Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə129/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   125   126   127   128   129   130   131   132   ...   158

www.vivo-book.com 

 

515 



tuneli  öz  gücü  ilə  keçə  bilərdi;  çömbələrək  yerimək  belini  Ģax  tutub 

yeriməkdən daha çox güc sərf etməyi tələb edir və tunelin tavanı Con 

Koffi  kimilər  üçün  həddən  artıq  alçaq  idi.  Mən  Conun  orada  yıxılıb 

qala biləcəyi haqqında düĢünmək belə istəmirdim. Biz bunu necə izah 

edərdik,  onsuz  da  Persiyə  nə  üçün  dəli  köynəyi  geyindirməyizi  və 

onun nə üçün karser kamerasına atdığımızı izah etməli olacaqdıq?  

Lakin, Allaha Ģükürlər olsun ki, bizim tuneldə arabamız vardı və 

biz  Conu  anbar  otağına  çıxan  pilləkənlərə  tərəf  apararkən,  o  özünü 

sahilə  atmıĢ  kit  kimi,  arabanın  üstündə  uzanmıĢdı.  Biz  pilləkənlərə 

çatanda, o, arabadan düĢdü, yerində bir neçə dəfə ləngər vurdu və ağır-

ağır nəfəs alaraq və baĢını aĢağı dikərək sakitcə dayandı. Onun dərisi 

elə  bozarmıĢdı  ki,  elə  bil  ki,  o,  unun  içinə  uzanıb  ora-bura 

yuvarlanmıĢdı. Mən düĢündüm ki, günortaya biz onu lazaretə aparmalı 

olacağıq... əgər, əlbəttə, ölməyib sağ qalsa.  

Brutus gülümsəməyə çalıĢaraq ümidsizlik dolu baxıĢlarını mənə 

zillədi. Mən də ona eynilə cavab verdim.  

–    Biz  onu  yuxarı  apara  bilmərik,  biz  yalnız  ona  kömək  edə 

bilərik,  –  mən  dedim.  Sən  onun  sağ  qolunun  altına  gir,  mən  isə  sol 

qolunun. 

–  Bəs mən? – deyə Harri soruĢdu.  

–    Sən  də  arxamızca  gəl.  Görsən  ki,  o,  arxası  üstə  yıxılmaq 

istəyir, onu kürəyindən tutub irəli itələyərsən.  




www.vivo-book.com 

 

516 



–  Əgər bu alınmasa, onda onun yıxılacağı yerə çömbələrsən və 

bu  yolla  da  yerə  çırpılmasını  yumĢaldarsan,  –  deyə  Brutus  Harriyə 

sataĢdı.  

–    Ġlahi,  –  deyə  Harri  astadan  inildədi.  –  Sən  elə  məzəlisən  ki, 

Orfey teatrlarında səhnəyə çıxmalısan.  

–    Mənim,  sadəcə,  yumor  hissim  var,  vəssalam,  –  Brutus  qeyd 

etdi. 

Nəhayət, biz Koffini pilləkənlər ilə yuxarı qaldıra bildik. Mənim 



ən qorxduğum Ģey onun qəfildən huĢunu itirə biləcəyi idi, amma  belə 

bir Ģey baĢ vermədi.  

–  Mənim yanımdan keçib irəli get və bax gör anbarda kimsə var 

ya yox, – mən təngnəfəslikdən boğula-boğula Harriyə dedim. 

–    Əgər  orada  kimsə  varsa,  mən  nə  deməliyəm?  –  mənim 

qoltuğumun  altında  keçərkən,  Harri  soruĢdu.  –  “Eyvondan  sizə  zəng 

var” – deyim və sonra geri qayıdım? 

–    Özünü  olduğundan  ağıllı  göstərməyə  çalıĢma,  –  Brutus  ona 

çımxırdı.  

Harri ehtiyatla qapını aralayıb baĢını içəri saldı. Mənə elə gəldi 

ki, o bu vəziyyətdə saatlarla qaldı. Nəhayət, o, baĢını çıxarıb bizə tərəf 

döndü, onun üzündə, demək olar ki, sevinc ifadəsi vardı.  

–  Sahil təmizdir. Hər yanda sakitlik hökm sürür.  

–    Ümid  edək  ki,  elə  belə  də  davam  edəcək,  –  Brutus  dedi.  – 

Gedək, Con Koffi, biz demək olar ki, evə çatmıĢıq. 



www.vivo-book.com 

 

517 



O, anbar otağından bizim yardımımız olmadan keçə bildi, amma 

mənim  kabinetimə  gedən  üç  pillədən  qalxması  üçün  biz  ona  kömək 

etməli  olduq  və  balaca  qapıdan  onu  az  qala  itələyərək  içəri  soxduq. 

