəti olan həmin
gülərüzlülüyü gördüm. UĢaqlarımız ,yuvalarını tərk edən quĢlar kimi
uçub gedəndən sonra, o özünü çox tənha və yalqız hiss edirdi. Mellinin
üzündə hələ də maraq ifadəsi vardı, lakin indi bu ifadə ağlı baĢında,
özünü dərk edən və Ģüurlu bir ifadə idi.
– Sən kimsən? – deyə o ağıllı və aydın bir səslə soruĢdu. –
Səninin əllərində və qollarında nə üçün bu qədər çox çapıq var?
– Mən bu çapıqların nədən yarandığını, demək olar ki,
xatırlamıram, mem, – deyə Con Koffi mülayim bir səslə cavab verdi
və onun yanında çarpayıya oturdu.
Melli bacardığı kimi gülümsəməyə çalıĢdı, onun ağzının sağ
tərəfi qeyri-iradi əsdiyindən, təbəssüm düzgün alınmırdı. O, Koffinin
sol əlinin arxa tərəfindəki türk əyri qılıncı – yatağan kimi burulan ağ
çapığa toxundu.
– Necə də qorxunc yaradır! Bunun haradan olduğunu
bilirsənmi?
– DüĢünürəm ki, əgər səni kimin vurduğunu, üstünə kimin it
qısqırtdığını bilmirsənsə, bu sənin gecələr rahat yatmağına mane
olmur, – Con Koffi özünün qalın səsi ilə cənub ləhcəsində dedi.
www.vivo-book.com
484
Melinda onun sözlərinə güldü və bu gülüĢ xəstənin üfunət iyi
verən otağında təmiz gümüĢ kimi cingildəyərək əks-səda verdi. Hal
mənim yanımda dayanmıĢdı, həyəcanından tez-tez nəfəs alsa da, mane
olmağa çalıĢmırdı. Melindanın gülüĢünü eĢidəndə, o bir anlıq nəfəsini
tutub saxladı və onun iri əli mənim çiynimdən yapıĢdı. O mənim
çiynimi elə bərk sıxdı ki, sıxdığı yerdə barmaqlarının göy izləri qaldı –
mən bu izləri səhərisi gün gördüm – həmin an mən demək olar ki, ağrı
hiss eləməmiĢdim.
– Sənin adın nədir? – deyə Melinda soruĢdu.
– Con Koffi, mem.
– Koffi, içki adı kimi.
– Bəli, mem, amma baĢqa cür yazılır.
Melinda arxasındakı yastığa dirsəklənərək yarıuzanmıĢ
vəziyyətdə ona baxırdı. Con da onun yanında oturub gözlərini
Melindadan çəkmirdi. Çarpayının yanındakı torĢerin iĢığı isə səhnədə
oynayan aktyorlar kimi onları dövrəyə almıĢdı: həbsxana paltarında
olan nəhəng qaradərili bir kiĢi ilə ölüm ayağında olan cılız ağdərili bir
qadın. Qadın heyranlıqla Con Koffinin düz gözlərinin içinə baxırdı.
– Mem?
– Nədi, Con Koffi? – üfunət iyi verən havada sözlər bizə güclə
gəlib çatırdı. Mən qollarımın, ayaqlarımın və belimin əzələlərinin necə
gərildiyini hiss edirdim. Haradasa, çox-çox uzaqlarda həbsxana
rəisinin mənim çiynimi sıxdığını hiss edirdim və gözümün kənarı ilə
www.vivo-book.com
485
Harri ilə Brutusun, gecə vaxtı azmıĢ balaca uĢaqlar kimi, bir-birini
qucaqlayaraq dayandıqlarını görürdüm. Nəsə baĢ verməli idi. Nəsə
böyük, nəsə əzəmətli bir Ģey. Biz hamımız bunu hiss edirdik.
Con Koffi ona tərəf əyildi. Çarpayının yayları cırıldadı,
döĢəkağları xıĢıldadı və Ay soyuq təbəssümlə yataq otağının
pəncərəsinin üst qanadından içəri boylandı. Con Koffinin qan sızmıĢ
gözləri tədqiqedici nəzərlərlə onun yuxarı meyillənmiĢ yorğun üzünə
baxırdı.
– Mən onu görürəm, – deyə birdən Con Koffi dilləndi. – Məncə,
bu sözləri o, Melindaya yox, öz-özünə deyirdi. – Mən onu görürəm və
mən sizə yardım edə bilərəm. Tərpənmədən sakitcə oturun... Bircə
tərpənmədən oturun...
Koffi yavaĢ-yavaĢ daha da yaxına əyilirdi. Onun böyük üzü bir
anlıq Melindanın üzündən beĢ santimetr aralı donub qaldı. O,
barmaqlarını aralayıb sol əlini yana açdı, elə bil bu hərəkəti ilə kiməsə
gözlə... sadəcə gözlə... deyirdi, sonra isə öz üzünü qadına bir qədər də
yaxınlaĢdırdı. Onun qalın və sığallı dodaqları qadının dodaqlarına
sıxılaraq onları aralanmağa məcbur elədi. Bir anlıq mən Melindanın
bir gözünün Koffinin çiynindən yuxarı, harasa təəccüblə baxdığını
gördüm. Sonra Koffinin sığallı baĢı hərəkətə gəldi və göz daha
görünməz oldu.
O, Melindanın ciyərlərinin dərinliyindəki havanı əmdikcə, fit
səsinə bənzə yumĢaq bir səs eĢidilirdi. Bu cəmi bir, ya da iki saniyə
www.vivo-book.com
486
çəkdi, sonra isə ayaqlarımızın altındakı döĢəmə ləngər vurdu, bütün
otaq baĢımıza dolandı. Mən bunu özümdən uydurmuram, bunu təkcə
mən yox, hamı hiss eləmiĢdi, çünki sonra hamı bir-birinə bu haqda
danıĢmıĢdı. Bu bir növ dalğavari zərbə hissi idi. Sonra nəsə ağır bir
Ģeyin artırmada yerə yıxıldığını eĢitdik, belə məlum oldu ki, artırmada
yıxılan Ģey babadan qalma köhnə saat imiĢ. Hal Murs onu nə qədər
təmir etdirməyə çalıĢsa da, saat cəmi on beĢ dəqiqə iĢləmiĢ və yenə
dayanmıĢdı.
Bundan bir qədər sonra isə Ayın içəri boylandığı pəncərənin
ĢüĢəsi çatıltı və qırılaraq yerə töküldü. Divardan asılmıĢ Ģəkil – dünya
okeanlarının birinin sularının yara-yara üzən kliper gəmisi –
qarmağından çıxaraq döĢəməyə çırpıldı və ĢüĢəsi çilik-çilik oldu.
Mən birdən yanıq iyi hiss etdim və Melindanın üstünə çəkdiyi ağ
yorğanın ayaq tərəfindən tüstü çıxdığını gördüm. Yorğanın
Melindanın titrəyən sağ ayağının yanındakı hissəsi qaralmıĢdı. Sanki
yuxuda imiĢ kimi, mən Mursun əlini çiynimdən çəkərək masaya
yaxınlaĢdım. Masanın üstündə bir stəkan su və üç-dörd dənə dərman
qabı vardı və bayaq hər yan silkələnərkən qablar aĢmıĢ və içindəki
həblər ətrafa səpələnmiĢdi. Mən stəkanı əlimə alıb içindəki suyu
tüstülənən yerə tökdüm. FıĢıltı səsi eĢidildi.
Con hələ də Melindanın dodaqlarını uzun-uzadı və ehtirasla
əmməyə davam edirdi. O, bir əlini hələ də havada tutaraq, o biri
əliyləsə özünün ağır çəkisini saxlayaraq, qadının ciyərlərindəki havanı
Dostları ilə paylaş: |