www.vivo-book.com
547
Uortonu öldürmək üçün Con Koffi Persidən bir silah kimi istifadə
edib.
– Hə.
– Nəyə görə?
– Bilmirəm.
– Sən Con Koffini YaĢıl Mil ilə apararkən nə baĢ verdiyini
mənə bir də danıĢ, danıĢarsanmı? Sadəcə, həmin hissəni.
Və mən danıĢdım. Biz Uortonun kamerasınan yanından
keçərkən, dəmir barmaqlıqların arasında arıq bir qolun qəfil uzanaraq
Con Koffinin çiyin əzələsindən necə yapıĢdığını, o qolu ilana
oxĢatdığımı – bataqlıq ilanına, çünki uĢaq vaxtı çayda çimərkən,
hamımız ondan qorxurduq – və Con Koffinin necə dodaqaltı, az qala
pıçıltı ilə onun pis adam olamasını söylədiyini mən arvadıma
danıĢdım.
– Bəs Uorton ona nə cavab verdi?.. – Arvadım yenə pəncərədən
bayıra baxırdı, amma bütün diqqəti məndə idi.
– Uorton dedi: “Düz deyirəsn, zənci, məndən pisini tapa
bilməzsən.”
– Elə bu?
– Hə. Həmin vaxt mənə elə gəldi ki, elə bu an nəsə baĢ verəcək,
amma heç nə baĢ vermədi. Brutus Uortonun əlini Koffinin qolundan
dartıb çəkmiĢ və ona çarpayısına uzanmağı tapĢırmıĢdı. Uorton da
onun dediyinə əməl edərək çarpayısına uzanmıĢdı. Amma bunu
www.vivo-book.com
548
etməzdən əvvəl, zəncilərin öz elektik stulu olması haqqında və bir çox
baĢqa anlaĢılmaz Ģeylər söyləmiĢdi, vəssalam. Biz də öz iĢimizin
dalınca getmiĢdik.
– Con Koffi onun pis adam olduğunu söylədi.
– Hə. Bir dəfə o, Persi haqqında da belə söyləmiĢdi. Bəlkə də
bir dəfədən artıq. Dəqiq yadımda deyil, amma bilirəm ki, onun da
haqqında belə demiĢdi.
– Axı Uorton Con Koffinin özünə heç bir pislik eləməyib, elə
deyilmi? Demək istəyirəm ki, Persiyə elədiyi kimi.
– Hə, düzdü. Onların kameraları elə yerləĢir ki – Uortonun
kamerası növbətçi masasını yaxınlığında, Con Koffininki isə ondan bir
xeyli uzaqda, dəhlizin bu biri baĢında – onlar bir-birinin üzünü belə
görə bilməzdilər.
– Uorton onun qolundan tutanda, Con Koffinin necə
göründüyünü mənə bir də danıĢ.
– Cenis, bu yolla biz heç bir nəticəyə gələ bilmərik.
– Bəlkə də sən düz deyirsən, amma bəlkə də nəsə aydınlaĢa
bilər. Onun görünüĢünü mənə bir də təsvir elə.
Mən dərindən bir ah çəkdim.
– Məncə, o, sarsılmıĢ görünürdü. O, nəfəsini çəkərək ufuldadı.
Lap mən çimərlikdə arxadan gizlincə sənə yaxınlaĢaraq sənin kürəyinə
soyuq damcıladanda, ufuldadığın kimi. Ya da elə bil kimsə onun
üzünə sillə vurmuĢdu.
www.vivo-book.com
549
– Hə, əlbəttə, – Cenis dedi. – qəfildən kiminsə onun qolundan
tutması onu qorxuda, ya da bir anlıq oyada bilərdi.
– Hə elədir, – mən dedim. Sonra isə: – Yox.
– YaxĢı de görüm “hə”, yoxsa “yox”?
– Yox. Onun qorxaraq səksəndiyini demək olmaz... Məni
sağaltmaq üçün onun kamerasına girməyimi istədiyi vaxt da o, belə
görünürdü. Ya da məndən siçanı ona verməyimi istəyəndə. O,
təəccüblənmiĢdi, amma ona görə yox ki, ona toxunmuĢdular... ona
görə yox... Aman Allah, Cenis, mən bilmirəm.
-
YaxĢı, gəl hələlik bunu bir kənara qoyaq, – arvadım dedi. –
Mən, sadəcə, baĢa düĢə bilmirəm ki, Con bunu niyə etsin. Axı onun
təbiəti də təcavüzkar deyil. Buradan baĢqa bir sual meydana çıxır, Pol:
əgər qızlar haqqında düĢündüklərin doğrudursa, sən onu necə edam
edəcəksən? Sən onu elektrik stuluna necə otuzduracaqsan, əgər qızları
kimsə baĢqası...
Mən oturduğum stulda silkələndim. Dirsəyimlə boĢqaba
toxunaraq onu yerə salıb sındırdım. Ağlıma birdən bir fikir gəldi.
Həmin an mən məntiq əvəzinə, yəqin ki, duyğularımla hərəkət
edirdim.
– Pol? – Cenis təĢviĢlə soruĢdu. – Sənə nə oldu?
– Bilmirəm, deyə cavab verdim. – Mən heç nəyi dəqiq
bilmirəm, amma bacarsam öyrənməyə çalıĢacağam.
www.vivo-book.com
550
4
Açılan atəĢlərdən sonra üç arenada sirk tamaĢası baĢladı: birinci
arenada qubernator, ikincidə həbsxana, üçüncü arenada isə baĢı xarab
olmuĢ Persi. Bəs manejin rəhbəri? Bu vəzifəni mətbuatın müxtəlif
nümayəndələri növbə ilə öz üzərinə götürürdülər. O zamanlar onlar
indiki kimi qeyri-peĢəkar deyildilər – hətta o zamanlar da, Ceraldo,
Mikki Uollos və bir çox baĢqalarından əvvəl, əgər onların diĢlərinin
arasında nəsə olardısa, çox sürətlə dördnala çapa bilirdilər. Bu dəfə də
eyni Ģey baĢ vermiĢdi və tamaĢa davam etdiyi müddətdə, hər Ģey
hələlik normal gedirdi.
Lakin ən yaxĢı sirk belə özünün ən dəhĢətli bədheybətləri, ən
gülməli təlxəkləri və ən vəhĢi heyvanları ilə nə zamansa qonaq gəldiyi
Ģəhəri tərk etməli idi. Bizim sirkimiz də, Təhqiat ġurasının iclasından
– çox vacib və qoxuducu səslənsə də, əslində, daha səthi və maraqsız
idi – sonra Ģəhəri tərk etdi. BaĢqa Ģəraitdə qubernator, Ģübhəsiz,
kiminsə baĢının boĢqabda onun önünə gətirilməsini tələb edərdi, amma
bu dəfə belə olmadı. Onun arvadı tərəfdən olan qohumu – arvadının
qanbir qohumu – ağlını itirmiĢ və adam öldürmüĢdü. Bir qatili
Dostları ilə paylaş: |