Koffi  yenidən  ayağa  qalxanda,  o,  xırıldayaraq  nəfəs  alırdı,  onun 

gözləri  isə  ĢüĢə  kimi  parıldayırdı.  Biz  Melindanın  otağına  girib  onu 

balıĢlara söykənərək oturmuĢ vəziyyətdə gördüyümüz vaxt ağzının sağ 

tərəfi əyildiyi kimi, Koffinin də ağzının sağ tərəfi aĢağı sallanırdı. 

Din  bizim  səsimizi  eĢidib  YaĢıl  Milin  baĢ  tərəfində  qoyulmuĢ 

növbətçi masasının arxasından duraraq yanımıza gəldi. 

–    Allaha  Ģükürlər  olsun!  Elə  düĢünürdüm  ki,  bir  də  geri 

qayıtmayacaqsınız,  mən  az  qala  özümü  inandırmıĢdım  ki,  ya  sizi 

yaxalayıblar ya da rəis Murs sizi güllə ilə vurub ya da... – Conu görən 

kimi, o, sözünü yarımçıq kəsərək susdu. – Aman Allah! Ona nə olub 

belə? Elə bil bu dəqiqə öləcək!  

–  Onun  ölmək  fikri  yoxdur...  düz  demirəmmi,  Con?  –  Brusuts 

dedi və gözlərini ağardaraq Dinə iĢarə etdi.  

–    Əlbəttə  ki,  yox,  mən,  əslində  “öləcək”  demək  istəmirdim,  – 

deyə Din əsəbi bir tərzdə astadan güldü. – Lakin lənət Ģeytana... 

–    Fikir  vermə,  –  deyərək  mən  onun  sözünü  kəsdim.  –  Kömək 

elə onu kamerasına aparaq. 

Biz  yenə  dağı  –  bu  dəfə  dağ  milyon  illər  ərzində  eroziyaya 

məruz  qalmıĢ  kimi,  həm  baĢı  yastılaĢmıĢ,  həm  də  çox  kədərli 

görünürdü – ətrafındakı təpəciklər kimi onu dövrəyə aldıq. Con Koffi 



www.vivo-book.com 

 

518 



çox  siqaret  çəkən  qoca  kimi  ağzından  nəfəs  ala-ala  çox  ləng  gedirdi, 

amma yenə də gedirdi.  

–    Bəs  Persi  necədir?  –  deyə  mən  soruĢdum.  –  Çox  hay-küy 

salmadı ki? 

–  Əvvəlcə, bir az səs-küy saldı, – deyə Din cavab verdi. – Onun 

ağzına bağladığınız yapıĢqanlı lentin altından nəsə bağırmağa cəhdlər 

elədi, yəqin bizi söyürdü.  

–  Allahın mərhəmətidir ki, – deyə Brutus dilləndi, – bizim incə 

qulaqlarımız bu söyüĢlərdən uzaq olub.  

–  Ondan sonra isə arada bir qatır kimi qapını təpikləyib. – Din 

bizi  görməyinə  elə  Ģad  idi  ki,  elə  hey  üyüdüb  tökürdü.  Onun  tərdən 

parlayan  eynəyi  burnunun  ucuna  sürüĢmüĢdü  və  o,  barmağı  ilə  onu 

yuxarı  itələdi.  Biz  Uortonun  kamerasının  yanından  keçdik,  bu  heç 

nəyə dəyməz gənc adam kürəyi üstə uzanıb suzafon – mis musiqi aləti 

tuba kimi xoruldayırdı. Bu dəfə onun gözləri açıq deyildi.  

Din mənim ona baxdığımı görəndə, güldü. 

–    Bu  adamla  heç  bir  problem  olmadı.  Çarpayısına  uzandıqdan 

sonra  bir  dəfə  belə  qımıldanmayıb.  Elə  bil  ölüb.  Persinin  arada  bir 

qapıya  atdığı  Ģıllaqlara  gəlincə,  heç  o  da  mənim  vecimə  olmayıb. 

Düzünü desəm, mən hətta buna sevinirdim də. Əgər o, ümumiyyətlə, 

heç bir səs çıxarmasaydı, sizin onun ağzına bağladığınız lentdən onun 

boğulduğunu  düĢünərək  narahat  olardım.  Amma  ən  təəccüblüsü  bu 

deyil.  Bilirsinizmi  ən  təəccüblüsü  nədir?  Buralar,  Yeni  Orleanda 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə