www.vivo-book.com
543
kamerasından çıxardıq. Mən elə fikirləĢirdim ki, o, qəzəblə üstümüzə
çığır-bağır salacaq, amma belə etmədi. Sadəcə, bizdən tapançası ilə
dəyənəyini qaytarmağımızı istədi və baĢqa heç nə demədən dəhlizə
çıxdı. Sonra da Uortonun kamerasına çatanda, belindən tapançanı
çıxarıb atəĢ açmağa baĢladı.
– Necə düĢünürsən, karser kamerasında olanda... bəlkə ağlını
orada itirib?
– Yox, ser.
– Siz onun əyninə dəli köynəyi geyindirmiĢdinizmi?
– Yox, ser. Buna ehtiyac yox idi.
– O özünü sakit aparırdı? Sizə müqavimət göstərmirdi?
– Yox, heç bir müqavimət göstərmirdi.
– Hətta sizin onu karser kamerasına salmaq istədiyinizi görəndə
də, o özünü sakit aparırdı və müqavimət göstərmirdi.
– Özüdür ki, var. – Bu məqamda mən Persi haqqında bir-iki
əlavə söz deyib hadisələri bir azca bəzəmək istədim, amma içimdə baĢ
qaldırmıĢ bu arzunu boğa bildim. Nə qədər sadə olsa, bir o qədər yaxĢı
olar, mən bunu baĢa düĢürdüm – Heç bir çaxnaĢma olmadı. O, sadəcə,
kameraya girib bir küncdə oturdu.
– Həmin vaxt Uorton haqqında nəsə danıĢırdımı?
– Yox, ser.
– Koffi haqqında da heç nə demirdi?
Mən baĢımı buladım.
www.vivo-book.com
544
– Səncə, Persinin Uortondan qisas alması üçün bir səbəbi ola
bilərdimi? Bu adama qarĢı kin saxlaya bilərdimi?
– Məncə, ola bilərdi, – deyərək mən bir az da astadan cavab
verdim. – Persi dəhlizlə gəzərkən çox ehtiyatsız davranırdı, Hal. Bir
dəfə Uorton əlini uzadaraq onu yaxalamıĢ, onu özünə tərəf çəkərək
kamerasının dəmir barmaqlıqlarına sıxmıĢ və onu bir balaca
əlləĢdirmiĢdi. –Bu məqamda mən susaraq ara verdim. – Belə deyək ki,
onu bir balaca ehtirasla əlləĢdirmiĢdi.
– Elə bu? Sadəcə, “onu bir balaca əlləĢdirmiĢdi”, vəssalam?
– Hə, amma yenə də onun bu hərəkəti Persiyə çox pis təsir
etmiĢdi. Üstəlik Uorton ona demiĢdi ki, onun bacısının qabağındansa,
onun dalına üstünlük verərdi.
– Hmm. Murs gözlərini qırpmadan Con Koffiyə baxırdı, elə bil
onun real adam olduğunun fasiləsiz olaraq təsdiq edilməsinə ehtiyacı
vardı. – Bu onun baĢına gələnləri izah etmir, amma onun nə üçün
silahı Con Koffiyə, ya da sizlərdən birinizə deyil, məhz Uortona
çevirdiyini tamamilə izah edir. Sənin adamlarına gəlincə, Pol,
onlardamı eyni hekayəni danıĢacaqlar?
– Bəli, ser, – deyə mən cavab verdim. – Onlar da eyni Ģeyi
danıĢacaqlar, – deyə mən Cenisin masaya gətirdiyi Ģorbanı yeməyə
baĢlayaraq arvadıma izah etdim. – Mən bunun belə olmasına nəzarət
edəcəyəm.
www.vivo-book.com
545
– Sən yalan danıĢmısan, – arvadım dedi. – Sən Hala yalan
danıĢmısan.
Hə, bu da sizə arvad fikri, elə deyilmi? Hər zaman sizin ən yaxĢı
kostyumunuzda güvə deĢiyi arayırlar və nə qədər təəccüblü də olsa,
heç olmasa bir dəlik tapırlar.
– Məsələyə sənin dediyin tərəfdən baxsaq, belə çıxar. Mən ona
elə bir Ģey demədim ki, onunla hər ikimiz də həyatımızı davam etdirə
bilməyək. Məncə, Halın vicdanı təmizdir, çünki həmin vaxt o, heç
bizim yanımızda olmayıb. Körtis ona telefonla zəng edənə qədər, o öz
evində oturub arvadına qulluq edirdi.
– O, Melindanın özünü necə hiss elədiyi haqda bir söz
demədimi?
– Həmin vaxt biz onun hayında deyildik, amma sonra Brutusla
mən iĢdən çıxıb evə gedəndə, yenə bir az söhbət etdik. Melinda çox
Ģey xatırlamasa da, özünü yaxĢı hiss edir. Ayaq üstədir, gəzir və gələn
il əkəcəyi gül-çiçək ləkləri haqqında danıĢır.
Bir müddət arvadım susaraq mənim yemək yeməyimə tamaĢa
elədi, sonra isə soruĢdu:
– Hal bunun möcüzə olduğunu bilirmi, Pol? O bunu dərk
edirmi?
– Hə, biz hamımız bunun nə olduğunu baĢa düĢürük, orada
olanların hamısı.
www.vivo-book.com
546
– Mənim də içimdə bir hissəm həmin vaxt orada olmadığıma
görə heyfsilənir, – arvadım dedi, – amma ürəyimin dərinliyində həmin
vaxt orada olmadığıma görə Ģadam. DəməĢqə gedən Saulun (Savl və
Talut bu adın baĢqa versiyalarıdır; xristianlığı yəhudilərdən
baĢqalarının da qəbul edə biləcəyini ilk dəfə elan edən bu Ģəxs Ġsa
Məsihin həvarilərindən biridir və xristianlıq tarixinə Pavel adı ilə
düĢüb) gözlərinin qabıq qoyduğunu görsəydim, yəqin ki, ürəyim
partlayıb ölərdim.
– Yox, – deyərək mən son qaĢığı doldurmaq üçün boĢqabımı
əydim, – bəlkə də onun üçün Ģorba biĢirərdin. Əzizim, çox dadlı idi.
– YaxĢı. – Amma arvadım, əslində, nə Ģorba, nə aĢpazlıq, nə də
DəməĢq yolunda olan Talut haqqında düĢünürdü. O, çənəsini əllərinin
üstünə dayayıb pəncərədən qarĢıdakı dağlara baxırdı. Onun gözləri isti
yay səhərlərində həmin dağların zirvələri kimi dumanlı idi.
“Detteriklərin əkis qızlarının tapıldığı yay səhəri kimi” – deyə mən heç
bir səbəb olmadan düĢündüm. Mən çox təəccüblənirdim ki, axı onlar
nə üçün qıĢqırmamıĢdılar. Onların qatili onları bəlkə vurmuĢdu;
artırmada, pilləkənlərdə çoxlu qan izləri varmıĢ. YaxĢı, bəs onlar nə
üçün qıĢqırmamıĢdılar?
– Sən düĢünürsən ki, Uortonu, əslində, Con Koffi öldürüb? –
deyə Cenis pəncərədən, nəhayət, geri çevrilərək soruĢdu. – Bu nə
bədbəxt hadisə, nə də buna bənzər bir Ģey deyil və sən düĢünürsən ki,
Dostları ilə paylaş: |