www.vivo-book.com
531
Persi baĢını aĢağı dikib YaĢıl Milin sağ tərəfi ilə gedirdi, mən
baĢqa bir Ģeyi də deyərdim: adi məhbuslardan heç kimin əli ona çata
bilməzdi. Lakin Con Koffi adi məhbus deyildi. O, nəhəng bir adımdı,
onun qolları da boy-buxununa uyğun idi.
Onun qəhvəyi rəngli qollarının dəmir barmaqlıqlardan Persiyə
tərəf uzandığını görəndə, mən qıĢqırdım: “Ehtiyatlı ol, Persi, ehtiyatlı
ol!”. Persi çevrilərək əlini böyründən asılmıĢ dəyənəyinə uzatdı. Sonra
o qollar onu yaxaladı və kameraya tərəf çəkərək elə sıxdı ki, onun
üzünün sağ tərəfi az qala dəmir barmaqlıqlardan içəri keçəcəkdi.
Persi inildədi və dəyənəyini qaldıraraq Koffiyə tərəf çevrildi.
Conun da dəyənəyə qarĢı müdafiəsi yoxdu, çünki onun öz üzü də
dəmir barmaqlıqlara elə sıxılmıĢdı ki, elə bil o öz baĢını dəmir
barmaqlıların arasından bu tərəf çıxarmaq istəyirdi. Əlbəttə ki, bunu
etməsi mümkün deyildi, amma kənardan baxanda, belə görünürdü.
Onun sağ əli Persinin boynunun arxasını tapdı, onun boynuna dolandı
və Persinin baĢını özünə tərəf çəkdi. Persi dəyənəyi ilə zərbə
endirməyə macal tapdı və bu zərbə düz Koffinin gicgahına dəydi.
Həmin yerdən qan axmağa baĢladı, amma Con buna qətiyyən
əhəmiyyət vermədi. O öz dodaqlarını Persinin dodaqlarına yapıĢdırdı.
Mən pıçıltıya bənzər bir səs – verilən nəfəsin səsini eĢitdim, elə bil bu
etməzdən əvvəl o öz nəfəsini uzun müddətə tutub saxlamıĢdı. Persi
onun cəngindən azad olmaq üçün qarmağa düĢmüĢ balıq kimi
çırpınırdı, lakin onun buna bir Ģansı belə yox idi. Con Koffinin əli
www.vivo-book.com
532
onun boyunun ardından çox bərk yapıĢmıdı. Onların üzləri elə bil
əriyərək bir-birinə qarıĢmıĢdı, elə bil iki sevgili dəmir barmaqlıqların
arasından çox ehtirasla öpüĢürdülər.
Persi macal tapıb qıĢqırdı, amma səsi boğuq çıxdı, elə bil ağzına
yenə lent bağlanmıĢdı və Conun əlindən qurtarmaq üçün bir də
çırpındı. Bir anlıq onların dodaqları bir-birindən bir azca aralandı və
mən Con Koffinin ağzında çıxana qara mığmığaların duman kimi
burularaq Persinin ağzına keçdiyini gördüm. Persinin əyilmiĢ ağzına
düĢməyən cücülər isə onun burun pərələrindən içəri daxil olurdu.
Sonra Persinin boynuna dolanmıĢ əl yenidən gərginləĢdi və Persinin
dodaqları yenidən Conun dodaqlarına qovuĢdu, elə bil onu Koffinin
dodaqlarına yapıĢdırmıĢdılar.
Persinin sol əli boĢalaraq açıldı. Onun qiymətli ağac dəyəməyi
yaĢıl linoliumun üstünə düĢdü. O, bir daha onu qaldırmadı.
Mən irəli atılmağa cəhd etdim, məncə atıldım da, amma
hərəkətlərim ləng və halsız idi. Mən belimdəki tapançaya əl atdım,
amma qobur bərk bağlanmıĢdı deyə, mən onu cəld çıxara bilmədim.
Ayaqlarımın altında yerin ləngər vurduğunu hiss etdim, lap həbsxana
rəisi Mursun Keyp Koddakı balaca və səliqəli evindəki yataq otağında
olduğu kimi. Mən buna tam əmin olmasam da, tavandakı lampalardan
birisinin partladığı yadıma gəlir, çünki ĢüĢə qırıntıları yağıĢ kimi
baĢımıza yağmıĢdı. Hətta Harri də təəccübündən qıĢqırmıĢdı.
www.vivo-book.com
533
Nəhayət, mən öz otuz səkkiz çaplı tapançamın qoruyucu
qayıĢını aça bildim, amma mən onu qoburdan çıxarınca, Koffi Persini
buraxaraq geriyə, kameranın içinə tərəf çəkildi. Con üz-gözünü
turĢudaraq dodaqlarını silirdi, elə bil nəsə acı bir Ģeyin dadına
baxmıĢdı.
– O nə etdi? – deyə Brutus qıĢqırdı. – O nə etdi, Pol?
– Melindanın içindən çıxardığı Ģey hər nə idisə, indi həmin Ģey
Persinin içindədir, – deyə mən cavab verdim.
Persi kürəyi ilə Delakruanın boĢ kamerasına söykənərək
dayanmıĢdı. Onun bərəlmiĢ gözləri elə bil heç nə görmürdü – iki
böyük sıfır. Onun da, Melinda ilə iĢini bitirəndən sonra Con Koffinin
öskürdüyü kimi, boğula-boğula öskürməyə baĢlayacağını zənn edərək
ehtiyatla ona yaxınlaĢdım, amma Persi öskürmürdü. Əvvəlcə, o,
tərpənmədən elə oradaca dayandı.
Mən onun gözləri önündə barmaqlarımı Ģaqqıldadaraq çırtma
çaldım.
– Persi! Hey, Persi! Oyan, Persi!
Ondan heç bir reaksiya ala bilmədim. Brutus bizə yaxınlaĢdı və
əllərini Persinin üzünə tərəf uzatdı.
– Bunun heç bir faydası olmayacaq, – mən dedim.
Brutus mənim sözlərimə məhəl qoymayaraq düz Persinin
burnunun ucunda əllərini iki dəfə bərkdən bir-birinə vurdu. Deyəsən,
bunun köməyi oldu ya da bizə elə gəldi, çünki onun göz qapaqları
www.vivo-book.com
534
tərpəndi və keyləĢmiĢ baxıĢlarla ətrafa nəzər saldı: elə bil onun baĢına
ağır bir zərbə endirilmiĢdi və indi huĢu yavaĢ-yavaĢ özünə qayıdırdı.
Persi nəzərlərini Brutusdan ayırıb mənə tərəf çevirdi. Sonrakı uzun
illər ərzində həmiĢə əmin olmuĢam ki, o zaman Persi nə məni, nə də
Brutusu görürdü, amma həmin anda elə düĢünmüĢdüm ki, onun huĢu
özünə qayıdır.
O, ləngər vuraraq kameranın barmaqlıqlarından aralandı. Brutus
onun qolundan tutmuĢdu.
– Özünə gəl, oğlan, sən yaxĢısanmı?
Persi ona cavab vermədi və onun yanından keçərək növbətçi
masasına tərəf addımladı. Deməzdim ki, gəzərkən o, ləngər vururdu,
amma onun qaməti bir təhər, sola əyilmiĢ görünürdü.
Brutus onu yıxılmaqdan qorumaq üçün əlini uzatdı. Mən onun
uzanmıĢ əlini geri çəkdim.
– Dəymə ona. – Sonra nə baĢ verəcəyindən xəbərim olsaydı,
mən heç belə deyərdimmi? 1932-ci ilin payızından sonra, mən bu sualı
özümə min dəfələrlə vermiĢəm. Amma hələ də bu sualın cavabını
özümdən ala bilməmiĢəm.
Persi təxminən on iki ya da on dörd addım atdı və sonra baĢını
aĢağı dikərək dayandı. O, Azğın Billi Uortonun kamerasının önündə
dayanmıĢdı. Uorton isə hələ də suzafon səsləri çıxarırdı. O, bütün bu
baĢ verənlərdən xəbərsiz halda yatmıĢdı. Ġndi fikirləĢirəm ki, o öz
ölümünü də yuxuya qalaraq ötürmüĢdü və məncə, sağ qalıb ömrünü
Dostları ilə paylaş: |